Məhkəmə qərarları › İş №1(102)-378/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-378/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-378/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovda ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2023-c ü il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Siyəzən Rayon Məhkəməsinin (hakim Bəylər Ələkbərov) 27 dekabr 2022-ci il tarixli, 1(059)-93/2022 nömrəli hökmü ilə 17 avqust 1977-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, hər ay qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Məhkum həbsdə saxlanıldığı 2 (iki) gün müddətin, A zərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 2 (iki) il müddətə islah işləri cəzasından çıxılmış və onun üzərində qəti olaraq hər ay qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, cavabdeh kimi ondan 04 dekabr 2019-cu il tarixdən başlayaraq övladı 10 avqust 2019-cu il təvəllüdlü X1 üçün hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli, 2(067)-3734/2019 saylı qanuni qüvvəyə m inmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Siyəzən Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 500 manat məbləğində cərimə olunmasına, yenidən izahatı alınıb cinayət məsuliyyəti barədə 05 noyabr 2021-ci il, 08 dekabr 2021-ci il və 17 yanvar 2022-ci il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə təqdimat verilən 22 iyun 2022-ci il tarixədək 2960 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək, ədalət mühakiməsin in nüfuzuna xələl gətirmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ruhiyyə Əsgərova (sədrlik edən və məruzəçi), Azər İsmayılov və Rəşadət Ağayev) 12 aprel 2023cü il tarixli, 1(105)-173/2023 nömrəli qərarı ilə Siyəzən Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2023-cü il tarixli qərarını Məhkum cəza verilməsi hissədə ləğv edilərək işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs M əhkum aliment borcunu indiyə qədər ona ödəmir və buda onun yaşayışına çətinlik yaradır. Kassator şikayətlərində qeyd edir ki, Məhkum təyin olunan cəza növü törədilən əməlin ictimai təhlükəlilik xarakterinə uyğun deyildir. İşə baxan Sumqayıt Apelyasiya Məhkəməsi işə mahiyyəti üzrə baxmış, Məhkum çıxışlarını əsas götürərək və zərərçəkmiş şəxsə borcunu ödəməsinə dair razılaşmasını əsas göstərərək ona təyin olunmuş cəzanı dəyişdirilmədən saxlanılmışdır. Lakin təqsirləndirilən şəxs Məhkum borcu ödəmək fikri yoxdur. Məhkəmədə təqsirləndirilən şəxs Məhkum fikir bildirərək bankdan kreditə pul götürərək zərərçəkmiş şəxsin borcunu qaytaracağını bildirmişdir. Bu günə qədər təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsə 4 bankda krediti olduğunu heç bir bankdan pul ala bilmədiyini vurğulamışdır. Məhkə mə onun bu cür yalan mülahizələrinə inanaraq qərar çıxarmışdır. İndiyə qədər təqsirləndirilən şəxs Məhkum tərəfindən mənə 1 manat belə ödəniş olmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. K assasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməl yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətlərində əməlin tövsifi məsələsi mübahisələndirilmə-mişdir. Zərərçəkmiş şəxsin kassasiya şikayəti Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə daha ağır cəza təyin edilməsi barədə verilmişdir. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin ağırlığına, işin hallarına və onun şəxsiyyətinə öz yüngüllüyünə görə uyğun gəlmir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ict imai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlü kəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İşdən görünür ki, birinci instansiya məhkəməsi müvafiq olaraq hökmün əs aslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum başqa qadınla nikahından himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsə aliment borcundan qismən (400 azn) ödəniş etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq, ona təqsirli bilindiyi CM-in 306.1-ci maddəsinin sanksiyası (iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 2 il müddətinə islah işləri cəzasını təyin etmişdir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın daha da yuxarı həddində cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, nəticəyə gəlir ki, Məhkum təyin edilmiş cəza onun törədiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin bu barədə dəlilləri ilə razılaşmır. Hökm və qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın növünü müəyyən edərkən məhkumun şəxsiyyətini və işin hallarını kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əs aslar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu barədə dəlili əsassızdır. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apelyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətinin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apelyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində cəza təyin i ilə bağlı göstərilən dəlillər apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun gəlir, məhkumun islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2023-cü il tarixli Məhkum haqqındakı qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd o lunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar