Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-382/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun, Məhkum1 müdafiəçisi-vəkil Məmişov Bəylər Sahib oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 311.3.1-ci və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Ceyhun Əliyev tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən və məruzəçi), A.İ.Paşayev və İ.X.Həsənzadə) xx xxxx 2019-cu İl tarixli hökmü ilə, Məhkum1-xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Vergilər Nazirliyi yanında Bakı şəhər Kiçik sahibkarlıqla iş Departamentinin vergi ödəyicilərinə xidmət və uçat idarəsinin 8-ci zona üzrə şöbəsinin d övlət vergi müfəttişi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev-75, mənzil 15-də qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası CM-nin 311.3.1-ci və 313-cü maddələri ilə təqsirli bilinərək 311.3.1-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə CMnin 62-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 313-cü maddəsi ilə 01 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanmaqla qəti olaraq 02 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla məhkum edilmişdir. Məhkum2- x xxxxxxxx 1985-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli Vergilər Nazirliyi yanında Bakı şəhər Kiçik sahibkarlıqla iş Departamentinin vergi ödəyicilərinə xidmət və uçat idarəsinin 3-cü zona üzrə şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamlş, ü1da qeydiyyatda olmaqla yaşamış Azərbaycan Respublikası CM-nin 311.3.1-ci və 313-cü maddələri ilə təqsirli bilinərək 311.3.1-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsi t ətbiq edilməklə 01 il 06 ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə CMnin 62-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 313-cü maddəsi ilə 01 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanmaqla qəti olaraq 02 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla məhkum edilmişdir. İşin halları: Məhkə mənin hökmünə əsasən Məhkum1 və Məhkum2 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, Məhkum1 x xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin 8-ci zona üzrə şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləyərkən Azərbaycan Respublikası Vergilər nazirinin x xxx 2017-ci il tarixli **********596700 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Əsasnaməsi”nin 7.41-ci bəndinə əsasən, Bakı şəhəri ərazisində zonalar üzrə vergi ödəyiciləri ilə məlumatlandırma və maarifləndirmə xarakterli tədbirlərin, o cümlədən ünvanlı xidmətlərin göstərilməsinin həyata keçirilməsi, vergi ödəyicilərinə göstərilən ünvanlı xidmət zamanı vergi qanunvericiliyinin tələblərinin pozulması halları, habelə faktiki məlumatların vergi orqanlarında mövcud baza məlumatlarına uyğun olmadığı aşkar edildikdə vergi ödəyicilərini bu barədə məlumatlandırmaq, qeyd olunan halların aradan qaldırılması barədə onları xəbərdar etmək və bildirişlər təqdim etmək, aşkar edilmiş hallar barədə məlumatları AVİS-ə daxil etmək və görülmüş tədbirlərin nəticələrinin Departamentin aidiyyəti strukturuna göndərilməsini təmin etmək, uçota alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin və ya təsərrüfat subyektlərinin, o cümlədən sadələşdirilmiş vergini aylıq sabiq məbləğdə ödəməli olan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin vergi orqanında uçota alınması ilə bağlı müvafiq tədbirlər görmək, həmin Nazirliyin verdiyi göstəriş və tapşırıqların vaxtında və düzgün şəkildə icrasını təmin etmək, vergi ödəyicilərinin vergi öhdəliklərinin monitorinqini həyat keçirtmək, digər vəzifə və səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin Departamentin baş direktor müavininin xx xxxx 2018-ci il tarixli **********7128 nömrəli Bakı şəhəri, Nərimanov rayonu ərazisində operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarı əsasında Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin 3-cü zona üzrə dövlət vergi müfəttişi Məhkum2 ilə birlikdə xx xxxx 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşməklə ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi “24 saat” adlı marketdə həyata keçirdikləri operativ vergi yoxlaması zamanı marketin v itrinində və onun altındakı seyfdə cəmi 3.000 (üç min) manat dəyərində, yəni külli miqdarda aksiz markası olmayan müxtəlif növ xarici ölkə istehsallı siqaretləri aşkar etmələrinə baxmayaraq, qabaqcadan əlbir olan bir qrup şəxs qismində edəcəkləri qanunsuz hərəkətə, yəni həmin marketin satıcısı X2 həmin dəyərdə aksiz markası olmayan siqaretlərin satışının qanunsuz həyata keçirilməsinin cinayət məsuliyyəti yaratması ilə əlaqədar xx xxxx 2018-ci il tarixdə həmin marketin içərisində Məhkum2 və özünə həmin məsuliyyətdən kənar qalmasında köməklik göstərilməsinə görə şəxsən birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyi təklif etməsindən sonra, özü və Məhkum2la cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq xxx rüşvət qismində pul verməsi təklifini qəbu l etməklə, özü və qabaqcadan əlbir olduğu Məhkum2 üçün şəxsən birbaşa yolla maddi nemət olan 1.000 (bir min) manat pul müqabilində aşkar olunmuş həmin siqaretlərin sayının sənədləşmə zamanı bilərəkdən azaldılmasına və xxx cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb olunmasına görə ondan həmin tarixdə qeyd edilən marketin qarşısında həmin məbləğdə pulu rüşvət qismində istəmiş, sonuncunun buna razılıq verməsindən sonra onunla birlikdə aşkar etdikləri həmin siqaretləri götürüb özünün idarə etdiyi “Mercedes Benz E-280“ minik markalı, ** OG *** dövlət nömrə nişanlı avtomobilin yük yerinə yığıb, birlikdə “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən, eyni adlı parkın ərazisində fəaliyyət göstərən “Qala” çay evinə gedərək, orada 5 nömrəli otağa daxil olub xxx qeyd edilən məqsəd üçün maddi nemət olan 1.000 (bir min) manat pulu özü və qabaqcadan əlbir olduğu Məhkum2 üçün birbaşa yolla rüşvət qismində qabaqcadan əlbir olan bir qrup şəxs qismində alaraq öz aralarında bölməklə, daha sonra, həmin otaqda Məhkum2la birlikdə xxx həmin aksizsiz siqaretlərin satış dəyərinin 284 manat olması məzmunlu izahatını alıb sənədlərə imza etdirdikdən sonra, qabaqcadan əlbir olduğu Məhkum2la aralarında olan cinayətkar razılaşmaya əsasən, rüşvət qismində aldıqları pula görə sənədləşmənin qanuniliyi görüntüsünü yaratmaq üçün, keçirilmiş operativ vergi yoxlaması ilə bağlı qabaqcadan əlbir olduğu Məhkum2la birlikdə Departamentin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında tərtib etdikləri “Aksiz markası ilə markalanmalı olan malların, habelə dini təyinatlı ədə biyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların markalanmadan və ya saxta markalarla markalanmaqla satışının, satış məqsədilə saxlanılmasının və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasının aşkar edilməsi barədə” xx xxxx 2018-ci il tarixli 002675 seriya VN-2 nömrəli aktın, “Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta markalarla markalanmış malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların vergi ödəyicisindən götürülməsi” haqqında eyni tarixli 002412 seriya nömrəli protokolun, “Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta markalarla markalanmış malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcıla rında), audio və video materialların, mal və məmulatların” eyni tarixli siyahısının və inzibati xəta haqqında eyni tarixli 003774 seriya nömrəli protokolun məzmununa tamah niyyəti ilə həmin marketdə aparılan operativ vergi yoxlaması zamanı alış qiyməti 238 manat, satış qiyməti isə 284 manat olan 29 adda aksiz markası olmayan müxtəlif növ xarici ölkə istehsallı siqaretlərin aşkar edilməsinə dair bilə-bilə yalan məlumatlar daxil edib, həmin sənədlərdə müşahidəçilər - X5 və X3 adları qarşısındakı imzaları özü və Məhkum2 icra edərək vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edib qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə vəzifə saxtakarlığı etmiş, növbəti gün özü x1 zəng vuraraq onunla Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsində yer ləşən “Vinni kulinariyası” adlı mağazanın yaxınlığında görüşüb müsadirə etdikləri siqaretlərin aşkar olunmamış kimi razılaşdıqları hissəsini ona qaytarmışdır. Məhkum2, xx xxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin 3-cü zona üzrə şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləyərkən Azərbaycan Respublikası vergilər nazirinin x xxx 2017-ci il tarixli **********596700 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Əsasnaməsi”nin 7.41-ci bəndinə əsasən, Bakı şəhəri ərazisində zonalar üzrə vergi ödəyiciləri ilə məlumatlandırma və maarifləndirmə xarakterli tədbirlərin, o cümlədən ünvanlı xidmətlərin göstərilməsinin həyata keçirilməsi, vergi ödəyicilərinə göstərilən ünvanlı xidmət zamanı vergi qanunvericiliyinin tələblərinin pozulması halları, habelə faktiki məlumatların vergi orqanlarında mövcud baza məlumatlarına uyğun olmadığı aşkar edildikdə vergi ödəyicilərini bu barədə məlumatlandırmaq, qeyd olunan halların aradan qaldırılması barədə onları xəbərdar etmək və bildirişlər təqdim etmək, aşkar edilmiş hallar barədə məlumatları AVİS-ə daxil etmək və görülmüş tədbirlərin nəticələrinin Departamentin aidiyyəti strukturuna göndərilməsini təmin etmək, uçota alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin və ya təsərrüfat subyektlərinin, o cümlədən sadələşdirilmiş vergini aylıq sabiq məbləğdə ödəməli olan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin vergi orqanında uçota alınması ilə bağlı müvafiq tədbirlər görmək, həmin Nazirliyin verdiyi göstəriş və tapşırıqların vaxtında və düzgün şəkildə icrasını təmin etmək, vergi ödəyicilərinin vergi öhdəliklərinin monitorinqini həyat keçirmək, digər vəzifə və səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin Departamentin baş direktor müavininin xx xxxx 2018-ci il tarixli **********7128 nömrəli Bakı şəhəri, Nərimanov rayonu ərazisində operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarı əsasında Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin 8-ci zona üzrə dövlət vergi müfəttişi Məhkum1 ilə birlikdə xx xxxx 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşməklə ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi “24 saat” adlı marketdə həyata keçirdikləri operativ vergi yoxlaması zamanı marketin vitrinində və onun altındakı seyfdə cəmi 3.000 (üç min) manat dəyərində, yəni külli miqdarda aksiz markası olmayan müxtəlif növ xarici ölkə istehsallı siqaretləri aşkar etmələrinə baxmayaraq, qabaqcadan əlbir olan bir qrup şəxs qismində edəcəkləri qanunsuz hərəkətə, yəni həmin marketin satıcısı X2 həmin dəyərdə aksiz markası olmayan siqaretlərin satışının qanunsuz həyata keçirilməsinin cinayət məsuliyyəti yaratması ilə əlaqədar xx xxxx 2018-ci il tarixdə həmin marketin içərisində Məhkum1 və özünə həmin məsuliyyətdən kənar qalmasında köməklik göstərilməsinə görə onlar üçün şəxsən birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyi təklif etməsindən sonra, özü Məhkum1lə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq xxx rüşvət qismində pul verməsi təklifini qəbul etməklə, özü və qabaqcadan əlbir olduğu Məhkum1 üçün şəxsən birbaşa yolla maddi nemət olan 1.000 (bir min) manat pul müqabilində aşkar olunmuş həmin siqaretlərin sayının sənədləşmə zamanı bilərəkdən azaldılmasına və xxx cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb olunmasına görə ondan həmin tarixdə qeyd edilən marketin qarşısında həmin məbləğdə pulu rüşvət qismində istəmiş, sonuncunun buna razılıq verməsindən sonra onunla birlikdə aşkar etdikləri həmin siqaretləri götürüb Məhkum1 idarə etdiyi “Mercedes Benz E-280“ minik markalı, ** OG *** dövlət nömrə nişanlı avtomobilin yük yerinə yığıb, birlikdə “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən, eyni adlı parkın ərazisində fəaliyyət göst ərən “Qala” çay evinə gedərək, orada 5 nömrəli otağa daxil olub H.Kərimlidən qeyd edilən məqsəd üçün maddi nemət olan 1.000 (bir min) manat pulu özü və qabaqcadan əlbir olduğu Məhkum1 üçün birbaşa yolla qabaqcadan əlbir olan bir qrup şəxs qismində rüşvət qismində alaraq öz aralarında bölməklə, daha sonra, həmin otaqda Məhkum1lə birlikdə xxx həmin aksizsiz siqaretlərin satış dəyərinin 284 manat olması məzmunlu izahatını alıb sənədlərə imza etdirdikdən sonra, qabaqcadan əlbir olduğu Məhkum1lə aralarında olan cinayətkar razılaşmaya əsasən, rüşvət qismində aldıqları pula görə sənədləşmənin qanuniliyi görüntüsünü yaratmaq üçün, keçirilmiş operativ vergi yoxlaması ilə bağlı isə qabaqcadan əlbir olduğu Məhkum1lə birlikdə Departamentin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti otağın da tərtib etdikləri “Aksiz markası ilə markalanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların markalanmadan və ya saxta markalarla markalanmaqla satışının, satış məqsədilə saxlanılmasının və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasının aşkar edilməsi barədə” xx xxxx 2018-ci il tarixli 002675 seriya VN-2 nömrəli aktın, “Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta markalarla markalanmış malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların vergi ödəyicisindən götürülməsi” haqqında eyni tarixli 002412 seriya nömrəli protokolun, “Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta ma rkalarla markalanmış malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların” eyni tarixli siyahısının və inzibati xəta haqqında eyni tarixli 003774 seriya nömrəli protokolun məzmununa tamah niyyətilə həmin marketdə aparılan operativ vergi yoxlaması zamanı alış qiyməti 238 manat, satış qiyməti isə 284 manat olan 29 adda aksiz markası olmayan müxtəlif növ xarici ölkə istehsallı siqaretlərin aşkar edilməsinə dair biləbilə yalan məlumatlar daxil edib, həmin sənədlərdə müşahidəçilər - X5 və X3 adları qarşısındakı imzaları özü və Məhkum1 icra edərək vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edib qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə vəzifə saxtakarlığı etmiş, aralarında əvvəlcədən əldə olunmuş ümumi razılaşmaya əsasən növbəti gün Məhkum1 x2 zəng vuraraq onunla Bakı şəhx2nu, X12 küçəsində yerləşən “Vinni kulinariyası” adlı mağazanın yaxınlığında görüşüb müsadirə etdikləri siqaretlərin aşkar olunmamış kimi razılaşdıqları hissəsini ona qaytarmışdır. Hər iki məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət itthamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: R.K.Səfərov (sədrlik edən və məruzəçi) Q.X.Babayev və Ə.İ.Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Ceyhun Əliyev tərəfindən verilmiş kassasiya protesti verərək həmin qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Ceyhun Əliyev kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə müəyyən etdiyi cəzanı yüngülləşdirən halları kifayət qədər əsaslandırmamış, cinayətin və təqsirləndirilən şəxsin ictimai təhlükəliliyini kifayət qədər azaldan hallar olmadığı halda Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsini tətbiq edərək hər iki təqsirləndirilən şəxsə təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 311.3.1-ci maddəsinin sanksiyasının aşağı həddindən də az cəza təyin etmişdir. Rüşvət alma cinayətinin obyekti dövlət hakimiyyəti nin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərdir. Həmin cinayət normal tərkibli olmaqla alınan rüşvət müqabilində müəyyən işin görülüb-görülməməsindən, həmin işi görməyə hazırlığın olub-olmamasından asılı olmayaraq maddi və sair nemətin, imtiyazın və ya güzəştin bütövlükdə, yaxud bir hissəsinin istənildiyi, alındığı və ya bu barədə təklifin və ya vədin qəbul edildiyi andan bitmiş sayılır. Məhkumların cinayət əməlləri tam sübut olunmuşdur. Məhkumlara təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi ilə müəyyən edilmiş cəzanın məqsədlərinə də uyğun hesab edilməməlidir. Ona görə də kassasiya protestinin təmin edilməsini xahiş etmişdir. Məh kəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı Ceyhun Əliyev, kassasiya protestinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan fakt ları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya protestinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Kassasiya protestində göstərilmişdir ki məhkumların cinayət əməlləri tam sübut olunmuşdur. Məhkumlara təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi ilə müəyyən edilmiş cəzanın məqsədlərinə uyğun hesab edilməməlidir. Ona görə də kassasiya protestinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkə məsinin hökmündə məhkumlara Azərbaycan Respublikası CM-nin 311.3.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqini aşağıdakı kimi əsaslandırmışdır: Təqsirləndirilən şəxs Məhkum1 ilk dəfə olaraq cinayət hadisəsi törətməsini, himayəsində üç azyaşlı uşaqlarının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını onun cəzasını yüngülləşdirən hal, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs Məhkum2 ilk dəfə olaraq cinayət hadisəsi törətməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını onun cəzasını yüngülləşdirən hal, Azərbaycan Respublikası CM- nin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 8-ci bəndində qeyd edilmişdir ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin tö rədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsi ilə cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulan bu halı və digər cəzanı yüngülləşdirən halların məcmusunu Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin əməlini müstəsna hal kimi qiymətləndirir və hesab edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 311.3.1-ci maddəsi ilə müəyyən edilmiş cəzanın aşağı həddindən də az cəza təyin edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq bu nəticəyə gəlmişdir ki, Məhkum1 və Məhkum2 cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək, onlara təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddən də az cəza təyin edilməsini məqsədə müvafiqdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sı birinci instansiya məhkəməsinin cəza təyini zamanı gəldiyi nəticələri dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.2-ci maddəsinə əsasən törədilmiş ci nayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlara cəza təyini zamanı birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halların məcmusunun nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 311.3.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də aşağı həddə təyin edilməsi onların islah edilməsinin mümkünlüyünə əsas vermişdir. Ona görə də kassasiya protesti təmin edilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiya sı, Qərara aldı: Dövlət ittihamçısının kassasiya protesti təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-382/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-382/2020
10.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver