Məhkəmə qərarları › İş №1(102)-377/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-377/2020

10.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-377/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 10 mart 2020-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun, məhkum x1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-c u il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş x1 barəsində Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından x1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: M.M.Ağalarov (sədrlik edən və məruzəçi), Ə.M.Abasov və E.Ə.Mikayılov) xx xxxxx 2019-cu iİ tarixli hökmü ilə, x1 - xx.xx.1991-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 qeydiyyatda olub, ü2 yaşayan Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətinə azadlıqdan məh rum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2019cu il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, x2 ilə qeyri-rəsmi ər-arvad münasibətində olduğuna görə sonuncunun anası x3 bu münasibətə etiraz etməsi səbəbindən əvvəllər yaranmış mübahisənin davamı olaraq xx xxxxxx 2018-ci il tarixdə saat 22 radələrində x2 yaşadığı ü3 evinə ötürərkən küçədə x3 ilə rastlaşmış və onun qızından əl çəkməsini tələb etdikdə aralarında yaranan mübahisə zamanı üzərində olan istintaqla müəyyən edilməsi mümkün olmayan mətbəx bıçağı ilə bir dəfə vuraraq x3ya sol bud arteriyasının və sol bud venası şaxəsinin yaralanması və kəskin qan itirmə ilə müşayiət olunan sol budun yuxarı 1/3-nin ön səthinin 1 ədəd deşilmiş- kəsilmiş yarası ilə nəticələnən həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs x1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən və məruzəçi), F.G.Zeynallı və M.Ə.Rzayev) apelyasiya şikayəti qismən təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, x1na Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, qalan hissədə qərar dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qər arından x1n kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, əməlindən səmimi peşimandır, 2 azyaşlı övladı var, anası yataq xəstəsi, atası əmək qabiliyyətsiz, həyat yoldaşı evdar qadındır. Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Bu halları nəzərə alaraq daha humanist qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə x1, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessua l Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və Apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Məhkum kassasiya şikayətində cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının cinayət işi üzrə qərarından müəyyən edilir ki, məhkəmə kollegiyası x1 gənc olmasını, əməlindən peşimançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmiş və onun cəzasını daha da yüngülləşdirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan müəyyən edilmişdir ki, məhkəmə iclasında iştirak edə n zərərçəkmiş x3 ifadəsində x1ndan şikayəti olmadığını göstərməklə yanaşı ondan müalicəsi üçün çəkdiyi 2000 manat müalicə xərci pulunu tələb etdiyini göstərmişdir. Lakin, cinayət işinin materiallarında həmin məbləğin zərərçəkmiş şəxsə ödənməsini təsdiq edən sübut müəyyən edilməmişdir. Ona görə də x1 zərərçəkmiş şəxslə barışıq əldə etməsi barədə kassasiya şikayətində göstərilən dəlil əsassızdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, məhkuma təyin edilmiş və sonradan Apelyasiya instansiya məhkəməsi tərəfindən 4 ilə endirilmiş cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi ilə müəyyən edilmiş cəzanın məqsədlərinə və 58.3cü maddəsi ilə müəyyən edilmiş cəza təyin etmənin ümumi əsaslarına uyğundur. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməm əlidir. Cinayət işinin ibtidai istintaqı, birinci və apelyasiya instansiyaları məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunların kobud pozulması, x1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cə maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respu blikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: x1 kassasiya şikayəti təmin edilməsin. x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı x1 kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar