Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-376/2019 27.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri, 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasını vətəndaşı, ali təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, *************************** də qeydiyyatda o lan və Bakı şəhəri, ********************************* evdə yaşayan, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim B.Ş.Məmmədov) Təqsirləndirilən şəxs – CM-nın 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı 02 (iki) gün CM-nin 69.3-cü ma ddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 gün çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablanması, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasının təmin edilərək Təqsirləndirilən şəxs 40.000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08 noyabr 2018-ci il tarix li qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən), Q.X.Babayev və M.Ə.Abbasov) zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli hökmü dəyişdirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası dəyişdirilərək ona qəti olaraq 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı 02 (iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssis əsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 08 noyabr 2018ci ildən hesablanması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə qardaşı X4 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyini, qardaşının azadlıqda qalması üçün işlədiyi, qayınanası Rahilə Bəndəliyevanın rəhbərlik etdiyi "Azmur Travel" şirkətindən heç kimə demədən 40.000 manat pulu götürüb qardaşının işini həll etdiyini və həmin pulu yerinə qoymaq lazım olduğunu həyat yoldaşı X5 bibisi oğlu olan Zərərçəkmiş şəxs yalandan olaraq bildirib, tez bir zamanda qaytaracağını yalandan vəd verərək borc adı ilə 24.11.2017-ci il tarixdə, saat 12:30 radələrində, ünvan 1 ünvanın qarşısında Zərərçə kmiş şəxs dostu X6 ona verdiyi 8.500 Azərbaycan manatı ekvivalentində olan 5.000 ABŞ dollarını və12.000 manat pulu, həmin gün Zərərçəkmiş şəxs qayınatası X2 "xxxx" QSC-nin "Sabirabad" fılialından onun adına göndərdiyi və həmin gün 15:30 radələrində ünvan 2 ünvanda yerləşən "xxxx" QSC-nin "Xaqani" filialından götürdüyü, xidmət haqqı daxil olmaqla, 14.478,9 Azərbaycan manatı ekvivalentində olan 8,517 ABŞ dollarını və həmin gün Zərərçəkmiş şəxs "xxxx" ASC-nin "Füzuli" fılialından onun adına göndərdiyi və həmin gün saat 16:30 radələrində ünvan 3 ünvanda yerləşən "xxxx" ASC-nin "Həzi Aslanov" filialından götürdüyü xidmət haqqı daxil olmaqla, 5.030 Azərbaycan manatını, ümumilikdə 40.008,9 manat pulu aldatma yolu ilə vahid niyyətlə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək zərərçəkmi ş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi, Bakı şəhəri, 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmaması əsasına görə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi, yaxud məhkəmə kollegiyası onun əməlində cinayət tərkibinin olması qənaətinə gələrsə, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pulun səbəbini səhv desə də, pulu borc kimi aldığını səhv deməmiş, həqiqətən də borc kimi aldığı pul u qaytaracağını düşünmüşdür. Lakin ailəsində əri ilə münasibətləri pozulduğundan maddi vəziyyəti borcunu qaytarmağa imkan verməmişdir. Müdafiəçinin fikrincə, Təqsirləndirilən şəxs istinad edilən ittihamda cinayətin aldatma və etibardan sui-istifadə etmə yolu ilə törədilməsi göstərilsə də, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi necə aldatması və hansı qazanılmış etibardan sui-istifadə etməsi araşdırılmamışdır. Müdafiəçi həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən onun 3 yaşında olarkən atasının vəfat etməsi və anasının himayəsində qalması, qardaşının şəhid olması, özünün iki dəfə səhhətində olan problemlərlə əlaqədar olaraq ağır cərrahi əməliyyata məruz qalması, nənəsinin insult keçirməsi ilə əlaqədar ağır yataq xəstəsi olması, ailənin yeganə qazanc gətirən şəxsi olması kimi yüngülləşdirici hallar nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cin ayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə məhkumun əməlində CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin olmaması, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət və cinayət prosessual qanunvericiliyin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilmiş şərhlərə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında verilən tövsiyələrə müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə topl anmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında gö stərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosess ual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V6 və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökm ü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki,nəzərə alınsın ki, Cinayət Məcəll əsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl, o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquql arı əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı ald adıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qoh umluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə kollegiyası iş materiallarını qanunvericiliyin yuxarıda şərh olunan normalarının tələbləri, Konstitusiya Məhkəmə si və Ali Məhkəmənin Plenumlarının qərarları nəzərə alınmaqla təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs 2017-ci ilin noyabr ayında keçmiş əri Murad Bəndəliyevin qohumu Zərərçəkmiş şəxs 40000 manat məbləğində pulu borc kimi istəmiş və bu zaman qızıl-zinət əşyalarını girov kimi qəbul etməsini, yaxud notarial qaydada borc müqaviləsinin bağlanmasını Zərərçəkmiş şəxs təklif etmişdir. Lakin qeyd edilən şərtlərə Zərərçəkmiş şəxs razı olmamış, Təqsirləndirilən şəxs xahiş etdiyi pulu qeyd-şərtsiz ona vermişdir. İşin bu halı iş materiallarında həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən mübahisələndirilmir. Təqsirləndirilən şəxs, zərərçəkən şəxs Zərərçəkmiş şəxs ifadələrindən, xüsusən onların arasında olan t elefon yazışmalarının çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs verəcəyi borc pulun müqabilində öz qızıllarının girov kimi Zərərçəkmiş şəxs tərəfindən qəbul edilməsini sonuncudan xahiş etmiş, lakin Zərərçəkmiş şəxs qohum olduqları üçün qızılları girov kimi qəbul edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs borc kimi istədiyi pulu almamışdan öncə əvəzində özünə məxsus olan qızıl zinət əşyalarını qəbul etməsini sonuncuya təklif etməsi, Təqsirləndirilən şəxs istədiyi pulun hansı məqsədə sərf edəcəyini doğru deyibdeməməsindən asılı olmayaraq onun əməlində dələduzluq cinayətinin olmasını istisna edir. Belə ki, CM-nin 178.1-ci maddəsinin yuxarıda şərh olunan dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əvəzsiz əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ əvəzsiz ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Bundan baş qa, iş materialları ilə mübahisəsiz olaraq müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pulu keçmiş əri X7 vermiş, sonuncu da həmin pulları anası X3 təsisçisi olduğu “Azmur Travel” şirkətinin hesabına keçirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən hərəkətləri ailəsində baş verə biləcək narazılıqların qarşısını almaq məqsədilə etdiyini bildirmiş və Zərərçəkmiş şəxs borc olaraq aldığı pulu qaytarmaq fikrində olduğunu, lakin əri ondan ayrıldığına görə maddi cəhətdən ağır duruma düşdüyündən və zərərçəkənin həmin məbləği hissə-hissə deyil, tam şəkildə qaytarmasını tələb etməsi səbəbindən borcunu qaytara bilmədiyini göstərmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qə rarının 8-ci bəndində məhkəmələrə tövsiyə olunur ki,məhkəmələr dələduzluq cinayətlərini mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirsinlər. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs borc kimi aldığı pulla əlaqədar yaranmış mübahisənin mülki münasibətlərdən irəli gələn mübahisə olduğu halda,CM-nin 178-ci maddəsi ilə nəzərdə tutulan dələduzluq cinayəti kimi qiymətləndirməklə səhvə yol vermişlər. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən şəxsin əməlində cinayət tərkibi yoxdursa, cinayət təqibi başlanıla bilbəz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. CPM-nin 42.2.4-cü maddəsinə görə həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində t əqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.6-cı maddəsinin nəzərdə tutduğu pozuntunu (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) müəyyən edir və həmin əsasla məhkum edilmiş şəxsin barəsində çıxarılmış birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qərarı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli hökmü ləğv edilsin. Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlansın. Təqsirləndirilən şəx
Məhkəmə qərarları › İş №1(102)-376/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-376/2019
27.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver