Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-380/2024 15.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-297/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qərarından dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X8 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 29 avqust 1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şamışdır. 2. 25 dekabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,534 qram çəkidə narkotik vasitə olan heroini, 0,202 qram çəkidə psixatrop maddə olan metamfetini əldə edib daşıyaraq üzərində saxlamış, həmin narkotik vasitə olan heroin in 0,784 qram çəkidə olan hissəsini 01 ədəd şəffaf rəngli sellofan bükümdə 10 oktyabr 2021-ci il tarixdə, saat 07 radələrində Sumqayıt şəhəri, 5-ci mikroryon, “Gənclər Evi”nin yanında tanışı Təqsirləndirilən şəxs satmışdır. 10 oktyabr 2021-ci il tarixində, saat 07:30-da Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşlarının Sumqayıt şəhəri, 5-ci mikrorayon, “Gənclər Evi”nin yanında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarının sağ yan cibinin üstündəki kiçik cibdən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə 0,784 qram çəkidə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. 10 oktyabr 2021-ci il tarixdə, saat 0 7:30-da Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşlarının Sumqayıt şəhəri 5-ci mikrorayon, “Gənclər Evi”nin yanında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum saxlanılaraq Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarının sağ yan cibin üstündəki kiçik cibindən 01 ədəd şəffaf sellofana bükülmüş 0,750 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofana bükülmüş 0,202 qram çəkidə psixatrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. 3. 28 yanvar 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi açıq məhkəmə baxışına təyin olunmuşdur.
4. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-222/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə digər məsələlər də həll edilmişdir.
5. Həmin hökmlə həmçinin X6 təqsirli bilinərək məhkum edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayəti verilmişdir.
7. Sumqayıt Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 1(105)-359/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-222/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-492/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-359/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin olunmuşdur.
10. Sumqayıt Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-297/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-222/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsindən eyni Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 10 oktyabr 2021-ci il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
11. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qər arından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
12. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş, bunun nəticəsi olaraq törədilən cinayətin tövsifində səhvə yol verilmişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirib, həmin əsaslar la Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-297/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
13. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPMnin 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasınd a hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verdiyini iddia edərək, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
19. Odur ki, məhkəmə kollegiyası dövlət itt ihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktı nın və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
23. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində müəyyən edilən qaydalara görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
24. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərl iyi müəyyənləşdirilir.
25. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
26. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya instansiyası m əhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
27. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, ape llyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş əvvəlki qərarı ləğv edən Ali Məhkəmənin Cinayət kollegiyasının 1(102)-492/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qərarında xüsusilə vurğulanmışdır ki, “məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin əsaslandırmasını təhlil edərək belə qənaətə gəlir ki, həm ibtidai istintaq orqanı, həm də məhkəmələr narkotik vasitənin Məhkum tərəfindən Müşfiq Qasımova əvəzsiz olaraq, yəni hədiyyə kimi verilməsi qəbul etmişdir. Lakin onun şəxsi marağının nədə ifadə olunmasını əsaslandırmamışlar”.
28. Kassasiya instansiyası məhkəməsinin göstərişini icra edən apellyasiya instansiyası məhkəməsi yeni məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən etmişdir ki, “iş materiallarında olan sübutlardan da göründüyü kimi Məhkum... özünün və ya yaxınların ın maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməmişdir.” Yekunda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Məhkum istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq narkotik vasitəni və psixatrop maddəni əldə edib üstündə saxlaması ilə əlaqədar əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Məhkum üzərindən narkotik vasitə olan heroin və metafetamin aşkar edilərək götürülsə də, həmin narkotik vasitəni və psixotrop maddənin satış məqsədi ilə əldə etməsi xüsusatı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxs Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalı və ona qeyd olunan maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir”.
29. Qeyd edilənlərin əksini iddia edən verilən kassasiya protestinin müəllifi məhkumların ibtidai istintaq dövründə və məhkəmə baxışı zamanı verdiyi ifadələrini, eləcə də iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrini təqdim etdiyi kassasiya müraciətində təkrarlayıb “göründüyü kimi, Müşfiq Qasımova narkotik maddəni hədiyyə kimi və ya əvəzsiz verməklə Məhkum narkotik maddənin yayılmasına yönəldimiş hərəkət etməklə şəxsi maraq güdmüşdür. Həmçinin, X10 Mehbəliyevdən onun üçün narkotik maddə tapmasını xahiş etməsi, sonuncunun tapması və ona hədiyyə kimi verməsi belə Məhkum özünü Müşfiq Qasımovun yanında nüfüz qazanmağa yönəlmiş hərəkəti kimi qiymətləndirilməli idi” kimi nəticəyə gəlir. Lakin, k assator bir tərəfdən cinayət işinin materiallarında Məhkum narkotik maddələrin satışı ilə məşğul olduğunu təsdiq edən hər hansı sübutun olmamasına baxmayaraq sonuncunun narkotik maddənin yayılmasına yönələn hərəkətlə hansı şəxsi marağın güddüyü barədə hər hansı yetərli arqument irəli sürüb buna dair sübuta istinad etmir. Digər tərəfdən isə Vəli X2rşısında nüfuz qazanmaq istəyində olması barədə fikir bildirsə də, belə nüfuzun hansı məqsəd daşıdığını və yaxud nəyə yönəldiyini bu və digər formada açıqlayıb həmçinin cinayət işində olan sübutlarla əsaslandırmır.
30. Halbuki, Azərbaycan Respublikası CPM-nin 21.3 və 138.2-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarının və onun təqsirli olub-olmaması, eləcə də ittihamın sübuta yetirilmə si, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi üzrə vəzifələrin daşıyıcısı məhkəmələr yox, ittiham tərəfi və dövlət ittihamçısıdır. 31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları birbirindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı i ttiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə” müddəasının şərh edilməsinə dair” 2008-ci il 15 fevral tarixli Qərar). Cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş bu təməl qayda, həmçinin Konstitusiyanın 133-cü maddəsinin İ hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prokurorluğunun səlahiyyətlərinin mahiyyətindən irəli gəlir. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və h allarda qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 31 oktyabr 2022-ci il)
32. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirl əndirilən şəxsin xeyrinə həll edilməlidir.
33. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti subyektiv mülahizələrə və hər hansı obyektiv məlumatla təsdiqlənməyən ehtimallara əsaslanmaqla tərtib edilib apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaəti təkzib edə biləcək yetərli amilə istinad etmədən verilən kassasiya müraciəti kimi qiymətlətləndirilməli və bu səbəbdən təmin edilməməlidir.
34. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-297/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəh bər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-297/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.