Məhkəmə qərarları › İş №1(102)-377/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-377/2019

30.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-377/2019 30.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, zərərçəkmiş şəxs X4, məhkumun müdafiəçiləri X16 və X23 iştirakları ilə, Bakı Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Novruz Kərimov (sədrlik edən və məruzəçi), Ramella Allahverdiyeva və Tamila Nəsrullayevadan ibarət tərkibdə) 17 oktyabr 2016-cı il tarixli hökmü ilə xx xxxx 1972-ci il tarixdə Beyləqan rayonunun, Aşıqalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Beyləqan rayonunun, Aşıqalılar kəndində yaşamış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 178.3.2-ci maddəsi ilə 9 (doqquz) il 6 (altı) ay müddətə, CM-in 32.4,312.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 18 oktyabr 2015-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə X21 və X37 da təqsirli bilinib məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X3 ilə qabaqcadan əlbir olub etibardan sui-istifadə etmə və aldatmaqla özgənin əmlakını təkrarən ələ keçirmək məqsədi ilə əvvəlcədən planlaşdırdığı vahid niyyətini həyata keçirmək üçün 2013-cü ilin iyun ayında Bakı şəhəri Yasamal rayonu ərazisindəki «xxxx» parkında sonu ncunun təşkil etdiyi görüş zamanı "xxxx" MMC-nin direktoru X4də özlərinə qarşı yaratdıqları inamı saxlamaq və özgə əmlakını ələ keçirməyə dair niyyətlərini gizlətmək üçün yalan vədlər verməklə, guya, özünün ayn-ayn vəzifəli şəxslərlə geniş əlaqələrə malik olmasını, həmin şəxslərin əlaqələrindən və nüfuzundan istifadə etməklə Fövqəladə Hallar Nazirliyi tərəfindən Zaqatala-Balakən bölgəsində tikintisi aparılacaq evlərdən 200 yüz əlli min) manat rüşvət vermək lazım olduğunu, ona vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə, yəni xeyrinə hərəkətlər edilməsinə görə qeyd edilən məsələnin veriləcək həmin məbləğdə pulun müqabilində həll olunacağını yalandan vəd verərək, həmin müddətdə X5in onlara olan inam və etimadından istifadə edib Təqsirləndirilən şəxsla birlikdə qeyd olunan məbləğin yarıs ını avans qaydasında verməsini istədikləri üçün X5 tikinti işlərinin görülməsi üçün ona müraciət etmiş tanışı X26 özünə vəd edilən tikinti işlərini ortaq qaydada aparmaqla tələb olunan məbləğin bir hissəsini - 25.000 manatını verməyə razı saldıqdan sonra, yəni 2013cü ilin iyun ayında X39un götürdüyü 13.000 manat pulu «xxxx» MMC-nin notarial qaydada təsdiq olunmuş sənədləri ilə, 2013-cü ilin avqust ayında isə X8ə məxsus 12.000 manat və X5ə məxsus 39.000 manat olmaqla avans məbləğdən qalan cəmi 51.000 manat pulu ünvan 1 ünvandakı çay evində alaraq, sonrakı müddətdə həmin vədlərinə əməl etməyib əldə etdikləri, cəmi 64.000 (altmış dörd min) manat pulu öz aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək, X5i rüşvət verməyə təhrik etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə onun küll i miqdarda əmlakını ələ keçirərək, təkrarən dələduzluq etmişlər. Bundan başqa, X3 ilə qabaqcadan əlbir olub sonuncu ilə birlikdə planlaşdırdığı vahid niyyətini həyata keçirmək üçün, təkrarən, eyni məqsədlə 2013-cü ilin iyul ayında Bakı şəhərinin Nərimanov rayonu ərazisindəki eyniadlı parkda sonuncunun təşkil etdiyi görüş zamanı Zaqatala rayon sakini X27 və sonuncunun tanışı X22 özünü tikinti işlərini təşkil edən şəxs kimi təqdim edib Təqsirləndirilən şəxsla birlikdə özlərinə qarşı yaratdıqları inamı saxlamaq və özgə əmlakını ələ keçirməyə dair niyyətlərini gizlətmək üçün Zaqatala rayonu ərazisində zəlzələdən zərərçəkmiş şəxslərə yeni inşa olunacaq evlərin tikintisi işinin götürülməsi üçün, guya, onlara iş təklif olunduğunu bildirib öz əlaqələrindən və nüfuzundan istifadə etməklə həmin evlə rdən 100 (bir yüz) evin tikinti işini götürəcəyini, bunun üçün rüsum kimi verəcəkləri 7.000 (yeddi min) manat pulun çatışmadığını, həmin məbləği verdiyi halda işi götürməyin mümkün olduğunu bildirib götürəcəkləri həmin işləri birlikdə ortaq olaraq, yerinə yetirəcəklərini yalandan vəd edərək, bunun müqabilində onlardan 17 iyul 2013-cü il tarixdə qeyd olunan ərazidə əvvəlcə 4.000 (dörd min) manat, bir həftə sonra - 23 iyul 2013-cü il tarixdə isə eyni yerdə Tərlan İsayevdən 3.000 (üç min) manat olmaqla, cəmi 7.000 (yeddi min) manat pulu alıb həmin məbləği öz aralarında bölüb şəxsi ehtiyaclarına xərcləməklə, vədlərinə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə məxsus xeyli miqdarda əmlakı ələ keçirməklə təkrarən dələduzluq etmişlər. Bundan başqa, X21 qaba qcadan əlbir olduğu bir qrup şəxslə, yəni özünü vətəndaşlara türk iş adamı X20, X19 ad və soyadı ilə təqdim etmiş X20 rəhbərlik etdiyi qrupun tərkibində Təqsirləndirilən şəxs ilə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə təkrarən ələ keçirmə məqsədi ilə X12nin göstərişlərinə əsasən, Respublikanın Zaqatala-Balakən bölgəsində baş vermiş təbii fəlakətdən zərərçəkən ailələr üçün tikilməsi və təmiri nəzərdə tutulan yaşayış evlərinin qanunsuz yolla siyahıya alınması, həmçinin siyahıya alma zamanı ev sahiblərindən şəxsiyyət vəsiqələrinin surətinin əldə edilməsi, eləcə də qəzalı evləri Fövqəladə Hallar Nazirliyinin siyahısına yazdırmaq adı ilə pullar toplayıb ona çatdırması barədə tapşırığını yerinə yetirməklə həmin tapşırığa müvafiq olaraq, 2013-cü ilin noyabr ayında Təqsirləndirilən şəxsla birlikdə qeyd olunan bölgədəki qəzalı evləri siyahıya aldıqları zaman Balakən rayonu, Tülü kənd sakini X2 evində qonaq olarkən, sonuncunun və digərlərinin onlara olan inam və etimadlarından istifadə edərək aldadıb, həmin şəxslərə bölgədə baş vermiş zəlzələ nəticəsində zərər dəymiş evlərin təmir-tikinti işlərinə başlayacaqlarını yalandan vəd verərək, 2013-cü ilin noyabr ayında X13dan cəmi 17.000 (on yeddi min) manat, o cümlədən, sonuncudan evinin təmiri üçün 8.000 (səkkiz min) manat pul aynlması müqabilində 3.500 (üç min beş yüz) manat, habelə X13un vasitəsi ilə qardaşı X14dan evinin tikintisinə görə 10.000 (on min) manat, qardaşı X15dan evinin təmiri üçün 8.000 (səkkiz min) manat məbləğində vəsaitin aynlmasına görə 3.500 (üç min beş yüz) manat, b undan əlavə 2013-cü ilin noyabr ayında Balakən rayonu, Tülü kənd sakini X5 cəmi 8.000 (səkkiz min) manat, o cümlədən, sonuncudan evinin təmiri üçün 8.000 (səkkiz min) manat pul vəsaitinin ayrılmasına görə 3.000 (üç min) manat, X16un vasitəsilə qardaşı X17dan evinin təmiri üçün 8.000 (səkkiz min) manat pul vəsaitinin ayrılmasına görə 3.000 (üç min) manat, habelə birincinin vasitəsi ilə qayınanası X28 evinin təmiri üçün 8000 (səkkiz min) manat pul vəsaitinin ayrılmasına görə 2.000 (iki min) manat, bundan başqa 2013-cü ilin noyabr ayında Balakən rayonu, Tülü kənd sakini X6 cəmi 12.000 (on iki min) manat, o cümlədən, sonuncudan evinin təmiri üçün 8.000 (səkkiz min) manat pul vəsaitinin ayrılmasına görə 4.000 (dörd min) manat, X17in vasitəsi ilə qardaşı X18dən evinin yenidən tikintisi üçün 8.00 0 (səkkiz min) manat, eləcə də 2013-cü ilin noyabr ayında Balakən rayonu, Cederovtala kənd sakini X11 evinin təmiri üçün 8.000 (səkkiz min) manat pul vəsaitinin ayrılmasına görə 3.000 (üç min) manat, eyni zamanda 2013-cü ilin noyabr ayında Tülü kənd sakini X14 evinin təmiri üçün 8.000 (səkkiz min) manat pul vəsaitinin ayrılmasına görə 4.000 (dörd min) manat, 2013-cü ilin noyabr ayında Tülü kənd sakini X7 evinin təmiri üçün 8.000 (səkkiz min) manat pul vəsaitinin ayrılmasına görə 4.000 (dörd min) manat, bundan əlavə 2013-cü ilin noyabr ayında Balakən rayonu, Hənifə kənd sakini X1 evinin təmiri üçün 8.000 (səkkiz min) manat pul vəsaitinin ayrılmasına görə 3.000 (üç min) manat, bundan başqa 2013-cü ilin noyabr ayında Balakən şəhər sakini X17 zəlzələ nəticəsində zərər dəymiş evin təmirinə pul vəsaitinin ayrılması üçün müvafiq ekspertiza rəyinin alınmasına görə 3.000 (üç min) manat, eləcə də 2013-cü ilin noyabr ayında Balakən rayon sakinləri -X9 və X12 zəlzələ nəticəsində zərər dəymiş evlərinin yenidən tikilməsi üçün hər birindən 4.000 (dörd min) manat, cəmi 8.000 (səkkiz min) manat olmaqla, qeyd edilən sakinlərdən ümumilikdə, 62.000 (altmış iki min) manat pulu alıb aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə, həmin məbləği X12 və Təqsirləndirilən şəxsla öz aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək, zərərçəkmiş şəxslərə küllü miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Həmçinin, X37 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaq əsinə girərək, 2014-cü ilin mart ayında "xxxx"də idman məşqçisi işləyən X15 aralarında olan yaxın münasibətlərinə görə sonuncunun oğlu X20nin adına 100.000 (bir yüz min) manat "İpoteka" krediti ayrılmasını təşkil edə biləcəyi ilə bağlı ona olan etimadından istifadə edərək, tanışı Təqsirləndirilən şəxs "İpoteka" krediti ayrılması işinə yaxından köməklik edə bildiyini bildirərək, həmin işlərdə Təqsirləndirilən şəxs bacanağı olduğuna inandırıb sonuncu ilə X21i 07 mart 2014-cü il tarixdə "xxxx" İdman Olimpiya Mərkəzində görüşdürərkən, X21da özlərinə qarşı yaratdıqları inamı saxlamaq və onun əmlakını ələ keçirməyə dair niyyətlərini gizlətmək üçün Təqsirləndirilən şəxs tərəfindən eyni vədlər verilməklə bu işin müqabilində alacaqları 3.000 (üç min) manat məbləğin bir hissəsini, guya rüsumun və sə nədləşmənin xərclərinə ödəmək, bir hissəsini də özlərinin itirdiyi vaxtın və çəkdiyi zəhmətin haqqı adı ilə istəyərək, razılaşdıqdan sonra «İpoteka» kreditinin iki ay müddətinə hazır olacağını yalandan vəd verərək, 08 mart 2014-cü il tarixdə ünvan 1 ünvanda 3.000 (üç min) manat pulu X21dan alaraq, həmin məbləği öz aralarında bölüb şəxsi ehtiyaclarına xərcləməklə vədlərinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs X18 məxsus əmlakı ələ keçirməklə dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vaqif Mursaqulov (sədrlik edən və məruzəçi), Mirpaşa Hüseynov və Həsən Əhmədovdan ibarət tərkibdə) 24 may 2017-ci il tarixli qərarı ilə 17 oktyabr 2016-cı il tarixli hökm məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilməd ən saxlanılmış, məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2017-ci il tarixli qərarı dəyişdirilsin, məhkuma CM-nin 32.4,312.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsiri sübuta yetirilmədiyindən həmin maddə üzrə cinayət təqibinə xitam verilsin, CM-in 178.3.2ci maddəsi CM-nin 178.2.4-cü maddəsinə tövsif edilsin, çəkdiyi cəza ilə kifayətlənərək azadlığa buraxılsın. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum, müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanu nsuz, əsassız və ədalətsizdir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs X4 ifadəsində məhkum Təqsirləndirilən şəxs bu qeyd olunan epizod üzrə heç bir təqsirinin olmadığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Qeyd olunan epizod üzrə icraata xitam verilməlidir. Cinayət işi üzrə digər zərərçəkmiş şəxslər isə onlara dəymiş zərərin tam şəkildə ödənildikərini və onların məhkum Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadıqlarına dair notarial qaydada təsdiq olunmuş ərizələri təqdim etmişlər. Həmçinin məhkum Təqsirləndirilən şəxs ailəlidir, himayəsində üç azyaşlı uşağı var, istintaqdan gizlənməmiş, şəxsən özü gəlmiş, himayəsində yaşlı və xəstə valideyinləri vardır, əvvəllər məhkum olunmamışdır, daimi yaşayış yeri məlumdur, zərərçəkmişlərə vurulmuş ma ddi zərərləri tam şəkildə ödəmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, prosses iştirakçılarının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2017-ci il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəmə sində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili məhkumun barəsində cinayət işinin zərərçəkmiş şəxs X4 dair hissədə icraata xitam verilməməsinin əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. İşdən görünür ki, iş üzrə zərərçəkmiş şəxs X4 notarial qaydada ərizə yazaraq qeyd olunan epizod üzrə məhkum Təqsirləndirilən şəxs təqsirinin olmamasını bildirsə də, onun həmin cinayəti törətməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş və iş materiallarında olan zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı ifadəsi və şahidlərin ifadələri ilə və iş üzrə toplanmış digər sənədlərlə təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr yuxarıda qeyd edilmiş halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar, həmin sübutların şübhə altına alınması üçün işdə heç bir əsas yoxdur. Bundan başqa, işdən görünür ki, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, məhkum Təqsirləndirilən şəxs CM-nin 32.4, 312.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi üçün heç bir qanuni əsas yoxdur, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Kassasiya şikayətinin digər dəlili məhkum Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməməsinin əsassız olmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, əməlin Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilməsi üçün sözü gedən əməl yəni dələduzluq əməli, zərərçəkmiş şəxslərə xeyli miqdar ziyan vurmaqla törədilməlidir. İbtidai istintaq orqanı, həmçinin iş baxan məhkəmələ rin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu bir qrup şəxslə, yəni özünü vətəndaşlara türk iş adamı X20,X19 ad və soyadı ilə təqdim etmiş X20 rəhbərlik etdiyi qrupun tərkibində X21 ilə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə təkrarən ələ keçirmə məqsədi ilə X12in göstərişlərinə əsasən X21 Respublikanın Zaqatala-Balakən bölgəsində baş vermiş təbii fəlakətdən zərərçəkən ailələr üçün tikilməsi və təmiri nəzərdə tutulan yaşayış evlərinin qanunsuz yolla siyahıya alınması, həmçinin siyahıya alma zamanı ev sahiblərindən şəxsiyyət vəsiqələrinin surətinin əldə edilməsi, eləcə də qəzalı evləri Fövqəladə Hallar Nazirliyinin siyahısına yazdırmaq adı ilə pullar toplayıb ona çatdırması barədə tapşırığını yerinə yetirməklə həmin tapşırığa müvafiq olaraq, 2013-cü ilin noyabr ayında Təqsirləndirilən şəxsla birlikdə qeyd olunan bölgədəki qəzalı evləri siyahıya aldıqları zaman Balakən rayonu, Tülü kənd sakini X2 evində qonaq olarkən, sonuncunun və digərlərinin onlara olan inam və etimadlarından istifadə edərək aldadıb, həmin şəxslərə bölgədə baş vermiş zəlzələ nəticəsində zərər dəymiş evlərin təmir-tikinti işlərinə başlayacaqlarını yalandan vəd verərək, 2013-cü ilin noyabr ayında X13dan cəmi 17.000 (on yeddi min) manat, o cümlədən, sonuncudan evinin təmiri üçün 8.000 (səkkiz min) manat pul aynlması müqabilində 3.500 (üç min beş yüz) manat, habelə X13un vasitəsi ilə qardaşı X14dan evinin tikintisinə görə 10.000 (on min) manat, qardaşı X15dan evinin təmiri üçün 8.000 (səkkiz min) manat məbləğində vəsaitin aynlmasına gör ə 3.500 (üç min beş yüz) manat, bundan əlavə 2013-cü ilin noyabr ayında Balakən rayonu, Tülü kənd sakini X5 cəmi 8.000 (səkkiz min) manat, o cümlədən, sonuncudan evinin təmiri üçün 8.000 (səkkiz min) manat pul vəsaitinin ayrılmasına görə 3.000 (üç min) manat, X16un vasitəsilə qardaşı X17dan evinin təmiri üçün 8.000 (səkkiz min) manat pul vəsaitinin ayrılmasına görə 3.000 (üç min) manat, habelə birincinin vasitəsi ilə qayınanası X28 evinin təmiri üçün 8000 (səkkiz min) manat pul vəsaitinin ayrılmasına görə 2.000 (iki min) manat, bundan başqa 2013-cü ilin noyabr ayında Balakən rayonu, Tülü kənd sakini X6 cəmi 12.000 (on iki min) manat, o cümlədən, sonuncudan evinin təmiri üçün 8.000 (səkkiz min) manat pul vəsaitinin ayrılmasına görə 4.000 (dörd min) manat, X17in vasitəsi ilə qardaşı X18dən evinin yenidən tikintisi üçün 8.000 (səkkiz min) manat, eləcə də 2013cü ilin noyabr ayında Balakən rayonu, Cederovtala kənd sakini X11 evinin təmiri üçün 8.000 (səkkiz min) manat pul vəsaitinin ayrılmasına görə 3.000 (üç min) manat, eyni zamanda 2013-cü ilin noyabr ayında Tülü kənd sakini X14 evinin təmiri üçün 8.000 (səkkiz min) manat pul vəsaitinin ayrılmasına görə 4.000 (dörd min) manat, 2013-cü ilin noyabr ayında Tülü kənd sakini X7 evinin təmiri üçün 8.000 (səkkiz min) manat pul vəsaitinin ayrılmasına görə 4.000 (dörd min) manat, bundan əlavə 2013-cü ilin noyabr ayında Balakən rayonu, Hənifə kənd sakini X1 evinin təmiri üçün 8.000 (səkkiz min) manat pul vəsaitinin ayrılmasına görə 3.000 (üç min) manat, bundan başqa 2013-cü ilin noyabr ayında Balakən şəhər sakini X17 zəlzələ nəticəsin də zərər dəymiş evin təmirinə pul vəsaitinin ayrılması üçün müvafiq ekspertiza rəyinin alınmasına görə 3.000 (üç min) manat, eləcə də 2013-cü ilin noyabr ayında Balakən rayon sakinləri -X9 və X12 zəlzələ nəticəsində zərər dəymiş evlərinin yenidən tikilməsi üçün hər birindən 4.000 (dörd min) manat, cəmi 8.000 (səkkiz min) manat olmaqla, qeyd edilən sakinlərdən ümumilikdə, 62.000 (altmış iki min) manat pulu alıb aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə, həmin məbləği X12 və Təqsirləndirilən şəxsla öz aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək, zərərçəkmiş şəxslərə küllü miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs digər məhkumlarla qabaqcadan əlbir olaraq zərərçəkmiş şəxslərə vurduğu ziyanın məbləği 62.000 manat təşki l etmişdir ki, bu məbləğdə küllü miqdar olmaqla Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin tərkibini yaradır. Ona görə də məhkum Təqsirləndirilən şəxs əməli CM-nin 178.3.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Kassasiya şikayətinin digər dəlili məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ədalətsizliyə və ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şə xs cəza təyin edərkən onun yaşayış yerindən müsbət xarakterizə olunması, himayəsində üç uşağının olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın bir qisminin ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alındığını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya kollegiyası işə baxan məhkəmələrin Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı mövqeyinin yuxarıda şərh edilmiş qanunun normalarına uyğun hesab etməklə bərabər qeyd edir ki, məhkəmə qərarları qəbul edildikdən sonra qanunda dəyişiklik edilmişdir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli 816-VQD saylı Azərba ycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyası yüngülləşdirilərək 7 (yeddi) ildən 12 (on iki) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası 5 (beş) ildən 10 (on) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, bu müddət isə qanunda edilmiş dəyişiklik nəzərə alındıqda maddənin sanksiyasının yuxarı həddidir. Məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olması, cəzanı ağırlaşdıran halların olmaması müəyyən edildiyi halda ona təqsirli bilindiyi maddənin sanksiyasını yuxarı həddində təyin edilmiş cəzanın saxlanılması ədalətsiz olardı. Həmçiniun, Az ərbaycan Respublikası CM-nin 10.3cü maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə kollegiyasının qənaətinə qanunda edilmiş dəyişiklik nəzərə alınaraq məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın müddəti endirilməlidir. Göstərilənləri nəzərə alaraq kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2017-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs Məhəmmədli oğluna aid hissədə dəyişdirilməli, məhkum Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinin tələbinə görə məhkəmə məsuliyyəti və ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.0.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 24 may 2017-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilsin. Hökmlə məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası 8 (səkkiz) ilə endirilsin. Azərbaycan Respublikası CN-in 66.3-cü maddəsinə əsasən təyin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin Qalan hissədə qərar dəyişdirilməsin. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar