Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-379/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, Məhkum, onun müdafiəçisi – Bakı Şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X5 işti rakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Salyan Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.Ə.Qasımov) Məhkum (16 aprel 1984-cü ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, təhsili olmayan, evli, 3 azyaşlı uşağı olan, birinci qrup əlil, əvvəllər məhkum olunmamış, ünvan2ndə qeydiyyatda olan və həmin kənddə yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan m əhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.Ə.Camalov, hakimlər E.İ.Əliyev və K.S.Bəşirovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum xxx xxx xxx 2018-ci il tarixdə, saat 2 2 radələrində, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan "Opel Astra minik” markalı, ** xx xx xx *** dövlət qeydiyyat nişanlı avtomobili ünvan3 yolu ilə ünvan4 istiqamətində 70 km/saat sürətlə hərəkət etdirərkən, həmin yolun ünvan25 ərazisindən keçən 17-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştrakçıları üçün maneə yaratmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və onunla eyni istiqamətdə hərəkətdə olan X4 idarə etdiyi “Hyundai H-1 minik” markalı, XXXX96 dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Məhkum hərəkət təhlükəsizliyi qaydalarını pozaraq ehtiyasızlıqla törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai H-1 minik” markalı, XXXX96 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X6 başın alın-təpə nahiyəsində geniş sahəli yara, həmin səviyyədə beyinin alın-təpə paylarının əzilib didilməsi və qansızmalı olması, sağ əlin arxa səthində sıyrıqlar ilə müşaiət olunan, həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə hadisə yerində ölmüş, sonuncuya məxsus “Hyundai H-1 minik” markalı, XXXX96 dövlət nömrə nişanlı avtomaşının zədələnməsi nəticəsində 6269 manat məbləğində ziyan dəymişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum mü dafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istinqda müstəntiq tərəfindən Məhkum ifadəsinə sonradan onun demədiyi məlumatlar daxil edilmiş və həmin məlumatlar, eləcə də təhlükə yarandığı anda avtomobillərin arasında məsafənin 25-30 metr olması haqqında heç bir mənbəyə əsaslanmayan məlumat əsasında düzgün olmayan yol-nəqliyyat ekspertizasının rəyi alınmış, məhkəmələr isə ibtidai istintaq zamanı toplanmış materialları yoxlamamış, habelə cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının digər tələblərini pozmuş, nəticədə əslində, yol nəqliyyat hadisəsinin baş verməsində Məhkum deyil, diqqətsizliyə yol verdiyi üçün arxadan onun avtomobili ilə toqquşan “Hyundai” avtomobilinin sürücüsü X4 təqsirli olduğu halda Məhkum əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilmişlər. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kas sasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində məhkəmələrin mühüm əhəmiyyət kəsb edən halların araşdırılması üçün zəruri olan sübutların tədqiqindən əsassız olaraq imtina etdiklərini, sübutları cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə tədqiq etmədiklərini, ittihamın əsaslandırılmasında yoverilməz sübutlardan istifadə etdiklərini, nəticədə Məhkum təqsirliliyi cinayət-prosessual qanunun 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada sübuta yetirilmədiyi və əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığı halda onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli blinməsinə dair ittiham hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının çıxarıldığını iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.1, 416.0.2, 416.0.3, 416.0.6 və 416.0.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutu lmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi (CPM, maddə 33), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün ə saslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə faktların müəyyən edilmiş sayılması üzrə nəticələrini həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Bu normalarla və məhkəmə kollegiyasının mülahizələri ilə müqayisə etməklə birinci və apellyasiya instansiyası məhkəmələrinin mübahisələndirilən hökm və qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının əsaslı olduğunu söyləmək mümkün deyil. Belə ki, birinci in stansiya məhkəməsinin hökmündən və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, məhkəmələr Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli olması barədə qənaətlərini həlledici şəkildə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə yol-nəqliyyat ekspertizasının 15 fevral 2019-cu il tarixli 1654 saylı rəyi ilə əsaslandırmışlar. Həmin ekspertizanı aparmış ekspert isə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün mühüm əhəmiyyət kəsb edən halı – onun yol-nəqliyyat hadisəsinin (idarə etdiyi “Opel Astra” markalı avtomobillə eyni istiqamətdə arxadan gələn X4 idarə etdiyi ”Hyundai” markalı avtomobilin toqquşmanın) qarşısını almağa texniki imkanının olub-ol mamasını müəyyən edərkən müstəntiqin ekspertizanın təyin edilməsi haqqında xxx xxx xxx 2019-cu il tarixli qərarında təqdim etdiyi göstəricələrə əsaslanmışdır. Belə ki, ekspert müstəntiqin təqdim etdiyi göstəricələrdən çıxış edərək ona əsaslanmışdır ki, sürücü Məhkum idarə etdiyi “Opel Astra” markalı avtomobili ilə ikizolaqlı yolun sol zolağı ilə 70 km/saat sürətlə hərəkətdə olmuş, onun idarə etdiyi avtomobillə arxadan eyni istiqamətdə X4un 100-110 km/saat sürətlə idarə etdiyi “Hyundai” markalı avtomobil arasında məsafə 25-30 metr olan anda sağa (“”Hyundai” markalı avtomobilin olduğu zolağa) yerdəyişmə etmiş, nəticədə yolun hərəkət hissəsinin sağ kənarından 0,5 metr məsafədə “Hyundai” markalı avtomobilin qabaq sağ tərəfi ilə onun idarə etdiyi avtomobilin arxa tərəfi toqquşmuşdur. Bundan e kspert Məhkum manevrin (öz hərəkət zolağından digər avtomobilin hərəkət zolağına yerdəyişmənin) təhlükəsiz aparılmasını təsbit edən “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozması və onun hadisənin qarşısını almağa texniki imkanının olması haqqında nəticəyə gəlmişdir (bununla yanaşı, ekspert arxadan gələn “Hyundai” markalı avtomobilin tam dayanması üçün 25-30 mert məsafədən az - 15,7-23.2 metr məsafənin tələb olunduğunu müəyyən etmiş və bu məsafə toqquşmanının baş verməməsi (“Hyundai” markalı avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq) üçün kifayət etdiyinə görə zərərçəkmiş X4un da hadisənin qarşısını almağa texniki imkanının, müvafiq olaraq da avtomobili idarə etməsində “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələb lərinin pozuntusunun olması haqqında nəticə çıxarmışdır). Lakin, müstəntiqin ekspertizaya təqdim etdiyi göstəricələrin əldə edilməsi hallarına baxdıqda, onları CPM-in 125.1, 145-ci maddələrinin tələbinə cavab verən məlumatlar kimi qəbul etmək olmur. Belə ki, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının təyin edilməsi haqqında qərar çıxarılan və ekspert rəyi verilən tarixlərə qədər müstəntiqin topladığı materiallardan aydın olur ki, heç bir materialda, o cümlədən Məhkum 16 dekabr 2018-ci il tarixli şahid qismində dindirilmə protokolunda yerdəyişmə anında avtomobillər arasında məsafənin 2530 metr olması haqqında məlumat öz əksini tapmamışdır. Buna dair müstəntiqin 16 dekabr 2018-ci il tarixli dindirmə protokolundakı yazıların mətni və uslubu ilə üzlaşmayan (sonradan ələvə edilmiş kimi görü nən) sualı protokolda əks olunsa da, Məhkum (yenə də ona qədərki yazının mətni və uslubu ilə uzlaşmayan) cavabı - “mənim maşınım sağa istiqamətlənəndə maşınlar arasında” cümləsi elə bu formada yazılmaqla tamamlanmamışdır. Cinayət işi üzrə ibtidai istintaqın sonrakı dövründə əldə olunmuş materiallarda, o cümlədən Məhkum təqsirləndirilən şəxs qismində verdiyi 02 mart 2019-cu il tarixli ifadə də həmin hala (avtomobillər arasında məsafənin 25-30 metr olmasına) dair məlumat əksini tapmamışdır. Şərh edilən xüsusat üzrə məlumat kimi, məhkəmə yol-nəqliyyat ekspertizasının rəyinin əsasına qoyulmuş Məhkum ikizolaqlı yolun sol zolağı ilə hərəkət etməsi və manevr zamanı avtomobilini sol zolaqdan “Hyundai” markalı avtomobilin arxada hərəkətdə olduğu sağ zolağa hərəkət etdirməsi barədə məlumatın da mənb əyinin qanuni, mötəbər olduğunu söyləmək mümkün deyil. Belə ki, Məhkum 02 mart 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən belə məlumat verməmiş, onun 16 dekabr 2018-ci il tarixli ifadəsində isə həmin məzmunda (sol zolaqla hərəkət etməsi, sonra avtomobilini sağ zolağa manevr etdirməsi haqqında) məlumatlar dindirmə protokolunun mətninə ondan əvvəl təsvir edilmiş yazının mətninə və üslubuna uyğun olmayan formada əlavə olunmuş və yaxud əvvəlki yazının üzərində (bu barədə qeyd, izah verilmədən) düzəliş edilməklə daxil edilmişdir (“yolun sağı saatda 70 km. sürətlə hərəkət etdirirdim” ifadəsində “sağı” sözü “solu” sözünə dəyişdirilmişdir). Əgər sonradan əlavə edilmiş kimi görünən həmin məlumatlar nəzərə alınmasa, Məhkum şahid qismində verdiyi 16 dekabr 2018-ci il tarixli və t əqsirləndirilən şəxs qismində verdiyi 02 mart 2019-cu il tarixli ifadələr üst-üstə düşür və hər iki fadəsində Məhkum avtomobili ilə təxminən 70 km/saat sürətlə sağ zolaqda hərəkət etməsini, arxadan sürətlə “Hyundai” markalı avtomobilin gəldiyini gördükdə isə avtmobilini sağa – ehtiyat hissəyə manevr etdirməsini və bu vəzyyətdə, yəni avtomobil qismən ehtiyat, qismən sağ hərəkət zolağına düzəldikdən sonra “Hyundai” markalı avtomobilin arxadan onun avtomobilini vurduğunu göstərmişdir. Yuxarıda qeyd olunan cinayət mühakimə icraatında sübutların qiymətləndiriməsi prinsipi (CPM, maddə 33) cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144-146-cı maddələrinin pozulmasının yolverilməz olduğunu təsbit etmişdir. Cinayət-Prosessual Məcəllənin 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”. Həmin Məcəllənin 125.2.10-cu maddəsi məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alınmış məlumatların, sənədlərin və digər əşyaların sübut kimi qəbul edilməsinə yol vermir. Cinayət mühakimə icraatında sübutların qiymətləndiriməsi prinsipi və cinayətprosessual qanunun 144-cü maddəsi xüsusilə məhkəmə yol-nəqliyyat ekspertizasının aparılması və düzgün rəyə gəlməsi üçün mühüm əhəmiyyət kəsb edən məlumatların mənbəyi ilə bağlı ciddi şübhələr olduğu və bunların ekspert rəyinin həqəqiliyinə əhəmiyyətli dərəcədə təsir etdiyi vəziyyətdə işə baxan məhkəmədən ibtidai istintaqda toplanmış müvafiq materialları, o cümlədən məhkəmə y ol-nəqliyyat ekspertizasının 15 fevral 2019-cu il tarixli 1654 saylı rəyini dərindən yoxlamağı tələb etsələr də, birinci instansiya məhkəməsi həmin cinayət-prosessual normalardan, eləcə də cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinin müddəalarından (CPM, maddə 28) irəli gələn vəzifələrini lazımınca yerinə yetirməmiş, o cümlədən yuxarıda şərh edilən məsələlər üzrə mötəbər məlumatların əldə edilməsi və onların əsasında təkrar məhkəmə yol-nəqliyyat ekspertizasının keçirilməsi üçün səy göstərməmiş, mənbələri məlum olmayan və yaxud şübhəli olan məlumatlardan, onlara əsaslanan ekspert rəyindən çıxış eməklə, yəni sübutetmə predmeti barədə yekun nəticələri bunun üçün kifayət edən tam, hərtərəfli və obyektiv araşdırılmış mümkün sübutların məcmusundan hasil etmə yi tələb edən cinayət-prosessual qanunun 145, 146-cı maddələrinin tələblərinin ziddinə olaraq Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın, o cümlədən onun təqsirliliyinin və əməlində cinayət tərkibinin əlamətlərinin sübuta yetirilməsi haqqında nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin çıxardığı nəticələrə şübhə salan hallar kimi məhkəmə kollegiyası həmçinin onu qeyd edir ki, hətta ibtidai istintaq zamanı mənbəyi şübhəli olan məlumatlara əsasən verilmiş məhkəmə yol-nəqliyyat ekspertizasının 15 fevral 2019-cu il tarixli rəyinə görə Məhkum eyni istiqamətdə arxadan gələn “Hyundai” markalı avtomobilin tam dayanması üçün kifayət edən (15,7-23.2 metr təşkil edən məsafədən) artıq məsafə qalanda (onun idarə etdiyi “Opel Astra” av tomobillə X4un idarə etdiyi “Hyundai” markalı avtomobil arasında məsafə 25-30 mert olanda) sol zolaqdan “Hyundai” markalı avtomobilin olduğu sağ zolağa yerdəyişmə etmiş və bu səbəbdən X4 avtomolini tam dayandırmaq üçün texniki imkana malik olmuş, lakin buna baxmayaraq avtomobili tam dayandırmaq üçün lazım olan tədbirləri görməyərək “Yol hərəkəti haqqında” Qanunun 50ci maddəsinin 1-ci hissəsinin pozuntusuna yol vermiş, nəticədə avtomobilinin qabaq sağ tərəfi ilə Məhkum avtomobilinin arxa tərəfi toqquşmuşdur. Nəzərə alınsa ki, Məhkum müstəsna olaraq “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin 1-ci hissəsini pozması (yerdəyişmə edərkən təhlükəsizliyi təmin etməməsi) barədə ittiham irəli sürülmüşdür (məhkəmə də bununla razılaşmışdır), onda ekspert rəyində əksini tapmış həmin halların (x üsusilə də, Məhkum digər yol-hərəkət iştirakçısı üçün avtmobili dayandırmağa kifayət edən - 25-30 metr məsafədə zolaqdan zolağa yerdəyişmə etməsi kimi xüsusatın) fonunda sözügedən ittihamın (Məhkum təhlükəsizliyi təmin etməyən manevr etməsi barədə iddianın) əsaslılığı sual doğurmaya bilməz. Bundan başqa, zərərçəkmiş X4un atası X2 hökmdə əksini tapmış ifadəsində onun hadisədən əvvəl Məhkum idarə etdiyi avtomobili görməsi təsvir olunmaqla qeyd olunmuşdur ki, onun müşahidəsinə görə avtomobilin üzərində taxtalar elə yüklənmişdir ki, onlar yerə çox sallanmış və buna görə avtomobilin arxa faralarını görmək mümükün olmamışdır. Halbuki, məhkəmə iclas protokolundə təsvir olunmuş ifadəsinə görə şahid X999 belə məzmunda, yəni hadisədən əvvəl Məhkum idarə etdiyi avtomobili görməsi, yükün vəziyyəti bar ədə məlumat verməmişdir. Apellyasiya məhkəməsində isə Məhkum bəraət verilməsi barədə tələbin irəli sürüldüyü apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxıldığından, müdafiə tərəfinin dəlilləri lazımınca yoxlanılmamış, birinci instansiya məhkəməsinin sübutların tədqiqi məsələsində yol verdiyi yuxarıda təsvir edilən pozuntular (o cümlədən, ziddiyyətlər, araşdırmanın natamamlığı) aradan qaldırılmamışdır. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən özü bilavasitə sübutları tədqiq etməklə ittihamın həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlməsi üçün maddi əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələrini mübahisələndirən dəlillərlə məhkum edilmiş şəxslərə barətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qu ra bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. Odur ki, Məhkum müdafiəçisinin kassasiya şikayəti əsaslı hesab edilməli, onun dəlillərinin, ittiham tərəfinin sübutlarının tam, hərtərəfli və obyektiv yoxlanılması, şübhə doğuran məlumatların araşdırılması, ziddiyyətlərin aradan qaldırılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (birinci və apellyasiya instansiyası məhkəmələrində sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə) mübahisələndirilən qərar ləğv edilməli, Məhkum apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və onun müdafiəçisinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasi ya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 17 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya qaydasında baxılması üçün yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 17 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-379/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-379/2020
04.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver