Məhkəmə qərarları › İş №1(102)-377/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-377/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-377/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Abşeron Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli 1(012)-183/2023 nömrəli (hakim: Quliyeva Sevinc Məhəmməd qızı) hökmü ilə xx xxxxxxx 1982-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azə rbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2022-ci il tarixindən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum narkomaniyadan məcburi müalicə təyin olunması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli 1(012)-183/2023 nömrəli hökmünün təsviri-əsaslandırıcı və nəticə hissələrində yaranmış anlaşılmazlığın aradan qaldırılmasına dair Abşeron Rayon Məhkəməsinin 2 iyun 2023-cü il tarixli 1(012)-183/2023 nömrəli qərarı ilə hökmün 7-ci səhifənin 1-ci abzasında Şahid3 “elan olunmuş ifad əsindən görünür ki,” cümləsinin “Şahid3 ifadəsindən görünür ki,” kimi, təqsirləndirilən şəxs “Məhkum məcburi müalicə təyin edilsin” cümləsinin “Məhkum məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın” kimi, həmçinin hökmün 14-cü səhifəsinin, 11-ci abzasında təqsirləndirilən şəxs “Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin” cümləsinin “Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın” kimi oxunması qərara alınmışdır. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Yusifov Ramil Hörmət oğlu və təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2023-cü il tarixli 1(105)-369/2023 nömrəli (ha kimlər: Rəhimov Elman Gülbaba oğlu (sədrliyi və məruzəsi ilə), Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Abşeron Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli hökmü ilə Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə edərək, üzərində saxlamış, daşımış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən 23 iyul 2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri ərazisində satış məqsədi ilə qanunsuz olaraq 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,270 qram, 0,286 qram, 0,320 qram və 1,050 qram olmaqla ümumi 1,932 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İİ) daxil olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,090 qram və 0,356 qram olmaqla ümumi 0,446 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə m etamfetamini əldə edib Abşeron rayonu Saray qəsəbəsinə daşımış, həmin narkotik vasitə heroinin 1,606 qramını və psixotrop maddə metamfetaminin 0,446 qramını 23 iyul 2022-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində həmin qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq 70 manat pul müqabilində satmış, bir büküm 0,320 qram çəkidə narkotik vasitə heroini isə üzərində saxlamış, 23 iyul 2022-ci il tarixdə Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “AL” marketin yaxınlığında saxlanılıb, bölmənin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qırmızı rəngli şortun sağ yan cibindən həmin 1 ədəd şəffaf rəngli sellofana bükülmüş 0,320 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində olan cinayət işində səhvlərə yol verilmiş, məhkəmələr tərəfindən onun barəsində çıxarılmış ittiham hökmü ədalətsiz olmaqla yanaşı, həmçinin əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən, barəsində olan cinayət işinə ədalətlə baxılmasını və qanuni qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, narkotik vasitənin istifadəçisi olduğunu, lakin heç vaxt satışı ilə məşğul olmadığını bildirib, əməlini CM-in 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasi ya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə d air maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü maddələrində (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2023-cü il tarixli qərarın ın qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərin ə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə istinadən cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və məhkumun məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2023-cü il tar ixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum kassasiya şikayətində müxtəlif proses sual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respub likası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə baxış iclasında Məhkum üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən DVD formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şortikin sağ yan cibindən ümumilikdə 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilir. Sorğu zamanı Məhkum bildirmişdir ki, öz istifadəsi üçün əldə etdiyi 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroini tanımadığı şəxsdən Sumqayıt şəhərində almışdır. Bundan başqa sorğu zamanı Məhkum sorğu zamanı Təqsirləndir ilən şəxs pay olaraq narkotik vasitə verdiyini etiraf etmişdir. Cinayət işinin materiallarında olan iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 5(012)-321/2022 nömrəli “telefon danışıqları barədə məlumatların ələ keçirilməsi haqqında” qərarına əsasən təqsirləndirilən şəxs Məhkum adına rəsmiləşdirilmiş ***-***-**-** mobil nömrəsinə 1 iyul 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixədək daxil olan və çıxan zənglərin siyahısının, həmin nömrələrə zəng edən abunəçilərin tam anket məlumatlarının, daxil olan və çıxan SMS mətnlərinin, həmçinin göstərilən tarixlər üçün qeyd olunan nömrələrdən daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması haqqında məlumatların əks olunduğu "xxxx" MMC-dən daxil olmuş 24 avqust 2022-ci il tarixli məktuba əlavə edilmi ş üzərində “220270866” rəqəmləri yazılmış 1 ədəd “CD” diskə 24 noyabr 2022-ci il tarixdə baxış keçirildi və baxış zamanı müəyyən edildi ki, həmin diskin içərisində 1 ədəd “SMS_Tarixçəsi__**********3008__773172097” adlı, 1 ədəd “SMS_Tarixçəsi__**********3011__773172097” adlı, 1 ədəd “Zənglərin_Detallaşması__**********1448___773172097” adlı və 1 ədəd “Zənglərin_Məxsusluq_Tarixçələri__**********1429___773172097_NAR” adlı PDF formatlı fayllar aşkar olundu. PDF formatlı 1 ədəd “Zənglərin_Məxsusluq_Tarixçələri__**********1429___773172097_NAR” adlı 1-ci fayl açıldıqda ekranda Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 1 iyul 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixə kimi daxil olan və çıxan "xxxx" MMC-yə məxsus nömrələrin sahiblərinin anket məlumatları göstərilmişdir. İkin ci “Zənglərin_Detallaşması__**********1448___773172097” adlı PDf formatlı fayl açıldıqda ekranda Məhkum istifadəsində olmuş 077-317- 20-97 saylı mobil saylı mobil nömrəyə 1 iyul 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixədək ayrı-ayrı operatorlara məxsus mobil nömrələrdən daxil olan və çıxan zənglərin anten dairələri barədə məlumatlar göstərilmişdir. Bundan başqa həmin faylda iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. Üçüncü “SMS_Tarixçəsi__**********3008__773172097” adlı və dördüncü “SMS_Tarixçəsi__**********3011__773172097” adlı PDF formatlı fayllar açıldıqda ekranda Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 1 iyul 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixə kimi daxil olan və çıxan mesajların siyahısı və mətnləri göstərilmişdir. Həmin siyahıya baxış k eçirilən zaman ***-***-**-** mobil nömrəsindən Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx-xx-2022-ci il tarixdə, saat 12:28:53də “20 MANAT KOLA. 20 MANAT PATİ. PULU TAMİZDİ. 40 MANAT. CATİRAM CİX” məzmunlu, Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə xx-xx-2022-ci il tarixdə, saat 06:51:14-də “Nə qədər lazımdı p?” məzmunlu, Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə xx-xx-2022-ci il tarixdə, saat 22:44:26 “Aybəniz niyə bu qədər yalançısan? Məndə səninçün bu boyda p tapıb gətizdirmišəm” məzmunlu, Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə xx-xx-2022-ci il tarixdə saat 21:18:18-də “Rizvan seni özūm kimi görmeyimi istedin. Sene k onum atsam emanet var al getir. 1 q senin 10 m pul” məzmunlu və Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə xx-xx-2022-ci il tarixdə saat 12:28:54-də “20 MANAT KOLA. 20 M” məzmunlu SMS mətnlərinin göndərildiyi aşkar edilmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, şahidlər Şahid2 və Şahid1 ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertiza üzrə 24 iyul 2022-ci il tarixli 6/4011 nömrəli, 24 iyul 2022-ci il tarixli 6/4013 nömrəli və 2 sentyabr 2022ci il tarixli 6/4191 nömrəli rəyləri, məhkəmə-narkoloji ekspertizasının 15 avqust 2022-ci il tari xli 4508 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 1 mart 2023-cü il tarixli 4/162 nömrəli rəyi, şəxsi axtarış keçirilməsini özündə əks etdirən DVD formatlı disk, "xxxx" MMC-dən daxil olmuş 24 avqust 2022-ci il tarixli məktub, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci in stansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxs iyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalı, Məhkum kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş M əhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar