Məhkəmə qərarları › İş №1(102)-380/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-380/2022

24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-380/2022 24.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2020-ci il tarixli, 1(104)-153/2020 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətinə, məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs1 01 avqust 1968-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kolanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, sürücü işləmiş, Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatda olmuş və Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yaşamışdır.

2. Məhkum Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 1983-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərin də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, "xxxx" MMC-nin direktoru, ailəli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşamışdır. 3. 10 avqust 2019-cu il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyrilərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 4. 02 sentyabr 2019-cu il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və digərləri cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəm ə baxışına təyin olunmuşdur.

5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Əliyev Süleyman Vaqif oğlu 2018-ci ilin iyul ayında telefon vasitəsilə Türkiyə Respublikasında olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə, Bakı şəhərində tanışları "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs2 ilə və 2018-ci ilin noyabr ayında tanışları, Azərbaycan Respublikasının vətəndaşları Kərimov Miribrahim Əli oğlu, Təqsirləndirilən şəxs1, Usubov Şərafəddin Nəsib oğlu, həmçinin şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə, qaçaqmalçılıq yolu ilə külli miqdarda keçirmə və qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatın dan keçməmiş dərman vasitələrini külli miqdarda satış məqsədi ilə saxlama və satma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə, onun tapşırığına əsasən cinayətkar qrupun digər üzvü "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs2 ilə Türkiyə Respublikasına məxsus “Liva Pharma” şirkəti arasında 01.07.2018-ci il tarixdə müqavilə bağlanmasına nail olmuş, cinayətkar niyyətə uyğun olaraq gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçiriləcək dərman ləvazimatları boşaldıldıqdan sonra yerinə qoyulması üçün “Liva Pharma” şirkəti tərəfindən "xxxx" MMC-yə göndərilmiş tibbi ləvazimatların "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş 20.09.2018-ci il tarixli 117/18 nömrəli etibarnaməyə əsasən rəsmiləşdirilməsini həyata keçirilməsini Şəra fəddin Usubova tapşırmış, cinayətkar qrupun üzvü Şərafəddin Usubov həmin etibarnaməyə əsasən Təqsirləndirilən şəxs2 və onun cinayətkar tapşırığına əsasən qaçaqmalçılıq yolu ilə keçiriləcək dərman ləvazimatlarının yerinə qoyulması üçün “Liva Pharma” şirkəti tərəfindən göndərilmiş tibbi ləvazimatların gömrük orqanında rəsmiləşdirməsini həyata keçirərək cinayətkar niyyətə uyğun olaraq Qaradağ rayonun Lökbatan qəsəbəsindəki “Karvan” ticarət mərkəzində yerləşən anbarda yerləşdirmiş, cinayətkar niyətə uyğun olaraq cinayətkar qrupun digər üzvləri Miribrahim Kərimov və Təqsirləndirilən şəxs1 15 noyabr 2018-ci ildə Miribrahim Kərimovun idarə etdiyi “Mercedes Benz 2528” markalı, 01CB168/01ZA568 dövlət nömrə nişanlı yük avtomobili ilə Naxçıvan Muxtar Respublikasının Sədərək gömrük postundan keçərək b irlikdə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrup üzvləri Miribrahim Kərimov və Təqsirləndirilən şəxs1 22 noyabr 2018-ci ildə Ankara şəhərində cinayətkar qrupun Türkiyə Respublikasındakı üzvündən qanunla dövlət qeydiyyatı tələb olunan, lakin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş külli miqdarda, 605801,10 manat dəyərində 362 adda və Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş 123071,12 manat dəyərində 57 adda olmaqla, ümumilikdə 728872,22 manat dəyərində 419 adda, cəmi 83988 qutu dərman preparatlarını birlikdə Miribrahim Kərimovun idarə etdiyi “Mercedes Benz 2528” markalı, 01CB168/01ZA568 dövlət nömrə nişanlı yük avtomobilinə yüklədib satış məqsədilə saxlamış və sa tılması üçün Miribrahim Kərimovun 5000 manat, Təqsirləndirilən şəxs1 isə 300 ABŞ dolları müqabilində Azərbaycan Respublikasına gətirib ona, o, isə öz növbəsində isə hər qutuya 150 manat olmaqla, ümumilikdə 217 qutuya 32550 manat müqabilində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvünə təhvil verməsi üçün Türkiyə Respublikasından Azərbaycan Respublikasına yola düşmüş, nəqliyyat vasitəsində olan dərman vasitələrini Türkiyə Respublikası və Gürcüstanın gömrük sərhədlərindən həqiqi sənədlərlə birlikdə keçirib 25 noyabr 2018-ci ildə GürcüstanAzərbaycan sərhədinə gətirmiş, Miribrahim Kərimov idarə etdiyi “Mercedes Benz 2528” markalı, 01CB168/01ZA568 dövlət nömrə nişanlı yük avtomobili ilə növbədə gözləmiş, Təqsirləndirilən şəxs1 isə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan piyada keçərək Gürcüstandan Azərbaycan Respublikasına daxil olmuş və Bakı şəhərinə gəlmiş, Qaradağ rayonun Lökbatan qəsəbəsindəki “Karvan” ticarət mərkəzində yerləşən anbardan Miribrahim Kərimovun idarə etdiyi “Mercedes Benz 2528” markalı, 01CB168/01ZA568 dövlət nömrə nişanlı yük avtomobilindən boşaldılacaq dərman vasitələrinin yerinə qoyulması məqsədilə hər birində Şərafəddin Usubovun əvvəlcədən yerləşdirdiyi 150 ədəd ördək olan 39 qutu, hər birində 50 ədəd sürgü olan 14 qutu və hər birində 750 ədəd plastik stəkan olan 19 qutu olmaqla, ümumilikdə 72 qutu tibbi ləvazimatlar yükünü onun tapşırığına əsasən idarə etdiyi “DAF TE47MS” markalı, 90DF262/99ZA866 dövlət nömrə nişanlı yük avtomobilinə yükləyərək Miribrahim Kərimov idarə etdiyi nəqliyyat vasitəsində olan dərma n preparatlarını Qazax rayonu ərazisində qəbul edib 800 manat müqabilində Bakı şəhərinə gətirmək üçün 27 noyabr 2018-ci ildə onunla birlikdə AzərbaycanGürcüstan sərhədinə yola düşmüş və həmin gün Qazax rayonunun Çaylı kəndinin ərazisində yerləşən “Avey” restoranı ilə üzbəüz dayanacağa gələrək orada gözləmiş, cinayətkar qrupun digər üzvü Miribrahim Kərimovun 27 noyabr 2018-ci ildə saat 05 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasına məxsus “Liva Pharma” şirkəti tərəfindən "xxxx" MMC-yə 530 qutuda 12360 kiloqram tibbi ləvazimat yükü göndərilməsinə dair gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədləri - 21 noyabr 2018-ci il tarixli, 055913 nömrəli invoysu və yük siyahısını, 23 noyabr 2018-ci il tarixli, 000488 nömrəl i beynəlxalq əmtəə-nəqliyyat qaiməsini (CMR) gömrük orqanına təqdim etməklə, nəqliyyat vasitəsindəki külli miqdarda, 728872,22 manat dəyərində 419 adda, cəmi 83988 qutu dərman preparatlarını tibbi ləvazimat adı ilə Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş və Miribrahim Kərimov onun tapşırığı ilə və cinayətkar niyyətə uyğun olaraq axşam saatlarına qədər gömrük postunun dayanacağında gözləmiş, əvvəlcədən razılaşdıqları kimi həmin gün saat 21 radələrində gömrük postunu tərk edib Qazax rayonunun Çaylı kəndinin ərazisində yerləşən “Avey” restoranı ilə üzbəüz dayanacağa gəlmiş, orada Miribrahim Kərimovun idarə etdiyi “Mercedes Benz 2528” markalı, 01CB168/01ZA568 dövlət nömrə nişanlı yük avt omobilində olan dərman vasitələri onun, Şərafəddin Usubovun iştirakı ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi “DAF TE47MS” markalı, 90DF262/99ZA866 dövlət nömrə nişanlı yük avtomobilinə boşaldılarkən keçirilmiş əməliyyat tədbirləri ilə cinayətkar qrup cinayət başında ifşa edilmiş və dərman vasitələri, həmçinin tibbi ləvazimatlar götürülmüşdür.

6. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 1(100)-32/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 2001.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlandığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcının tutulduğu 12 aprel 2019-cu il tarixdən hesablanması hökm edilmişdir.

7. Həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 200-1.2.2 və 200-1.2. 3-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-n 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs2 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlandığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcının tutulduğu 04 iyul 2019-cu il tarixdən hesablanması hökm edilmişdir.

8. Hökmlə həmçinin Əliyev Süleyman Vaqif oğlu, Kərimov Miribrahim Əli oğlu, Usubov Şərafəddin Nəsib oğlu təqsirli bilinərək məhkum edilmişlər.

9. Hökmdən məhkumlar Əliyev Süleyman Vaqif oğlu, Kərimov Miribrahim Əli oğlu, Usubov Şərafəddin Nəsib oğlu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 apelyasiya şikayətləri verib, işlərinə yenidən baxılaraq barələrində ədalətli qərar qəbul edilməsini xahiş etmişlər.

10. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2020-ci il tarixli, 1(104)-153/2020 nömrəli qərarı ilə apelyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 1(100)-32/2020 saylı hökmü məhkum Usubov Şərafəddin Nəsib oğluna aid hissədə dəyişdirilmiş, Usubov Şərafəddin Nəsib oğlunun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası azaldılaraq 1 (bir) il müddətinə, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 200-1.2.2 və 200-1.2.3-cü maddələrinə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası azaldılaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzi fə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə endirilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən bu qərarla təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Usubov Şərafəddin Nəsib oğluna qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 01 (bir) il 04 (dörd) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Usubov Şərafəddin Nəsib oğlu həmin cəzanı çəkib qurtardığından barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və olduğu yerdən dərhal azadlığa buraxılması qərara alınmışdır, hökm qalan hissədə təqsirləndirilən şəxslər tərəfindən verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

11. Gəncə Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 20 noyabr 2020-ci il tarixli, 1(104)-153/2020 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2020-ci il tarixli qərarının Usubov Şərafəddin Nəsib oğluna aid olan hissədə ləğv edilərək cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 1(102)-976/2021 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2020-ci il tarixli qərarı Usubov Şərafəddin Əlhiman oğluna aid olan hissədə dövlət ittihamçısı tərəfindən veri lmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

13. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2020-ci il tarixli qərarından məhkum Əliyev Süleyman Vaqif oğlunun müdafiəçisi - vəkil Tağıyev Beyrək Qurban oğlu və məhkum Kərimov Miribrahim Əli oğlunun müdafiəçisi - vəkil Həsənova Sevinc Eldar qızı tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir.

14. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 1(102)-1677/2021 nömrəli qərarı ilə məhkumlar Əliyev Süleyman Vaqif oğlunun və Kərimov Miribrahim Əli oğlunun barələrində müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2020-ci il tarixli qərarı məhkumların müdafi əçilərinin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

15. Hazırda Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2020-ci il tarixli, 1(104)-153/2020 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi, eləcə də məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətləri vermişdilər. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar 16.Məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə tərəfindən o Azərbaycan Respublikası CM-nin 206.3.2, 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə təqsirli bilinərkən buna səbəb ola biləcək hər hansı əsaslı dəlil göstərilməmişdir. Hər iki məhkəmə instansiyası, istintaq orqanının barəsində tərtib etdiyi ittiham aktı ilə kifayətlənmiş, ədalətli məhkəmə araşdırması aparmamışdır. İş materiallarında onun digər təqsirləndirilən şəxslərlə birlikdə ölkəyə qanunsuz dərman ləvazimatlarını gətirməkdə hər hansı bir formada iştirakına dair heç bir sübut yoxdur. Məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2020-ci il tarixli, 1(104)-153/2020 nömrəli qərarının ona dair hissədə ləğv edilməklə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 1(100)-32/2020 saylı hökmü ilə ona təyin edilmiş cəza müddətinin azaldılması barədə yeni qərar qəbul edilməsini xahiş edir.

17. Məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayətində qeyd etmişdir ki, səhhətində yaranmış xəstəlikləri və yaşının 54 olmasını nəzərə alıb məhkəmə tərəfindən ona təyin olunmuş cə za müddətinin azaldılması barədə qərar qəbul edilməsini xahiş edir.

18. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

19. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

20. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qə bul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Azərbaycan Respublikası CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

21. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

22. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmi n maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

23. Məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi kassasiya şikayətində Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibinin olmadığını qeyd edərək ona bəraət verilməsini və ya cəza müddətinin azaldılması barədə yeni qərar qəbul edilməsini xahiş edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6 və 416.1.21-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

24. Məhkum Təqsirləndirilən şəxs1 t ərəfindən verilmiş kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olması mübahisələndirilmiş, məhkum kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

25. Odur ki, məhkəmə kollegiyası məhkumların və müdafiəçinin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2020-ci il tarixli, 1(104)-153/2020 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

26. Məhkum Təqsirləndirilən ş əxs2 ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

27. Təqsirləndirilən şəxs2 qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdi r.

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Təqsirləndirilən şəxs2 hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri dispozisiyasından və Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində həmin Məcəllənin qeyd edilən maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini və cəzalandırmasını istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 4 2.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

29. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CinayətProsessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası CM-nin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə q ənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi öz nəticələrini əsaslandırmaqla həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutlar üzərində qurulmuş həmin nəticələrə dair yeni təsvir və şərh verilməsinə zərurət görmür.

30. Məhkəmə kollegiyası həmçinin məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi, eləcə də məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətlərinin məhkum edilmiş şəxslərə təyin edilmiş cəza müddətinin azaldılması ilə bağlı dəlilləri ilə razılaşmaq üçün əsas tapmır.

31. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xa rakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edi lməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).

32. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

33. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunma sına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

34. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

35. Təsvir edilən cinayət-hüquqi normalarının məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

36. Məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmələrin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə məhkum edilmiş şəxslərə cəza təyin edərkən Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağını n olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi, həmçinin Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi, onların cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə almış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məhkumlar barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

37. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, hər iki məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirini təqdim etməyə və müvafiq surətdə müdafiəsini qurmağa bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün məhkumlara münasibətdə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

38. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs1, həmçinin məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi kassasiya şikayətləri təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2020-ci il tarixli, 1(104)153/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti, həmçinin məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2020-ci il tarixli, 1(104)-153/2020 nömrəli qərarı onların kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar