Məhkəmə qərarları › İş №1(102)-38/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-38/2020

18.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-38/2020 18.02.2020 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin CinayətKollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib İsa-zad Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 və müdafiəçi-vəkil Mahmudov Mülküm Fərrux oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə A zərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş x1 oğlu barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından x1 oğlunun müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçisi-vəkil Mahmudov Mülküm Fərrux oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə (hakimlər M.M.Ağalarov (sədrlik edən və məruzəçi), Ə.M.Abasov və E.Ə.Mikayılov) x1 oğlu- xx xxxxxx 1990-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi ev-150-də qeydiyyatda o lmaqla yaşamış Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il, 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəli xx xxxx 2017-ci il. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 oğlu ona görə təqsirli bilinib məhkum edilmişdir ki, “facebook” sosial şəbəkəsi vasitəsi ilə tanışı x2 əvvəllər onu sevdiyinə dair göndərdiyi mesajı sonuncunun sevgi münasibətində olduğu x3 xx xxxx 2017-ci il tarixdə görərək sevgilisinə mesaj göndərilməsini təhqir hesab edərək “facebook” sosial şəbəkəsi vasitəsilə onun özünün və ailəsinin ünvanına nalayiq ifadələr işlətdiyindən x3 qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək ona görüşə tək gəlməsi barədə n alayiq məzmunlu mesaj göndərdikdən sonra yaşadığı Yasamal rayonu, Vasif Əliyev küçəsi ev-150-də evin mətbəxindən götürdüyü təyinatı istintaqa məlum olmayan bıçaqla silahlanıb xx xxxx 2017ci il tarixdə saat 02 radələrində x3 razılaşdıqları ünvan 1 ünvanının qarşısına x3 qabaq gələrək yerdə qoyulmuş karton kağızaların üzərində oturub, bıçağı karton kağızların altında gizlədərək x3 gözləmiş, sonuncu həmin yerə gəlib, onun oturduğu yerin yanında karton altında bıçaq gizlətdiyini görüb yanında oturmayıb ona təpik və yumruqla zərbələr vuraraq sağ gicgah-təpə nahiyyəsinin hematoması, sağ gözaltı nahiyənin qançırı, eləcə də sol almacıq və sol gicgah nahiyəsinin sıyrıqları kimi, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, o b u zaman onunla qarşılıqlı mübarizə apararaq karton altında gizlətdiyi bıçağı götürüb qəsdən öldürmək məqsədi ilə x3 qəsdən döş qəfəsinin sol yarısının ön və yan səthlərinə altı ədəd deşilmiş- kəsilmiş xəsarət, yəni iki ədəd sol plevraya nüfuz edərək sol ağ ciyəri və ürək kisəsini zədələyən, hər ikisi dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid, dörd ədəd ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra x3 yerə yıxılmasını görüb onu qəsdən həyatdan məhrum etdiyini zənn edərək hadisə yerindən qaçmış, lakin x3 hadisə yerinə gəldiyi “Azsamand” markalı **-AD*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü x4 tərəfindən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik X əstəxanasına çatdırılmaqla həkimlər tərəfində cərrahi əməliyyatlar aparılaraq həyatı xilas olunduğundan, iradəsində asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmiş, x3 qisas almaq niyyəti ilə qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmdən x1 oğlunun müdafiəçisi-vəkil X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: A.K,Abdinbəyov (sədrlik edən və məruzəçi), R.K.Səfərov və Q.F.Məmmədovdan ibarət tərkibdə) xx xxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından x1 oğlunun müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti və müdaf iəçi-vəkil Mahmudov Mülküm Fərrux oğlunun kassasiya şikayətinə əlavə verərək, əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edib, CM-nin 62-ci və 70-ci maddələrini tətbiq edilməklə daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: x1 oğlunun müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində göstərmişdir ki, M.Azər uzun müddət psixiatr həkimlərə müraciət edərək gizli müalicələr götürmüşdür, xx.xx.2017-ci il tarixli 1544 saylı ambulator məcburi narkoloji tibbi ekspertizanın rəyindən görünür ki, xxx sedativ və yuxugətirici vasitələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Asılılıq sindromundan məcburi müalicəyə ehtiyacı vardır. 2017-ci ildə iki dəfə müxtəlif vaxtlarda intihar etməsi faktları ilə əlaqədar Yas amal rayon prokurorluğunda araşdırmalar aparılmışdır. Zərərçəkmiş şəxsin çox ağır və həqarətli söyüşləri nəticəsində Azər mənəvi sarsıntı və psixoloji gərginlik keçirmiş, xxxxfiziki zor tətbiq etməklə qanunazidd hərəkətlər törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası cəza təyin edilərəkən birinci instansiya məhkəməsi tərəfində Azərin fərdi psixoloji hallarını nəzərə almamasına zəruri qiymət verməmiş, çoxsaylı cəzanı yüngülləşdirən halların mövcudluğu və heç bir ağırlaşdırıcı halın olmadığı, zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəzərə alınmamışdır. Göstərilənlərə əsasən məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci və 70-ci maddələrinin tətbiq olunmaqla cəza təyin edilməsini xahiş etmişdir. Müdafiəçisi-vəkil Mahmudov Mülküm Fərrux oğlu kassasiya şikayətinə əlav əni eyni dəlillərlə əsaslandıraraq, x1 oğlunun zərərçəkmiş x3 öldürmək niyyəti olmadığından onun əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilərək¸ CM-nin 62ci və 70-ci maddələrinin tətbiq olunmaqla cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normal arının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 126.1ci maddəsinə tövsif edilərək¸ CM-nin 62-ci və 70-ci maddələrinin tətbiq olunmaqla ona daha yüngül cəza təyin edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2017-ci il tarixli 1341 saylı rəyindən görünür ki, x1 oğlunda hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Tibbi sənədlərə əsasən Məhkum oğlunun anamnezində toksikomaniya nəticəsində astenodepressiv hal müəyyən edilsə də, hal-hazırda yoxlanılan şəxsdə qeyd olunan psixi patologiya müəyyən edilmir. Cinayət işinin materialları və hal-hazırki psixiatrik müa yinənin nəticələrindən görünür ki, Məhkum oğlunda törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Məhkum oğlu törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məhkum oğlunun əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. x1 oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-tibbi ekspertizasının xx x xxxxx 2017-ci il tarixli, 690 saylı rəyindən görünür ki, x3 almış olduğu xəsarətlər-döş qəfəsinin sol yarısının ön və yan səthlərində olan 6 deşilmiş-kəsilmiş yara, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. Törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, x xxxx 2017-ci il tarixə uyğun gəlir. Xəsarətlərdən ikisi (hansılarının dəqiq olmasını müəyyən etmək mümkün deyil, belə ki, təqdim olunmuş tibbi sənədlərdə bu haqda qeydiyyat yoxdur) sol plevra boşluğuna nüfuz edərək sol ağ ciyəri və ürək kisəsini zədələmişdir və bu səbəbdən həmin yaralar dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Digər yaralar isə dərəcəsinə görə həm ayrı ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. x3 almış olduğu xəsarətlərin xarakteri sayı və yerləşdiyi nahiyələr, həmin xəsarətlərin onun özü özünə yetirə bilməsini inkar edir. İstinad edilən ekspertiza rəylərindən görünür ki, x1 oğlu törətdiyi əməl barəsində anlaqlı hesab olunmuşdur, onun əməli Azərbaycan Respublikası CM-in 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür, o hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, onun əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına da düşmür. Cinayət işinin materialları ilə və məhkəmə-tibb ekspertizasının rəyi ilə sübut edilmişdir ki, zərərçəkmiş x3 döş qəfəsinin sol yarısının ön və yan səthlərinə 6 deşilmiş-kəsilmiş xəsa rət yetirilmişdir. Xəsarətlərdən ikisi sol plevra boşluğuna nüfuz edərək sol ağ ciyəri və ürək kisəsini zədələmişdir və bu səbəbdən həmin yaralar dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Digər yaralar isə dərəcəsinə görə həm ayrı ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xəsarətləri yetirdikdən sonra x1 x3 yerə yıxılmasını görüb onu qəsdən həyatdan məhrum etdiyini zənn edərək hadisə yerindən qaçmış, lakin x3 x4 tərəfindən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılmaqla həkimlər tərəfində cərrahi əməliyyatlar aparılaraq, x1in iradəsindən asılı olmayaraq həyatı xilas edilmişdir. Xəsarətlərin sayını, dərəcəsini və lokalozasiyasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, məhkum x1in hərəkətləri zərərçəkmiş şəxsi düzünə qəsdlə həyatdan məhrum etməyə tönəldiyindən onun əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Cinayət işinə baxmış Bakı Ağır Cinayətlər Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası məhkumun cinayət əməlinin hüquqi tövsifi barədə cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinə müvafiq toplanmış və tədqiq edilmiş mötəbər sübutların məcmusuna istinadən düzgün nəticəyə gəlmişlər Apellyasiya instansiya məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanmış birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxs x1 oğlunun cinayət əməlin i zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.8, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almış, CM-nin 60.1-ci və 63.3-cü maddələrinin tələblərini nəzərə almaqla cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar ol duqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Göründüyü kimi məhkəmə məhkuma Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az olmaqla və yuxarı həddinin dörddə üçünün dörddə üçündən çox olmamaqla cəza təyin etmişdir. Yəni, məhkəmə CM-nin 62-ci maddəsini tətbiq etmədən də CM-nin 60.1-ci və 63.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə aza ldan hallarla əlaqədar cəza təyin etmənin qanunla müəyyən edilmiş qaydalarını tətbiq etməklə məhkumun təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddindən də az cəza təyin etmişdir. Cəzanın daha da yüngülləşdirilməsi üçün digər əsasların mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkumun törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəliliyini xarakterizə edən halları və cəzanın vəzifələri təyin etmənin ümumi əsasları barədə qanunun tələbləri ni və cəza təyin etmə barədə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəza çəkmədən islah olunması mümkünsüzdür. Ona görə də məhkəmələr cəza təyin edərkən də qanuni və əsaslı nəticəyə gəldiyindən kassasiya şikayətinin bu barədə dəlilləri də əsassız hesab edilməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, məhkum x1 oğlununun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM- nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: x1 oğlunun müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi-vəkil Mahmudov Mülküm Fərrux oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. x1 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mü

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar