Məhkəmə qərarları › İş №1(102)-379/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-379/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-379/2024 15.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, məhkumun müdafiəçisi Müdafiəçi5 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-398/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafi əçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1992-ci il tarixdə Xaçmaz rayonu, Qımılqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Xaçmaz rayonu, Yergüc kəndində fərdi yaşayış evində yaşamışdır. 2. 06 avqust 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 29,120.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 03 sentyabr 2021-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəm əyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum digər iki şəxs - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahhüseyn oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan mərhum etməyə cəhd etmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onun sifət nahiyəsinə küt əşya ilə vurub xəsarət yetirməsini zənn edərək yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs2 və Məhkum ilə müxtəlif vaxtlarda görüşüb aralarında əvvəlcədən əldə olunmuş razılığa əsasən birlikdə qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmişlər. Bu məqsədlə 22 aprel 2021-ci il tarixdə, saat 21 radələrində Xaçmaz şəhəri Bakı prospektində yerləşən ictimai yer hesab olunan “Zeytun” restoranının qarşısında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs söhbət etmək üçün kənara gəlməsini bildirərək onunla razılığa gələ bilmədiyi üçün ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik edərək sonuncunun sifət nahiyəsinə yumruq zərbəsi vurub onun müqavimətini qırdığını görərək Zərərçəkmiş şəxs üzərinə doğru hücum edib onu restorana daxil olmağa vadar edərək, orada Məhkum Zərərçəkmiş şəxs təpik zərbəsi vurub onu zərərsizləşdirməsindən istifadə etməklə ictimai qayd anı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik edərək cibində gəzdirdiyi, növü istintaqla müəyyən edilməyən kəsici-deşici aləti silah qismində istifadə edərək sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə vurub ona “hemorragik şokla müşayiət olunmuş böyük piyliyin eventrasiyası (xaricə çıxması) ilə qarın boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yara” kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, “sol, bazu, sağ said, sağ əlin İ barmağı, döş qəfəsi və sol bud nahiyələrinin deşilmiş kəsilmiş yaraları” kimi sağlamlığa yüngül zərər vuran və “sol çiyin qurşağının qançırı” kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, daha sonra Zərərçəkmiş şəxs qaçıb uzaqlaşması səbəbindən restoranı tərk edərək əlindəki kəsici-deşici alətlə restoranın yaxınlığında mühə rriki sönük vəziyyətdə dayanmış sonuncunun istifadəsindəki “Ford Transit” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin müxtəlif hissələrinə zərbələr endirib maşına ümumilikdə 483 manat maddi ziyan vurmuş, lakin Zərərçəkmiş şəxs restorandakı şəxslərin köməyi ilə “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin reanimasiya şöbəsinə yerləşdirilərək həkimlər tərəfindən göstərilmiş ixtisaslı tibbi yardım nəticəsində həyatının xilas olunması səbəbindən bilavasitə sonuncunu qəsdən öldürməyə yönəlmiş əməllərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, bununla da, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qism ində istifadə olunan əşyalardan istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq olunması və onun əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir.

5. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-40/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 29,120.2.1-ci maddəsi ilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 11 (on bir) il 4 (dörd) ay azadlıqdan məh rumetmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 aprel 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə Təqsirləndirilən şəxs2 Şahhüseyn oğlu və Təqsirləndirilən şəxs1 da təqsirli bilinərək məhkum edilmişlər.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçiləri X5, Müdafiəçi5 və Müdafiəçi6, Təqsirləndirilən şəxs1 müdafiəçisi Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 Şahhüseyn oğlunun müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-398/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-40/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya şikayətində müdafiəçi Məhkum cinayətin törədilməsinə aidiyyatı olmayan şəxs olduğunu iddia edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-398/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərarının Məhkum münasibətdə Azərbaycan Respublikası CM-nin 29,120.2.1-ci maddəsi ilə təqsirli bilinməsinə aid hissədə ləğv edilməsi, onun Azərbaycan Respublikası CM-nin 29,120.2.1-ci maddəsi ilə cinayətin törədilməsinə aidiyyatı olmadığından barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya i nstansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Re spublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Müdafiəçi5 Məhkum cinayətin törədilməsinə aidiyyətinin olmadığını iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumq ayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-398/2022 nömrəli, 04 oktyabr 2022-ci tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təş kil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməs ini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

22. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla, cinayət işinin materiallarına və cinayət qanunu normaları nın tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarındakı tövsiyələrə əsaslanaraq Məhkum cinayətin törədilməsinə aidiyyatı olmaması üzrə müdafiəçinin dəlillərini əsassız hesab edir.

23. Belə ki, Məhkum müdafiəçilərinin və qeyrilərinin birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha tə hlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törətmələrinin təsdiqi zərər çəkmişin, şahidlərin məhkəməyədək icraat zamanı verdikləri ifadələri, habelə təqsirləndirilən şəxslərin ibitidai istintaq zamanı verdikləri ifadələri, hadisəni əks etdirən videogörüntülərlə, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsv ir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 29,120.2.1 və 221.3-cü maddələrinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə hər iki apellyasiya şikayətində irəli sürülmüş dəlillərin və onlarla əlaqəli olan işin hallarının hərtərəfli və obyektiv araşdırmasına, eləcə də Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu, həmin cinayətlərin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

26. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. 27. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 nömrəli, 12 dekabr 2002-ci il tarixli qərarına əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn, başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir.

28. Baxılan işdə cinayətin əməlinin törədilməsini dəqiqliklə əks edən video görüntülərdən müəyyən edilir ki, 22 aprel 2021-ci il tarixdə, saat 20:50-də Xaçmaz şəhərində yerləşən “Zeytun” restoranının bayır tərəfində iki nəfər şəxs bir-biri ilə salamlaşır, onlarda n birinin üzü saqqallıdır və bu şəxs Təqsirləndirilən şəxs2dur. Həmin şəxslər salamlaşdıqdan sonra restorandan digər şəxs, yəni başında papaq və əlində sellofan olan Zərərçəkmiş şəxs çıxır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2la salamlaşır, sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs kənara tərəf çəkmək istəyir, lakin Zərərçəkmiş şəxs onunla getmir və bu zaman Təqsirləndirilən şəxs2 qəflətətən yumruqla Zərərçəkmiş şəxs vurur, sonra isə onu yanlarında dayanmış avtomobilin kapotu üzərinə yıxır. Bu zaman orada əvvəlcədən Təqsirləndirilən şəxs2la söhbət edən digər şəxs və orada olan kənar şəxslər Təqsirləndirilən şəxs2 uzaqlaşdırmağa çalışır. Bundan sonra Zərərçəkmiş şəxs ona vurulan zərbə nəticəsində əlindən yerə tökülmüş əşyaları yığır, lakin elə bu anda o, üzərinə yenidən artıq sifət nahiyyəsinə tibbi maska taxılmış Təqsirləndirilən şəxs1 və onunla eyni zamanda Məhkum tərəfindən hücum olunduğunu görüb, qaçıb restorana girir. Təqsirləndirilən şəxs1 onun ardınca içəri daxil olur və bu zaman əlində əşya olduğu hiss edilir. Təqsirləndirilən şəxs1 ardınca daha bir nəfər, onun ardınca Məhkum, sonra isə daha bir neçə şəxs və Təqsirləndirilən şəxs2 restoranın içərisinə daxil olurlar. Bu zaman hətta Məhkum özündən irəlidə Təqsirləndirilən şəxs1 arxasınca iti addımlarla gedən şəxsi bir qədər kənara itələyərək özünün içəriyə daxil olmasını tezləşdirir. Bundan 20 saniyə sonra əlində hələ də, bıçaq olan Təqsirləndirilən şəxs1lə Məhkum, onların ardınca isə Təqsirləndirilən şəxs2 və kənar şəxslər restorandan çıxırlar. Təqsirləndirilən şəxs1lə Məhkum qaçaraq, Təqsirləndirilən şəxs2 i sə iti addımlarla orada uzaqlaşırlar. “Zeytun” restoranın içərisində olan müşahidə kamerası ilə qeydə alınmıış görüntülərdən isə görünür ki, Təqsirləndirilən şəxs1lə Məhkum Zərərçəkmiş şəxs etdikləri hüçumun restoranın daxilində olan hücumun bütün müddətində çəkiliş getmişdir. İlk öncə hadisənin davam etdiyi sahə görünür, bu zaman Təqsirləndirilən şəxs1 bıçaqlayaraq və itələyərək Zərərçəkmiş şəxs həmin sahədə olan çorək piştaxtasına tərəf gətirir. Onunla birlikdə Məhkum da, fəal olaraq sonuncunun arxasında isə Təqsirləndirilən şəxs2 və digər şəxslər Zərərçəkmiş şəxs istiqamətində gəlirlər. Bundan sonra Təqsirləndirilən şəxs2 daxili kameranın diapazonunundan kənarda qalır. Həmin vaxt Zərərçəkmiş şəxs qorunmağa çalışsa da, yerə yıxılır. Bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs bı çaq zərbələri endirməyə davam edir, onlarla eyni zamanda yanlarında daxil olmuş iki nəfərdən biri sadəcə yaxınlaşmaq istəyir, Məhkum isə fəal hərəkətlər edir, o cümlədən əlləri ilə Zərərçəkmiş şəxs ayağa qalxmamasını sığortalayır. Bu zaman kənar şəxs Təqsirləndirilən şəxs1 paltarından tutub dartmağa çalışır, ani olaraq Təqsirləndirilən şəxs1 başı qarışmasında istifadə edərək Zərərçəkmiş şəxs qorunmaq üçün ayağa qalmağa çalışır, bunu görən Məhkum isə Zərərçəkmiş şəxs ayaq nahiyyəsinə təpik zərbəsi endirməklə yıxılmasını təmin edir və bununla da, Təqsirləndirilən şəxs1 ona yenidən bıçaq zərbələri endirməsinə şərait yaradır. Bundan istifadə edən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs bıçaqla zərbə endirir, ancaq digər şəxslər müdaxilə etdiyinə görə Zərərçəkmiş şəxs imkan taparaq bir qədər ye rdən qalxmağa nail olur. Bu zaman Məhkum Təqsirləndirilən şəxs1 öz hərəkətlərini dayandırdığını zənn edərək bir qədər kənara çəkilsə də, Təqsirləndirilən şəxs1 yenə də, Zərərçəkmiş şəxs hücum edir, M.Qadaşov bunu görən kimi yenidən müdaxilə edərək, Təqsirləndirilən şəxs1 sığortalamağa davam edir, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs üzərinə hücumunu davam etdirərək Zərərçəkmiş şəxs yenə də, bıçaq zərbəsi endirir. Zərərçəkmiş şəxs bir qədər büdrəsə də, ayağa qalxır, bu zaman Təqsirləndirilən şəxs1 bir qədər geri çəkilir, bunu görən M.Qadaşov öz hərəkətlərini dayandırır, kameranın diapazonundan kənarda olan hissəyə keçir, Zərərçəkmiş şəxs ayağa qalxan kimi özünü dönər avadanlığının arxasına tərəf atır, Təqsirləndirilən şəxs1 isə yenidən onun üzərinə hücum etmək istəyir, avadanlığın ət rafına fırlanaraq əlindəki alətlə yenidən onu vurmağa cəhd edir, lakin Zərərçəkmiş şəxs vitrinlərin arxasına keçərək uzaqlaşdığından Təqsirləndirilən şəxs1lə M.Qadaşov öz hərəkətlərini dayandırıb, çıxışa tərəf gedirlər.

29. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən və iş üzrə toplanmış digər sübutların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.1 və 221.3-cü maddələri ilə bəraət verilməsi üçün qanuni əsaslar yoxdur.

30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim etmələri üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

31. Qeyd olunanlar həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi ilə ehtiva olunan hər hansı pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün digər əsasların olmadığını təsdiqləyir.

32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-398/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-398/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar