Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-376/2021 05.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), X61 və X7 ibarət tərkibdə, Cəbrayılova Cevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kisik ədliyyə müşaviri X51, Məhkum, Müdafiəçi – “BHM və Partyorları” Vəkil Bürosunun vəkili Abbasov Orxan Vilayət oğlunun iştirakları ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il t arixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Abbasov Orxan Vilayət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim X26) xx xxxxxxxx 1968-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 33B, mənzil 33-də yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən törədilmiş cinayət əməllərinə görə cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 4.000 manat məbləğində cərimə cəzana məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixə kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsinin Daşınmaz əmlakın texniki inventarlaşdırma şöbəsinin texniki inventarlaşdırma işləri sektorunda və Xətai rayon şöbəsində texnik-in ventarlaşdırıcı vəzifələrində işləməsi ilə bağlı əlaqələrindən istifadə edərək, bağ sahələrinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar almaq üçün ona 2017-ci ilin aprel ayının əvvəllərində müraciət etmiş Rusiya Federasiyasının vətəndaşı X27 özünü zəruri sənədləri toplayaraq həmin məsələni həll etmək bacarığında olan işgüzar şəxs kimi təqdim etməklə aldadaraq inam və etimadını qazanmaqla, sonuncuya məxsus Bakı şəhəri Türkan bağ sahələrində yerləşən hər biri 0,12 ha olmaqla 8 ədəd torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışlar alıb verəcəyinə dair yalan vədlər verib aldadaraq, həmin adla xx xxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən parkda Yaqub Hüseynovdan 25.000 manat pul və cinayətdən xəbərsiz olan Yaqub Hüseynovun qohum və tanışları olan Bakı şəhər sakinləri X2, X3, X12, X4, X17, X5, X33 və X28 şəxsiyyət vəsiqələrinin kserosurətlərini alıb, Yaqub Hüseynovu inandırmaq üçün özünün məlum olmayan şəraitdə hazırladığı torpaqdan istifadə, ona sahiblik hüququ verən rəsmi sənədləri - keçmiş Azərbaycan SSR Bakı şəhər X56 İcraiyyə Komitəsi Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Türkan bağlar sahəsindəki 207 №-li kooperativ tərəfindən verilməsi görüntüsü yaradan Bakı şəhər icraiyyə komitəsinin xx xxxxxx 1990-cı il tarixli 7/439 №-li qərarına əsasən X40 0,12 ha 813a №-li bağ sahəsinin ayrılmasına dair 23 №-li, Bakı şəhər icraiyyə komitəsinin xx xxxxxx 1990-cı il tarixli 7/439 №-li qərarına əsasən X21 0,12 ha 304b №-li bağ sahəsinin ayrılmasına dair 31 №-li, Bakı şəhər icraiyyə komitəsinin xx xxxxxx 1990-cı il tarixli 7/439 №-li qərarına əsasən X18 0,12 ha bağ sahəsinin ayrılmasına dair 51 №-li, Bakı şəhər icraiyyə komitəsinin xx xxxxxx 1990-cı il tarixli 7/439 №-li qərarına əsasən X34 0,12 ha 814 №-li bağ sahəsinin ayrılmasına dair 40 №-li, məlum olmayan şəraitdə və vaxtda hazırlatdırdığı keçmiş Azərbaycan SSR Bakı şəhər X56 İcraiyyə Komitəsi Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Türkan bağlar sahəsindəki 85 №-li kooperativ tərəfindən verilməsi görüntüsü yaradan Bakı şəhər icraiyyə komitəsinin xx xxxx 1989-cu il tarixli 6/249 №-li qərarına əsasən X6 0,12 ha 81 la/3 №-li bağ sahəsinin ayrılmasına dair 11 №-li, Bakı şəhər icraiyyə komitəsinin xx xxxx 1989-cu il tarixli 6/249 №-li qərarına əsasən X8 0,12 ha 812a №-li bağ sahəsinin ayrılmasına dair 12 №-li, 202 №-li kooperativdən Bakı şəhər icraiyyə komitəsinin xx xxxxxx 1990-cı il tarixli 7/439 №-li qərarına əsasən X9 0,12 ha 813 №-li bağ sahəsinin ayrılmasına dair 22 №-li, Bakı şəhər icraiyyə komitəsinin xx xxxxxx 1990-cı il tarixli 7/439 №-li qərarına əsasən X10 0,12 ha 813a №-li bağ sahəsinin ayrılmasına dair 24 №-li saxta orderləri 2017-ci il aprel ayının sonlarında Yaqub Hüseynova təqdim edib, almış olduğu 25.000 (iyirmi beş min) manat pulu şəxsi ehtiyaclarına sərf edərək Yaqub Hüseynova məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, hüquq verən rəsmi sənədi qanunsuz hazırlamaqla saxtalaşdırmışdır. Bundan başqa, Məhkum təkrarən, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə y olu ilə ələ keçirmək məqsədilə, əvvəllər xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixə kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsinin Daşınmaz əmlakın texniki inventarlaşdırma şöbəsinin texniki inventarlaşdırma işləri sektorunda və Xətai rayon şöbəsində texnik-inventarlaşdırıcı vəzifələrində işləməsi ilə bağlı əlaqələrindən istifadə edərək, bağ sahələrinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar almaq üçün 2017-ci ilin may ayının əvvəllərində ona müraciət etmiş Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 özünü zəruri sənədləri toplayaraq həmin məsələni həll etmək bacarığında olan işgüzar şəxs kimi təqdim etməklə aldadaraq inam və etimadını qazanmaqla, sonuncuya məxsus Bakı şə həri Ləhiş bağlar sahələrində yerləşən hər biri 0,12 ha olmaqla 9 ədəd torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışlar alıb verəcəyinə dair yalan vədlər verib aldadaraq, 2017-ci ilin may ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Poçt şöbəsinin qarşısında Zərərçəkmiş şəxs2 27.000 manat pul və cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs2 tanışları olan, X68, X22, X29, X23, X41, X59, X55, X42 və X30 məxsus şəxsiyyət vəsiqələrinin kserosurətlərini alıb, Mütəllim Şiralıyevi inandırmaq üçün özünün məlum olmayan şəraitdə hazırladığı torpaqdan istifadə, ona sahiblik hüququ verən rəsmi sənədləri - keçmiş Azərbaycan SSR Bakı şəhər X56 İcraiyyə Komitəsi Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsin də 74 №-li kooperativ tərəfindən verilməsi görüntüsü yaradan Bakı şəhər icraiyyə komitəsinin xx xxxx 1990-cı il tarixli 4/143 №-li qərarına əsasən X52 0,12 ha 5382B №-li bağ sahəsinin ayrılmasına dair 14 №-li, Bakı şəhər icraiyyə komitəsinin xx xxxx 1990cı il tarixli 4/143 №-li qərarına əsasən X13 0,12 ha 5392C №-li bağ sahəsinin ayrılmasına dair 18 №-li, 92 №-li kooperativ tərəfindən verilməsi görüntüsü yaradan Bakı şəhər icraiyyə komitəsinin xx xxxx 1991-ci il tarixli 8/447 №-li qərarına əsasən X19 0,12 ha 8552 a №-li bağ sahəsinin ayrılmasına dair 30 №-li, Bakı şəhər icraiyyə komitəsinin xx xxxx 1991-ci il tarixli 9/447 №li qərarına əsasən X14 0,12 ha 2552 №-li bağ sahəsinin ayrılmasına dair 32 №-li, 100 №-li kooperativ tərəfindən verilməsi görüntüsü yaradan X31 Bakı şəhər icraiyyə komi təsinin x xxxxxxx 1990-cı il tarixli 6/317 №-li qərarına əsasən 0,12 ha 2551b №-li bağ sahəsinin ayrılmasına dair 30 №-li, Bakı şəhər icraiyyə komitəsinin xx xxxxxx 1990-cı il tarixli 15/595 №-li qərarına əsasən X39 0,12 ha 8551a №-li bağ sahəsinin ayrılmasına dair 34 №-li, 106 №-li kooperativ tərəfindən verilməsi görüntüsü yaradan Bakı şəhər icraiyyə komitəsinin xx xxxxxx 1990-cı il tarixli 15/595 №-li qərarına əsasən X37 0,12 ha 5381 №-li bağ sahəsinin ayrılmasına dair 36 №-li, 219 №-li kooperativ tərəfindən verilməsi görüntüsü yaradan Bakı şəhər icraiyyə komitəsinin xx xxx 1991-ci il tarixli 6/387 №-li qərarına əsasən X32 0,12 ha 5392a №-li bağ sahəsinin ayrılmasına dair 26 №-li və Bakı şəhər icraiyyə komitəsinin xx xxx 1991-ci il tarixli 6/387 №-li qərarına əsasən X30 0,12 ha 5391a №-l i bağ sahəsinin ayrılmasına dair 27 №-li saxta orderləri 2017-ci il iyun ayının sonlarında Zərərçəkmiş şəxs2 təqdim etməklə, almış olduğu 27.000 (iyirmi yeddi min) manat pulu şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs2 məxsus əmlakı aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədi təkrarən qanunsuz hazırlamaqla saxtalaşdırmışdır. Bundan başqa, Məhkum təkrarən, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, əvvəllər xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixə kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsinin Daşınmaz əmlakın texniki inventarlaşdırma şöbəsinin te xniki inventarlaşdırma işləri sektorunda və Xətai rayon şöbəsində texnik-inventarlaşdırıcı vəzifələrində işləməsi ilə bağlı əlaqələrindən istifadə edərək, 2017-ci ilin avqust ayında bağ sahələrinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün ona müraciət etmiş Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 özünü zəruri sənədləri toplayaraq həmin məsələni həll etmək bacarığında olan işgüzar şəxs kimi təqdim etməklə aldadaraq inam və etimadını qazanmaqla, sonuncu tərəfindən X35 aldığı qohumu X11 adına keçmiş Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 33 №-li kooperativ tərəfindən verilməsi görüntüsü yaradan Bakı şəhər icraiyyə komitəsinin xx xxxxxxx 1990-cı il tarixli 6/317 №-li qərarına əsasən 0,12 ha 56/57 №-li bağ sahəsinin ayrılmasına dair 13 №-li saxta orderin həqiqiliyini təsdiq edən arxiv arayışının 18.000 manat müqabilində alıb ona verəcəyini vəd edib razılaşaraq, 2017-ci il avqust ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində «Karvansaray» çay evində Zərərçəkmiş şəxs1 ilkin olaraq 14.000 manat alıb, inandırmaq üçün bir-neçə gün sonra istintaqa məlum olmayan şəraitdə hazırladığı hüquq verən rəsmi sənəd olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatından verilməsi görüntüsü yaradan xx.xx.2017-ci il tarixli, Q-255-121 №-li arxiv arayışını həmin ünvanda Zərərçəkmiş şəxs1 təqdim edərək razılaşdıqları məbləğdən qalan 4.000 manat pulu ondan 2017-ci il avqust ayının sonlarında almaqla, vahid niyyətlə cəmi 18.000 (on səkkiz min) manat məbləğind ə Zərərçəkmiş şəxs1 məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədi təkrarən qanunsuz hazırlamaqla saxtalaşdırmışdır. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim X69, hakimlər X53 və X15 ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır.. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Abbasov Orxan Vilayət oğlu kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv e tməklə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Abbasov Orxan Vilayət oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm birinci, həm də apellyasiya məhkəməsi müdafiə tərəfinin təqdim etdiyi, ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, Məhkum təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyi halda apellyasiya məhkəməsi bunu aradan qaldırmağa çalışmamış, məhkəmələr CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmişdir. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslanmaqla çıxarılmasının qadağan edildiyi və işə aid biri digərinə k ifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalı olduğu halda (CPM-nin 28.5-ci maddəsi) məhkəmə ibtidai istintaqın ziddiyyətli sübutlarını əsas götürərək ittiham hökmü çıxarmışdır. İstintaq orqanı tərəfindən “zərərçəkmiş” qismində tanınmış şəxslərin və şahidlərin ifadələrinin təhrif olunaraq, ittihamın məzmununa uyğunlaşdırması həm birinci instansiya, həm də apellyasiya məhkəməsi baxışı zamanı aşkara çıxsa da məhkəmələr ittihamı təsdiqləməklə qərəzli mövqe nümayiş etdirmişlər. Göstərilənlərə əsasən müdafiə tərəfi kassasiya şikayətinin təmin olunmasını, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikay ətinin dəlillərini müzakirə edərək, məhkum və müdafiəçinin kassasiya şikayətinin təmin olunmasını, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi üzrə icraata xitam verilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayar aq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ittihamı təsdiq edən amillər kimi istinad etdiyi sübutlar, onlarda olan məlumatlar arasında mövcud olan kəskin ziddiyyətlərin, ittihamın sübut edilməsində yaranmış bir sıra şübhələrin aradan qaldırılması üçün heç bir tədbir görməmiş, müdafiə tərəfinin Məhkum müdafiəsi üçün irəli sürdükləri dəlilləri yoxlamamış, özünün gəldiyi nəticənin düzgünlüyü, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, gəldiyi nəticəni hökmdə faktiki olaraq əsaslandırmamışdır. Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin dispozisiyasına görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə həmin maddə ilə məsuliyyət yaradır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2015-ci il tarixli 7 №-li qərarının 1-ci bəndində izah olunmuşdur ki, “... Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəx slərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun...”. Qeyd olunan qərarın 8-ci bəndində izah edilmişdir ki, “...məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilmə sinin zəruriliyinə yönəlsin...”. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum verilmiş, özgə əmlakının dələduzluq yolu ilə ələ keçirilməsinə dair ittiham təsdiq olunmur. Belə ki, Məhkum ittiham verilmişdir ona görə ki, o, 2017-ci il aprel-iyun aylarında saxta orderlər hazırlayaraq X43 və X1, 2016-cı ilin ortalarında X70 tərəfindən hazırlanmış saxta orderin həqiqiliyini təsdiq edən saxta arxiv arayışını 2017-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 təqdim etmişdir. Həmçinin şahid Ş.Ə.Ağayev və A.C.Atayevin ifadələrindən görünür ki, 2016-cı ilin ortalarında Arif Atayev tərəfindən saxta order hazırlanana qədər onlar bir-birini tanımışlar. Bundan başqa, istintaq orqanı iddia edir ki, Zərərçəkmiş şəxs2 əvvəllər X54 tanımamış, 27.000 manat pulun kimə verilməsi ilə bağlı mübahisədən sonra 2017-ci ilin noyabr ayında Məhkumla birgə görüş zamanı Ş.Ağayevlə tanış olmuşdur. Lakin “mobil telefon məlumatlarına baxış keçirilməsi” haqqında xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, xx.xx.2017, xx.xx.2017-xx.xx.2017-ci il tarixlərə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Ş.Ağayevin istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrəsi ilə xeyli sayda danışıqları olmuşdur. Həmçinin şahid ifadələri ilə “mobil telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokoldakı digər ziddiyyətlər də müəyyən edilmişdir. Belə ki, cinayət işinin istintaqı zamanı Məhkumla münasibətlərinin olmadığını bildirən Ş.Ağayev xx.xx.2018-ci il tarixdə dindirilən zaman Məhkumla cəmi 10 dəfə telefon danışığının olmasını bildirmiş, halbuki, yuxarıda qeyd olunan protokola əsasə n onlar arasında 99 dəfə danışıq olduğu müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 aparılan araşdırma zamanı izahat verərkən cəmi 3-4 dəfə Ş. Ağayevə zəng edib məsləhət aldığını bildirməsinə baxmayaraq, Şamil Ağayev və Zərərçəkmiş şəxs1 arasında 356 dəfə telefon zəngi olmuşdur. Bundan başqa, Şamil Ağayevin istifadəsində olan ***-***-**-** mobil nömrəsindən çıxarışda “Qaraşov çıxartsın, yerinə bir nəfər salsın 55 nömrədə”, “heç kimi çıxartmasın, 2 nəfər salsın” “41 nömrədən 1 nəfər çıxartsın” məzmunlu smslər Bakı şəhər İcraiyyə Komitəsinin bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinin protokollarının məhz onlar tərəfindən saxtalaşdırlmasını təsdiq edən mötəbər sübutdur. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli sorğusuna əsasən, Azərbaycan Respubl ikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********52 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş Bakı şəhər icraiyyə komitəsinin xx xxxxxx 1990-cı il tarixli, 15/595 №-li qərarında X36, xx xxxx 1990-cı il tarixli, 4/143 №-li qərarında X24, xx xxxxxxx 1990-cı il tarixli, 6/317 №-li qərarında Həsənov |Misir Mustafa oğluna həqiqətən torpaq sahəsinin ayrıldığı müəyyən olunmuşdur (cild 5, səh.35-93). Göründüyü kimi, qeyd olunan qərarlar əsasında həmin şəxslərə 19 il əvvəl torpaq sahəsi ayrılması və sonradan istintaqda şahid qismində tanınan şəxslərin həmin protokola əlavə edilərək imza və möhürlənərək saxtalaşdırılması şübhə doğurur. Məhkəmələr isə bu şübhələrin aradan qaldırılması üçü n heç bir tədbir görməmişlər. Bundan başqa, iş materiallarında göründüyü kimi, Məhkum ittiham verilmişdir ki, o, Yaqub Hüseynova məxsus 25.000 (iyirmi beş min) manat məbləğində əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, hüquq verən rəsmi sənədi qanunsuz hazırlamaqla saxtalaşdırmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası iş materiallarını araşdırarkan müəyyən etmişdir ki, birinci və apellyasiya instansiya məhkəmələri işin düzgün həll olunması üçün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən hallara aydınlıq gətirə bilən, X25 məhkəmədə dindirilməsini təmin edilməmişdir. Məhkum verilmiş yuxarıda qeyd olunan ittihamla əlaqədar X43 ümumiyyətlə ibtidai istintaq zamanı dindirilməmiş, onunla bağlı heç bir istintaq hərəkətl əri aparılmamışdır. İş materiallarına yalnız Y.Ə.Hüseynovla telefon danışığı barədə müstəntiq tərəfindən tərtib edilmiş arayış əlavə edilmişdir (cild 3, iş vərəqə 60). Məhkəmə kollegiyasının qənaətinə görə ittihamda göstərilən hər hansı bir müddəanın təsdiq edilməsi üçün ibtidai istintaq orqanın və məhkəmənin istinad etdiyi ifadələri vermiş (ibtidai istintaqda) şahidin məhkəmədə dindirilmədiyi təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-nin 19.4.5-ci maddəsində və İnsan Hüquqları və X16 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 3d bəndində göstərilən hüquqların pozulması kimi qiymətləndirilməlidir (bu normaların mənasına görə). Azərbaycan Respublikası CPM-nin 19.4.5-ci maddəsində təsbit edilmişdir ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəx sin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüquqlarını təmin etməlidir. İnsan Hüquqları və X16 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 3d bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs ən azı onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malikdir. Hazırkı işin yuxarıda göstərilən halları Məhkum həmin normalarda təsbit edilmiş hüquqlarına riayət olunmadığı qənaətinə gəlməyə əsas verir. Birinci instansiya məhkəməsi işin qeyd olunan xüsusatlarına, son nəticədə qeyd olunan şübhələr aradan qaldırılmadan Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə ittiham verilməsinə əhəmiyyət verməmiş və özü də, yuxarıda göstərildiyi kimi, bu istiqamətdə (şübhələrin aradan qaldırılması üçün) faktiki olaraq müvafiq tədbirləri görməmişdir. Apellyasiya məhkəməsi də qeyd olunan uyğunsuzluqları, çatışmazlıqları və şübhələri aradan qaldırmamış, müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərini qanunla nəzərdə tutulmuş qaydada cavablandırmamış, gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamışdır. Apellyasiya məhkəməsinin qərarında ittihamın qeyd olunan hissəsi üzrə həmin məhkəmənin mövqeyi ilə əlaqədar yalnız aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası cinayət işinin materiallarını apellyasiya şikayəti ilə əlaqəli şəkildə öyrənib, müdafiə və ittiham tərəfinin fikirlərini dinləyib hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olara q cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam aydınlaşdırılmış, Məhkum tərəfindən cinayət əməlinin törədilməsini məhkumun özünün etiraf etməməsinə baxmayaraq, şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspertiza rəyi və işin digər obyektiv halları ilə təsdiq olunmuş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli qiymət verərək, Məhkum törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkum təqsiri onun özünü təqsirli bilməməsinə baxmayaraq, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin materialları ilə tam təsdiq olunmuş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəza dan azad edilməsi, o cümlədən bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi də yuxarıda göstərilən uyğunsuzluqlara, çatışmazlıqlara, ittihamın sübut edilməsində yaranmış şübhələrə əhəmiyyət verməmiş, bunların aradan qaldırılması üçün müvafiq tədbirləri görməmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən, lakin araşdırılmamış qalan halları araşdırmamış, müdafiə tərəfinin irəli sürdüyü dəlilləri qanunla nəzərdə tutulmuş qaydada cavablandırmamış, gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamışdır. Mübahisəsizdir ki, belə çatışmazlıqlarla çıxarılmış apellyasiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab oluna bilməz. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğv edilməli, Məhkum tə qsirlinin sübuta yetirilmədiyinə görə barəsində cinayət işinin icraatına xitam verilməli olduğu qənaətinə gələrkən aşağıdakı normalara əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutla rla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmiş dir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 392.3-cü maddəsində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmən in gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini bir çox sənəddə o, cümlədən “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxxxx 2007-ci il tarixli qərarının 83-cü bəndində şərh etmişdir. Həmin qərarda göstərilmişdir ki, “...formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (X44rşı iş üzrə x xxxxxx 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə xx xxxx 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə xx xxxxxxxx 2001-ci il tarixli qərar ın 30-cu bəndi)”. Qeyd olunanlara uyğun mövqe X45rşı iş üzrə məhkəmə qərarında da (xx xxxxxx 1994-cü il tarixli) göstərilmişdir. Həmin işdə ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq, məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və X16 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, (Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsində göstərilən əsaslarla) kassasiya ş ikayəti isə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2 və 419.10.3cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı və onunla əlaqədar Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ləğv edilsin. Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə cinayət işi üzrə icraatına xitam verilsin. Kassasiya şikayəti təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-376/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-376/2021
05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver