Məhkəmə qərarları › İş №1(102)-38/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-38/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-38/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi X9 nümayəndəsi İbadov Zaur Fəzail oğlunun, Məhkum müdafiəçisi İ brahimov Telman Sadət oğlunun, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ələsgərov Nadir Çərkəz oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 4 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs və Məhkum, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 120.2.1, 120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi N.Ç.Ələsgərov və Məhkum müdafiəçisi T.S.İbrahimov tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə və dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 4 may 2023-cü il tarixli hökmü ilə (hakimlər Ələkbərli Roman Nəriman oğlu (sədrlik edən və məruzəçi), İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə) Təqsirləndirilən şəxs, 5 may 1987-ci il tarixdə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin yanğınsöndürmə üzrə mütəxəssisi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, və Məhkum, 2 yanvar 1983-cü il tarixdə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç yetkinlik Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “28 may ” idarəsində maşinist vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Tovuz rayonunun Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşamış, hər birisi CM-nin 120.2.1, 120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinərək: - Təqsirləndirilən şəxs CM-nin 120.2.1, 120.2.2-ci maddələri ilə 16 (on altı) il 6 (altı) ay müddətə, 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 (on yeddi) il müddətə; - Məhkum isə CM-nin 120.2.1, 120.2.2-ci maddələri ilə 15 (on beş) il 6 (altı) ay müddətə, 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olara q cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs xuliqanlıq, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, həmçinin xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 11 iyul 2022-ci il tarixdə X18 ilə aralarında baş vermiş narazılığa aydınlıq gətirmək məqsədi ilə həmin gün, saat 21:50-də dostu Məhkum ilə birlikdə sonuncunun idarə etdiyi “Vaz 21214” markalı, **-DS-*** dövlə t qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “Komfort” çay evinin qarşısına gəlmiş, bu zaman heç bir əsaslı səbəb olmadan Məhkum avtomobili yolun əks hərəkət istiqamətində saxlayaraq həmin yolla hərəkətdə olan digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olmaqla hər ikisi avtomobildən düşərək ətrafdakı, eləcə də yaxınlıqdakı çay evində olan şəxslərə məhəl qoymadan yüksək səslə qışqırıb X11in ünvanına nalayiq ifadələr işlətməklə ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edib ictimai q aydanı kobud surətdə pozaraq hər ikisi bir qrup şəxs halında bıçaqdan silah qismində istifadə edərək X11in üzərinə hücum etmiş, bu zaman X11in üzərinə soyuq silah hesab edilməyən turist bıçağı ilə hücum edən Məhkumlə mübarizə aparmasından və ona qarşı müqavimət göstərmək, özünü müdafiə etmək imkanından məhrum olmasından istifadə edib sonuncunu heç bir əsaslı səbəb olmadan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə əlində olan soyuq silah hesab edilməyən, tiyəsinin uzunluğu 102 mm, dəstəyinin uzunluğu 118 mm, ümumi uzunluğu 220 mm olan turist bıçağı ilə X11in həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş nahiyəsinə bir dəfə qəsdən zərbə vurub sonuncuya sol döş qəfəsinin 5-6-cı qabırğaarası nahiyyəsinin 2.8x0.8 sm ölçüdə, istiqaməti öndən arxaya, köndə lən-çəp yerləşmiş, daxilə nüfuz edən və ürəyin zədələnməsi ilə nəticələnən, ürəyin zədələnməsindən törənən kəskin daxili qan itirmə nəticəsində əmələ gələn hemorragik şok nəticəsində ölümünə səbəb olmuş dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid kəsilmişdeşilmiş xəsarət yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə bir qrup şəxs halında X11in üzərində zor tətbiq etməklə xuliqanlıq etmiş, xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında X14 qəsdən öldürmüş, yəni xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında onu qəsdən həyatdan məhrum etmişdir. Məhkum xuliqanlıq, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbi q olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, həmçinin xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 11 iyul 2022-ci il tarixdə dostu Təqsirləndirilən şəxs ilə X11 aralarında baş vermiş narazılığa Təqsirləndirilən şəxs aydınlıq gətirməsi məqsədi ilə həmin gün, saat 21:50-də Təqsirləndirilən şəxsla birlikdə özünün idarə etdiyi “Vaz 21214” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “Komfort” çay evinin qarşısına gəlmiş, bu zaman heç bir əsaslı səbəb olmadan idarə etdiyi avtomobili yolun əks hərəkət istiqamətində saxlayaraq həmin yolla hərəkətdə olan digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olmaqla hər ikisi avtomobildən dü şərək ətrafdakı, eləcə də yaxınlıqdakı çay evində olan şəxslərə məhəl qoymadan yüksək səslə qışqırıb X11in ünvanına nalayiq ifadələr işlətməklə ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edib ictimai qaydanı kobud surətdə pozaraq hər ikisi bir qrup şəxs halında bıçaqdan silah qismində istifadə edərək X11in üzərinə hücum etmiş, bu zaman əlində bıçaq olan X11 ilə əvvəlcədən üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilməyən, tiyəsinin uzunluğu 90 mm, dəstəyinin uzunluğu 110 mm, ümumi uzunluğu 200 mm olan turist bıçağı ilə mübarizə aparmaqla məşğul olarkən, X11in onlara qarşı müqavimət göstərmək imkanından məhrum olmasından istifadə edib sonuncunu heç bir əsaslı səbəb olmadan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə əlindəki bıçaqla X11in üzərinə hücumu davam etdirib onun özünü müdafiə etmə imkanını məhdudlaşdırmaqla X11in həyatdan məhrum edilməsinə kömək etdiyini dərk edib buna şüurlu surətdə yol vermiş, Təqsirləndirilən şəxs isə öz növbəsində əvvəlcədən üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış soyuq silah hesab edilməyən, tiyəsinin uzunluğu 102 mm, dəstəyinin uzunluğu 118 mm, ümumi uzunluğu 220 mm olan turist bıçağı ilə X11in həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş nahiyəsinə bir dəfə qəsdən zərbə vurub sonuncuya sol döş qəfəsinin 5-6-cı qabırğaarası nahiyyəsinin 2.8x0.8 sm ölçüdə, istiqaməti öndən arxaya, köndələn-çəp yerləşmiş, daxilə nüfuz edən və ürəyin zədələnməsi ilə nəticələnən, ürəyin zədələnməsindən törənən kəskin daxili qan itirmə nəticəsində əmələ gələn hemorragik şok nəticəsində ölümünə səbəb olmuş dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid kəsilmiş-deşilmiş xəsarət yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə bir qrup şəxs halında X11in üzərində zor tətbiq etməklə xuliqanlıq etmiş, xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında X14 qəsdən öldürmüş, yəni xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında onu qəsdən həyatdan məhrum etmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 4 may 2023-cü il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçis i Abdullayev Rəşad Tapdıq oğlu, Məhkum müdafiəçisi Abbasov Yolçu Bayraməli oğlu, zərər çəkmiş şəxsin hüquqi varisi X19 tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı Rəhimov Müşfiq Rəhim oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) 30 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, hökm isə apellyasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi N.Ç.Əl əsgərov, Məhkum müdafiəçisi T.S.İbrahimov kassasiya şikayətləri, dövlət ittihamçısı R.N.Alıkişiyev isə - kassasiya protesti verərək aşağıdakıları xahiş etmişlər: - müdafiəçi N.Ç.Ələsgərov – qərarın ləğv edilməsini və Təqsirləndirilən şəxs əməlinin CM-nin 126.3-cü maddəsi ilə tövsif edilərək ona həmin maddənin sanksiyası həddində yüngül cəzanın təyin olunması haqqında qərarın qəbul edilməsini; - müdafiəçi T.S.İbrahimov – qərarın ləğv edilməsini və Məhkum əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin onun barəsində olan hissəsinə xitam verilməsi barədə qərar qəbul edilməsini; - dövlət ittihamçısı R.N.Alıkişiyev – qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını. Kassasiya şikayətlərinin və kassasiya protestinin dəlilləri: Kassasiya şikayəti ndə Azərbaycan Respublikası Konstitusiyasının, CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) bir sıra maddələrinə, "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarına, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarına, Təqsirləndirilən şəxs və Məhkum qarşı irəli sürülmüş və onların təqsirli bilindikləri ittihama, iş üzrə toplanmı ş və araşdırılmış bir sıra sübutlara, qəbul edilmiş yekun məhkəmə aktlarına və bu aktlar üzrə məhkəmələrin gəldikləri nəticələrə istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi N.C.Ələsgərov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara əsasən, hadisədən əvvəl hazırki iş üzrə zərər çəkmiş şəxs X11 Təqsirləndirilən şəxs və Məhkum cəzalandırmaq, onlara öz nüfuzunu qəbul etdirmək üçün əvvəlcədən hazırlaşmış, bu məqsədlə əldə etdiyi bıçağı özü ilə hadisə yerinə gətirmiş, özünə yaxın olan başqa şəxslərə zəng edərək onları da hadisə yerinə çağırmış, oraya gələrkən qarşı tərəfin nə edəcəyini bilmədən əlindəki bıçağı nümayiş etdirməklə məhkum olunmuş şəxsləri bıçaqlı münaqişəyə təhrik etmişdir. İş üzrə araşdırılmı ş sübutlarla Təqsirləndirilən şəxs və Məhkum xuliqanlıq və xuliqanlıq niyyəti ilə qabaqcadan əlbir olan qrup halında qəsdən adam öldürmə cinayətlərini törətmələri təsdiq olunmamış, əksinə, həmin sübutlarla müəyyən edilmişdir ki, onlar hadisənin təşəbbüskarı olan X11in üzərinə birlikdə getməmiş, hadisə yerinə gəldikləri avtomobildən ilk olaraq Məhkum tək düşmüş, X11 onu söydüyünə görə sonuncuya iradını bildirib bunun səbəbini aydınlaşdırmaq istəmiş, lakin zərər çəkmiş şəxs hər hansı izaha və söhbət etməyə, habelə mübahisənin səbəblərini dinc yolla aydınlaşdırmağa imkan verməmiş, əlindəki bıçaqla Məhkum vurmuş, bunu görən Təqsirləndirilən şəxs da sonradan avtomaşından düşərək Məhkum müdafiə etmək, onun yenidən vurulmasının qarşısını almaq məqsədilə X11in üzərinə getmiş və əlindəki bıçaqla on un qarşısında hərəkətlər edərkən bıçaq təsadüfən sonuncunun ürək nahiyəsindən dəymişdir. Bu halda da Təqsirləndirilən şəxs X11i xuliqanlıq niyyətilə öldürmək məqsədi izləməmiş və sonuncunun ölümü ehtiyatsızlıqdan baş vermişdir. Məhkəmələr isə iş üzrə yekun nəticəyə gələrkən və Məhkum və Təqsirləndirilən şəxs əməllərini CM-nin 120.2.1, 120.2.2 və 221.3-cü maddələri ilə tövsif edərkən araşdırılmış sübutlara düzgün qiymət verməmiş, nəticə də Təqsirləndirilən şəxs əməlinin tövsifində səhvə yol vermiş, Məhkum isə heç bir cinayət əməli törətmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Halbuki sonuncunun “Komfort” çay evinin qarşısına gəlməkdə niyyəti zərər çəkmiş şəxsin onu nalayiq söyüşlərlə söyməsinin səbəbini aydınlaşdırmaq olmuş, lakin X11 buna imkan verməyərək onu bıçaqla vu raraq xəsarətlər yetirmiş və məhz bundan sonra Məhkum2 Məhkum müdafiə etmək məqsədilə hadisə yerinə yaxınlaşmışdır. Müdafiəçinin qənaətin görə, belə olan halda Məhkum və Təqsirləndirilən şəxs onların təqsirli bilindikləri maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri barədə ibtidai araşdırma orqanının və məhkəmələrin gəldikləri nəticə əsassızdır və buna görə Təqsirləndirilən şəxs törətdiyi əməl CM-nin 126.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi N.Ç.Ələsgərov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Müdafiəçi T.S.İbrahimov da müdafiəçi N.Ç.Ələsgərovun kassasiya şikayətinin məzmunu ilə faktiki olaraq eynilik təşkil edən kassasiya şikayətində Azərbaycan Respublikası K onstitusiyasının, CM-nin və CPM-nin bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" və “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 12 dekabr 2002-ci il tarixli və 23 mart 2004-cü il tarixli Qərarlarına, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək həmin şikayətini belə əsaslandırmışdır ki, işə baxan məhkəmələr məhkəmə iclaslarında araşdırdıqları sübutlara qanuna müvafiq qaydada qiymət verməmiş və Məhkum ona qarşı irəli sürülmüş itt iham üzrə təqsirli bilinməsi barədə əsassız nəticəyə gəlmişlər. Müdafiəçinin fikrincə isə, Məhkum ona istinad olunan cinayətlərin heç birini törətməmiş, onun əməlində hər hansı cinayətin tərkib əlamətləri mövcud deyil, lakin buna baxmayaraq, o, qanunsuz və əsassız olaraq məhkum edilmişdir. Öz müraciətində bir çox sübutları təsvir edib onları şərh edən müdafiəçi T.S.İbrahimov da onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protestində Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə, CPM-nin bir sıra maddələrinə, cinayət cəzalarının təyin edilməsi şərtləri, qaydaları və prinsipləri təsbit edilmiş CM-nin müvafiq normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcr übəsi haqqında" və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 12 dekabr 2002-ci il tarixli və 25 iyun 2003-cü il tarixli Qərarlarına, Məhkum və Təqsirləndirilən şəxs təqsirli bilindikləri ittihama və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək öz müraciətini belə əsaslandırmışdır ki, məhkəmələr sonuncuların barələrində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən onların törətdikləri, bir qrup şəxs halında digər şəxsi həyatdan məhrum etmədən ibarət cinayətin motivini, məqsədini, törədilmə üsulunu, həmin cinayətin birbaşa qəsdlə törədilməsini, cinayətkar niyyətin sonadək həyata keçirilməsini, törətdikləri əməlləri etiraf etməyərək islah olunma yolunda olmadıqlarını, törət dikləri xüsusilə aqır cinayət əməlinə münasibətlərini, is üzrə zərər cəkmis şəxsin hüquqi varisi X9in onlardan şikayətçi olmasını, sonuncunun hər iki şəxsə daha aqır həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etməsini, cinayətin törədilmə üsulu və nəticələri də daxil olmaqla digər halların Təqsirləndirilən şəxs və Məhkum əməlinin ictimai təhlükəlilik dərəcəsini artırmasını nəzərə almamışlar. Halbuki, bu halların məcmusu Təqsirləndirilən şəxs və Məhkum təqsirli bilindikləri maddələrlə daha ağır cəzaların təyin edilməsini şərtləşdirmişdır. Kassasiya protesti müəllifinin qənaətinə görə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs və Məhkum açıq aşkar yüngül cəzalar təyin etməklə ədalətsizliyə yol vermiş, apellyasiya instansiyası məhkəməsi isə düzgün olmaya raq həmin məhkəmənin belə mövqeyi ilə razılaşmışdır. Göstərilən dəlillərə əsaslanaraq dövlət ittihamçısı R.N.Alıkişiyev onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətlərinə və kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, zərər çəkmiş şəxsin hüquqi varisi X9 naməlum səbəblərdən məhkəməyə gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə və kassasiya protestinə zərər çəkmiş şəxsin hüquqi varisi X9in və Məhkum iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM- nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Əvvəla məhkum Təqsirləndirilən şəxs müdafiəçi N.Ç.Ələsgərovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, sonuncunun həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş və hüquqlarını müd afiə etdiyi şəxsin əməllərinin hüquqi tövsifində səhvə yol verrmişlər. Bununla da, müdafiəçi N.C.Ələsgərov apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv olunması və Təqsirləndirilən şəxs əməlinin CM-nin 126.3-cü maddəsi ilə tövsif edilməsi haqqında qərarın qəbul edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Müdafiəçi T.S.İbrahimovun kassasiya şikayətinin məzmununa görə də, işə baxmış məhkəmələr sübutlara qanuna müvafiq qaydada qiymət verməmiş və bunun nəticəsində Məhkum əməllərində hər hansı cinayətin tərkib əlamətləri olmadığı halda, o, əsassız və qanunsuz olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək məhkum edilmişdir. Bununla bağlı irəli sürdüyü dəlillərə əsaslanaraq mü dafiəçi T.S.İbrahimov məhkəmələr tərəfindən CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində göstərilən pozuntulara yol verilməsini iddia edir və bu pozuntulara görə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilərək cinayət işinin Məhkum aid hissəsi üzrə icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Dövlət ittihamçısı R.N.Alıkişiyev isə kassasiya protestində məhkum olunmuş şəxslərə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar kifayət qədər nəzərə alınmadan açıq-aşkar yüngül cəzaların təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması haqqında tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsi ilə şərtləndirmişdir. CPM-nin 416.1.2, 416.1.6, 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda, yaxud törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və ya məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçilər N.Ç.Ələsgərovun və T.S.İbrahimovun şikayətlərini və dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum və Təqsirləndirilən şəxs məhkum olunmalarına dair hazırki cinayət işinin materiallarını və həmin iş üzrə apellyasiya instansiyası tərəfindən qəbul edilmiş qərarın qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutla r əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predme tini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual s tatusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərinə və kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunubolunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqı nda maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qan unsuz şübhə altına alınmalarının, ittiham və ya məhkum edilmələrinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon müddəalar hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini, həmin şəxslərin bunun üçün hüquq mühafizə orqanlarına və ya məhkəmələrə müraciət edə bilmələrini, bu müraciətlər əsasında cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməlirini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kə sin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlar ını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin işti rakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması h üququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törəd ilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əm əlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsi f edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin ş ərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cina yət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olu nmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusi yasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbu l olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına u yğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mü mkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutl arın məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti ək s etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulam ışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğula mışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc el ə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət m ühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə ic lasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə və Ali Məhkəmənin Plenmunun izah və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs müdafiəçisi N.Ç.Ələsgərovun və Məhkum müdafiəçisi T.S.İbrahimovun kassasiya şikayətlərində irəli sürdükləri tələblərin, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılaraq Təqsirləndirilən şəxs əməlinin CM-nin 126.3-cü maddəsi ilə tövsif edilməli olması, Məhkum əməlində isə hər hansı cinayətin tərkib əlamətlərinin olmamasına görə cinayət işinin ona aid hissəsi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi haqqı nda iddialarının əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətlərində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İşə mahiyyəti üzrə baxaraq sübutları tədqiq edən birinci və apellyasiya instansiyası məhkəmələrinin müyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 11 iyul 2022-ci il tarixdə X11lə aralarında baş vermiş narazılığa aydınlıq gətirmək məqsədi ilə həmin gün, saat 21:50-də dostu Məhkumlə birlikdə sonuncunun idarə etdiyi “Vaz 21214” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “Komfort” çay evinin qarşısına gəlmiş, bu zaman heç bir əsaslı səbəb olmadan Məhkum avtomobili yolun əks hərəkət istiqamətində saxlayaraq həmin yolla hərəkətdə olan digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olmaqla hər ikisi avtomobildən düşərək ətrafdakı, eləcə də yaxınlıqdakı çay evində olan şəxslərə məhəl qoymadan yüksək səslə qışqırıb X11in ünvanına nalayiq ifadələr işlətməklə ətrafdakılara özlərinin üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edib ictimai qaydanı kobud surətdə pozaraq bir qrup şəxs halında bıçaqdan silah qismində istifadə edərək X11in üzərinə hücum etmiş, bu zaman Təqsirləndirilən şəxs X11in üzərinə soyuq silah hesab edilməyən turist bıçağı ilə hücum edən Məhkumlə mübarizə aparmasından və ona qarşı müqavimət göstərmək, özünü müdafiə etmək imkanından məhrum olmasından istifadə edib sonuncunu heç bir əsaslı səbəb olmadan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə əlində olan soyuq silah hesab edilməyən, tiyəsinin uzunluğu 102 mm, dəstəyinin uzunluğu 118 mm, ümumi uzunluğu 220 mm olan turist bıçağı ilə X11in həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş nahiyəsinə bir dəfə qəsdən zərbə vurub sonuncuya sol döş qəfəsinin 5-6-cı qabırğaarası nahiyyəsinin 2.8x0.8 sm ölçüdə, istiqaməti öndən arxaya, köndələn-çəp yerləşmiş, daxilə nüfuz edən və ürəyin zədələnməsi ilə nəticələnən, ürəyin zədələnməsindən törənən kəskin daxili qan itirmə nəticəsində əmələ gələn hemorrag ik şok nəticəsində ölümünə səbəb olmuş dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid kəsilmişdeşilmiş xəsarət yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə bir qrup şəxs halında X11in üzərində zor tətbiq etməklə xuliqanlıq etmiş, xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında sonuncunu qəsdən öldürmüş, yəni xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında onu qəsdən həyatdan məhrum etmişlər. İş materiallarının təhlili göstərir ki, bu halları müəyyən edərkən, kassasiya şikayətlərində irəli sürülmüş iddiaların əksinə məhkəmələr qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, birinci instansiya məhkəməsini n məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, bu sübutlar məhkəmənin 4 may 2023-cü il tarixli hökmündə ətraflı təsvir edilərək onlara qanuna müvafiq qaydada qiymət verilmiş və məhkəmələr yekun məhkəmə aktının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs, Məhkum, zərər çəkmiş şəxsin hüquqi varisi X9in, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Məhkəmə kollegiyası iş materia llarına əsaslanaraq həmçinin belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların məhkumlar Təqsirləndirilən şəxs və Məhkum tərəfindən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarında istinad olunan cinayət əməllərini törətmələrinə onların təqsirliliklərinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Araşdırılmış bu sübutların hamısının birinci instansiya məhkəməsinin hökmündə, onların bir qisminin isə apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı şərh edilməsini nəzərə alaraq məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür, lakin həmin sübutları təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri bilir. Əvvəla iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs və Məhkum həm ibtidai iaraşdırma zamanı, həm də məhkəmə iclaslarında özlərini onlara qarşı trəli sürülmüş ittihamlar üzrə təqsirli bilməyərək X11i qrup şəklində qəsdən öldürmədiklərini, ümumiyyətlə belə məqsəd izləmədiklərini, eyni zamanda xuliqanlıq cinayətini də törətməmələrini bildirsələr də, onların bu haqda verdikləri ifadələri iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların məcmusu tam təkzib edilmişdir. Həmin sübutlara əsasən müəyyən edilmişdir ki, adları çəkilən məhkumlarla zərər çəkmiş şəxs X11 arasında münaqişəli vəziyyət olmuş və bu vəziyyətə qanuni yolla, yəni heç bir qanunsuzluğa yol vermədən aydınlıq gətirilməsi əvəzinə Təqsirləndirilən şəxs və Məhkum hadisə yerinə əvvəlcədən özləri ilə götürdükləri bıçaqlarla gəlmiş və məhkəmə kollegiyasının qənaətinə görə bu hal bir daha ona dəlalət edir ki, onların məqsədləri vəziyyəti sovuşdurmaq deyil, bir qədər də qızışdırmaq, hətta zərurət yaranarsa həmin bıçaqlardan istifadə etməklə zərər çəkmiş şəxsin həyatına və sağlamlığına zərər yetirmək olmuşdur. Daha sonra iş üzrə araşdırılmış sübutlardan görünən odur ki, hadisə yerinə gəldikdən sonra ilk olaraq gəldikləri avtomaşından düşmüş Məhkum dərhal X11in üzərinə hücum etmiş və əlindəki bıçaqla hərəkətlər edərək X11in də ona qarşı oxşar hərəkətlər etməsinin qarşısını almağa çalışmış, lakin eyni zamanda sonuncunun özünü müdafiə etmək imkanını da məhdudlaşdırmışdır. Məhz bu an Məhkum hərəkətlərindən yararlanaraq və sonuncunun X11ə qarşı etdiyi bu hərəkətlər nəticəsində yaranmış fürsətdən istifadə edərək Təqsirləndirilən şəxs hər hansı müdafiə xarakterli deyil, hücum hərəkəti edərək X11in üzərinə gedib özü ilə götürdüyü bıçaqla onun ürək nahiyəsindən bıçaqla, müdafiəçi N.Ç.Ələsgərovun kassasiya şikayətində qeyd etdiyi kimi, ehtiyatsızlıqdan yox, qəsdən həmin bıçaqla zərərçəkmişin ürək nahiyəsindən bir zərbə vurub sonuncunun hadisə yerində ölümü ilə nəticələnən bədən xəsarətləri yetirmişdir. Obyektiv olaraq əsas sübutlardan biri olan “Komfort” çay evində quraşdırlmış kameralardan götürülmüş və CD diskə yazılaraq cinayət işinin materiallarına əlavə edilmiş, məhkəmə iclaslarında isə tədqiq olunmuş videogörüntülərlə təsdiq olunan bu hallara görə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndir ilən şəxs və Məhkum hər hansı başqa niyyətlə və ya zəmində deyil, məhz xuliqanlıq niyyəti ilə və bir qrup şəxs şəklində X11i qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmiş və onların bu əməlləri tam qanuni və əsaslı olaraq CM-nin 120.2.1 və 120.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Bundan başqa, ibtidai araşdırma zamanı toplanmış, məhkəmə iclaslarında isə tədqiq olunmuş sübutların təhlili göstərir ki, Təqsirləndirilən şəxs və Məhkum göstərilən əməli törədərkən həmçinin eyni zamanda ictimai qaydanının kobud şəkildə pozulmasına və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən əməli də, yəni xuliqanlıq cinayətini də törətmiş və həmin əməli törədərkən silah qismində bıçaqlardan istifadə edərək zərər çəkmiş şəxs X11ə qarşı zor tətbiq etmişlər. Belə ki, istər iş üzrə dindir ilmiş şahidlərin ifadələri ilə, istərsə də yuxarıda göstərilən videogörüntülərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs və Məhkum hadisə yerinə sonuncunun idarə etdiyi avtomaşında gəldikdən sonra, Məhkum həmin avtomaşını yolun əks hərəkət istiqamətində saxlayaraq digər nəqliyyat vasitələrinin həmin istiqamətdə sərbəst hərəkət etmələrinə maneələr yaratmış, sonrakı əməllərini isə ictimai yer olan, Tovuz rayonuun Aşağı Quşçu kəndi ərazisində yerləşən “Komfort” çay evinin qarşısında, başqa vətəndaşların gözləri qarşısında törədərək cəmiyyətə və birgə yaşayış qaydalarına qəsdən hörmətsizlik göstərmiş, öz şəxsiyyətlərini və niyyətlərini ictimai qaydalardan üstün tutmalarını nümayiş etdirmiş və bu zaman da zərər çəkmiş şəxsə qarşı zorakı hərəkətlər etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, i şin bu halları Məhkum2nin bir qrup şəxs şəklində xuliqanlıq niyyətilə qəsdən adam öldürmə cinayəti ilə yanaşı, həmçinin silah qismində istifadə olunan əşyalardan istifadə etməklə və zor tətbiq etməklə xuliqanlıq cinayətini də törətmələri, onların hər birisinin bu əmllərinin isə CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün kifayət qədər əsas yaradır. Məhkəmə kollegiyası bu qənaətə gəlməklə yanaşı onu da qeyd edir ki, bu qənaət iş üzrə araşdırılmış sübutlara və qanunvericiliyin tələblərinə uyğun olmaqla həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının aşağıdakı Qərarlarında əksini tapmış hüquq mövqe ilə, habelə izah və tövsiyələrlə də tam uzlaşır. Belə ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə görə cinayət məsuliyyəti CM-nin 120.2.1-ci maddəsində, eyni əməlin xuliqanlıq niyyəti ilə törədilməsinə görə isə belə məsuliyət CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulmuşdur. CM-nin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. CM-nin 32.2-ci maddəsinin tələbinə görə cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-nin 34.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Cinayət qanunu bu normalarının birgə təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, şəxs digər şəxs və ya şəxslərlə hər hansı cinayətin törədilməsi barədə qabaqcadan razılaşmasa da bu cinayətin törədilməsində bilavasitə icraçı qismində iştirak etdikdə o, təkcə həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərə görə deyil, həm də bu cinayətin baş vermiş bütün nəticələrinə görə məsuliyyət daşıyır. Eyni ilə iki və ya daha çox şəxs qəsdən adam öldürmə cinayətinin törədilməsi, yəni zərər çəkmiş şəxsin həyatdan məhrum edilməsi məqsədilə onun həyatı və sağlamlığı üçün həm təhlükəli olan, həm də təhlükəli olmayan xəsarətləri birgə yetirdikdə həmin şəxslərin hamısı təhlil edilən cinayətin icraçıları he sab edilir və belə olan halda onlar ayrı-ayrılıqda bilavasitə yetirdikləri xəsarətlərə görə deyil, məhz qəsdən adam öldürməyə və ya buna cəhd etməyə, ümumilikdə isə bu cinayətin bütün nəticələrinə görə məsuliyyət daşıyırlar. Məsələn, cinayətin törədilməsində birgə iştirak edən şəxslər eyni vaxtda zərər çəkmiş şəxsin sağlamlığına müxtəlif dərəcəli zərər vurulmasına səbəb olan xəsarətlər yetirdikkdə, yaxud da həmin şəxslərdən biri öz hərəkətləri ilə zərər çəkmiş şəxsin ona qarşı edilən hərəkətlərə müqavimət göstərməsinin qarşısını aldıqda, sonuncunun ölümü isə onlardan yalnız birinin yetirdiyi xəsarətlərdən baş verdikdə, qəsdən adam öldürməyə görə cinayət məsuliyyətinə təkcə həmin şəxs deyil, həmçinin onunla birgə digər xəsarətləri də yetirmiş, yaxud da aktiv hərəkələrlə bunun üçün şərait ya radan şəxs də cəlb edilir. Belə nəticəyə gəlmək üçün əsas tələb isə ondan ibarətdir ki, cinayətin törədilməsində icraçı qismində iştirak edən bütün şəxslər həmin cinayətin subyekti olmalıdılar. Məhkəmə kollegiyası vurğulayır ki, cinayət qanunu normalarına yuxarıda verilmiş təfsirə uyğun olan hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret s osial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı)... İştirakçılıq törədilmiş cinayət əməlinin tövsifi ndə və cəza təyinində nəzərə alınaraq cinayətkar fəaliyyətin xüsusi forması kimi çıxış edir. İştirakçılığın aksessor (müstəqil olmayan, törəmə) və müstəqil hüquqi təbiətə malik olmasına dair iki nəzəriyyə mövcuddur. Birinci nəzəriyyəyə görə, icraçının cinayət əməli iştirakçılığın əsası kimi çıxış edir və digər iştirakçıların cinayətkar fəaliyyəti törəmə (aksessor) xarakter daşıyır. Yəni digər iştirakçıların məsuliyyətə cəlb edilməsi icraçının törətdiyi əməldə cinayət tərkibinin əlamətlərinin olmasından asılıdır. Digər nəzəriyyəyə görə isə iştirakçıların cinayət məsuliyyəti icraçının cinayət əməli ilə şərtləndirilmir və müstəqil xarakter daşıyır. İştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar n əticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Kəmiyyət əlaməti cinayətdə bir neçə şəxsin iştirak etməsində ifadə olunur. Adətən iştirakçılıq əlamətinin mövcud olması üçün cinayətin törədilməsində ən azı iki şəxsin iştirakı kifayətdir. Lakin bir sıra hallarda iştirakçılıq əlaməti cinayətin iştirakçılarının əhəmiyyətli sayda mövcud olmasını tələb edir. Məsələn, cinayətkar birlik (təşkilat) yaratma, kütləvi iğtişaşlar, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma kimi cinayət tərkibləri (Cinayət Məcəlləsinin 218, 220 və 279-cu maddələri). Həmçinin qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 19-cu maddəsinə müvafiq olaraq bu Məcəllə ilə müəyyən edilmiş yaş həddinə çatmış və anlaqlı olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən ed ildiyindən, yaş həddinə çatmadığına və ya anlaqlı olmadığına görə cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxsin iştirakı ilə cinayət əməlinin törədilməsi iştirakçılıq kimi tövsif edilə bilməz. Keyfiyyət əlaməti isə cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər... Nəzərə alınmalıdır ki, iştirakçılıqla törədilən cinayətlərin əksəriyyəti aktiv hərəkətlərlə həyata keçirildiyi kimi, hərəkətsizliklə də baş verə bilər (məsələn, mühafizə xidmətinin əməkdaşının cinayətkarlarla əvvəlcədən sövdələşərək mühafizə olunan obyekti bilərəkdən tərk edib maddi dəyərlərin talan edilməsinə şərait yaratdığı hal); - bir iştirakçının hərəkətinin icraçının hərəkəti üçün şərait yaratdığı hal təhrikçi, təşkilatçı və köməkçinin (mürəkkəb iştirakçılıq) hərəkətlərini ehtiva edir və heç bir halda birgə icraçılıq kimi tövsif edilə bilməz. Məsələn, özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilm əsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə müvafiq olaraq köməkçi formada iştirakçı kimi qiymətləndirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, qanunvericilik iştirakçılığın aksessor nəzəriyyəsinə əsaslanmaqla təşkilatçının, təhrikçinin və köməkçinin məsuliyyətinin törəmə xarakter daşıdığını, icraçının törətdiyi cinayətdən asılı olduğunu müəyyən etmişdir. Belə ki, Cinayət Məcəlləsinin 33.5-ci maddəsinə müvafiq olaraq, icraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin ümumi niyyətdən kənara çıxan cinayətin törəd ilməsini (icraçının ekstsessi) tənzimləyən 35-ci maddəsində də iştirakçıların əməllərinin müstəqil deyil, icraçının törətmiş olduğu cinayətdən asılı olduğu göstərilmişdir. Bu maddənin mənasına görə, icraçı cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan, ümumi niyyətdən kənara çıxan hərəkətlər etdikdə, digər iştirakçılar onun həmin (ümumi niyyətdən kənara çıxan) hərəkətinə görə cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Vahid cinayətkar nəticə (maddi tərkibli cinayətlər üçün) iştirakçılığın obyektiv tərəfinin üçüncü əlamətidir. O, iştirakçılığın növlərindən asılı olmayaraq bütün iştirakçıların müştərək səyləri nəticəsində əldə olunur, yəni birgə hərəkət (hərəkətsizlik) ümumi və hər kəs üçün ictimai təhlükəli əhəmiyyət kəsb edən vahid cinayətkar nəticəyə gətirib çıxarır. Səbəb li əlaqə isə bütün iştirakçıların müştərək hərəkətləri ilə vahid cinayətkar nəticə arasında olan obyektiv əlaqə kimi çıxış edir. Burada qeyd olunmalıdır ki, iştirakçılıqla törədilən cinayət əməlində səbəbli əlaqə icraçının hərəkətləri ilə ictimai təhlükəli nəticə arasında olan obyektiv əlaqəni nəzərdə tutmur. Sözügedən əlaqənin xüsusiyyəti cinayət tərkibinin əlamətləri çərçivəsindən kənar hərəkət edən (cinayətin obyektiv tərəfini icra etməyən), Cinayət Məcəlləsinin 32.3-32.5-ci maddələrində göstərilən təhrikçi, təşkilatçı və köməkçi ilə (mürəkkəb iştirakçılıq) icraçının hərəkətləri arasındakı obyektiv əlaqədən ibarətdir. Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 31-ci maddəsində iştirakçılıq anlayışı iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi müəyyən edi lmişdir. Həmin maddədə “qəsdən” ifadəsinin iki dəfə istifadə olunması ikili təqsir forması ilə törədilən cinayətlərdə ehtiyatsızlıqdan baş vermiş nəticə istisna olmaqla, iştirakçılıqla törədilmiş əməllərin birbaşa qəsd ilə icra edilməsi ilə izah olunur. İştirakçılıqda birbaşa qəsdi fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, şəxs həm öz hərəkətlərinin (hərəkətsizliyinin), həm vahid cinayətin törədilməsində iştirak edən digər şəxslərin (heç olmazsa bu şəxslərdən birinin) hərəkətlərinin (hərəkətsizliyinin) ictimai təhlükəliliyini və öz hərəkətlərinin planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçılarla birgə bunda iştirak etməyi arzulayır. İştirakçılığın subyektiv cəhəti həmçinin cinayətin müştərək törədilməsi barədə qarşılıqlı məlumatlandır ılma ilə səciyyələnir. Cinayətdə iştirakçılığın formalarına gəlincə, onlar Cinayət Məcəlləsinin 34.2, 34.3 və 34.4-cü maddələrinə müvafiq olaraq, cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi kimi müəyyən edilmişdir. İştirakçılığın formaları Məcəllənin 61.1.3-cü maddəsində həm cəzanı ağırlaşdıran hal kimi, həm də Məcəllənin Xüsusi hissəsində cinayət əməllərinin tövsifedici əlaməti kimi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə i ki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli Qərarı)... Həmçinin Cinayət Məcəlləsinin 33.3-cü maddəsinin mənasından görünür ki, cinayətin iştirakçıları əməlin törədilməsində birgə icraçı kimi iştirak etdikləri halda, iştirakçılığın növlərini müəyyən edən Məcəllənin 32-ci maddəsinə i stinad edilmir. Belə ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Təqsirləndirilən şəxs və Məhkum əməllərinin bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə ilə yanaşı, həm də xuliqanlıq cinayəti kimi qiymətləndirilməsi ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, CM-in 221.1-ci maddəsinə əsasən, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin edilməsində ehtiva olunur, belə əməllər bir qrup şəxs tərəfindən və silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilərək zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda isə həmin əməlləri törətmiş şəxs (şəxslər) CM-nin 221.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunur (olunurlar). Göründüyü kimi, CM-nin 221.3-ci maddəsinin mənasına görə, şəxsin bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi, yəni əməlin silahdan və ya sila h qismində istifadə olunan əşyalardan istifadə edilməklə qərəzli xuliqanlıq kimi qiymətləndirilməsi üçün birinci növbədə onun CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməsi müəyyən edilməlidir. Belə ki, xuliqanlıq cinayətinin tərkib əlamətləri nəzərdə tutulmuş CM-nin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud surətdə pozulması; -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu norma tətbiq edilərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiy yətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməli və belə əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında xultqanlıq cinayətinə və həmin cinayətin tövsifedici əlamətlərinə şərh verilərək qeyd olunmuşdur ki, CM-nin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhl ükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-nin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək daha sonra öz hüquqi mövqeyini belə əsaslandırmışdır ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açı qca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısı nı almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə edilmiş dəyişikliklərlə) 5-ci bəndində məşkəmələrə izah edilmişdir ki, qəsdən adam öldürmə cinayətinin CM-in 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-in 34-cü maddəsində şərh edilmişdir. Qəsdən adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilmə si qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi halların da da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” əlaməti ilə törədilməsi məsələsi həll edilərkən CM-in 34.2-ci maddəsi ilə yanaşı, bu əlamətin təfsirini nəzərdə tutan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalı və “qabaqcadan əlbir olan bir qrup şəxs” dedikdə, “bir qrup şəxs” tərəfindən törədilən cinayətlərdə olduğu kimi şəxsin həyatdan məhrum edilməsinə bilavasitə yönələn hərəkətlərin yerinə yetirilməsində ən azı iki nəfər şəxsin (icraçının) iştirak etməsi, lakin cinayətin obyektiv cəhətini təşkil edən hə min hərəkətlərin icrasına başlanılanadək onlar arasında zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə dair razılaşmanın əldə olunması başa düşülməlidir. Cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsində bilavasitə iştirak etməyən iştirakçıların – təşkilatçının, köməkçinin, təhrikçinin əməlləri iştirakçının rolundan asılı olaraq CM-in 32.3 və ya 32.4 və ya 32.5-ci maddəsinə istinad olunmaqla icraçının (icraçıların) əməllərinə şamil edilən CM-in müvafiq maddəsi ilə, o cümlədən cinayət bir neçə icraçı tərəfindən yerinə yetirildikdə və bu hal digər iştirakçı tərəfindən dərk olunduqda CM-in 32.3 və ya 32.4 və ya 32.5-ci maddəsinə istinad olunmaqla CM-in 120.2.1-ci maddəsi ilə tövsif olunmalıdır. Adı çəkilən Qərarın 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Lakin təqsirkar xuliqanlıq niyyəti olma dan zərərçəkmiş şəxsi hər hansı başqa motivlə həyatdan məhrum etməklə yanaşı, hadisənin gedişatında xuliqanlıq cinayətinin tərkibini yaradan hərəkətlərə də yol verərsə, yəni qeyd edilən cinayətlərin real məcmusu yaranarsa, onun zərərçəkmişin həyatdan məhrum edilməsində ifadə olunan əməli CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilə bilməz və bu halda əməl CM-in 221-ci maddəsi ilə yanaşı, CM-in 120.1-ci və ya 120.2-ci maddəsinin xuliqanlıq niyyətini ehtiva etməyən əlaməti üzrə tövsif olunmalıdır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin t əşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Əməlin xuliqanlıq niyyəti ilə törədilmiş qəsdən adam öldürmə kimi tövsif olunması, eyni zamanda həmin əməlin CM-in 120.2-ci maddəsində nəzərdə tutulan başqa niyyətlə və ya məqsədlə törədilən cinayət kimi tövsif olunmasını istisna edir. Cinayətin bir neçə müxtəlif niyyətlərdən (motivlərdən) hər hansı biri ilə törədilməsinin müəyyən edilməsi tələb olunan mürəkkəb vəziyyətlərdə, məsələn, xuliqanlıq niyyəti ilə CM-in 120.2-ci maddəsində birbaşa nəzərdə tutulmuş başqa niyyət və ya məqsədlə ehtiva olunan motiv arasında seçim etmək zərurəti yarandıqda, üstün olan, yəni təqsirkarın cinayətkar hərəkətl ərini şərtləndirən (əsas hərəkətverici amil kimi çıxış edən) niyyət (motiv) əsas götürülməli və əməlin hüquqi tövsifi bu niyyətə (motivə) uyğun olaraq aparılmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 5-ci bəndin də izah olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Həmçinin təhlil edilən qərarın 9-cu bəndində qeyd olunmuşdur ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmə kollegiyası bütün təsvir edilənlərdən və təhlil etdiyi sübutlardan çıxış edərək belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs və Məhkum onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirlilikləri həmin sübutlarla tam təsdiq edilir və onların hər birisinin bu əməlləri CM-nin 120.2.1, 120.2.2 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası müdafiəçilər Ç.N.Ələsgərovun və T.S.İbrahimovun kassasiya şikayətlərinin dəlillərini qəbul edilməz sayaraq həmin dəlilləri hüquqlarını müdafiə etdikləri şəxslərin məsuliyyətlərinin yüngüləşdirilməsinə (Təqsirləndirilən şəxs münasibətdə) və qanuni məsuliyyətdən yayındırılmalarına yönəlmiş dəlillər kimi dəyərləndirilir, buna görə həmin şikayətlərin təmin edilməsi, Təqsirləndirilən şəxs və Məhkum əməllərinin başqa cür qiymətələndirilərək CM-nin digər maddələri ilə tövsif edilməsi, habelə cinayət işinin sonuncuya aid hissədə icraatına xitam verilməsi üçün əsaslar görmür. Təqsirləndirilən şəxs və Məhkum təyin edilmiş cəzaların açıq-aşkar yüngül olmasına dair dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkum olunmuş şəxslərin təqsirli bilindikləri CM-nin 120.2.1 və 120.2.2-ci maddələrinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə, CM-in 221.3-cü maddəsinin sanksiyasında isə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası cinayət işin in materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda Təqsirləndirilən şəxs və Məhkum barələrində seçilmiş cinayət-hüquqi xarakterli tədbirlərin həddindən artıq yüngül olmasına dair kassasiya protestində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir və məhkumlara həm təqsirli bilindikləri ayrı-ayrı maddələrlə, həm də CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaların – Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il müddətə, Məhkum isə qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzalarının açıq-aşkar yüngül hesab edilməsi, buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının bu əsasa görə ləğv olunması üçün əsaslar görmür. Bu nəticəsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun bu normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqında digər cinayət hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən, habelə onun cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kimi qiymətləndirilməsinə əsas ola bilər. CM-in 41.1-ci maddəsinin müddəalar ından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilm iş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsin özünü və onun ailə vəziyyətini xarakterizə edən məlumatla rdan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin etməyə dair hissədə məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə CM-in 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qa nununda cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-in 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-in 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-in 61.2-ci maddəsinə görə isə cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Daha sonra məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, yuxarıda istinad olunan CPM-in 144, 145 və 349.5-cxi maddələrinin tələbərinə və mənasına görə, toplanmış sübutların təhlil edilərək bir-biri ilə müqayisə edilməsi, onların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsi, məhkəmə hökmünün isə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməli olması dedikdə, təkcə şəxsin təqsirliliyinə və ya təqsirsizliyinə dəlalət edən sübutlar deyil, həmçinin onun barə sində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirinin tətbiq edilməsinə hər hansı şəkildə təsir edən sübutlar da başa düşülür. Odur ki, cinayət mühakimə icraatının obyektivliyinə, qərəzsizliyinə və ədalətliyinə, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsiplərinə, sübutlar və sübutetməyə dair normalara, o cümlədən CPM-in 125, 143-146-cı maddələrinə, hökmün əsaslılığına dair müddəalara (CPM-in 349.5-ci maddəsi) həmçinin təqsirkara cəza təyin edilərkən də riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin şərh edilməsi haqqında” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 v ə 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən ha lların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli ə məl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayə t tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul e dilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağı rlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum barələrində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən birinci və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq onlar tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı onların hər birisinin təqsirli bilindikləri cinayətlərin törədilməsində iştirakçılıq dərəcəsini, məhkumların şəxsiyyətlərini, CM-nin 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq onların ilk dəfə məhkum olunmalarını və himayələrində üç yetkinlik yaşına çatmayan uşaqlarının olmalarını cəzanı yüngülləşdirən hallar qismində, həmçinin CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyy ən edilməməsini kifayət qədər nəzərə almışlar. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin əsaslandıqları halların cəzanı yüngülləşdirən hallar kimi hesab edilməsində heç bir qanun pozuntusu görmür, çünki buna CM-nin 59.2-ci maddəsinin tələbləri imkan verir, digər tərəfdən isə qanunun tələb etdiyi kimi, bu hallar işdə olan sübutlara əsasən müəyyən edilmişdir (CPM-in 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq). Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin Təqsirləndirilən şəxs və Məhkum cəza təyini ilə bağlı gəldikləri bu nəticənin şübhə altına alınması və onunla razılaşmamaq üçün əsaslar mövcud deyil və eyni zamanda bu məsələ üzrə məhkəmələrin o mövqeyi ilə də razılaşır ki, həmin cəzalar cəzanın məqsədlərini təmin etmək üçün kifayət qədər yetərlidir. Kassa siya protestinində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Məhkəmə kollegiyasının qənaətinə görə, işin müəyyən olunmuş faktiki hallarından çıxış edən apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq Təqsirləndirilən şəxs və Məhkum təyin edilmiş cəzaların qanuni və ədalətli olmasını hesab edərək həmin cəzaların ağırlaşdırılmasını mümkün bilməmiş və bu zaman cinayət qanunu normalarının tələblərinin pozulmasına yol verməmişdir. Məhkəmə kollegiyası ona da diqqət yetirməyi vacib sayır ki, cinayət işinin materiallarına əsasən, işə birinci instansiya məhkəməsində baxılarkən dövlət ittihamını müdafiə etmiş prokuror M.R.Rəhimov həmin məhkəmənin məhkəmə iclasında söylədiyi yekun nitqində Təqsirləndirilən şəxs və Məhkum, hər birisinin CM-in 120.2.1, 120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinməsini, Təqsirləndirilən şəxs CM-in 120.2.1 və 120.2.2ci maddələri ilə 18 (on səkkiz ) il 6 (altı) ay müddətə, CM-nin 221.3-cü maddəsi ilə 4 (dörd) il müddətə, Məhkum CM-nin 120.2.1 və 120.2.2-ci maddələri ilə 18 (on səkkiz) il müddətə, CM-in 221.3-cü maddəsi ilə 4 (dörd) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 19 (on doqquz) il 6 (altı) ay müddətə, Məhkum isə 19 (on doquz) il müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini təklif etmiş, birinci instansiya məhkəməsi də yuxarıda göstərilən hallarla yanaşı dövlət ittihamçısının bu təklifini də nəzərə almış və adları çəkilən məhkumlara təqsirli bilindikləri maddələrin sanksiyaları hədlərində və cinayətlərin məcmusu üzrə müvafiq cəzalar təyin edərkən ədalətsizliyə və qanunsuzluğa, eyni zamanda həmin cəzaların açıq-aşkar yüngül hesab edilməsinə əsas yaradan hər hansı pozuntuya yol verməmişdir. Bütün göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası Təqsirləndirilən şəxs və Məhkum açıq-aşkar yüngül cəzaların təyin edilm əsi və həmin cəzaların ağırlaşdırılmalı olması barədə kassasiya protestinin dəlilləri ilə razılaşmır və onların barəsində cəza tədbirinin seçilməsinə münasibət bildirərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməməsini qeyd edərək həmin müraciətin də təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin və kassasiya protestinin dəlillərini iş materialları ilə və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktları ilə müqayisəli şəkildə bir daha təhlil edib, kassasiya şikayətlərinin təmin edilməsi, kassasiya protestinin isə təmin edilməməsi barədə məhkum Təqsirləndirilən şəxs, onun müdafiəçisi N.Ç.Ələsgərovun və Məhkum müdafiəçisi T.S.İbrahimovun, kassasiya şikayətlərinin təmin edilməməsi, ka ssasiya protestinin isə təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun və zərər çəkmiş şəxsin hüquqi varisi X9in nümayəndəsi Z.F.İbadovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, kassasiya şikayətləri və kassasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxsin və Məhkum, hər birisinin CM-nin 120.2.1, 120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərarı isə kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Müdafiəçilər N.Ç.Ələsgərovun və T.S.İbrahimovun kassasiya şikayətləri və dövlət itti hamçısı R.N.Alıkişiyevin kassasiya protesti əmin edilməsin. Təqsirləndirilən şəxs və Məhkum, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərarı kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar