Məhkəmə qərarları › İş №1(102)-376/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-376/2020

11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-376/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfində n verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim E.Ə.Əmirəliyev) Məhkum (xx xx xx 1984-cü ildə ünvan2nda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvələr məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan3ndə qeydiyyatda olmaqla, ünvan4 yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 29 mart 2019-cu il tarixdən hesablanması, narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi təyin edilməsi qərara alınmış dır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.M.Cəfərov, hakimlər F.K.Soltanov və İ.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin Məhkum barəsində olan 29 avqust 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 3 ədəd “gümüşü” rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,456 qram, 0,301 qram, 0,451 qram, ümumi təmiz çəkisi 1,208 qram kustar üsulla hazırlanmış eyni t ərkibli narkotik vasitə olan heroini, 5 ədəd polietilen kəsiyi bükümüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,263 qram, 1,449 qram, 1,273 qram, 1,854 qram, 1,098 qram, ümumi təmiz çəkisi 6,937 qram olan xaş-xaş bitkisindən kustar üsula hazırlanmış eyni tərkibli narkotik vasitə tiryəki əldə edib üzərində saxlamış, 29 mart 2019-cu il tarixdə saat 14 radələrində XXXX80nin X3 Şöbəsinin əməkdaşlarının XXX55nin əməkdaşları ilə birgə ünvan5 yeni yaşayış massivində keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılaraq X65-nin XX75nin X3 Şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitələr əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkə mələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, o cümlədən ibtidai istintaqda işgəncə verilməklə ondan alınmış “etirafedici” ifadələrdən istifadə olunmuş, nəticədə polis orqanının ondan götürülmüş narkotik vasitə kimi rəsmiləşdirdiyi narkotik vasitələrə - heroinə və tiryəkə aidiyyatı olmadığı, həmin narkotik vasitələrin onun tərəfindən əldə edilib, üzərində saxlanılması, xüsusilə də onun narkotik vasitələri satmaq məqsədində olması sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Məhkum faktiki olaraq, kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2019-cu il tarixli qərarını n ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət – prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə cinayət törətmədiyi, təqsirliliyi, o cümlədən narkotik vasitələri satmaq məqsədində olması sübuta yetirilmədiyi halda, əsassız və qanunusuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi i lə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.1, 416.0.2, 416.0.3, 416.0.11, 416.0.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məh kumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona hökmlə isnad edilən hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mörəbətliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində və bilavasitə apellyasiya instansiyası məhkəməsinin iclasında gətirdiyi dəlillərində isə Məhkum təqsirlilik məsələsi üzrə məhkəmənin gəldiyi nəticəni mübahisələndirməmiş, müstəsna olaraq apellyasiya instansiyası məhkəməsi qarşısında törətdiyi əməlin hüquqi tövsifinin Ci nayət Məcəlləsinin 234.2-ci maddəsindən 234.1-ci maddəsinə dəyişdirilməsi barədə tələb irəli sürmüşdür. Bununla belə, apellyasiya instansiyası məhkəməsi cinayət-prosessual qanunun 397.2-ci maddəsinin tələbindən çıxış edərək apellyasiya şikayəti ilə əlaqədar yalnız cinayət qanununun deyil, həm də və cinayət-prosessual qanunun tətbiqi nöqteyinəzərindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, o cümlədən müəyyən edilmiş faktiki halların baxılmış sübutlarla uzlaşması və həmin hallara cinayət qanunu normasının tətbiqi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, birinci instansiyada tədqiq olunmuş sübutlardan, onlar əsasında müəyyən edilmiş faktlardan, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun üm umi hissəsinin müddəalarından çıxış edərək, işin faktiki hallarının düzgün müəyyən edilməsi, Məhkum əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun əsaslı və qanuni olaraq təqsirli bilinməsi, yəni baxılan işdə cinayət-prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, kassasiya şikayətində isə məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, məhkəmə heyəti nə sübutl arı yenidən təsvir edib onları və kassasiya şikayətinin təqsirlilik, əməlin hüquqi tövsifi məsələlərinə həsr olunmuş dəlillərini daha ətraflı şərh etmək, nə də ki, bu məsələlər üzrə hökmü və yaxud apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, Məhkum şəxsiyyətini səciyyələndirən hallardan, o cümlədən baxılan işdə Məhkum himayəsində 3 azyaşlı uşağının olması kimi cəzanı yüngülləşdirən halın mövcudluğundan, cəzanı ağırlaşdıran halların isə olmamasından, cəzanın təqsirkarın islah olunmasına və ailəs inin həyata şəraitinə təsirindən çıxış edib Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4 16.0.1, 416.0.2, 416.0.3, 416.0.11, 416.0.15-ci maddələrində və yaxud 416.0.21-ci maddəsində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 13 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 13 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar