Məhkəmə qərarları › İş №1(102)-375/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-375/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-375/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Məhkum müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil İsayev Samir Nadir oğlunun iştirakları ilə xx xxx 1964-cü ildə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “xxxx” ASC-nin Nəsim i rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin rəisinin müavini işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 225.2-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim Şəlalə Həsənova) Məhkum Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhru m etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), Q.X.Babayev və K.H.Əkbərov) məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin e dilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilərək, Məhkum təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur. Belə ki, Məhkum xx xxxx 2014-cü il tarixdən “xxxx” ASC Nəsimi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin rəisinin müavini kimi işlədiyi müddətdə üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2-ci, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” nın 9.39, “Tikinti norma və qaydaları”nın 9.1, 9.2-ci və “xxxx” Açıq Səhmdar Cəmiyyəti Nəsimi rayon Sukanal idarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin rəisinin müavininin vəzifə təlimatının 4.6 və 4.8-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalara riayət etməmiş, ünvan 3 ünvanda yerləşən çoxmərtəbəli binadan iki metr məsafədə keçən 200 mm-lik yeraltı kanalizasiya xəttində yaranmış nasazlığın aradan qaldırılması üçün həmin ərazidən keçən 159 mm-lik yeraltı qaz xəttini istismar edən təşkilatın yazılı icazəsini almadan, işlərin t əhlükəsiz görülməsinə dair tədbirləri hazırlamadan və razılaşdırmadan, eləcə də qaz təsərrüfatı işçilərinin nəzarəti olmadan özbaşına olaraq günəmuzd fəhlələri cəlb etməklə xx xxxxxx 2018-ci il tarixdə qeyd olunan ünvanda qazıntı işlərinə başlamış, kanalizasiya borusunda təmir-bərpa işlərini yekunlaşdırdıqdan sonra isə 159 mm-lik yeraltı qaz xəttinin boş qalmış alt hissəsinə müvəqqəti dirəklər qoymadan xx xxxxxx 2018-ci il tarixdə 4 kv/metr ölçüdə qazılmış sahə qazıntı işlərinin aparılmasına cəlb edilmiş “Volvo” markalı, x dövlət qeydiyyat nömrəli ekskovatorun arxa kovuşu ilə torpaqlanmış, daha sonra isə təpə kimi qalmış sahə ekskovatorun arxa kovuşu ilə torpağa basılmaqla hamarlanmış, bu səbəbdən də həmin mexaniki təsirdən ünvan 4 ünvanda yerləşən çoxmərtəbəli binadan iki metr məsafədə, 1,8 metr dərinlikdə torpaq qatının altından keçən, “Azəriqaz” İB-in balansında olan diametri 159 mm-lik aşağı təzyiqli, Nəsimi rayonunun Dilarə Əliyeva, 28 may və Rəşid Behbudov küçələrini təbii qazla təchiz edən polad qaz borusunun qaynaqla birləşmə yerindən sınaraq qopması nəticəsində xəttin aralanmış hissəsindən sızan qaz binanın zirzəmisinə dolmuş və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığı xx xxxxxx 2018-ci il tarixdə, saat 8 radələrində zirzəmidə olan X7 işığı yandırarkən elektrik açarında yaranmış qığılcımın təsirindən alışaraq partlayış baş vermiş, nəticədə X5 başın, alın, təpə, hər iki gicgah, üz, hər iki qulaq seyvanının, boyun, döş qəfəsinin ön və arxa səthi, hər iki çiyin qurşağı, hər iki kürək və hər iki yuxarı ətrafları, bel nahiyyəsini, hər iki sarğı, hər iki aşağı ətrafları, ümumilikdə bədən səthinin 85-90 %-ni əhatə edən İİİ dərəcəli yanıq xəsarətləri alaraq müalicə olunduğu xəstəxanada xx xxxxxx 2018-ci il tarixdə yanıq şokundan ölmüş, bina partlayışın təsirinə məruz qaldığı üçün “Moskva” kitab evinin yerləşdiyi qeyri-yaşayış sahəsinin sahibi Zərərçəkmiş şəxs4 tikinti üzrə 670 manat, 41 saylı Notariat Kontorunun yerləşdiyi qeyri-yaşayış sahəsinin sahibi Zərərçəkmiş şəxs10 tikinti üzrə 290 manat, “28 may” marketin yerləşdiyi qeyri-yaşayış sahəsinin sahibi Zərərçəkmiş şəxs9 tikinti üzrə 4860 manat, binanın 2-ci mərtəbəsində 129,5 kv/metr, 3-cü mərtəbədə isə 111,5 kv/metr və 74,3 kv/metr ölçüdə qeyri-yaşayış sahələrinin sahibi Zərərçəkmiş şəxs5 tikinti üzrə 6230 manat, “xx” mağazasının yerləşdiyi qeyri-yaşayış sahəsinin sahibi Zərərçəkmiş şəxs 8 tikinti üzrə 1040 manat, “Ofisait” mağazasının yerləşdiyi 165,8 kv/metr qeyri-yaşayış sahəsinin sahibi Zərərçəkmiş şəxs2 tikinti üzrə 146419 manat, “Ofisait” mağazasının yerləşdiyi 157,5 kv/metr qeyri-yaşayış sahəsinin sahibi Zərərçəkmiş şəxs3 tikinti üzrə 126500 manat, zirzəmi sahəsinin sahibi Zərərçəkmiş şəxs1 tikinti üzrə 1490 manat, “Zəka” kitab evinin yerləşdiyi qeyri-yaşayış sahəsinin sahibi Zərərçəkmiş şəxs6 tikinti üzrə 1520 manat, Azərbaycan Dövlət Neft Akademiyasına tikinti üzrə 5540 manat, “ff” mağazasına əmtəə üzrə 468271,36 manat, “nn” mağazasının sahibi Zərərçəkmiş şəxs7 oğluna əmtəə üzrə 274853 manat, cəmi 1.037.783,36 manat maddi ziyan dəymişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və Məhkum cəzasının sərtləşdirilərək təqsirli bilindiyi maddənin sanksiyası həddində daha ağır cəzanın təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifli hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı məhkuma cəza təyin edilməsi hissəsində qanunsuz, ədalətsiz və əsassızdır. Belə ki, Məhkum törətdiyi cinayət nəticəsində onun atası faciəvi şəkildə vəfat etmiş, hadisədən bir neçə ay sonra isə atasının ölümünə dözə bilməyən anası da ürək çatışmazlığından vəfat etmişdir. Bütün bunları nəzərə alaraq hesab edir ki, Məhkum 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və həmin cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına nail olunmasını qeyri mümkün edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi X, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynli və məhkumun müdafiəçisi S.İsayevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə ma hiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Zərərçəkmiş şəxsin hüquqi varisi X tərəfindən verilmiş kassasiya şikayətində Məhkum cəzasının ağırlaşdırılması xahiş olunur. Kassasiya şikayətində Məhkum elan edilmiş ittihamın həcmi və təqsirliliyi mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların şərhini zəruri hesab etmir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müzаkirə еdib, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddələr əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərə findən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azə rbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hans ı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərildiyinin əksinə olaraq hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq Məhkum daha ağır cəza təyin edilməsindən ötrü apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiya sının xx xxxxxx 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş kasassiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar