Məhkəmə qərarları › İş №1(102)-380/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-380/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-380/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 2024-cü il 22 avqust tarixli, 1(107)-333/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Yevlax rayon Məhkəməsinin (X4) 2024-cü il 23 may tarixli, 1(039)-72/2024 nömrəli hökmü ilə, xx.xx.1981-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, Baxşalı İmanov küçəsi ev 61-də qeydiyyatda olan və yaşayan, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 yanvar 2024cü il tarixdən 10 yanvar 2024-c ü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 may 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Elman İsayevdən ibarət tərkibdə) 2024-cü il 22 avqust tarixli, 1(107)-333/2024 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmədən, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd yivli odlu döyüş silahı hesab edilən, saz vəziyyətdə olan zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” (PM) konstruksiyalı, nömrəsi silinmiş tapançanı, 1 ədəd “Makarov” (PM) konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı sandıqçanı, 03 (üç) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla həmin kalibrə malik “Makarov” və digər konstruksiyalı tapançalarda və digər yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronları əldə etməklə əynində olan qara rəngli gödəkçənin ciblərində qanunsuz olaraq saxlayaraq 08 yanvar 2024-cü il tarixdə saat 15 radələrində Yevlax dəmir yol stansiyasının ərazisində gəzdirmiş, 08 yanvar 2024-cü il tarixdə saat 15:50-də Yevlax xətt polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum Yevlax dəmir yol stansiyasının ərazisində saxlanılaraq Yevlax xətt polis şöbəsinə gətirilmiş, orada həmin günü üzərinə müdafiəçinin iştirakı ilə və video çəkilişlə saat 16:35-dən 16:50-ə qədər olan müddətdə keçirilən şəxsi axtarış zamanı Məhkum əynindəki qara rəngli gödəkçənin ciblərindən qəsdən satış məqsədi olmadan əldə edərək saxlayıb gəzdirdiyi 1 ədəd yivli odlu döyüş silahı hesab edilən, saz vəziyyətdə olan zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” (PM ) konstruksiyalı, nömrəsi silinmiş tapança, 1 ədəd “Makarov” (PM) konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı sandıqça, 03 (üç) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla həmin kalibrə malik “Makarov” və digər konstruksiyalı tapançalarda və digər yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronlar aşkar edilib qablaşdırılaraq, götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə tərəfindən Məhkum törətmiş olduğu cinayət əməlinə görə onun barəsində cəza tə yini zamanı sosial ədalətin bərpası, məhkumun islah edilməsi və cəzanın məqsədinə nail olunması istiqamətində ədalətli mövqe nümayiş etdirilməmiş və nəticədə cinayət qanunvericiliyinin normalarına uyğun daha ciddi cəza təyin edilməli olduğu halda, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilmişdir. Belə ki, son dövrlərin istintaq statistikasına nəzər salsaq qeyd olunan xarakterli cinayətlərin sayının artması və artan tempdə davam etməsi müşahidə edilir, bunun da səbəblərindən biri kimi həmin cinayətlərə görə təyin edilmiş cəzaların kifayət qədər sərt və törədilmiş əməllərin ictimai təhlükəliliyinə adekvat olmamasıdır. İçərisində patronlar olan odlu silahı qanunsuz olaraq əldə edib, daşıyan, üzərində gəzdirən şəxsin (şəxslərin) həmin silahın gələcək taleyi və ya həmin silahla bağlı məqsədl ərinin və niyyətlərinin dairəsi o qədər də geniş deyildir. Həmin silahı əldə edən şəxs gəlir əldə etmək məqsədilə ya onu satacaq, ya digər şəxsə verəcək və gələcəkdə həmin silahdan kriminal məqsədlə istifadə edilməsi üçün zəmin hazırlanacaq, ya həmin silahla kimsə təhdid ediləcək və ya həmin silahdan istifadə etməklə insan həyatı və sağlamlığı əleyhinə cinayətlər törədiləcəkdir. Başqa bir niyyətlə həmin silahın saxlanılması və ya təqsirləndirilən şəxsin qeyri-səmimi İfadəsində qeyd etdiyi kimi onun tapılma şəraiti və ondan istifadə etmək və ya satmaq niyyətinin olmaması, əməlindən peşman olması barədə dedikləri təbii ki əsassız və yalandır. Dövlət ittihamçısı bildirmişdir ki, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin daha ciddi cəzadan yaxa qurtarmaq niyyəti ilə qeyri-səmimi ifa də verməsini və bu qəbildən olan cinayətləri törədən şəxslərin demək olar ki, hamısının eyni məzmunda ifadə verdiklərini nəzərə almalı idi. Aşkar edilmiş olan ictimai təhlükəli əməl mövcuddur. Ancaq həmin cinayətin yeni cinayətlərin törədilməsinə zəmin yaratmaq ehtimalı da cəza təyin edilərkən nəzərə alınmalıdır. İşin hallarına nəzər saldıqda görünür ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edilərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamışdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs Məhkum cəza təyin edilərkən cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ailənin yeganə qazanc gətirəni olması, qanun tələblərinə əməl edilmədən, məhkumun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. İş materiallarından da görünür ki, Məhkum könüllü gəlib təqsirini boynuna almamış, silah ı polisə təhvil vermək niyyəti olmamış, onun cinayət əməli polis əməkdaşları tərəfindən ifşa olunmuşdur. Ona görə də, Məhkum ifşa edildikdən və odlu silah və sursatlar aşkar edildikdən sonra təqsirini etiraf edərək ifadə verməsi onun əməlindən səmimi peşmançılıq keçirməsi kimi qiymətləndirilə bilməz. `Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməli, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməli olduğu halda, qeyd edilən hallan tam, hərtərəfli yoxlamamış və qiymətləndirməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protest inin təmin olunmasını və Məhkum CM-in 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 22 avqust tarixli qərarın ləğv edilməsini və işin yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslə rin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində məhkuma yüngül cəza təyin edildiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya sının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanun unun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunm ası barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkum təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyasında iki ilədək islah işləri, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası alternativ qaydada nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısı məhkəmə çıxışında təqsirləndirilən şəxsə 2 il 6 ay müddətində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmiş, lakin dövlət ittihamçısı maddənin sanksiyasında nəzərdə tutulmuş üç alternativ cəzadan hansı səbəbdən ən sərt cəzanın, həm də sanksiyanın ən yuxarı həddinə yaxın müddətə təyin edilməsinin zəruriliyini və səbəblərini öz çıxışında əsaslandırmamışdır. Məhkəmə tərəfindən isə məhkuma 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət törətmiş şəxsə cəza təyin edilməsinin ümumi əsasları CM-in 58-ci maddəsi ilə tənzimlənir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cə zalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin etmənin ümumi əsaslarının təhlilindən meydana çıxan mənzərə ondan ibarətdir ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə cəza təyin etmə məsələsini həll edərkən həm növ, həm də hədd baxımından təqsirli şəxsə daha yüngül cəza təyin edilməsinə üstünlük verməli, sərt cəzaların təyin edilməsinə isə az ciddi cəza növü və ya həddinin cəzanın məqsədlərini təmin edə bilmədiyi hallarda yol verilməlidir. Lakin məhkəmə cəza təyin edilməsi məsələsini həll edərkən az ciddi cəza növü və ya həddinin cəzanın məqsədlərini təmin edə bilməməsini və məhz bu səbəbdən təqsirli şəxsə daha sərt cəza təyin etmək məcburiyyətində qaldığını konkret sübutla ra istinad etməklə hökmdə əsaslandırmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, təqsirli şəxsə cəza təyin edilərkən CM-in ədalət və humanizm kimi prinsiplərinin tələblərinə də riayət edilməsi zəruridir və təyin edilmiş cəza açıq-aşkar ədalətsiz və həddindən artıq sərtliyi baxımından şəxsə işgəncə verilməsi məqsədi ilə təyin edilmiş cəza xarakteri daşımamalıdır. Bu zaman nəzərə alınması vacib olan bir məsələ də ondan ibarətdir ki, törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilk dərəcəsi, o cümlədən təqsirkarın şəxsiyyəti nəzərə alınmaqla cəzanın fərdiləşdirilməsi prinsipinin tələblərinə də əməl edilməsi böyük önəm daşıyır. Etiraf etmək lazımdır ki, cinayət törətməkdə təqsirli hesab edilən şəxsə ədalətli cəza təyin edilməsi olduqca mürəkkəb, çətin və məsuliyyətli bir proses dir. Bu zaman nəzərə alınması zəruri olan çoxsaylı prinsip və əsaslar mövcuddur. Məhkəmə hökmü ilə təyin edilən cəza həm cəmiyyətdə sosial ədaləti bərpa edir, həm cinayət törətmiş şəxsi islah edir, həm də məhkum və digər şəxslərə tərbiyəedici və çəkindirici təsir etməklə cəmiyyətdə tarazlığı qoruyur, cəmiyyəti kənar, zərərli, neqativ əməl və meyllərdən mühafizə edir. Lakin bu təsir yalnız o zaman effekli və düzgün olur ki, təyin edilən cəza həm ədalətli, həm də humanist cəza olsun. Yəni bəzi hallarda sərt cəzaların təyin edilməsi əks effekt verir və islah etmək əvəzinə işgəncə vermək və ləyaqəti alçaltmaq kimi qiymətləndirilir. Məhz bu səbəbdən CM-in 58.1-ci maddəsi həm növ, həm də hədd baxımından sərt cəzaların təyin edilməsinə məhdudiyyət müəyyən etmişdir. Kassasiya protestində irəli sür ülən dəlillərin əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılan birinci instansiya məhkəməsinin hökmündə məhkuma cəza təyin edilərkən yuxarıda qeyd edilən tələblərə uyğun olaraq hökm kifayət edəcək səviyyədə ətraflı şəkildə əsaslandırmış, bu zaman “cəzanın yetərliliyi” anlayışından uğurlu şəkildə istifadə edilməklə törədilmiş cinayət əməli ilə təyin edilmiş cəza arasında ədalətli bir balans yaradılmışdır. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin cəza təyini ilə bağlı mövqeyi ilə razılaşır və kassasiya protestinə münasibətdə bu mövqeyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Ci nayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 2024-cü il 23 may tarixli, 1(039)-72/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 22 avqust tarixli, 1(107)-333/2024 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar