Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-375/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 1(100)-144/2023 nömrəli (hakimlər: Mahmudov Faiq Nüsrət oğlu (sədrliyi), İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının 23 iyul 2022-ci il tarixindən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicənin təyin edilməsi, onun yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2023cü il tarixli 1(104)-342/2023 nömrəli (hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən vahid niyyətlə satış məqsədi ilə tərkibinə görə eyni olan külli miqdarda, yəni ümumi təmiz çəkisi 6.28 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib 28 iyun 2022-ci il tarixdə həmin narkotik vasitə heroindən 0.206 qramını üzərində saxlamaqla daşımış, 28 iyun 2022-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri BPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən 32 saylı tam orta məktəbin yaxınlığında saxlanılıb Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilmiş və şəxsi axtarış zamanı əyinində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız b ükümdə təmiz çəkisi 0,206 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra o, həmin narkotik vasitə heroinin qalan 6.074 qramını qanunsuz olaraq üzərində saxlamaqla daşımış, 23 iyul 2022-ci il tarixdə saat 11:00 radələrində BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, ünvan 2 ünvanının yaxınlığında saxlanılmış və BNMİ-nin QBRŞ-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zamanı əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 6 (altı) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,801 qram, 1,390 qram, 1,010 qram, 1.116 qram, 0,942 qram, 0,815 qram olan ümumi təmiz çəkisi 6,074 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. K ASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində olan cinayət işində səhvlərə yol verilmiş, məhkəmələr tərəfindən onun barəsində çıxarılmış ittiham hökmü ədalətsiz olmaqla yanaşı, həmçinin əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən, barəsində olan cinayət işinə ədalətlə baxılmasını və qanuni qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyu n 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya q aydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü maddələrində (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına da ir müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaq ında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əs aslandırsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə istinadən cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər s übutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbay can Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edil məli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 28 iyun 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Məhkum əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş tünd rəngli kütləni təqdim etmişdir. Həmin kütlə tərəzidə çəkildi, ümumi çəkisi 0,34 qram oldu. Həmin kütlə kağız zərfdə qablaşdırıldı, iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 23 iyul 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Məhkum əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd “Samsung”, 1 ədəd “XinovaT210” markalı telefonlarını, sol yan cibindən isə 6 ədəd sellofan bükümü, 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd üzərində **********837652 rəqəmləri əks olunmuş “Kapital Bank”-a məxsus plastik bank kartını, 1 ədəd üzərində **********186763 rəqəmləri əks olunmuş və 1 ədəd üzərində **********926607 rəqəmləri əks olunmuş “Leo Banka”-a məxsus plastik bank kartlarını təqdim etmişdir. Məhkum üzərindən aşkar edilmiş 6 ədə d bükümlərə baxış keçirilən zaman həmin bükümlərin içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir Bundan sonra Məhkum üzərindən aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilir və çəkisinin 7.37 qram olması müəyyən edilmişdir. Həmin kütlə kağız zərfdə qablaşdırıldı və ağzı Azərbaycan Respublikası DİNnin 7 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkum məxsus mobil telefonlar, şəxsiyyət vəsiqəsi və plastik kartlar iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Yuxarı qeyd olunan hallar, həmçinin, şəxsi axtarış və götürmə aparılması zamanı aparılmış videoçəkilişin əks olunduğu disklər tədqiq olunarkən də, yəni «Video görüntüyə baxış keçirilməsi haqqında» 16 iyul 2022-ci il və 8 sentyabr 2022-ci il tarixli protokollar ilə də öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 29 iyun 2022-ci il tarixli 16/732 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Məhkum üzərindən aşkar edilmiş kütlə 0.34 qram ” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə 0.206 qram maddə, küstar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 23 iyul 2022-ci il tarixli 16/868 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Məhkum üzərindən aşkar e dilmiş kütlə ” sözləri və imzalar olan kağız paketi açdıqda içərisində, 6 (altı) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0.801 qram, 1,390 qram, 1,010 qram, 1,116 qram, 0,942 qram, 0,815 qram, ümumi təmiz çəkisi 6,074 qram maddələr, küstar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Materialların məhkəmə ekspertizasının 5 sentyabr 2022-ci il tarixli 16/1034 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 2 (iki) ədəd kağız paketlərdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Bundan başqa “Diskə baxış keçirilməsi haqqında” 26 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən al ınmış telefon danışqları, anten məlumatlarının götürülməsi barədə təqdim olunan 01 ədəd DVD diskə baxış zamanı Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ********* saylı mobil nömrədən “Mektbu gordunse 20 20 olsun ax qara ki rehde imkan daxlind evnenem qonax gedirem”, ***-***-**-** saylı mobil nömrədən “Eliş sen ma tüşmüyən şeyi elədi indiyənə kimi məni lomkasa soyudun”, “oymaram ele fikirləşməki 50 manatı aldın ma 04 mal verdin ama vary” məzmununda, ***-***-**-** saylı mobil nömrədən “Elis menem emin burda vagzaldayam berk agriyram senol ma 10 cola ve” məzmununda, 099-325-10- 20 saylı mobil nömrədən “Qaqa Visova 50 Manat Pul Var Emele Gelirse Gelim Ver Senin 50 Manatini İki Gune Vererem Emele Gelirse De Gelim 50 Manat Var Ustumde Padi Birde Koku Lazimdi” məzmununda, V s aylı mobil nömrədən “QAGA BAWİNA DONUM BİR CAVAB VERDA AYQA SAHAT YARİMDİ GOZDUYUREM QAGA AGRİ ELİW COX PİS TENTİDİB QAGA” məzmununda smsləri yazılmışdır. Bundan başqa Məhkum istifadəsində olan mobil nömrəyə müxtəlif nömrələrdən çox saylı zənglər daxil olmuş eləcədə Məhkum istifadəsində olan mobil nömrədən müxtəlif nömrələrə çoxsaylı zənglər edilmişdir. Yazılmış bütün bu smslər Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. Diskə baxış zamanı həmin smslər çap edilərək protokola əlavə edilmişdir. O cümlədən, “Diskə baxış keçirilməsi haqqında” 6 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən alınmış telefon danışqları, anten məlumatlarının götürülməsi barədə təqdim olunan 1 ədəd DVD diskə baxış zamanı Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Qaqa onlar goturubler tema nolar qaqa ma bidene 10luq bidenede 5lik ag ver sen ol varyoxaunu sikim sabah axsam terefi isden gelim verecem 15 manat bu gun”, “hecne elememiwem ollem senol agridan qaqa”, “Qaqa bir cacab verda sen ol varyoxsunu sikim sabah axsam isden cixan kimi yigib getirib verecem sen ananin cani senol agridan ollem bu gun hecne elememiw”, “em birdene 10luk birde 5lik ver sabah varyoxsun sikim verecem isden cixan kimi”,” m men heckimnnen kavrovudan sabah qaqa kamalenin yasidi pul para veren olacaq sabah yigacam onuda verdirecem birdeki sen canin nolar ma 5lik ag saxla sab”,” aha 15lik 20likde qaralti birden kutarib eliyer axrinci qalasi olsa meni yadan cixarma sen can qaqa saxla mene sabah yigacam buna gorede sagol qaqa allah”, “Neter eliyey ay dayi seni gozduyurem 60 azn putundu 2 dene yari ama getmelitem birez telesdir onu qadanalim”, “Qaqa 10 mamat borcumnnan verirem onnan elavede 15 manat verirem 5lik ag 10luq qara bir cavab verda” məzmununda, 055-548- 4141 saylı mobil nömrədən “Qaqa kola var yari kanalidan deymek olar” məzmununda, ***-***-**-** saylı mobil nömrədən “E pul usdumdedi 2 dene yari nagarim yig meni”, “Eliw 2dene yarim imkan v” məzmununda, ***-***-**-** saylı mobil nömrədən “İmkanın varsa axşama kimi ma 10nux agarti vererdin” məzmununda, ***-***-**-** saylı mobil nömrədən “Qaqa patı goturə bilərsən 1 qram” məzmununda, ***-***-**-** saylı mobil nömrədən Qaqam.senin.qadanalm.ay.qardasm.uzum.qelmedi.ki.zenq.vuruf.deyem.hemde.kimnense. pul.alam.qaqam.menim.ozumum.22.manatm.var.qaqam.eqer.emele.qe lir.sede.5.d”,“ik.aqa rti.bir.de.yarm.kola.ver.balamin.cani.13.manati.yalan.deyenin.varyoxunu.sikim.sabax.saat. 4.de.kimi.catajaq.yalan.deyenin.herseyini.sikim.qaqam.vers” məzmununda, 055-697-0959 saylı mobil nömrədən “Qaqa Senin Bawina Donum Bu Deyqa Elden Cixajax Bu 25.M Xeber De Ma Ayqa” məzmununda, ********* saylı mobil nömrədən “Salamun eləyk nətərsən Eliş Məhkum 1dənə koka kola bütün verə bils ən mən sabah sənnən görüşüb 70m verərdim indi başqa yerdəyəm imkan indi başqa yerdəyəm imkan deyil” məzmununda, ********* saylı mobil nömrədən “Qaqa farizdi vagzal yari lazimdi pulda usdumdadi” məzmununda, ********* saylı mobil nömrədən “QAQA YARİ TEMA LAZİMDİ P USDUDA” məzmununda, ********* saylı mobil nömrədən “Yari Ag Yari Qara Bolmartdayam Ac Pulu Vurum” məzmununda, ********* saylı mobil nö mrədən “Qaqa farizdi tema lazimdi” məzmununda, ********* saylı mobil nömrədən “elis nolar berg agriyiram varsada de goturum ollem is elis noluv e derem gi agriram gor gote qeybelere verirsen agriyiram ekis bidene yarim ver gotur elis ac dana ollem e” məzmununda smsləri yazılmışdır. Bundan başqa Məhkum istifadəsində olan mobil nömrəyə müxtəlif nömrələrdən çox saylı zənglər daxil olmuş eləcədə Məhkum istifadəsində olan mobil nömrədən müxtəlif nömrələrə çoxsaylı zənglər edilmişdir. Yazılmış bütün bu smslər Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi şahidlər Şahid3 və Şahid4 ifadələri, «Şəxsi axtarış və götürmə aparılması haqqı nda» 28 iyun 2022-ci il tarixli və 23 iyul 2022-ci il tarixli protokollar, «Video görüntüyə baxış keçirilməsi haqqında» 16 iyul 2022-ci il və 8 sentyabr 2022-ci il tarixli protokollar, “Diskə baxış keçirilməsi haqqında” 26 oktyabr 2022-ci il tarixli və 6 noyabr 2022-ci il tarixli protokollar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 29 iyun 2022-ci il tarixli 16/732 nömrəli, 23 iyul 2022-ci il tarixli 16/868 nömrəli və 5 sentyabr 2022-ci il tarixli 16/1034 nömrəli rəylər, ambulator məhkəmə-narkoloji ekspertizasının 6 oktyabr 2022-ci il tarixli 1649 nömrəli rəy, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Göstərilənlərə əsaslanmaqla kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddial arın əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-in 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-in 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir e də biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövc ud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, Məhkum kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmü il ə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-375/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-375/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver