Məhkəmə qərarları › İş №1(102)-381/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-381/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-381/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə məhkum edilməsin ə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 17 sentyabr tarixli, 1(107)-342/2024 nömrəli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Məhkəməsinin (X4) 2024-cü il 22 may tarixli, 1(039)-30/2024 nömrəli hökmü ilə, xx.xx.1978-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Məhkum CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona bəraət verilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 29 sentyabr 2023-cü il tarixdən hesablanması, ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməsi və onun narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Xəqani Səmədovdan ibarət tərkibdə) 2024-cü il 17 sentyabr tarixli, 1(107)-342/2024 nömrəli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, hökm təqsirləndirilən şəxs Məhkum CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsi və ona verilmiş ittihamdan "qəsdən satış məqsədi ilə qanunsuz olara q narkotik vasitə olan heroini əldə etmiş, saxlamış, satmış və”, "Belə ki, Məhkum, qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,478 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək 15 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Yevlax şəhəri ərazisində dəmiryolunun yaxınlığında həmin narkotik vasitə olan 0,478 qram heroini bir ədəd şəffaf rəngli sellofan bükümdə tanışı Şahid3 25 manat pul müqabilində satmış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid3 16 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Yevlax şəhəri Pişəvəri küçəsində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək üzərində həmin günü saat 18:50 dəqiqədən saat 1 9:20 dəqiqəyədək olan müddətdə müdafiəçi-vəkilin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində Şahid3ın əynində olan boz rəngli şalvarın sağ yancibində saxladığı Məhkum pul müqabilində aldığı bir ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş həmin 0,478 qram miqdarında narkotik vasitə olan heroın aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür.” sözlərinin xaric edilmiş, Məhkum təqsirliliyi sübuta yetirilmədiyindən, lakin, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hökm qanuni qüvvəyə mindikdən sonra Şahid3 üzərindən aşkar edilmiş narkotik vasitənin kimi tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması, sonuncuya satılması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, maddi sübut Şahid3 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin qalıq çəkisi (0,378 qram) araşdırma sona çatanadək Yevlax RPŞnin maddi sübutların saxlanılma otağında saxlanılması hissədə ləğv edilmiş, həmin hissədə yeni ittihamedici hökm çıxarılmış, Məhkum CM-in 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-in 234.1-ci maddələri ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına mə hkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin tutulduğu gündən, yəni 29 sentyabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. İŞİN HALLARİ: İttihamın mövqeyinə və apellyasiya instansiyası məhkəməsinin hökmünə əsasən Məhkum qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,478 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək 15 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Yevlax şəhəri ərazisində dəmiryolunun yaxınlığında həmin narkotik vasitə olan 0,478 qram heroini bir ədəd şəffaf rəngli sellofan bükümdə tanışı Şahid3 25 manat pu l müqabilində satmış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid3 16 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Yevlax şəhəri Pişəvəri küçəsində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək üzərində həmin günü saat 18:50 dəqiqədən saat 19:20 dəqiqəyədək olan müddətdə müdafiəçi vəkilin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Şahid3 əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı Məhkum pul müqabilində aldığı bir ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş həmin 0,478 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, Məhkum qəsdən satış məq sədi olmadan qanunsuz olaraq bır ədəd gümüşü-ağ rəngli bükülüdə şəxsi istehlak miqdarından artıq miqdarda 0,921 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Məhkum 29 sentyabr 2023-cü il tarixdə saat 15:00 radələrində Yevlax şəhəri Şəhriyar küçəsində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək üzərində həmin günü saat 15:50 dəqiqədən saat 16:20 dəqiqəyədək olan müddətdə müdafiəçi-vəkilin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində yəni əynində olan göy rəngli cins şalvarın sağ yan cibində 1 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş bükülüdə ola n həmin 0,921 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə kollegiyası məhkəmə araşdırması aparsa da, real həqiqətləri ortaya qoymaq üçün faktiki halları tam və hərtərəfli araşdırılmamış, məhkəmə proseslərində əldə edilmiş sübutlara ədalətli hüquqi qiymət verməmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək bildirmişdir ki, o, 29 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı Yevlax şəhər Şəhriyar küçəsində olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət etmişlər. Yevlax RPŞ-də vəkili Müdafiəçi iştirakı ilə və video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən, yəni əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində çəkisi 0,921 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Onun üzərindən aşkar edilərək götürülmüş heroin onun özünə məxsusdur. O, narkotik vasitə istifadəçisdir və həmin heroini istifadə etmək üçün üzərində saxlamışdır. Bundan başqa, o, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə saat 14: 30 radələrində yaşadığı Şəhriyar küçəsilə gedərkən dəmiryolunun kənarında yerdən tapmış və həmin heroini istifadə etmək məqsədi ilə cibinə qoymuşdur. Daha sonra o, həmin heroinin bir hissəsini həmin günü istifadə etmiş və geri qalanını daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. Lakin polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə polis şöbəsində onun üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman həmin heroin üzərindən aşkar edilərək götürülmüşdür. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. O, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində yaşadığı Şəhriyar küçəsilə gedərkən dəmiryolunun kənarında yerdən tapdığı narkotik vasitə olan heroini heç kimə satmamış və verməmişdir. Onun istifadəsində mobil nömrə yoxdur. O, Şahid3 tanısa da, lakin h eç bir zaman həmin şəxsə narkotik vasitə satmamışdır. O, ümumiyyətlə, nə Niyaməddinə, nədə ki, başqa şəxsə narkotik vasitə satmamışdır. Müdafiəçi kasssasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-342/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün ləğv edilməsi və Məhkum barəsində CM-in 234.2-ci maddəsinə aid hissədə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 234.1 və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 202 4cü il 17 sentyabr tarixli hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məh kəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayı r. Müdafiəşi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma CM-in 234.2-ci maddəsi ilə bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidi r. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – haki min həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçıs ının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, Məhkum CM-in 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,478 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək, 15 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Yevlax şəhəri ərazisində dəmiryolunun yaxınlığında həmin 0,478 qram heroini bir ədəd şəffaf rəngli sellofan bükümdə tanışı Şahid3 25 manat pul müqabilində satmış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid3 16 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Yevlax şəhəri Pişəvəri küçəsində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək üzərində həmin günü saat 18:50 dəqiqədən saat 19:20 dəqiqiəyədək olan müddətdə müdafiəçi vəkilin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Şahid3 əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı Məhkum pul müqabilində aldığı bir ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş həmin 0,478 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmilə şdirilib, qablaşdırılaraq götürülmüşdür. Birinci instansiya məhkəməsi Məhkum CM-in 234.2-ci maddəsi ilə bəraət verərkən öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Bundan başqa təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasında verdiyi ifadəsində Şahid3 narkotik vasitə satmadığını qeyd etmişdir. Həmçinin iş üzrə tədqiq edilmiş digər sübutlarla Məhkum Şahid3 narkotik vasitə satması tam təkzib olunur. Belə ki: - ibtidai istintaq zamanı Məhkum ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Məhkum bir daha Şahid3 narkotik vasitə satmadığını sonuncunun üzünə qarşı demişdir (əsas: iş materiallarında olan “Üzləşdirmə haqqında” 30 sentyabr 2023-cü il tarixli protokol, səh. 74-76); - ibtidai istintaq zamanı Məhkum və Şahid3 üzərlərindən aşkar olunmuş narkotik vasitə heroinin kimyə vi tərkiblərinə dair müvafiq ekspertiza keçirilmiş və müəyyən olunmuşdur ki, həmin narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər (əsas: iş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 noyabr 2023-cü il tarixli, 17/797 nömrəli rəyi, səh. 136-139). İbtidai istintaq orqanı Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə etməsi, saxlaması, satması ilə bağlı ittiham irəli sürərkən yalnız iş üzrə Şahid3 ifadəsinə istinad etmişdir ki, bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Məhkum narkotik vasitə almadığını bildirmişdir...” Apellyasiya instansiya məhkəməsi Məhkum CM-in 234.2-ci maddəsi ilə təqsirli bilərək m əhkum edərkən, qəbul etdiyi hökmü aşağıdakı kimi əsaslandırmışdır: “...Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutların işığında belə bir qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin bəraətin əsası kimi istinad etdiyi “təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasında verdiyi ifadəsində Şahid3 narkotik vasitə satmadığını qeyd etmişdir. İbtidai istintaq zamanı Məhkum və Şahid3 üzərlərindən aşkar olunmuş narkotik vasitə heroinin kimyəvi tərkiblərinə dair müvafiq ekspertiza keçirilmiş və müəyyən olunmuşdur ki, həmin narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Məhkum narkotik vasitə almadığını bildirmişdir” halı sonuncu barəsində CM-in 234.2-ci maddəsi ilə bəraət hökmünün çıxarılması üçün əsas ola bilməz......Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Təhlil olunan işdən bəlli olur ki, birinci instansiya məhkəməsi Məhkum CM-in 234.2-ci maddəsi ilə baraət verərkən gəldiyi nəticəni onunla əsaslandırmağa çalışmışdır ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasında verdiyi ifadəsində Şahid3 narkotik vasitə satmadığını qeyd etmişdir. İb tidai istintaq zamanı Məhkum və Şahid3 üzərlərindən aşkar olunmuş narkotik vasitə heroinin kimyəvi tərkiblərinə dair müvafiq ekspertiza keçirilmiş və müəyyən olunmuşdur ki, həmin narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Məhkum narkotik vasitə almadığını bildirmişdir. Halbuki, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində xx.xx.2023-cü il tarixdə üzərində aşkar edilərək götürülmüş narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri ərazisində dəmiryolunun kənarında 25 manat müqabilində Məhkum aldığını etiraf etmişdir. Həmçinin, Şahid3 təqsirləndirilən şəxs Məhkumla ibtidai istintaq zamanı üzləşdirilərkən də ifadəsində qeyd olunan xüsusatları sonuncunun üzünə demişdir. Digər tərə fdən məhkəmə kollegiyası onu da xatırladır ki, Şahid3 həmin ifadələri özünün sərbəst iradəsi ilə vermişdir. Ona hər hansı bir təsir və təzyiq göstərilməsi ilə bağlı məhkəmə baxışına hər hansı bir sübut təqdim edilməmişdir. Bundan əlavə sonuncu ibtidai istintaq zamanı verdiyi ifadələrində ona verilən suallara cavab olaraq ona polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təzyiqlərin olmadığını bildirmişdir (Şahid3 cinayət işi səh.241). Bundan başqa, Şahid3 məhkəmə baxışında verdiyi ifadələrində gah Qaraçılardan 13-14 qram narkotik maddəni 25 manata alddığını, gah da Yevlax şəhəri ərazisində dəmiryolunun yaxınlığında yerdən tapdığını bildirməklə ziddiyyətli ifadələr vermişdir. Halbuki, əməliyyat tapşırığına verilmiş cavabdan aydın olur ki, Məhkum xx.xx.2024cü il tarixdə Şahid3 25 manat m üqabilində narkotik vasitə heroini satmışdır. Bundan əlavə, Məhkum barəsində “həbs” qətimkan tədbiri seçilərkən izahatında 15 gün əvvəl Niyaməddindən 15 manat müqabilində narkotik vasitə aldığını, Şahid3 30 manat borcu olduğunu və həmin borcu qaytarmadağı üçün sonuncunun üzünə duraraq ondan narkotik vasitə alması barədə ifadə verdiyini göstərmişdir. Göründüyü kimi, Məhkum özünü müdafiə etmək üçün verdiyi ifadəsində Şahid3 30 manat borcu olduğunu və həmin borcu qaytarmadağı üçün sonuncunun üzünə duraraq ondan narkotik vasitə alması barədə ifadə verdiyini göstərsə də, öz növbəsində Şahid3 məhkəmə baxışında verdiyi ifadəsində polis əməkdaşları təzyiq etdiyi üçün həmin məzmunda ifadə verdiyini göstərmişdir...” Apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, həmin məhkəmənin Məhkum CM-in 234.2-ci maddəsi ilə təqsirli bilərək məhkum edərkən istinad etdiyi yeganə sübut məhz Şahid3 ibtidai istintaq zamanı müstəntiqə vermiş olduğu ifadədir. Həmin məhkəmə Şahid3 ifadələrini hökmdə geniş formada təhlil etmiş və apellyasiya instansiyası məhkəməsinə məlum olmuşdur ki, Şahid3 hər dəfə müxtəlif məzmunlu ifadələr verir, hər dəfə hadisələri müxtəlif forma və məzmunda şərh edir. CPM-in 145.1-ci maddəsinin məzmunundan da görünür ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidr. Göründüyü kimi, CPM-də sübutların qiymətləndirilməsinin nədən ibarət olması, sübutlar qiymətləndirilərkən hansı testlərdən keçməsinin zəruriliyi ətraflı şəkildə təsvir edilmişdir. Bu maddənin məzmunundan da aydın olur ki, qiymətləndirmənin mühüm meyarlarından biri də sübutun mötəbərliyidir. Hər dəfə eyni hadisə barədə müxtəlif məzmunda ifadə verən şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut kimi qəbul edərkən apellyasiya instansiyası məhkəməsi yanlışlığa yol vermiş və bu zaman hansı səbəbdən və əsaslarla məhkəmə kollegiyası müstəntiqə verilən ifadəni daha mötəbər, açıq məhkəmə iclasında məhkəmə tərkibi qarşısında verilən ifadəni qeyrimötəbər hesab etdiyini əsaslandıra bilməmiş, ümumiyyətlə, yalnız bir şahidin ifadəsini əsas götürməklə, yəni yalnız bir sübut əsasında şəxsin məhkum edilməsinin mümkünlüyünə, bir şahid ifadəsinin şəxsi məhkum etmək üçün kifayət etməsinin əsaslarına hökmdə münasibət bildirməmi ş, bununla da, CPM-in 145-ci maddəsinin tələblərini pozmuşdur. Məhkum CM-in 234.2-ci maddəsi ilə təqsirli bilərək məhkum edən apellyasiya instansiyası məhkəməsinin mövqeyinin əsassızlığı cinayət işinin materiallarında olan sübutların məcmuyu ilə də təsdiq edilir. Belə ki, cinayət işinin materiallarından görünür ki, həm Şahid3, həm də Məhkum barəsində olan cinayət işlərinin təhqiqat və istintaqı Yevlax rayon Polis şöbəsində aparımışdır. Hazırki iş üzrə şahid qismində dindirilən Şahid3 xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılır və onun üzərindən narkotik vasitə aşkar edilir. Həmin tarixdən 13 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə polisə Məhkum narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması və istehlakı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olur. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə polisdə Məhkum narkotik vasitəni satması ilə bağlı heç bir məlumat yoxdur və bu səbəbdən o, məhz istehlak etdiyi üçün saxlanılır və ona CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilir. Əgər xx.xx.2023-cü il tarixdə Şahid3 saxlanırarkən narkotik vasitəni Məhkum aldığını bildirmiş olsa idi, bu zaman Məhkum da əməliyyat məlumatı əsasında deyil, Şahid3 ifadəsi əsasında 13 gün sonra deyil, dərhal, həmin tarixdə saxlanılacaqdı, eyni zamanda, əməliyyat məlumatı əsasında narkotik vasitəni istehlak etməsi ilə bağlı deyil, N.İmanqulievə narkotik vasitəni satması ilə bağlı saxllanılacaqdı. Lakin nədənsə, işin bu mühüm halları apellyasiya instansiyası məhkəməsinin nəzərindən kənarda qalmışdır. Məhkum bütün istintaq ərzində də narkotik vasitənin satışı ilə məşğ ul olmadığını bildirmişdir. Bundan əlavə, hazırkı iş üzrə Şahid3 barəsində olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(039)-54/2024 nömrəli hökmündən də görünür ki, Şahid3 onun üzərindən aşkar edilmiş 0,478 qram olan narkotik vasitə heroini tapdığnı ifadəsində bildirmiş və ona qarşı ittiham da hökmdə narkotik vasitənin alınması kimi deyil, tapılması kimi əks olunmuşdur. Həmin hökmdən apellyasiya şikayəti və protesti verilməmiş və hökm qanuni qüvvəsini almışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi hökmdə sübut qismində qəbul etdiyi əməliyyat məlumatı ilə bağlı belə bir cümlədən də istifadə etmişdir: “Halbuki, əməliyyat tapşırığına verilmiş cavabdan aydın olur ki, Məhkum xx.xx.2024-cü il tarixdə Şahid3 25 manat müqabilində narkotik vasitə heroini satmı şdır.” Əməliyyat tədbiri nəticəsində əldə olunmuş məlumatı sübut növü kimi qiymətləndirərkən apellyasiya instansiya məhkəmə CPM-in 137-ci maddəsinin tələblərini pozmuş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2ci maddəsinin bəzi müddəlarının şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqelərinin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqe yinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsin in "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində müəyyən edilən qaydalara görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini cinayət işi üzrə toplanmış sübutların məcmuyu əsasında müəyyən etmək mümkün deyil. Bu səbəbdən CPM-in 42.1.4-cü maddəsinə əsasən Məhkum CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən, onun CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair hissədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli hökmü ləğv edilməli və Məhkum barəsində CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməli, hökmdən CM-in 66.2-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməlidir. Bundan əlavə, birinci instansiya məhkəməsinin hökmündə n görünür ki, Məhkum CMin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum eidlmiş, cəzaçəkməsinin başlanğıcı 29 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsinin hökmü ilə məhkuma CM-in 234.1ci maddəsi ilə təyin edilmiş cəza dəyişdirilmədən saxlanılmışdır. Məhkum barəsində CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinə xitam verildiyindən və o, CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığından, hazırda o, məhkəmə iclas zalında azad edilməlidir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçinin kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2024-cü il tarixli hökmü, Məhk um Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair hissədə ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.3-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2024-cü il tarixli hökmü, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair hissədə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş cinayət təqibinə bəraətverici əsaslarla xitam verilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2024-cü il tarixli hökmündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilsin. Məhkum təqsirli bilinərək məhkum edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardığından məhkəmə iclas zalında dərhal azad edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar