Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-377/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs14, Zərə rçəkmiş şəxs8 iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməmiş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim F.Əmirəliyev ) xx xxxx 1962-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, məhkumluğu olmayan, “xxxx” MMC-nin təsisçisi və “Binəqədi Nevs Service” fərdi tikinti şirkətinin direktoru, Ünvan1də qeydiyyatda olmaq la, Ünvan2də yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 308.2-ci və 313-cü maddələri ilə təqsirli bilinərək CM-nin 308.2-ci maddəsi ilə 02 (iki) ilədək müddətə dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə, CM-nin 313-cü maddəsi ilə 01 (bir) ilədək müddətə dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş əsas və əlavə cəzalar CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən qismən toplanılmaq yolu ilə üzərində qəti olaraq 02 (iki) il 06 (altı ) ayadək dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin, X14 və X12 da təqsirli bilinib məhkum olunmuşlar. Hökmdən Məhkumun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 tərəfində ayrı– ayrılıqda verilmiş, məhkum X8 müdafiəçisi Müdafiəçi4 tərəfindən, Zərərçəkmiş şəxs7 tərəfindən, məhkum X12 və onun müdafiəçisi Müdafiəçi5 tərəfindən birgə verilmiş, Zərərçəkmiş şəxs8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim F.A.Qasımov, hakimlər E.E.Rəhimov və K.H.Əkbərovdan ibarət tərkibdə) xx xx xx 2020-ci il tarixli qərarı ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 308.2-ci və 313-cü maddələri ilə məhkum edilməsinə dair hissədə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 308.2-ci və 313-cü maddələri ilə təqsirli bilinərək ona CM-nin 313-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, CM-nin 66.2-ci maddəsinə dair müddəalar hökmdən xaric edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən Məhkumun üzərində CM-nin 308.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) ilədək dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilm əklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi6 tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, vəzifəli şəxs olaraq sair şəxsi niyyətlə və qeyrisinin təhriki ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı törətmiş və vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib həmin əməlləri ilə fiziki və hüquqi şəxslərin hüqu qlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Belə ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində xx xxx 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış (VÖEN № **********) “xxxx” MMC-nin təsisçisi vəzifəsində işləyərkən tanışı X6 adına rəsmiləşdirilməklə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5-də inşa edilən 1 nömrəli fərdi yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə “xxxx” ASC-nin nümayəndəsi X15, tikintinin aparıldığı torpaq sahəsinin mülkiyyətçisi xxx xxxx və tikintinin investoru qismində Şahid3 arasında bağlanılmış x xxxxxx 2017-ci il tarixli üçtərəfli müqavilə üzrə investor kimi tikintiyə vəsait qoyan fiziki şəxs kim i vergi ödəyicisi Şahid3 (VÖEN Ne **********) adından, onun xəbəri olmadan, həmin tikintinin aparılması məqsədilə xx xxxxxxxx 2017-ci il tarixdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 225 nömrəli binanın 57 nömrəli mənzilində gələcəkdə tikintini özünün aparmasını təmin etməkdən ibarət şəxsi niyyətlə kompyuterdə məzmununa Şahid3 tərəfindən “Binəqədi Nevs Service” fərdi tikinti şirkətinin yaradılmasına dair bilə-bilə yalan məlumatlar daxil etdiyi eyni tarixli nömrəsiz əmri hazırlayıb, həmin əmrdə Şahid3 adı qarşısında istintaqa məlum olmayan şəxs tərəfindən imzanın icra olunmasına nail olmaqla, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumalar daxil edib vəzifə saxtakarlığı etmişdir. Bundan başqa, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5-də inşası aparılan 1 nömrəli 4 mərtəbəli fərdi 1400 m2 ümumi sahəsi olan 14 mənzilli yaşayış binasının tikintisinin davam etdirilməsinə investor qismində vəsait qoyan Şahid3 xx xxxxxxxx 2017-ci il tarixli 1 nömrəli əmri ilə həmin binanın tikintisini həyata keçirməsi nəzərdə tutulan “Binəqədi Nevs Service” fərdi tikinti şirkətinin direktoru təyin edilməklə, həmin əmrə əsasən, şirkət üzrə maliyyələşdirmə, satış və nəzarətin həyata keçirilməsi ilə bağlı təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və həmin binanın yerləşdiyi torpaq sahəsinin faktiki mülkiyyətçisi X14 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, “xxxx“ ASC ilə həmin ünvanda yaşayış binasının tikintisini fərdi sahibkar qismində 2017-ci ilin sentyabr ayınadək həyata keçirmiş X12 arasında bağlanmış xx xxxxxxxx 2013cü il tarixdə 07 UM/13 saylı kredit müqaviləsi restrukturizasiya olunmaqla xx xxx 2015-ci il tarixdə yenidən bağlanmış 34 UB /13saylı kredit müqaviləsi üzrə xxxxxx verilmiş 366.000 ABŞ dolları məbləğində kreditlə bağlı həmin və xx xxxxxx 2014-cü il tarixli ipoteka müqavilələri ilə həmin binanın girov qismində yüklü edilməsi ilə əlaqədar binanın tikintisinin davam etdirilməsi məqsədilə “xxxx” ASC-nin nümayəndəsi X15, tikintinin aparıldığı torpaq sahəsinin mülkiyyətçisi xxx xxx və tikintinin investoru qismində Şahid3 arasında bağlanılmış x xxxxxx 2017-ci il tarixli üçtərəfli müqavilə şərtlərinə görə mənzil satışından əldə olunan vəsaitin 40 faizinin həmin kredit üzrə yaranmış borcun ödənilməsinə cavabdeh olan “Binəqədi Nevs Service” fərdi tikinti şirkətinin direktoru kimi qeyd olunan öhdəliyə məsul şəxs olmasına baxmayaraq, həmin binanın yerləşdiyi torpaq sahəsinin faktiki mülkiyyətçisi X8 yanında nüfuz qazanmaq məqsədilə, sonuncuya 2015-ci il tarixdə müvafiq olaraq 26.500 manat və 24.000 manat ilkin vəsait ödəyib, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, G.Ramazanov küçəsi, döngə 1, dalan 5-də yerləşən digər-1 A saylı yaşayış binasından mənzil almış Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs14, həmçinin həmin binada apardığı inşaat işlərinin dəyəri müqabilində mənzil almış X10 aldığı mənzillərin yerləşdiyi həmin bina üzərinə xxxx xxx-in xx xxxxxx 2015-ci i l tarixdə X4 aldığı 305.000 ABŞ dolları məbləğində borcunu qaytarmamasına görə sonuncunun iddia ərizəsi üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərardadı ilə həbs qoyulması səbəbindən xxx xxx ondan Zərərçəkmiş şəxs9, xxx xxxx və Zərərçəkmiş şəxs14 inşasını həyata keçirdiyi həmin ünvanda yerləşən 1 nömrəli fərdi yaşayış binasından müvafiq olaraq Zərərçəkmiş şəxs9 sahəsi 55,15 m olan 31.000 manat dəyərində 23 nömrəli, Zərərçəkmiş şəxs4 sahəsi 32 m olan 21.000 manat dəyərində nömrəsi qeyd edilməyən mənzilin və Zərərçəkmiş şəxs14 sahəsi 55,15 m2 olan 52.000 manat dəyərində 14 nömrəli mənzilin rəsmiləşdiriməsi barədə xahişi ilə əlaqədar xxxx xxxx ilə sövdələşməklə təhriki əsasında özü 2017-ci ilin sentyabr ayının sonu, oktyabr ayının əvvəllərində həmin ünv anda yerləşən ofis otağında “ünvan 1qısına dair müqavilə blankının məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumat daxil etdiyi 23 nömrəli mənzilin Zərərçəkmiş şəxs9a satılmasına dair qəsdən tarixi “xx.xx.2017ci il” kimi göstərilmiş N-ll/27 nömrəli saxta müqaviləni şirkətin dairəvi möhürü ilə təsdiq edib imzalamaqla vəzifə saxtakarlığı edib, həmçinin, Zərərçəkmiş şəxs14dan 14 nömrəli mənzilin satılmasına dair əlavə ödəniş olaraq 2.500 manat almaqla ona xx.xx.2017-ci il tarixdə eyni tarixli N-ll/05 nömrəli, Zərərçəkmiş şəxs4 isə 1 otaqlı mənzilin satılmasına dair xx.xx.2017-ci il tarixli 02 nömrəli, bundan əlavə, özü direktor qismində şəxsən Zərərçəkmiş şəxs8 qızına sahəsi 34 m2 olan 20.400 manat dəyərində 27 saylı mənzilin satılması ilə əlaqədar şəxsən sonuncudan 18.000 manat pul almaqla xx.xx.2017-ci il tarixli, 11/15 nömrəli, Şahid2 oğluna sahəsi 31,2 m2 olan 21.216 manat dəyərində 10 nömrəli mənzilin satılması ilə əlaqədar şəxsən 8.365 manat pul almaqla xx.xx.2017-ci il tarixli, N-ll/29 nömrəli, Zərərçəkmiş şəxs13 sahəsi 74 m2 olan 44.400 manat dəyərində 19 saylı mənzilin satılmasıilə əlaqədar şəxsən və xxxxxunn vasitəsi ilə 37.000 manat pul almaqla xx.xx.2017-ci il tarixli, N -11/18 nömrəli, Zərərçəkmiş şəxs11 sahəsi 60 m2 olan 36.000 manat dəyərində 21 nömrəli mənzilin satılması ilə əlaqədar şəxsən və Elşad Zeynalovun vasitəsi ilə 16.620 manat pul almaqla xx.xx.2017ci il tarixli, N-H/18-2 nömrəli, Zərərçəkmiş şəxs12a sahəsi 31,3 m2 olan 18.000 manat dəyərində 12 nömrəli mənzilin satılması ilə əlaqədar şəxsən 18.000 manat pul almaqla xx.xx.2018-ci il tarixli, N-ll/19 n ömrəli, X2 46,6 m2 olan 33.500 manat dəyərində 8 nömrəli mənzilin satılması ilə əlaqədar şəxsən və xxxxvun vasitəsi ilə 10.582 manat pul almaqla xx.xx.2018-ci il tarixli, N-ll/31 nömrəli, Zərərçəkmiş şəxs7 sahəsi 29 m2 olan 17.000 manat dəyərində 13 nömrəli mənzilin satılması ilə əlaqədar şəxsən 14.400 manat pul almaqla xx.xx.2018-ci il tarixli, N-11/26 nömrəli, Zərərçəkmiş şəxs3 sahəsi 40 m2 olan 28.800 manat dəyərində 24 nömrəli mənzilin satılması ilə əlaqədar şəxsən və iş icraçısı Şahid1 vasitəsi ilə 9.721 manat pul almaqla xx.xx.2018-ci il tarixli, N-ll/28 nömrəli, Zərərçəkmiş şəxs6 sahəsi 60 m2 olan 40.800 manat dəyərində 14 nömrəli mənzilin satılması ilə əlaqədar şəxsən və xxxxxvun, Şahid1 vasitəsi ilə 17.850 manat pul almaqla xx.xx.2018-ci il tarixli, N-ll/31 nömrəli, X1 45 m2 olan 31.000 manat dəyərində 7 nömrəli mənzilin satılması ilə əlaqədar şəxsən 7.000 manat pul almaqla xx.xx.2018-ci il tarixli, Nll/ 14 nömrəli müqavilələr, həmçinin Zərərçəkmiş şəxs2 sahəsi 46 m2 olan 31.500 manat dəyərində mənzilin satılması ilə əlaqədar beh qismində şəxsən 1.000 manat pul almaqla xx.xx.2018-ci il tarixli 456270 nömrəli “xxxx” MMC-nin adından ödəniş qəbzləri üzrə həmin şəxslərə satışını şəxsən həyata keçirdiyi 374.116 manat dəyərində mənzillərlə bağlı şəxsən və ya xxx xxxvun, həmçinin, Şahid1 vasitəsi ilə aldığı 161.038 manat məbləğində vəsaitin 40 faizini, yəni 64.415,2 manatını Elşad Zeynalovun adma “xxxx” ASC-yə olan qeyd edilən kredit borcunun ödənilməsinə qəsdən sərf etməyib, həmin vəsaitin bir hissəsini tikintiyə, digər hissəsini isə rəhbərlik etdiyi müəssisənin digər xə rclərinə sərf edib həmin hərəkətləri ilə hüquqi şəxsin, yəni “xxxx” ASC-nin kreditləşmə siyasətinin həyata keçirilməsi və kredit vəsaitlərinin yığımı ilə əlaqədar əmlak hüquqlarına və qanuni mənafelərinə, habelə, kredit borcu ilə bağlı heç bir ödəniş etməməsi ilə əlaqədar xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərracın nəticələrinə dair protokol əsasında həmin binanın “xxxx” ASC-nin nümayəndəsi X7 tərəfindən satın alınması nəticəsində özünün mənzil alqı-satqısını həyata keçirdiyi 14 nəfərin, yəni kütləvi surətdə fiziki şəxslərin tikintidə mənzilə sahib olmaq və ondan birgəyaşayış qaydalarına uyğun normal istifadə etmək hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə sə bəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bu hərəkətləri ilə Məhkum Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇIXIŞLARI: Məhkumun müdafiəçisi Müdafiəçi6 kassasiya şikayəti və kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə düzgün araşdırma aparmadığından və iş üzrə ittihamın qanunsuz və əsassız olmasına diqqət yetirməyərək qeyri-obyektiv nəticəyə gəldiyindən, cinayət işi üzrə təsdiq və sübut olunmuş işin zəruri hallarına, o cümlədən təqsirləndirilən şəxs Məhkumun əməlinə düzgün hüquqi qiymət verilməyərək qanunsuz və əsasız olaraq məh kum edildiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ləğv olunmalı və Məhkum əməlində cinayət tərkibi olmadığından, ona bəraət verilməlidir. Cinayət işinin materiallarında olan xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli etibarnamələrdən görünür ki, Şahid3 tərəfindən Məhkuma hər iki tarixli etibarnamə üzrə öz adından xeyli sayda səlahiyyətlər, o cümlədən əmlak və şəxsi qeyri-əmlak hüquqları da daxil olmaqla, istənilən idarə, müəssisə və orqanlarda onu təmsil etmək, onun adından nəyisə almaq, vermək, satmaq bağışlamaq, adından istənilən sənədləşmə işlərini aparmaq, onun adından İMZA etmək və s. səlahiyyətlər verilmişdir. Bundan başqa cinayət işinin materiallarında olan 21 və xx xxxxxxxx 2017-ci il tarixli əmrlərdən görünür ki, Şahid3 tərəfindən “Binəqədi Nevs Service” tikinti şirkəti yaradılmış və həmin şirkətin direktoru Məhkum təyin edilmişdir. Bundan əlavə cinayət işinin materiallarında olan müqavilələrdən və iş üzrə guya zərərçəkmiş şəxslərin və guya mülki iddiaçıların ifadələrindən görünür ki, sözügedən binanın bir, iki, üç və dördüncü mərtəbələrində satılan mənzillər üzrə “Binəqədi Nevs Service” fərdi tikinti şirkətinin direktoru Məhkum ilə həmin mənzilləri alan şəxslər (iş üzrə guya zərərçəkənlər) arasında qanunvericiliyin tələblərinə uyğun mənzil alqı-satqısı barədə müqavilələr bağlanmış (imzalanmış), müqavilə üzrə edilmiş ödənişlər üzrə müvafiq ödəniş qəbzləri verilmiş, o cümlədən tamamlanmış ödənişlər üzrə aidiyyəti maliyyə arayışları təqdim edilmiş və mənzilləri alan şəxslər hal-hazırda aldıqları mənzildə y aşamaqla həmin mənzillər onların sahibliyində və faktiki istifadələrindədir. Sadalananlardan aydın görünür ki, Məhkum və digər təqsirləndirilən şəxslərin, o cümlədən zərərçəkmiş şəxslərin və mülki iddiaçıların aralarında müqavilə münasibətləri mövcuddur ki, bu müqavilələr üzrə ixtilaflar və mübahisələr olduğu təqdirdə isə bu məsələlər cinayət mühakimi icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında həll olunmalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv etməklə, Məhkumun əməlində Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələri üzrə cinayət tərkibinin əlamətləri olmadığından ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Müdafiəçi6 çıxış edərək, kassasiya şikayətində qeyd olunan ha lları bir daha vurğulayaraq şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən Zərərçəkmiş şəxs12 Məhkumdan mənzil aldığını, hal-hazırda orada yaşadığını və kassasiya şikayəti barədə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Kassasiya məhkəmə baxışında çıxış edən Zərərçəkmiş şəxs8 Məhkuma qarşı heç bir şikayətinin olmadığını, məhkumun müdafiəçi Q.M.Qareyevin mövqeyi ilə razı olduğunu bildirdi. Daha sonra kassasiya məhkəmə baxışında çıxış edən Zərərçəkmiş şəxs14 söz verir. Zərərçəkmiş şəxs14 çıxış edərək, Məhkumdan aldığı evə köçə bilmədiyini, halhazırda evsiz qaldığını, bu iş üzrə mülki iddia qaldırmadığını bildirdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarə sinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının Məhkuma aid hissədə ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının Məhkuma aid hissədə dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanu nunun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətində Məh kumun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslı lığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət iş inin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, ittiham və müdafiə tərəfilərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı isə Məhkuma aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafey i tələb etdiyi halda istifadə etməməsi, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma, tamah və ya sair şəxsi niyyətlərlə vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər, mümkün və bir-birini tamamlayan sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Eyni zamanda, kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tamamilə haqlı olaraq Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Məhkum həmin maddə ilə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməməsi ilə bağlı yekun nəticəyə gəlmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və ona bəraət verilməli olduğu iddia edilir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçiləri tər əfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkumun təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiə tərəfinin kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəra ət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkuma bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Bundan əlavə qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiəçi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya in stansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürülmüş tərəflər arasındakı mübahisənin mülki xarakterli olması, ona görə də, məhkəmə qərarının bəraətverici əsaslarla ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərar ın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkumun hərəkətlərində Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının Məhkuma aid hissədə ləğv edil məsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhk əmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Məhkuma aid hissədə əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməmiş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı məhkumun müdaf iəçisi tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən Məhkuma aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-377/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-377/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver