Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-38/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X2, onun nümayəndəsi X7, Məhkum müdafiəçiləri- vəkillər Quliyev Sahib Şahbala oğlu və Hacıyev Bəxtiyar Yusif oğlunun iştirakları ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçiləri-vəkillər Quliyev Sahib Şahbala oğlu və Hacıyev Bəxtiyar Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Tağıyev Azər Ramiz oğlu) Məhkum -xx xxxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olun mayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 05 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.Cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, xx.xx.2019-cu il tarirxdə saat 19 radələrində ƏN-İV № ****** saylı etibarnamə əsasında idarə etdiyi, Şahid3 məxsus olan “Mazda Tribute” markalı, AZ **-BD-*** dövlət nömrə nişanlı avtmobillə, ünvan 2 ünvanın qarşısında yolun sağ tərəfdən 1-ci hər əkət zolağında 60 km/saat sürətlə hərəkətdə olarkən, «X12» Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini, yəni piyada keçidləri və ümumi hərəkətdə olan nəqliyyat vasitələrinin dayanması qaydalarını pozmaqla ehtiyatsızlıqdan, həmin avtomobil yolunda olan piyada zolağı üzərində yolu keçən piyada X5 vuraraq, sonuncunun baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalar, sağ təpə və gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınıqları, sol bazu sümüyünün orta ⅓-nin, sol baldır sümüklərinin aşağı ⅓-nin qəlpəli yerini dəyişmiş qapalı sınıqları, sağ bud sümüyünün aşağı ⅓-nin və baldır sümüklərinin yuxarı ⅓-nin yerini dəyişmiş qəlpəli açıq sınıqları, başın sağ təpəgicgah nahiyəsində və sağ dizaltı çuxur nahiyəsində əzilmiş-cırılmış yarala r, başın ənsə nahiyəsində sağ çiyinüstü nahiyədə, sağ bazunun orta ⅓-nin arxa səthində sıyrıqları kimi xəsarətlər alması səbəbindən ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Hökmdən Məhkum müdafiəçisi N.F.Yaqubov tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim F.A.Qasımov, hakimlər S.A.Mirzəyev və K.H.Əkbərovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü N.F.Yaqubovun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum 02 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə təyin edilmiş 05 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası cəzasını məntəqə tip li cəzaçəkmə müəssisəsində çəkməklə 02 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işini yeni apelyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi X11 ilə birlikdə kassasiya şikayəti verərək Məhkum barəsində 03 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra Məhkum müdaf iəçisi Quliyev Sahib Şahbala oğlu ilə birlikdə kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının dəyişdirilərək Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş əsas cəzanın şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qərarı ilə (hakimlər: Ə.S.Seyfəliyev (sədrlik edən), H.Q.Nəsibov və T.L.Kazımovdan ibarət tərkibdə) Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarını ləğv edərək cinayət işini yeni apelyasiya baxışına təyin etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim M.Ə.Abbasov, hakimlər E.E.Rəhimov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmədən hökm dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçiləri-vəkillər Quliyev Sahib Şahbala oğlu və Hacıyev Bəxtiyar Yusif oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçiləri-vəkillər Quliyev Sahib Şahbala oğlu və Hacıyev Bəxtiyar Yusif oğlu tərəfindən kassasiya şikayətləri onunla əsaslandırmışdır ki, məhkəmə cəzanı yüngülləşdirən halları nəzərə alaraq məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti məhkumetmə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Vəkil Quliyev Sahib Şahbala oğlunun kassasiya şikayətində göstərilmişdir ki, Məhkum hadi sələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyyatsızlıqdan az ağır cinayət törətmiş, hadisə yerindən qaçmamış, zərərçəkmiş şəxsin həyatını xilas etməyə cəhd göstərərək təcili tibbi yardım çağırılması və zərərçəkmiş şəxsin xəstəxanaya çatdırılması üçün səylər göstərmiş, əməlindən səmimi peşiman olduğunu bildirmiş, əməlini etiraf etmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhdlər etmiş və həmçinin Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsidir, Azərbaycan Atletika Federasiyasında milli yığma komandanın üzvüdür, dəfələrlə respublika çempionu və mükafatçısı olmuşdur, atletika üzrə hakimlik təcrübəsini artırır, ailənin yeganə uşağıdır, hökmlə heç bir ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçilərinin, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisinin, onun nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə ba xışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Məhkumun müdafiəçiləri-vəkillər Quliyev Sahib Şahbala oğlu və Hacıyev Bəxtiyar Yusif oğlu tərəfindən kassasiya şikayətləri onunla əsaslandırmışdır ki, məhkəmə cəzanı yüngülləşdirən halları nəzərə alaraq məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti məhkumetmə tətbiq etmə li olduğu halda tətbiq etməmişdir. Məhkum zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş və barəsində yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilərək 5 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum cinayətin törədilməsindən hadisələrin təsadüfü axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmişin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, əməlindən səmimi peşman olmasını, gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların məhkəmə araşdırması zamanı müəyyən olunmamasını nəzərə almışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının cinayət işi üzrə xx xxxxxx 2020-ci il tarixli qər arında müdafiə tərəfinin kassasiya şikayətində göstərdiyi məhkum barəsində şərti məhkumetmə tətbiq olunması haqda eyni məzmunlu dəlillərə hüquqi qiymət verərək göstərmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsi üçün yetərli əsaslar olmadığından, eyni zamanda bununla cəzanın məqsədlərinə nail olmasının mümkünsüzlüyünü nəzərə alaraq, apelyasiya şikayətinin həmin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən məsələ ilə əlaqədar tövsiyyələrini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Birinci instansiya məhkəməsinin hökmü ilə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41, 58, 59 və 6 1-ci maddələrinin tələblərinə riayət olunmuş, Məhkum təqsirli bilindiyi cinayət qanununun maddəsinin sanksiyası ilə müəyyən edilmiş hüdudlar daxilində, cəzanın məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən cəzanı yüngülləşdirən hallar nəzərə alınaraq Məhkum cəzasının yüngülləşdirilməsinə dair apelyasiya instansiyası məhkəməsinin qərarı Ali Məhkəmənin Cinayət Kollegiyasının yuxarıda göstərilən qərarı ilə ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına qaytarması da nzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı cəza təyin etmənin ümumi əsasları və cəzanın məqsədi barədə Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinin tələ blərinə uyğundur. Ona görə də, kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessu al Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçiləri-vəkillər Quliyev Sahib Şahbala oğlu və Hacıyev Bəxtiyar Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-38/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-38/2021
01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver