Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-381/2021 29.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X4 iştirakı ilə xx xxxxxx 1990-cı ildə Astara rayonunun Ojakəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, Astara rayonun Ojakəran kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi –fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2017-ci il tarixli, hökmü ilə, Məhkum CMin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 32.5,206.2-ci maddəsi ilə 04 (dörd) il müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə X5, X6 və X1 da məhkum edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi2, məhkumlar X1 və X5 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti Məhkum aid hissədə təmin edilməmişdir. Həmin qərardan Məhkum kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair vəsatət verərək Ali Məhkəməyə kassasiya şikayəti vermə müddətini ötürdüyünü göstərərək vəsatətinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim R.M.Abdulov, hakimlər Ə.S.Seyfəliyev və Q.X.Babayevdən ibarət tərkib) 21 sentyabr 2020-ci il tarixli qərarı ilə Məhkum kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qərarından kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətində müdafiəçi Məhkum ağır xəstəliyə tutulduğunu, anasının xəstəliyi və bacısının vəfat etməsi səbəbindən vaxtında kassasiya şikayəti verə bilmədiyini qeyd etməklə, Bakı Apellyasiya Məhkəməsinin 21 sentybar 2020-ci il tarixli qərarını ləğv edilməsini və müddətin bərpasına dair yeni qərarın qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası iş materiallar ını nəzərdən keçirərək, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Y.Əliyevanın çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 410.1-ci maddəsinə əsasən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin q ərarlarından onların çıxarıldığı gündən 1 (bir) ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti təmin etmək hüququna mali kdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli qərarı qəbul edilərkən qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı gündən 1 8 (on səkkiz) ay müddətində verilir. Cinayət işini materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli qərarı Məhkum iştirakı ilə elan edilmiş, həmin qərar 15 noyabr 2017-ci il tarixli məktubla Məhkum təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmiş və müvafiq qərar həmin ilin dekabr ayında məhkuma təqdim edilmişdir. Lakin, Məhkum tərəfindən 26 iyul 2020-ci il tarixdə tərtib edilməklə imzalanmış kassasiya şikayəti 04 avqust 2020-ci il tarixdə apellyasiya məhkəməsinə göndərilmiş və 11 avqust 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məhkəmə kollegiyası göstərilən hallara qiymət verərək belə qənaətə gəlir ki, məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 Bakı A pellyasiya Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətini üzrsüz səbəbdən buraxdığından həmin müddət bərpa edilməməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan v ə hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-381/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-381/2021
29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver