Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-381/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, Zərərçəkmiş şəxs nümayəndəsi – Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qərarındanZərərçəkmiş şəxs və Məhkum müdafiəçisi – Bakı Şəhər 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim T.V.Nüsrətov) Məhkum (15 dekabr 1978-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan3ndə qeydiyyatda olan və yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib hər ay qazancından 20 % məbləğdə pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum e dilmiş, islah işləri cəzasının Məhkum qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması və onun icrasının X80nə tapşırılması, Zərərçəkmiş şəxs maddi zərərin ödənilməsinə dair mülki iddiasının təmin edilməməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim K.S.Bəşirov, hakimlər E.Ə.Camalov və E.İ.Əliyevdən ibarət məhkəmə tərkibi) Zərərçəkmiş şəxs və Məhkum tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs və Məhkum müdafiəçisi Müdafiəçi ayrı-ayrılıqda kassa siya şikayətləri vermişlər. İşin halları: Hökmə əsasən Məhkum ilə 08 dekabr 2018-ci il tarixdə, saat 17:00 radələrində Zərərçəkmiş şəxs arasında yaşadığı ünvan5 ərazisindəki evinin darvazasının qarşısında iribuynuzlu ev heyvanlarının əkin sahəsinə daxil olaraq, əkin sahəsini yararsız hala salmasına görə şəxsi münasibətlər zəminində mübahisə yaranmışdır. Mübahisə zamanı Məhkum əlindəki bıçaqla Zərərçəkmiş şəxs sol qolundan vuraraq onu yerə yıxmış, daha sonra sifətinin sağ nahiyəsinə təpiklə zərbə vurmaqla, ona beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sifətin sağ hissəsində yanaq nahiyəsini əhatə edən qançır, sol saidin orta 1/3 hissəsinin ön səthində yara ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum ittihamda göstərilən cinayətlə müqayisədə daha ağır – Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş silah qismində bıçaq tətbiq etməklə xuliqanlıq cinayətini törətdiyi halda, onun əməli düzgün olmayaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuş, həmin maddə ilə də ona həddindən artıq yüngül – islah işləri növündə cəza təyin edilmiş, eləcə də Məhkum qarşı qaldırdığı – müalicəsinə xərclədiyi 1000 manatın və camışının öldürülməsinə görə məruz qalığı ziyanın əvəsinin - 1200 manatın (ümumilikdə 2200 manatın) Məhkum tutulmasına dair mülki iddiası əsassız olaraq təmin edilməmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini, Məhkum əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə tövsif edilməsini təmin etmək üçün cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələbləri pozulmuş, o cümlədən ittihamın əsaslandırılması üçün əsasən Məhkum qarşı qərəzli münasibətdə olan Zərərçəkmiş şəxs qohumlarının şahid qismində verdikləri ifadələrindən və zərərçəkmiş şəxsin həqiqəti əks etdirməyən məlumatlarından istifadə olunmuş, nəticədə Məhkum cinayət törətmədiyi, zərərçəkmiş şəxsə xəsarət yetirmədiyi, ümumiyyətlə ittihamda göstərilən hadisə yerində olmadığı halda, əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.1, 416.0.11-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qrarının ləğv edilməsini, Məhkum bəraət verilməsi haqqında qərarın çıxarılmasını xahiş edir. Kassasiya şikayətlərinə məhkəmə iclasında baxılanadək Məhkum 03 martr 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Kassasiy a instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdud larını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxs kassasiya şikayətində Məhkum cinayət əməlinin silah qismində istifadə olunan əşyadan istifadə edilməklə törədilən xuliqanlıq kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməli olduğu halda, onun düzgün olmayaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə - daha yüngül cinayət törətməyə görə təqsirli bilindiyini və Məhkum törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə uyğun olmayan (islah işləri növündə) həddindən artıq yüngü l cəzanın təyin olunduğunu, eləcə də onun tərəfindən Məhkum qarşı irəli sürülmüş mülki iddianın əsassız olaraq təmin olunmadığını iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.2, 416.0.15 və 416.0.21ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum müdafiəçisi Müdafiəçi isə kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə cinayət törətmədiyi halda Məhkum Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 128-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, mübahisələndirilən qrarının ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini cinayət-prosessual qanunun 416.0.1, 416.0.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əsaslandırmışdır. Lakin, Məhkum kassasiya şikayətlərinə məhkəmə iclasında baxılanadək - 03 mart 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayətinə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Odur ki, kol legiya Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılmasını mümkün bilir, eyni zamanda Zərərçəkmiş şəxs kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Zərərçəkmiş şəxs kassasiya şikayətindən görünür ki, onun irəli sürdüyü – Məhkum Cinayət Məcəlləsinin 128-ci maddəsində göstəriləndən daha ağır - Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş “silah qismində istifadə olunan əşyadan istifadə edilməklə xuliqanlıq” cinayətini törətməsi barədə iddia məhkəmə ba xışının hədlərinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin müəyyən etdiyi hüdudlardan açıq-aşkar kənara çıxır və prosessual qərarların preyudisial əhəmiyyətindən bəhs edən cinayət-prosessual qanunun 65.1-ci maddəsinin tələbləri, bu normanın təfsiri üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ilə uzlaşmır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsində isə təsbit olunmuşdur ki, “c inayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında məhkəmənin konkret şəxs barəsində cinayət işinə birinci instansiya qaydasında baxarkən məhkəməyə verilməyən və barəsində məhkəməyədək icraatda cinayət təqibini istisna edən qərar çıxarı ldığı şəxsin cinayət törətməsindən çıxış etməklə onun cinayət məsuliyyətinə cəlb edilməsi üzrə məsələni həll etməsini, məhkəmə hakimiyətinə xas olmayan (cinayət-prosessual qanunla ittiham tərəfinə aid edilmiş) ittiham funksiyasını üzərinə götürməsi kimi qiymətləndirmiş və bunu Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, o cümlədən CPM-in 318.1 və 65.1-ci maddələrinin tələbləri nöqteyi-nəzərindən yolverilməz hesab etmişdi. Qeyd olunan normaların tələblərinə və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, istər birinci və apellyasiya instansiyası məhkəmələri, istərsə də kassasiya instansiyası məhkəməsi ittihamın hüdudlarından kənara çıxmaq, təqsirləndirilən şəxsin ittihama daxil edilməyən cinayət əməlinə baxmaq, xüsusilə də həmin əməl barəsində cinayət təqibinə xitam verilməs inə (cinayət işinin başlanılmasının rədd edilməsinə) dair ibtidai istintaq orqanının ləğv edilməmiş qərarı olduğu halda, həmin əmələ münasibətdə araşdırma aparmaq səlahiyyətində deyillər və bu səbəbdən də təqsirləndirilən şəxsin ittihama daxil edilməyən cinayət əməlini törətməsi barədə dəlillərdən çıxış etməklə baxılan (məhkəmə baxışının predmetini təşkil edən) ittihama münasibətini müəyyənləşdirə bilməzlər (eynilə kassasiya məhkəməsi belə dəlilləri onun kassasiya müraciətinə münasibətini formalaşdıran dəlillər kimi nəzərdən keçirməyə haqlı deyil). Hazırki cinayət işinin materiallarından isə görünür ki, ibtidai istintaqın gedişində müstəntiqin 11 may 2019-cu il tarixli sübutların qiymətləndirilməsinə dair qərarı ilə Məhkum hərəkətlərində qəsdən sağlamlığa yüngül zərər vurmadan (CM-in 128-c i maddəsində göstərilən cinayətdən) savayı digər cinayətin, o cümlədən Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməlin tərkib əlamətləri müəyyən olmadığından, bu maddə üzrə cinayət işinin başlanılması rədd edilmiş və cinayət təqibini istisna edən həmin qərar nə prokuror, nə də ki, məhkəmə nəzarəti qaydasında müvafiq məhkəmə tərəfindən ləğv edilməmişdir. Baxılan işdə cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı müstəsna olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi (onun Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması) barədə ittiham irəli sürülmüşdür. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin Məhkum Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi barədə dəlillərini mübahisələndirilən məhkəmə qərarının ləğvini və yaxud dəyişdirilməsini mümkün edən dəlillər kimi qəbul etmir. Kassasiya şikayətinin Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş, apellyasiya məhkəməsinin də razılaşdığı aylıq qazancından 20% məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasının mübahisələndirilməsinə həsr olunmuş dəlillərinə gəldikdə, kollegiya bu məsələdə də kassasiya müraciətinin müəllifi ilə razılaşmaq üçün əsas tapmır. Belə ki, baxılan işdə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun yaşadığı yer üzrə müsbət xarakterizə olunması isə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmiş və birinci instansiya məhkəməsi cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar məsələsi üzrə müəyyən etdiklərini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini gözləməklə, cəzanın təyin edilməsində əhəmiyyətli olan digər əsaslarla (cinayətin xarakteri və ictimai təhlükəliliyi, o cümlədən əməlin Cinayət Məcəlləsinin 15.2-ci maddəsində böyük ictimai təhlükə törətməyən cinayət kimi təsnif edilməsi, bu cinayətin törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə) birlikdə götürməklə nəzərə almış və Məhkum Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ədalətli, cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət edən cəza təyin etmişdir. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. Məhkəmələr tərəfindən isə Məhkum (yuxarıda təsvir edilən təqsirkarın şəxsiyyəti ilə bağlı məlumatların, cəzanı yüngülləşdirən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini aşkarlayan halların fonunda – tamamilə haqlı olaraq) Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmələrin yuxarıda qeyd olunan xüsusatı cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmələri, zərərçəkmiş şəxsin kassasiya şikayətində göstərdiklərini isə cəzanı ağırlaşdıran hal qismində nəzərə almamaları da qa nun pozuntusu kimi şərh edilə bilməz. Çünki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsi Cinayət Məcəlləsinin 59.1-ci maddəsində birbaşa göstərilməyən halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verir. Cəzanı ağırlaşdıran hallar isə - əksinə Cinayət Məcəlləsinin 61-ci maddəsində tamamlanmış siyahı şəklində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal, o cümlədən zərərçəkmiş şəxsin kassasiya şikayətində göstərdiyi xüsusat – Məhkum özünü təqsirli bilməməsi təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Məhkəmələrin cəzanı yüngülləşdirən və ağırlaşdıran, təqsirkarın şəxsiyyətini səciyyələndirən hallar, CM-in 58.3-cü maddəsində nəzərdə tutulmuş dig ər məsələlər üzrə nəticələri məhkəmə baxışında CPM-in 143-146-cı maddələrinə müvafiq sürətdə tədqiq olunub-qiymətləndirilmiş sübutlardan hasil edilmiş, yəni məhkəmələr tərəfindən CPM-in 139, o cümlədən 139.0.5-ci maddəsinin tələblərinə də əməl olunmuşdur. Odur ki, zərərçəkmiş şəxsin birinci instansiya məhkəməsinin Məhkum islah işləri cəzasını təyin etməklə (apellyasiya məhkəməsinin bu cəza ilə razılaşmaqla) Cinayət Məcəlləsinin pozuntularına yol vermələri barədə iddiası əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin mülki iddia üzrə məhkəmə qərarının mübahisələndirilməsinə dair dəlilləri ilə də razılaşmır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən cinayət mühakimə icraatında verilmiş mülki iddianın həlli üzrə, o cümlədən iddianın tam və yaxud qismən təmin edilməsi, rədd edilməsi haqqında qərarlar mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq qəbul edilir. Zərərçəkmiş şəxs isə cinayət nəticəsində aldığı sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərlə əlaqədar müalicə olunduğunu və bununla bağlı maddi zərərə uğradığını iddia etsə də, bunları təsdiq edən hər hansı bir sənədi və yaxud başqa sübutu nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyasiya məhkəməsinə təqdim etməmişdir. Şərh edilənlər məhkəmələr tərəfindən zərərçəkmiş şəxsin kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.0.2, 416.0.15 və 416.0.21-ci maddələrində təsbit edilmiş pozuntulara yol verilmədiyini, yəni bu müraciətlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin müb ahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs kassasiya şikayətinin təmin edilməsinə, Məhkum müdafiəçisinin kassasiya şikayətinin geri qaytarılmasına dair zərərçəkmiş şəxsin nümayəndəsi X3, habelə Zərərçəkmiş şəxs kassasiya şikayətinin təmin edilməməsinə, Məhkum müdafiəçisinin kassasiya şikayətinin isə geri qaytarılmasına dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçinun kassasiya şikayəti geri qaytarılmalı, Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməməli, zərəçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 19 sentyabr 2019-cu il tarixli q ərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414.5, 419.10.1ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçinun kassasiya şikayəti geri qaytarılsın. Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 19 sentyabr 2019-cu il tarixli qərarı Zərərçəkmiş şəxs kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-381/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-381/2020
04.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver