Məhkəmə qərarları › İş №1(102)-38/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-38/2019

07.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-38/2019 07.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Q Ə R A R Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası 07 fevral 2019-cu il Bakı şəhəri Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi),Fərhad Kazım oğlu Əliyev və Əli Səlim oğlu Seyfəliyevdən ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, məhkumlar Məhkum1 və Məhkum2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 182.3.2 və 310-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 182.3.2 və 310-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 və qeyrilərinin barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2017-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Rasim Sadıxov, hakimlər Fikrət Qəribov və Əfqan Hacıyevdən ibarət tərkibdə), Məhkum1, 16 avqust 1984-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaş ı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Salyan rayonu,*************** qeydiyyatda olan, Bakı şəhəri ******************** yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 182.3.2 və 310-cu maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5-ci maddələri ilə 04 (dörd) il müddətinə, Cinayət Məcəlləsinin 182.3.2ci maddəsi ilə 11 (on bir) il müddətə, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan mə hrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 5 sentyabr 2015-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır; Məhkum2, xx xxx 1986-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Salyan rayonu,********************** qeydiyyatda olan, Salyan rayonu, PMK qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 182.3.2 və 310-cu maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törə dilməsində təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5-ci maddələri ilə 03 (üç) il müddətə, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə 10 (on) il müddətə, Cinayət Məcəlləsinin 310-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona Şirvan Apellyasiya Məhkəməsinin 7 oktyabr 2013-cü il tarixli qərarı ilə təyin olunmuş 3800 manat cərimə cəzası hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilməklə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə və 3800 (üç min səkkiz yüz) manat cərimə cəzaları təy in edilmiş, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra olunmaqla və azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 05 sentyabr 2015-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə həmçinin X9 və X11 da təqsirli bilinərək məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 və Məhkum2 ona görə təqsirli bilinib məhkum edilmişlər ki, onlar, X9 və X12 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmə, adam oğurluğu ilə bağ lı olmayan, zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə qanunsuz azadlıqdan məhrum etmə barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, bu məqsədlə X1 müəyyən məbləğdə pul müqabilində bankdan kredit almaqda vasitəçilik etdiyini bilərək, aralarında olan razılaşmaya əsasən 2015-ci il avqust ayının sonlarında E6 özünə məxsus mobil telefonla E7 istifadəsində olan mobil telefona zəng edib bankdan kredit almaqda köməklik etməsini yalandan xahiş edib, bunun üçün sonuncuya 700 manat pul verməyə razı olduğuna inandırdıqdan sonra E7 tanışı Zərərçəkmiş şəxs həmin məbləğdə pulu E6 qəbul etməyi xahiş edib, buna görə Zərərçəkmiş şəxs 31 avqust 2015-ci il tarixdə saat 18.30 radələrində ünvan 2 ünvanda yerləşən «Bakı Beynəlxalq Avtovağzal Kompleksinin» yaxınlığına gələrək orada sükan arxasında Adil Lətifovun oturduğu dayanmış vəziyyətdə olan «Nissan-Tida» 90 EU-731 dövlət nömrə nişanlı avtomaşına yaxınlaşarkən cinayətkar plana uyğun olaraq Məhkum1, E6 və Məhkum2 Zərərçəkmiş şəxs özlərini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etməklə özbaşına özlərini vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək birlikdə Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edib sifətinə və bədənin müxtəlif nahiyələrinə yumruq və sillə ilə vuraraq sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməyən s ağ gözaltı, sol köpücükaltı, hər iki bazu nahiyyələrinin qançırları, sağ kürəkaltı nahiyyənin sıyrığı xəsarətləri yetirib zorla Adil Lətifovun idarə etdiyi həmin avtomaşına mindirərək ünvan 4 ünvanda yerləşən «Rren» kafesinə aparıb, orada saat 24 radələrinədək saxlayıb, ləyaqətini alçaldan hərəkətlər edib, videoçəkiliş apararaq internetə yerləşdirəcəklərini Zərərçəkmiş şəxs bildirib sonuncunun şəxsiyyəti üzərində zor göstərmə, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin külli miqdarda əmlakını-yəni 20.000 manat pul verməsini hədə-qorxu ilə tələb edib, daha sonra onu dövlət nömrə nişanı və sürücüsü istintaqa məlum olmayan «Mersedes» markalı avtomaşına sərnişin kimi əyləşdirib onu Məhkum1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, «Zığ bağları» adlanan ərazidəki ünvansız evinə apa raraq bir qrup şəxs halında təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə 20.000 manat verilməsini tələb etmiş, bir qrup şəxs halında adam oğurluğu ilə bağlı olmayan, zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə qanunsuz azadlıqdan məhrum etməklə 31 avqust 2015-ci il tarixdən saat 24 radələrindən 01 sentyabr 2015-ci il tarixədək Zərərçəkmiş şəxs qeyd edilən ünvanda saxlamaqla qanunsuz azadlıqdan məhrum etmişlər. Hökmdən məhkumlar Məhkum2 müdafiəçisi Müdafiəçi2, Məhkum1 və onun müdafiəçisi Müdafiəçi1, məhkum X9 və onun müdafiəçisi X13, məhkum X11 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2017-ci il tarixli qərar ı ilə (sədrlik edən hakim Əmir Bayramov, hakimlər Əflatun Qasımov və Vüqar Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum1, Məhkum2, X9 və X4 barələrindəki 23 avqust 2016-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hökmün icrası qaydasında işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qərarı və 07 dekabr 2018-ci il tarixli anlaşılmazlığın aradan qaldırılmasına dair qərarı ilə (sədrlik edən hakim X5) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin təqdimatı təmin edilmiş, Məhkum2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1-ci maddəsindən həmin Məcəllənin 182.2.1, 182.2.3 və 182.2. 4-cü maddələrinə tövsif edilmiş, ona həmin maddələrlə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökmlə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.5-ci maddələri ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təyin edilən 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzaları hazırki qərarla təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 07.10.2013-cü il tarixli qərarı ilə Məhkum2 təyin olunmuş 3800 (üç min səkkiz yüz) manat məbləğində cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırki qərarla təyin edilən 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməklə Məhkum2 qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə və 3800 (üç min səkkiz yüz) manat miqdarında cərimə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzasının müstəqil icra olunması qərara alınmışdır. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim X7) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin təqdimatı təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.08.2016-cı il tarixli hökmü Məhkum1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hazırda qüvvədə olan normalarına uyğunlaşdırılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.08.2016-cı il tarixli hökmü ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsindən həmin Məcəllənin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrinə tövsif olunmuş, həmin maddələrlə ona 10 (on) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun ittihamındakı “külli” sözü “xeyli” sözü ilə əvəz edilmişdir. Məhkum1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim İlqar Murquzov, hakimlər Həsən Əhmədov və Habil Məmmədovdan ibar ət tərkibdə) Məhkum1 və onun müdafiəçisi X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Məhkum1 barəsində olan 27 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmiş, Məhkum1 barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunun müddəaları tətbiq edilməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmiş, həmin qərarla Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə ona təyin olunmuş 10 (on) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 09 (doqquz) il 06 (altı) ay müddətinə endirilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, hazırki qərarla təyin edilmiş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.5-ci maddələri ona təyin edilmiş 04 (dörd) il müddətinə və Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2017-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ibtidai istintaq orqanı əsassız olaraq onu cinayət məsuliyyətinə cəlb et mişdir. Kassator bildirmişdir ki, birinci instansiya məhkəməsi heç bir mötəbər sübutlar olmadan, əsassız olaraq barəsində ittiham hökmü çıxarmışdır. Buna görə də, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2017-ci il tarixli qərarının ləğv edilməsini, işə yenidən baxılması üçün işin apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum2 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ibtidai istintaq araşdırması zamanı ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməsə də, qardaşı Məhkum1 verdiyi ifadələri təsdiqləməyinə, hərəkətlərində hər hansı cinayət əməlinin olmamasına baxmayaraq məhkəmə icraatları birtərəfli, subyektiv mülahizələr əsasında aparılaraq, dəstə üzvü kimi təqsirləndirilən şəxslərin verd ikləri ifadələr, həmçinin zərərçəkmiş tərəf və şahidlərin ifadələri araşdırılmadan, müqayisə edilmədən işə yalnız tərtib olunmuş ittiham aktı əsasında baxılaraq qiymət verilmişdir. Kassator göstərmişdir ki, onun barəsində ədalətsiz qərar çıxarılmışdır. Kassator həmçinin qeyd etmişdir ki, məhkəmələr hökm və qərarında cəzanı yüngülləşdirən halların olmasını nəzərə almamışlar. Onun Çernobıl əlili olması, himayəsində iki azyaşlı uşağının olması, şəxsiyyəti, cinayətin xarakteri və bu cinayət əməlində iştirak dərəcəsi nəzərə alınaraq barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsi tətbiq oluna bilərdi. Barəsində qeyd olunan məlumatlarda o, məhkum olunmuş kimi göstərilmiş, bu da residiv kimi qiymətləndirilərək ağırlaşdırıcı hal kimi qəbul edilmişdir. Hansı ki, Şirvan Apellyasiya Məhkəməsinin 07 okty abr 2013cü il tarixli qərarı ilə 3800 (üç min səkkiz yüz) manat cərimə cəzasının 1700 (min yeddi yüz) manatını ödəmişdir və bu ağırlaşdırıcı hal kimi qəbul edilə bilməzdi. Kassator yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2017-ci il tarixli qərarının ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılması və ya cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə dərək, kassasiya şikayətlərinin təmin edilməsinə dair məhkumlar Məhkum1, Məhkum2 və Məhkum1 kassasiya şikayətinin təmin edilməməsinə, Məhkum2 isə kassasiya şikayətinin qismən təmin edil ərək məhkəmə qərarlarından onun əməlində cinayətlərin residivi olması və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinə istinad etməklə cəza təyin edilməsinə dair müddəaların xaric edilməsi, lakin hökmün icrası qaydasında ona təyin edilən cəzasının dəyişdirilmədən saxlanılmasına dair dövlət ittihamçısı İlkin Yusifovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə Məhkum1 kassasiya şikayəti təmin edilməməli, Məhkum2 kassasiya şikayəti qismən təmin edilməli, məhkəmə qərarlarından onun əməlində cinayətlərin residivi olması, bu halın cəzanı ağırlaşdıran hal kimi nəzərə alınması və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinə istinad etməklə cəza təyin edilməsinə dair müddəalar xaric edilməli və Məhkum2 cəzası yüngülləşdirilməlidir. Hüq uqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum1 kassasiya şikayətində əsassız olaraq təqsirli bilinərək məhkum olunduğunu vurğulayaraq, Bakı Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 23 may 2017-ci il tarixli qərarının ləğv edilməsini, işə yenidən baxılması üçün işin apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bir sıra dəlillərə istinad etmişdir. Məhkum2 isə cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırılma aparılmadığını, barəsində qanunsuz və ədalətsiz qərar qəbul edildiyini, həmçinin cəza təyin edilərkən onun Çernobıl əlili olması, himayəsində iki azyaşlı uşağının olması, şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və bu cinayət əməlində iştirak dərəcəsi nəzərə alınmayaraq ağır cəza təyin edildiyini vurğulayaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2017-ci il tarixli qərarının ləğv edilməsi, işin yenidən apellyasiya baxışına təyin edilməsi və ya iş üzrə cəzanı yüngülləşdirən halların nəzərə alınmasını, cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bir sıra dəlillərə istinad etmişdir. Məhkəmə kollegiyası kassatorların məhkum olunduqları cinayət əməllərini törətməkdə təqsirli olmamalarına dair şikayətlərində göstərdikləri dəlillərlə əlaqədar aşağıdakıları qeyd edir: İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası vurğulayır ki, işə baxan məhkəmələr sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, məhkumlar Məhkum1 və Məhkum2 istinad edilən cinayət əməllərinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. (Məhkəmələr məhkumların təqsirlilik məsələsini həll edərkən məhkumların özlərinin ibtidai araşdırma və birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı verdikləri və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları, eləcə də işdə olan digər sənədlərlə və sübutlara əsaslanmışlar). Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkumlar Məhkum1 və Məhkum2 cin ayət əməllərinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 cinayət əməlləri məhkəmə tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 182.3.2 və 310-cu maddələri ilə tövsif edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel və 27 aprel 2018-ci il tarixli qərarları ilə məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1-ci maddəsi ilə ixtisaslaşdırılmış əməlləri 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunun tələbinə əsasən həmin Məcəl lənin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrinə tövsif edilmişdir. Məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 182.2.1, 182.2.3 və 182.2.4 və 310-cu maddələri ilə tövsifi barədə gəlinən nəticə ilə qanuni olduğundan razılaşır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, həm ibtidai istintaq, həm də məhkəmə araşdırılmaları zamanı məhkumların müdafiə hüququ təmin edilmiş, çəkişmə prinsipi təmin edilməklə tərəflərə bərabər şərait yaradılmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125,143146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış və məhkəmə araşdırmaları zamanı tam, hərtərəfli və obyektiv surətdə təhlil edilərək qiymətləndirilmiş sübutları kassasiya şikayətlərinin dəlilləri ilə müqayisəli surətdə tədqiq edərək belə qənaətə gəlir ki, Məhkum1 və Məhkum2 barələrində iş materialları ilə bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, onların barəsində olan cinayət işinə bəraətverici əsasla xitam verilə bilməz və bu barədə kassasiya şikayətlərinin dəlilləri tutarlı bir sübuta söykənmədiyindən tamamilə əsassızdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən hökmdən və qərardan görünür ki, birinci və apellyasiya instansiya mə hkəmələri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Məhkum1 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, himayəsində azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Məhkum1 məsuliyyətini ağırlaşdıran halları isə müəyyən etməmişdir. Kollegiyanın qənaəti belədir ki, ona cəza təyin edilərkən cəza təyin etmənin prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 56.1.3, 58 və 59-cu maddələrinin tələblərinə düzgün riayət olunmuş, cəzasını yüngülləşdirən h alların olub, cəzasını ağırlaşdıran halların olmaması düzgün nəzərə alınmaqla, ona cinayət qanununun maddələrinin sanksiyası həddində və cinayətlərin məcmusu üzrə, cinayət qanununun tələblərinə uyğun, cəzanın məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası Məhkum1 törətmiş olduğu cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, məhkumun şəxsiyyətini, onun tərəfindən cinayətlərin hadisələrin təsadüfi axarı zəminində deyil, qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən, əvvəlcədən düşünülmüş vəziyyətdə törədilməsini, təyin olunmuş cəzanın məhkumun islah edilməsinə və onun ailə şəraitinə, sosial ədalətin bərpasına təsirini, habelə həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşı sını almaq, cəzanın qanunla müəyyən edilmiş məqsədinə nail olmaq, həmçinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2019-cu il tarixli qərarı ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə ixtisaslaşdırılmış əməlinin CM-in 182.2.1, 182.2.3 və 182.2.4cü maddələrinə tövsif edilərək ona bu maddələrlə 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, həmin qərarla təyin edilmiş cəzanın Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.5-ci maddələri ona təyin edilmiş 04 (dörd) il müddətinə və Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətinə azadl ıqdan məhrum etmə cəzalarını qismən toplanılmaqla, onun üzərində qəti olaraq 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını nəzərə alaraq Məhkum1 təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsas görmür və belə nəticəyə gəlir ki, Məhkum1 törətmiş olduqları hazırki cinayət əməllərinin hüquqi tövsifi məsələsi düzgün həll edilməklə, ona təyin edilmiş cəzanın növü və həddi şəxsiyyətinə, törətmiş olduğu cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Məhkum1 kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası Məhkum2 kassasiya şikayətinin cəzasının yüngülləşdirilməsi ilə əlaqədar olan hissəsi ilə bağlı isə aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilən sorğuya cavabdan və Saatlı Rayon Məhkəməsinin hökmündən müəyyən olunur ki, Məhkum2 Saatlı Rayon Məhkəməsinin 05 iyul 2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2013-cü il tarixli qərarı ilə hökm dəyişdirələrək ona 3800 (üç min səkkiz yüz) manat cərimə cəzası təyin edilmişdir. Birinci instansiya və apellyasiya instansiya məhkəmələri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1 və 83.3.2-ci maddələrinə istinad edərək Məhkum2 əməlində cinayətlərin residivinin olması nəticəsinə gələrək Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinə istinad etməklə cəza təyin etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə edilmiş dəyişiklik ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkum2 da Saatlı Rayon Məhkəməsinin 05 iyul 2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cərimə cəzası təyin edilmişdir. Odur ki, Məhkum2 əməlində cinayətlərin residivinin olması və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinə istinad etməklə cəza təyin edilməsinə dair müddəalar hökmdən və apellyasiya instansiyası məhkəməsinin qərarından xaric edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, hökmün icrası qaydasında işə baxan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Məhkum2 barəsində cinayətlərin residivi məsələsinə münasibət bildirməmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli qanunu Məhkum2 vəziyyətini yüngülləşdirdiyindən tətbiq edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2016-cı il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2017-ci il tarixli qərarından Məhkum2 əməlində cinayətlərin residivinin olması və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinə istinad etməklə cəza təyin edilməsinə dair müddəalar xaric edilməli və bununla əlaqədar olaraq Məhkum2 cəzası yüngüll əşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işində olan Məhkum2 xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə kollegiyası Məhkum2 himayəsində azyaşlı uşaqlarının olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi cəzanı yuüngülləşdirən halların olmasını və iş üzrə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmış əməlində cinayətlərin residivi olmasına dair halın aradan qalxdığını və yuxarıda qeyd edilən qanun normalarının, həmçinin Plenum qərarının tövsiyyələrini nəzərə alaraq Məhkum2 cəzasının yüngülləşdirilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: 1.Məhkum1 kassasiya şikayəti təmin edilməsin. 2.Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 182.2.1, 182.2.3, 182.2.4 və 310cu maddələri ilə təqsirli bilinərək (hökmün icrası qaydasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2019-cu il tarixli qərarı nəzərə alınmaqla) 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılsın. 3.Məhkum2 kassasiya şikayəti qismən təmin edilsin. 4.Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 14 5.2.5, 182.2.1, 182.2.3, 182.2.4 və 310cu maddələri ilə təqsirli bilinərək (hökmün icrası qaydasında işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qərarı və 07 dekabr 2018-ci il tarixli anlaşılmazlığın aradan qaldırılmasına dair qərarları nəzərə alınmaqla) 10 (on) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Məhkum2 aid hissədə dəyişdirilsin. 5.Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2016-cı il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2017-ci il tarixli qərarından Məhkum2 əməlində cinayətlərin residivi olması, bu halın cəzanı ağırlaşdıran hal kimi nəzərə alınması və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinə istinad edilməklə cəza təyin edilməsinə dair müddəalar xaric e dilsin. 6.Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 182.2.1, 182.2.3, 182.2.4 və 310-cu maddələri ilə qəti olaraq təyin edilmiş 10 (on) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzasının müddəti 09 (doqquz) il 06 (altı) aya endirilsin. Qərar məhkumlar Məhkum1 və Məhkum2 aid qalan hissədə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: İnqilab Nəsirov Hakimlər: Fərhad Əliyev Əli Seyfəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar