Məhkəmə qərarları › İş №1(102)-378/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-378/2021

19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-378/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərb aycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi1 tərəfindən birgə verilmiş kassasiya şikayəti və məhkumun müdafiəçisi X7 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim: X8) 14 fevral 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1985-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, qeydiyyatda olmaqla və ünvanda yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhk um olunmuş, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X10 və X5 ibarət tərkibdə) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, Məhkum Azərbaycan Respublikası CM- nin 306.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 21 iyul 2020-ci il tarixdən hesablanması müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, əsasən Məhkum “Hyundai Elantra” markalı, **-00*** dövlət qeydiyyat nişanlı avtomobili İbrahimzadə (Quliyeva) Türkanə Abbasovnaya qaytarılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 ( on beş) gün müddətinə həbs inzibati tənbeh növü təyin edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına baxmayaraq hərəkətlərini davam etdirməklə qeyd olunan rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi1 tərəfindən birgə, Məhkum müdafiəçisi X7 tərəfindən kassasiya şikayətləri verilmişdir. Müdafiəçi kassasiya şikayətində Apellyasiya məhkəməsinin qəbul etdiyi qərarın qanunsuz, əsassız və qərəzli olduğunu vurğulayaraq, həmin qərarın maddi və prosessual hüquq normalarını pozulması ilə qəbul edildiyini qeyd etmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmənin qətnaməsində icra olunmalı olan avtomobilin iddiaçıya verilməsi hissəsini üzürlü səbəbdən icra edə bilməmişdir. Ona görə ki, tələb olunan avtomobil onda deyildir. Həmin avtomobil iddiaçının etibarnamə verdiyi X2r. Sabunçu Rayon Məhkəməsinə cavabdeh X4 qarşı həmin avtomobilin alınıb ona verilməsinə dair mülki iddia qaldırmışdır. Bundan başqa, Məmmədov X11 rayon məhkəməsində cavabdeh X3 “Hunday Elantra” markalı ** FO *** qeydiyyat nişanlı avtomobilin alınıb ona verilməsinə dair iddia ərizəsi vermişdir. Sabunçu rayon məhkəməsinin 05 may 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamış, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bununla sübut etməyə çalışmışdır ki, avtomobil onda deyil, məhz X1r. Buna görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini ü zürlü səbəbdən icra edə bilməmişdir. Məhkəmə prosessual qanunvericiliyin bu tələbini pozmuş, iş üzrə toplamış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmamışdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunmamış və bir-biri ilə müqayisə edilməmişdir, yeni sübutlar toplanılmamış, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməmişdir Müdafiəçi kassasiya şikayətinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2020-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və nümayəndəsi kassasiya şikayətində məhkəmələr tərəfindən ədalətsiz qərar qəbul edildiyini vurğulayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş üzrə 21.07.2020-ci il tarixli qərarının ləğv e dilməsini, Məhkum barəsində müəyyən edilmiş cəzanın dəyişdirilməsini və onun barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən azadlıqdan mərhum etmə cəzasının yuxarı həddində cəza yəni 3 (üç) il azadlıqdan mərhum etmə cəzasına mərhum edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin və nümayəndəsinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfində n faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsi nə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-pr osessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə t utan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər müdafiəçinin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqd a və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, məhkumu ibtidai araşdırma zamanı, eləcə də birinci instansiya məhkəməsində verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadəsi ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, üzləşdirmə protokolları, istintaq hərəkətlərinin və məhkəmə iclaslarının protokolları habelə digər sənədlərlə təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində qeyd olunmuş cəzanın yüngül olması və məhkəmələr tərəfindən ədalətsiz qərar qəbul edilməsinə dair müddəalarla razılaşmayaraq h əmin kassasiya şikayətinin təmin olunmasını məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şə xsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yün güllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən tə crid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi 21 iyul 2020-ci il tarixli qərarı ilə Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməl inin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətlərinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar