Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-379/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X4 və məhkumun müdafiəçisi X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarı ndan Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Baki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rahib Salmanov (sədrlik edən və məruzəçi), Mayıl Bayramov və Siyavuş Hacıyevdən ibarət tərkibdə) 1(101)-320/2019 nömrəli 18 iyul 2019-cu il tarixli hökmü ilə 06 avqust 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 dekabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.1 və 185.1-ci maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmçinin Nizami rayon məhkəməsinin 01 aprel 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 3172.1-ci maddəsi ilə təqsirli bilinib 5 ay müdd ətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12.12.2006-cı il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilmə yolu ilə qəti olaraq 5 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Z.Tağıyev küçəsi ev 6-da qeydiyyatda olan və yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 120.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinib, CM-in 120.2.2-ci maddəsi ilə 18 (on səkkiz) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 18 (on səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan mə hrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının ilk 3 (üç) ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, qanunsuz olaraq soyuq silahı əldə edib saxlamış və gəzdirmiş, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 16.09.2018-ci il tarixdə saat 08 radələrində alkoqol sərxoşluğu vəziyyətində yaşadığı ünvan 1 ünvanın qarşısında qonşusu Zərərçəkmiş şəxs ilə görüşüb sonuncunun narkotik vasitələrinin ondan alıb satması barədə yaşadıqları qəsəbədə yaydığı şayiələrə aydınlıq gətirməsi üçün birlikdə tanışı X 3 idarə etdiyi “Samand Soren” markalı ** NE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Dədə-Qorqud yaşayış massivinin yaxınlığında yerləşən Zeytunluq sahəsinə gedib orada yenə də sonuncunun satdığı narkotik vasitələrinin ondan alması barədə yaydığı şayiəni cüzi səbəb kimi bəhanə edərək xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz əldə edib üzərində gəzdirdiyi soyuq silah olan ov tipli bıçağı çıxardaraq sonuncunun üzərinə hücum edib, əvvəl təpiklə Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə vuraraq sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən burun kökünün sıyrıqları, alın nahiyyəsinin sıyrıqları, qarının orta şöbəsinin sıyrıqları, sol diz oynağının, so l bilək oynağının, sağ saidin sıyrıqları, sol əlin arxa səthinin sıyrıq və qançırı kimi xəsarətlər yetirmiş, sonra isə qəsdən öldürməyə yönəlmiş öz cinayətkar niyyətini başa çatdırmaq məqsədilə Zərərçəkmiş şəxs bıçaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya sol əlin və V barmağın arxa səthinin bir ədəd kəsilmiş yarası, sağ saidin orta 1/3- nin iç səthinin bir ədəd səthi kəsilmiş yarası və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid sol qoltuqaltı arteriyanın zədələnməsi ilə müşayiət olunan və arteriyanın zədələnməsi fonunda inkişaf etmiş hemorragik şok ilə nəticələnərək sonuncunun ölümünə səbəb olmuş deşilmiş-kəsilmiş xəsarət yetirərək sonuncunu qəsdən öldürmüş, yəni Zərərçəkmiş şəxs xuliqanlıq niyyətilə qəsdən həyatdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və Kamran Əkbərovdan ibarət tərkibdə) 1(103)-1392/2019 nömrəli 01 oktyabr 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindın verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin və əməlinin düzdür tövsif edilməsi barədə qərar qəbul olunsun. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, ibtidai istintaq zamanı tədqiq edilmiş sübutlar kifayət etmədiyi halda müstəntiq tərəfindən qeyri-obyektiv, qərəzli və əsassız olaraq onun əməli Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 nömrəli, 12 dekabr 2002-ci il tarixli Qərarında qeyd edilir ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirk ar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Kassator həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi üzrə məhkəmə baxışında bununla bağlı bir neçə dəfə vəsatət verilsə də, işə baxan hakim tərəfindən həmin vəsatətlər təmin olunmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qan ununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azə rbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum Dostəli Abduzərovun kassasiya şikayətinin ilkin dəlili məhkəmə istintaqı zamanı onun tərəfindən veriliş vəsatətlərin təmin edilməməsidir. Azərbaycan Respublikası CPM-in 121.2-ci maddəsinə əsasən vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtər əfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Həmin Məcəllənin 121.3-cü maddəsinə əsasən vəsatətin və ya xahişin rədd edilməsi onların cinayət prosesinin sonrakı mərhələlərində və ya cinayət prosesini həyata keçirən digər orqana vəsatət və ya xahişlə təkrar müraciətinə mane olmur. Vəsatətin və xahişin digər hallarda təkrar verilməsi yeni dəlil gətirildikdə və ya cinayət prosesinin gedişində onların təmin edilməsinin zəruriliyi təsdiq olunduqda mümkündür. İş materiallarından görünür ki, məhkəmə istintaqı zamanı Məhkum vəsatətləri birinci instansiya məhkəməsi tərəfindən baxılmış və müvafiq qərar qəbul ed ilmişdir. Məhkəmə kollegiyası bildirir ki, vəsatətlərin təmin edilib-edilməməsi məhkəmənin səlahiyyətinə aiddir. Lakin vəsatətə baxılmaması isə pozuntu hesab edilir və vəsatətin təmin edilməməsi əsası ilə qərarın ləğv edilməsinə isə yol verilmir. Kassasiya şikayətinin başlıca dəlili Məhkum əməlinin Azərbaycan Respublikası CMin 120.2.2-ci maddəsi ilə təqsirli bilinməsinin qanunsuz və əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 120.2.2 maddəsi ilə tövsif edilməsi üçün iş üzrə təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürmə hərəkətlərini törətməlidir. İşin materiallarından görünür ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, o, qonşusu Zərərçəkmiş şəxs ilə görüşüb sonuncunun narkotik vasitələrinin ondan alıb satması barədə yaşadıqları qəsəbədə yaydığı şayiələrə aydınlıq gətirməsi üçün zərərçəkmişlə görüşmüş və satdığı narkotik vasitələrinin ondan alması barədə yaydığı şayiəni cüzi səbəb kimi bəhanə edərək xuliqanlıq niyyətilə zərərçəkmişi qəsdən öldürmək məqsədilə istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz əldə edib üzərində gəzdirdiyi soyuq silah olan ov tipli bıçaq ilə Zərərçəkmiş şəxs qəsdən öldürmüşdür. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum etiraf etməsə də məhkəmə istintaqı zamanı özünün ifadəsi ilə yana şı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri ilə, məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının qərarın 6-cı bəndinə əsasən qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə tövsif olunur ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud mü naqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum oğl heç bir əsaslı səbəb olmadan, zərərçəkmişin sözünə cüzi bəhanə gətirib zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürmüşdür. Odur ki, məhkumun əməli düzgün olaraq CM-nin 120.2.2-ci maddəsi ilə düzdün tövsif olunmuşdur. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan i stifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Bundan başqa, birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olara q sübutları tədqiq etmədikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2019-cu il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 01 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-379/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-379/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver