Məhkəmə qərarları › İş №1(102)-379/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-379/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-379/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Həsənova İlhamə Zakir qızının iştirakları ilə, Gəncə Ağ ır Cinayətlər Məhkəməsinin 12 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçisi Həsənova İlhamə Zakir qızı tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2024-cü il tarixli 1(100)-105/2024 nömrəli (hakimlər: İmanov Dadaş Hüseyn oğlu (sədrliyi), Məmmədov Abdulla Elşad oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1990-cı il tarixdə x rayonu, x kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta ixtisa s təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, xxx-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə dəyişdirilməsi və dərhal məhkəmə zalından həbsə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcının hökm çıxdığı gündən, yəni 12 mart 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanun i qüvvəsini alanadək dəyişdirilməməsi müəyyən edilmiş, həmçinin maddi sübutlara dair məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Məmmədzadə Əkbər Yusif oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2024-cü il tarixli 1(104)262/2024 nömrəli (hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2024-cü il tarixli hökmü təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya aid hissədə dəyişdirilmiş, hökm ilə Məhkum təqsirli bilindiyi CM-in 182.2.2-ci maddəsi ilə təyin edilmiş 7 (ye ddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının həddi 5 (beş) il 6 (altı) aya endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti, müdafiəçisi Həsənova İlhamə Zakir qızı tərəfindən isə kassasiya şikayətinə əlavə verilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2024-cü il tarixli hökmünə görə, Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, təkrar zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, o, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə Biləsuvar-Bəhrəmtəpə yolunun 45-ci kilometrliyində yolun kənarında icarə əsasında kafe işlədən Zərərçəkmiş şəxs2 əxlaqsız yuva işlətməsi məzmunda şantaj xarakterli video hazırlayıb özünə məxsus “Kanal-9” youtube kanalında sonuncunun haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan davamlı qəsdlə Biləsuvar-Bəhrəmtəpə yolunun 45-ci kilometrliyində yerləşən kafedə 2022-ci ilin iyun ayında ayrı-ayrı günlərdə 100 manat, 50 manat və 50 manat olmaqla 200 manat, həmin ilin iyul ayında ayrı-ayrı günlərdə 40 manat və 60 manat olmaqla 100 manat, avqust ayında ayrı-ayrı günlərdə 30 manat, 30 manat və 40 manat olmaqla 100 manat, sentyabr ayında ayrı-ayrı günlərdə 100 manat, 70 manat və 80 manat olmaqla 250 manat nağd pul alıb ümumilikdə göstərilən dövr ərzində Zərərçəkmiş şəxs2 haqqında rüsvayedici məlumatlar ya ymaq hədəsi ilə 650 (altı yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almışdır. Bundan başqa o, təkrar, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə x rayonu x kəndi yaxınlığında icarə əsasında “x” kafesini işlədən Zərərçəkmiş şəxs3 əxlaqsız yuva işlətməsi məzmunda şantaj xarakterli video hazırlayıb özünə məxsus “Kanal-9” youtube kanalında sonuncunun haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan davamlı qəsdlə xxx kəndi yaxınlığında yerləşən kafedə dəqiq günləri istintaqa məlum olmayan tarixlərdə yəni 2022-ci ilin may ayında ayrı-ayrı günlərdə 100 manat və 50 manat olmaqla 150 manat, həmin ilin iyun ayında 200 manat, iyul ayında ayrı-ayrı günlərdə 50 və 100 manat olmaqla 150 manat, sentyabr ayında ayrı-ayrı günlərdə 30 manat, 30 manat və 40 manat olmaqla 100 manat nağd pul alıb ümumilikdə göstərilən dövr ərzində Zərərçəkmiş şəxs3 haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almışdır. Bundan başqa o, təkrar, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə x rayonu x kəndində yaşayan X10 əxlaqsız yuva saxlaması barədə şantaj xarakterli video hazırlayıb həmin videogörüntünü 25 sentyabr 2022-ci il tarixdə özünə məxsus “Kanal-9info” youtube internet kanalında yayımlayaraq yayımın sosial şəbəkələrdən silinməsi qarşılığında X-dən sonuncunun tanışı X4 x rayonunun x kəndində yerləşən “x” adlanan marketdə qu raşdırılımış 2043 nömrəli “E Manat” ödəmə terminalından onun arvadı X8 adına olan Kapital Bank ASC-yə məxsus bank hesabına göndərdiyi 300 (üç yüz) manat pulu alıb ələ keçirdikdən sonra vahid niyyətlə əhatə olunan davamlı qəsd olaraq yenidən 1 oktyabr 2022-ci il tarixdə həmin videogörüntünü yenidən özünə məxsus “Kanal-9.info” youtube internet kanalında yayımlayaraq yayımın sosial şəbəkələrdən silinməsi qarşılığında X-dən əlavə olaraq sonuncunun tanışı Şahid1 vasitəsi ilə 700 (yeddi yüz) manat pul tələb edib nəticədə 3 oktyabr 2022-ci il tarixdə x rayonu, x kəndində yerləşən “x” adlanan istirahət mərkəzinin qarşısında Şahid1 493 (dörd yüz doğsan üç) manat pul alıb ümumilikdə göstərilən dövr ərzində zərərçəkmiş şəxs X10 haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə 1000 (min) manat tələb edib hədə qorxu ilə 793 (yeddi yüz doğsan üç) manat almışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ƏLAVƏNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini, müdafiəçi isə kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışlar ki, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin onun təqsirli bilinməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, zərərçəkmiş X19 ilə bağlı epizodda pul köçürülərkən, artıq təqsirləndirilən şəxs həmin videonu yayınlamışdı. Bundan əlavə, həmin videodakı məlumatların rüsvayedici məlumat olması da iş materiallarında öz təsdiqini tapmır. Belə ki, həmin məlumatlar hər hansı bir baş vermiş və ya baş verməkdə olan cinayət faktı ilə bağlı məlumatlar idi. Bu məlu matların saytda və youtube kanalında yayınlanması kütləvi informasiya vasitələrinin köməyi ilə hüquq mühafizə orqanlarına çatdırılması hesab edilməli idi. Yəni, işə baxan məhkəmələr tərəfindən bu məlumatların zərərçəkmiş şəxsə və ya onun ailə üzvləri ilə bağlı rüsvayedici məlumat yoxsa baş vermiş cinayət faktı ilə bağlı məlumat olub-olmaması tam araşdırılmamışdır. Təqsirləndirilən şəxsin həqiqətən də zərərçəkmiş X-dən göstərilən videonun yığışdırılması üçün 300 manat alması, lakin həmin 300 manat aldıqdan sonra yenə də videonu bir neçə gün sonra həmin youtube kanalında yayınlaması belə ittiham tərəfin dəlillərinə şübhə yaradır. Çünki əgər təqsirləndirilən şəxs doğurdan da həmin videonu yayacağı hədəsi ilə zərərçəkmiş şəxsdən pul tələb etsəydi, onda həmin videonu yaymazdan əvvəl onu zərər çəkmiş şəxsə göstərib videonu yayacağı ilə hədələyər və ya 300 manatı aldıqdan sonra videonu bir daha yayımlamazdı. Eyni zamanda iş materialları ilə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə hədələməklə ondan hər hansı bir məbləğdə pul verməsini tələb etməsi də ümumiyyətlə sübuta yetmir. İttihamın istinad etdiyi bu halla bağlı iş materiallarında hər hansı bir təkzib olunmaz sübut mövcud deyildir. Bundan başqa iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə bağlı şikayətini məhz X10 şikayəti üzrə araşdırma başlanıldıqdan sonra vermişdir. Bu epizod üzrə ümumiyyətlə təqsirləndirlən şəxsin Zərərçəkmiş şəxs2 hədələməklə ondan pul tələb etməsinə dair və ya əmlak hüquqlarını əldə etməsinə dair hər hansı bir sübut mövcud deyildir. İttihamın sübutu kimi məhkəmə 1 video-müşahidə kamerasından çəkilmiş görüntü təqdim edilmişdir. Həmin görüntünün mötəbərliyi, mənbəyi məhkəmə tərəfindən araşdırılmamışdır və həmin CD-diskdə olan görüntü ümumiyyətlə məhkəmə tərəfindən tədqiq edilməmişdir. Həmin görüntü mötəbər sübut hesab olunsa belə, görüntüdə təqsirləndirilən şəxsin hədə-qorxu ilə tələb etmə əməlinə yol verməsinə dair hər hansı bir məlumat aşkarlanmır. Bundan əlavə, məhkəmə müəyyən etməmişdir ki, Zərərçəkmiş şəxs2 ilə bağlı təqsirləndirilən şəxsdə hansı video və yaxud hansı material olmuşdur və təqsirləndirilən şəxs məhz hansı materialla Zərərçəkmiş şəxs2 hədələmişdir. Eyni ilə X13 zərərçəkmiş şəxs qismində tanındığı epizod üzrə də təqsirləndirilən şəxsin əməlində hər hansı bir cinayət tərkibinin olması sübuta yetmir. Bu epizod üzrə, ümumiyyətlə iş ma teriallarında hər hansı bir sübut mövcud deyildir. İttiham yalnız zərərçəkmiş X13 ifadəsi əsasında qurulmuşdur. Lakin həqiqətən də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə hədə-qorxu gəlməsi, hansı üsulla hədə-qorxu gəlməsi, onun barəsində hansı rüsvayedici məlumatların mövcud olub-olmaması, ümumiyyətlə, doğrudan da Vəliyev Ümid tərəfindən ona hədə-qorxu təsiri altında pul və yaxud hər hansı bir əmlak hüququnun verilməsinə dair işdə hər hansı bir sübut yoxdur. Məhkum barəsində məhkəmə qərarları sübutlara deyil, ehtimallara əsaslanmışdır. Yəni, təqsirləndirilən şəxsə elan olunmuş ittiham üzrə onun cinayət əməlini törətməsi sübuta yetmir. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2024-cü il tarixli qərarının ləğv edilərək, cinayət işi üzrə icraata bəraətverici ə saslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Həsənova İlhamə Zakir qızı çıxış edərək, məhkumun hüquqi savadsızlığından şikayətin xahiş edirəm hissəsində düzgün normalara istinad etmədiyini. ittiham tərəfinin sübutları məhz Məhkum barədə ittiham hökmünün çıxarılması üçün kifayət qədər və yetərli olmadığını nəzərə alaraq, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsini, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2024-cü il tarixli qərarının ləğv edilərək, iş üzrə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, hüquqi savadsızlığından şikayətin xahiş edirəm hissəsində düzgün normaya istinad etmədiyini, müdafiəçi tərəfindən göstərilənlərlə razı olduğunu, zərərçəkmiş şəxslərin hər biri ilə barışığın əldə edildiyinin nəzərə alaraq barəsində ədalətli qərarın qəbul edilməsini, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsini, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cina yət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apel lyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və ona əlavənin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələnd irmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətini və ona əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsiz liyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübut ların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiym ətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28 -ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin və ona əlavənin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun və müdafiəçisinin isə kassasiya şikayətinin və ona əlavənin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və ona əlavə təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2024-cü il tar ixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş təkrar zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələ sinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Belə ki, “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli qərarında əsasən, rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində və ona əlavədə Məhkum əməlində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessua l hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM -nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya kollegiyasının bu qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəld iyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb, sübutlar və sübutetmə məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə təqsirliliyinin zərərçəkmiş şəxs qismində dindirilmiş X16, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələri, “üzləşdirmə haqqında” 12 noyabr 2022-ci il, 17 aprel 2023-cü il və 27 aprel 2023-cü il tarixli protokolları, iş üzrə əhəmiyyət kəsb edən məlumatları (videogörüntüləri) özündə əks etdirən disklərə keçirilmiş baxış protokolları, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan 12 noyabr 2022-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid1 ilə təqsirləndirilən şəxs Məhkum arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 X2 barəsində özünə məxsus “youtube” kanalında yaymış olduğu videonu silməsi üçün x rayonu x, kəndində yerləşən “x”in qarşısında özünə məxsus avtomobildə Məhkum 493 manat pul verməsini, həmçinin Məhkum yanında olan xanımla onun fotoşəklini çəkərək yayıb onu biabır edəcəyi ilə hədə-qorxu gələrək ondan 200 manat pul tələb etməsini Məhkum üzünə deyərək sonuncunu bir daha ifşa etmiş, Məhkum isə həmin halları inkar edərək X-dən ümumilikdə 793 manat pul almasını, həmin pulları isə hədə-qorxu ilə tələb edərək deyil, Şahid2 əşyalarının əvəzi olaraq almasını bildirmişdir. Cinayət işinin materiallarında olan 17 aprel 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, zə rərçəkmiş şəxs X25 ilə təqsirləndirilən şəxs Məhkum arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı X17 onun barəsində özünə məxsus “youtube” kanalında yaymış olduğu videonu silməsi üçün hədə-qorxu gələrək 995 (doqquz yüz doxsan beş) manat pul almasını Məhkum üzünə deyərək sonuncunu bir daha ifşa etmiş, Məhkum isə həmin halın doğruluğunu qismən təsdiq edərək X-in barəsində yayılmış videonu silmək üçün ona ümumilikdə 793 manat pul verməsini, X-in ona 202 manat pul göndərməməsini bildirmişdir. Cinayət işinin materiallarında olan 27 aprel 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs X25 ilə təqsirləndirilən şəxs Məhkum arasında keçirilmiş təkrar üzləşdirmə zamanı X17 onun barəsində özünə məxsus “youtube” kanalında yaymış olduğu videon u silməsi üçün hədə-qorxu gələrək 995 (doqquz yüz doxsan beş) manat pul almasını Məhkum üzünə deyərək sonuncunu bir daha ifşa etmiş, Məhkum isə həmin halı inkar etmişdir. Cinayət işinin materiallarında olan 27 aprel 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs X9 ilə təqsirləndirilən şəxs Məhkum arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 Məhkum onun barəsində özünə məxsus “youtube” kanalında rüsvayedici məlumatlar hazırlayıb yayacağı ilə hədə-qorxu gələrək 2022-ci ilin iyun ayından oktyabr ayınadək olan müddət ərzində ondan ümumilikdə 650 (altı yüz əlli) manat pul almasını, həmçinin özünə məxsus “youtube” kanalında yaymış olduğu videonu silmək üçün onun vasitəsilə X-dən hədəqorxu gələrək pul tələb etməsini, 26 sentyabr 2022-ci il tarixdə X-in adına olan kart hesabına 300 manat pul göndərməsini Məhkum üzünə deyərək sonuncunu bir daha ifşa etmiş, Məhkum isə həmin halı qismən etiraf edərək Zərərçəkmiş şəxs2 könüllü olaraq ona pullar verməsini, ondan hədə-qorxu ilə pul tələb etməməsini bildirmiş, X-ə aid videonun silinməsi qarşılığında isə həqiqətən də ona 300 manat pul göndərilməsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 27 aprel 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs X9 ilə təqsirləndirilən şəxs Məhkum arasında keçirilmiş təkrar üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 Məhkum onun barəsində özünə məxsus “youtube” kanalında rüsvayedici məlumatlar hazırlayıb yayacağı ilə hədə-qorxu gələrək 2022-ci ilin iyun ayından oktyabr ayınadək olan müddət ərzində ondan ümumilikdə 650 (altı yüz əlli) manat pul almasını, həmçinin özünə məxsus “youtube” kanalında yaymış olduğu videonu silmək üçün onun vasitəsilə X-dən hədə-qorxu gələrək pul tələb etməsini, 26 sentyabr 2022-ci il tarixdə X-in adına olan kart hesabına 300 manat pul göndərməsini Məhkum üzünə deyərək sonuncunu bir daha ifşa etmiş, Məhkum isə həmin halı inkar etmişdir. Cinayət işinin materiallarında olan 17 aprel 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə təqsirləndirilən şəxs Məhkum arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 Məhkum onun barəsində özünə məxsus “youtube” kanalında rüsvayedici məlumatlar hazırlayıb yayacağı ilə hədə-qorxu gələrək 2022-ci ilin may ayından oktyabr ayınadək olan mü ddət ərzində ondan ümumilikdə 700 (yeddi yüz) manat pul almasını Məhkum üzünə deyərək sonuncunu bir daha ifşa etmiş, Məhkum isə Zərərçəkmiş şəxs3 könüllü olaraq ona pullar verməsini, ondan hədə-qorxu ilə pul tələb etməməsini bildirmişdir. Cinayət işinin materiallarında olan 27 aprel 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə təqsirləndirilən şəxs Məhkum arasında keçirilmiş təkrar üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 Məhkum onun barəsində özünə məxsus “youtube” kanalında rüsvayedici məlumatlar hazırlayıb yayacağı ilə hədə-qorxu gələrək 2022-ci ilin may ayından oktyabr ayınadək olan müddət ərzində ondan ümumilikdə 700 (yeddi yüz) manat pul almasını Məhkum üzünə deyərək sonuncunu bir daha ifşa etmiş, Məhkum isə həmin halı inkar etmişdir. O cümlədən, Məhkum iş üzrə əhəmiyyət kəsb edən videogörüntülər olan bir ədəd CD disk, iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 Məhkum pul verməsi görüntüləri olan bir ədəd CD disk məhkəmə baxışı zamanı tədqiq edilərək mötəbərliyi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 182.2.2-ci maddəsi ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edilmişdir. Birinci instansiya və apellyasiya instansiyası məhkəmə kollegiyaları haqlı olaraq Məhkum ona elan olunmuş ittiham üzrə verdiyi ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisə li şəkildə tədqiq edərək həmin ifadələrin ifadələrin əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması barədə məqsəd güddüyünə dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətində və ona əlavədə irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apell yasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 182.2.2-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. O cümlədən, məhkuma təyin edilmiş cəzaya münasibətdə kassasiya məhkəmə kollegiyası onu qeyd edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəs i, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza (minimum həddə) təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin və ona əlavənin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqınd a qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi Həsənova İlhamə Zakir qızı tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2024-cü il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar