Məhkəmə qərarları › İş №1(102)-381/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-381/2019

05.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-381/2019 05.02.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)381-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 05 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi),Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 və müdafiəçivəkil Müdafiəçi iştirakları ilə, Lənkəran Ağır Cinayətl ər Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsiilə və qeyrisini təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü ilə (hakimlər: X13 (sədrlik edən), X14 və X7 ibarət tərkibdə) Məhkum – 29 avqust 1977-ci ildə Neftçala rayonu ************** kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Neftçala rayon məhkəməsinin 22 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 19.11.2014-cü il tarixli qərarı ilə cəza müddəti 02 ilədək artırılmış, Qaradağ rayon məhkəməsinin 26.01.2016-cı il tarixli qərarı ilə cəzadan 02 ay 28 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsiilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə X5 da təqsirli bilinib məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum öz növbəsində 20 sentyabr 2017-ci il tarixdə saat 22 radələrində Cəlilabad şəhərində tanışı X1 miqdarda, 218,513 qram çəkidə narkotik vasitə olan heroini 5000 manat pul müqabilində alaraq satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, özünə məxsus əl çantasında saxlamış və tanışı X8 məxsus “Toyota Rav 4” markalı, ** *** qeydiyyat nişanlı avtomobildə Bakı şəhərinə daşıyarkən 20 sentyabr 2017-ci il tarixdə saat 23 radələrində Cəlilabad şəhərində Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılmış, baxış zamanı həmin miqdarda heroin əl çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X15 və X9 ibarət tərkibdə) 27 iyun 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək məhkumun cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum barəsində CMnin 234.4.3-cü maddəsi həddində cəza təyin edilsə də, təyin edilmiş cəzanın ağırlığı baxımından birinci instansiya məhkəməsinin hökmü və apelyasiya instansiyası məhkəməsinin qərarı ədalətli hesab edilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən CM-nin 65.2-ci maddəsinin tələbinin əksinə R.Novruza törətdiyi cinayət əməli üzrə residivə görə nəzərdə tutulan sanksiyanın orta həddindən də yuxarı olmaqla cəza təyin edilmiş və apellyasiya məhkəməsi əsassız olaraq bunun məhkumun islah edilm əsi və cəzanın məqsədinə nail olunması baxımından düzgün və ədalətli olması qənaətinə gəlmişdir. Belə olan halda, Məhkum barəsində təyin olunan azadlıqdan məhrum etmə cəzası orta həddən də artıq olmaqla, təhlükəli residivə görə təyin edilməli cəza həddində müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçini, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbayca n Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegi yası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri məhkuma həddindən çox ağır cəza təyin edilməsi barədədir. Aşağıdakı əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassız olmaqla təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə təqsirləndirilən Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 58, 59, 61ci maddələrinin tələblərini nəzərə alaraq cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olub-olmamasını, təyin olunan cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəzasını yüngülləşdirən hallarmüəyyənetməmişdir. OnunCM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş az ağır cinayəti törətməyə görə 22 iyul 2014-cü il tarixli hökmlə 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu, Bakı Apelyasiya Məhkəməsinin 19 noyabr 2014-cü il tarixli qərarı ilə cəzasının 02 ilədək artırıldığını, Qaradağ rayon məhkəməsinin 26 yanvar 2016-cı il tarixli qərarı ilə həmin cəzanın qalan 02 ay 28 günündən şərti olaraq vaxtından əvvəl azad edildiyini, cəza müddətinin başa çatmasına baxmayara q CM-nin 83.3.3-cü maddəsində nəzərdə tutulmuş iki il məhkumluq müddəti keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin resdivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Apellyasiya protesti CM-nin 65.2-ci maddəsinə əsasən Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası izah edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsi məhkuma təyin ediləcək cəzanın yuxarı həddini deyil yalnız aşağı həddini müəyyən etmişdir. Məhkəmə tərəfindən məhku ma təyin ediləcək cəzanın həddi müəyyən edilərkən qnunun bu tələbi ilə yanaşı cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və cəzanın məqsədi barədə qanunun tələblərini təmin edə bilən cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şə xslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəzasını yüngülləşdirən halın olmaması, narkotik vasitələrnin dövriyyəsi ilə bağlı cinayət əməlini satış məqsədilə külli miqdarda törətməsini və cinayətlərin residivini cəzanı ağırlaşdıran halın olmasını nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən ona ədalətli cəza təyin edilmiş və düzgün olaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmışdır. Cəzanın yüngülləşdirilməsi barədə kassasiya şikayətinin dəlillərinin təmin edilməsi üçün cinayət işinin materiallarında hər hansı başqa əsaların mövcudluğu müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayəti təmin edilməməli dir. Cinayət işinin ibtidai istintaqı müddətində, birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışı gedişində cinayət və cinayət-prosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırılması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2018-ci il tarixli qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində təsbit edilmiş əsaslardan hər hansı birinə uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbayc an Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum və qeyrisinin təqsirli bilinib məhkum edilmələri barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2018-ci il tarixli qərarı Məhkum aid hissədə kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar