Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-376/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və Zərərçəkmiş şəxs iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tovuz Rayon Məhkəməsinin (sədrlik edən hakim: Baxşıyev Qafil Yavər oğlu) 16 noyabr 2022-ci il tarixli hökmü ilə xx.xx.1973-cü il tarixdə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və həbsdə olduğu 23 (iyi rmi üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəzasını yaşayış yeri üzrə çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzan ın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, məhkəmə iclasında dərhal həbsdən azad edilməsi, barəsində hökm qanuni qüvvəyə minənədək "başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin seçilməsi, hökmün icrasının Bakı şəhər Probasiya İdarəsinə həvalə olunması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə) 10 yanvar 2023-cü il tarixli ilkin baxış qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tovuz Rayon Məh kəməsinin «16» noyabr 2022-ci il tarixli, 1(062)-89/2022 nömrəli hökmündən zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, zərərçəkmiş şəxsin vəsatəti təmin edilmişdir. Tovuz Rayon Məhkəməsinin «16» noyabr 2022-ci il tarixli, 1(062)-89/2022 nömrəli hökmü ləğv edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı mərhələsində baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilməsi, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tovuz Rayon Məhkəməsinin (sədrlik edən hakim: Əliyev Fərid Nadir oğlu) 19 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və həbsdə olduğu 23 (iyirmi üç) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəzasını yaşayış yeri üzrə çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəz iyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, hökmün icrasının Bakı şəhər Probasiya İdarəsinə həvalə olunması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 23 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 1(062)39/2 023 saylı hökmü zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, özgənin əmlakını aldatma və etibardan sui istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, sosial şəbəkə vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs İsrail dövlətində bariotik (mədə kiçiltmə) əməliyyatı etdirəcəyi ilə bağlı yalan vəd verib 2019-cu ilin may ayından 2019-cu ilin iyun ayına kimi olan müddət ərzində hissə-hissə olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ondan 3400 (üç min dörd yüz) manat dəyərində 2000 (iki min) ABŞ dolları məbləğində nəğd pulu 15 may 2019-cu il tarixdə İsrail dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin Bakı şəhəri, İzmir küçəsində yerləşən inzibati binasının qarşısında, onun tərəfindən Tovuz şəhərindən tanımadığı avtobus sürücüsü vasitəsilə göndərilmiş 510 (beş yüz on) manat dəyərində 300 (üç yüz) ABŞ dolları məbləğində nəğd pulu 18 may 2019-cu il tarixdə Bakı şəhərində, Tovuz şəhərində yerləşən “Ailəm market”də quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsilə tanışı X4 adına olan 416974******4516 nömrəli karta göndərilmiş 1700 (bir min yeddi yüz) manat məbləğində pulu 23 may 2019-cu il tarixdə Bakı şəhərində, anası Şahid vasitəsilə "UniBank”ın Tovuz şəhərində yerləşən filialından tanışı X5 adına açılmış UT ********** nömrəli hesaba göndərilmiş 702,80 (yeddi yüz iki manat səksən qəpik) manat məbləğində pulu 12 iyun 2019-cu i l tarixdə Bakı şəhərində, cəmi 6312,80 (altı min üç yüz on iki manat səksən qəpik) məbləğində pulunu qəbul edib ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilmişdir ki, təqsirləndirilən şəxs ona cəmi 1800 manat vermişdir, nə o, nə də ki onun yoldaşı 1100 manat pulu verməmişdir. Bunu sübut edəcək heç bir proses iştirakçısının ifadəsi yoxdur. Apellyasiya Məhkəməsinin qərarı faktiki olaraq onun 1100 manatının ödənilməməsinə səbəb olmuşdur. Odur ki, bununla bağlı proses iştirakçılarının dindirilməsi zəruridir. Həm birinci və həm də apellyasiya instansiya məhkəməsində məhkəmə iclasları açıq keçrilmişdir. Həmin məhkəmə iclasında iştirak edən şəxslərin qarşısında məhkum edilmiş şəxs bildirmişdir ki, guya onunla ər-arvad münasibətində 6 ay yaşamışdır. Məhkəmə iclasları zamanı onunla arasında olan səs yazısını məhkəməyə təqdim etsə də, həmin səs yazısını götürməmişlər. Təqsirləndirilən şəxs həmin səs yazısında ər-arvad münasibətində olmasına dair dediklərini yalandan dediyini və sairəni qeyd etmişdir. Bu isə ona qarşı CM-nin 147-ci maddəsində nəzərdə tutlan cinayət əməlini törətdiyini sübut edir. Məhkəmələr də həmin səs yazısını gizlətməklə onun cinayət məsuliyyətindən yayınmasına səbəb olmuşlar ki, bu da həm birinci və həm də apellyasiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Odur ki, ona 1100 manatın verilib-verilməməsi məsələsinin və səs yazısının araşdırılmasının zəruri olduğunu nəzərə alıb Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2023-cü il tarixli qəra rını ləğv edərək cinayət işinin apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kas sasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayətində məhkum edilmiş şəxsin ona 1100 manat pulun ödənilməməsi və təqdim etdiyi səs yazısının məhkəmə tərəfindən qəbul edilməməsi barədə dəlillər irəli sürər ək göstərilən məsələlərin araşdırılması üçün mübahisələndirilən qərarın ləğv edilərək yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkü nlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxsin CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkum ed ilmiş şəxslə zərərçəkmiş şəxs arasında olan səs yazısı zərərçəkmiş şəxsin iddia etdiyi kimi onların arasında ər-arvad münasibətlərinin mövcud olub- olmamasını müəyyən edir. Həmin halın Məhkum qarşı Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayət verilməsinə əsas olub –olmamasının araşdırılmasının hazırkı cinayət işinin predmetinə aidiyyəti yoxdur. Bu səbəbdən həmin səs yazısının cinayət işi üzrə sübut kimi qəbul edilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Məhkəmələr nəzər ə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin ərizəsi əsasında CM-nin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərər çəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə - təqsirləndirilən şəxs qismində tanınırlar (Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarı (10-cu bənd) Məhkəmə kollegiyası həmçinin zərərçəkmiş şəxsin kassasiya şikayətinin ona dəyən maddi ziyanın tam ödənilməməsinə, yalnız 1800 manat ödənilməsi, təqsirləndirilən şəxsin iddia etdiyi 1100 manat pulun ona verilməməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarından, o cümlədən məhkəmə qərarlarının məzmunundan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin dəyişdirilmədən qüvvəsində saxladığı birinci instansiya məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmündə zərərçəkmiş şəxsə dəyən ziyandan 2900 manat ödənilməsi nəzərə alınmış, zərərçəkmiş şəxs isə həm birinci instansiya məhkəməsində verdiyi ifadəsində, həm də apellyasiya şikayətində dəymiş ziyandan yalnız 1800 manat pul ödənildiyini göstərmişdir. Lakin cinayət işinə ilk dəfə baxmış birinci instansiya məhkəməsinin iclasında (həmin məhkəmənin hökmü ləğv olunaraq cinayət işi yeni baxışa göndərilmişdir) zərərçəkmiş şəxs məhkəmə iclasında 1100 manat pulu məhkəmə iclasında qəbul etdiyini və ona Məhkum tərəfindən cəmi 2900 manat pul ödənildiyini təsdiq etmiş və həmin hal, yəni məhkəmə iclasında 1100 manat pulun zərərçəkmiş şəxsə ödənilməsi məhkəmə iclasının protokolunda öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin zərərçəkmiş şəxsə dəymiş ziyandan cəmi 1800 manat pul ödənilməsi barədə dəlilləri öz təsdiqini tapmayan əsassız dəlillərdir. Məhkəmə koll egiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, zərərçəkmiş şəxs cinayət mühakimə icraatı zamanı dəymiş ziyanın ödənilməsinə dair mülki iddia ərizə ilə müraciət etməmişdir. Lakin onun belə bir müraciətinin olmaması cinayət mühakimə icraatı başa çatdıqdan sonra dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi vermək hüququnu istisna etmir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.1 və 183.2ci maddələrinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli əsassız dəlillər olmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürü lmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-376/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-376/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver