Məhkəmə qərarları › İş №1(102)-382/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-382/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-382/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X8 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əli Məmmədov (sədrlik edən və məruzəçi), Telman Hüseynov və Fikrət Qəribovdan ibarət tərkibdə) 1(101)-201/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, 1 (bir) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 4, mənzil 6-da qeydiyyatda olan və həmin ünvanda yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 46.2-ci maddəsinə əsasən ona Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri üzrə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 46.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi üzrə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılmış, toplanılmış əlavə cəza əsas cəzaya birləşdirilmiş və Məhkum qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəkləri hərəkətə və bilə-bilə qanunsuz hərəkətlər etməyə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə qeyrisini vahid niyyətlə təhrik etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, təqsirləndirilən şəxs Məhkum xx xxxxx 2018-ci il tarixdən xx xxxx 2019-cu il tarixədək Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsinin sahə inspektoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı X2 övladı X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Vüqar İsmayılovun xeyrinə hər hansı köməklik göstərilməsinə dair Rəsmiyyə İsmayılovanın özünə müraciəti ilə əlaqədar, sonuncuya özünün daxili işlər orqanlarında işləməklə geniş əlaqələrə malik olmasını, həmçinin özünün həmin Polis İdarəsinin yüksək rütbəli səlahiyyətli vəzifəli şəxsi ilə yaxın münasibətdə olmasını, həmin münasibətdən istifadə edərək qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Vüqar İsmayılovun xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun törətdiyi cinayət əməlinin kütləviinformasiya vasitələrində işıqlandırılmaması üçün həmin qurumlara məlumat verilməməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 600 (altı yüz) manat pul vəsaitinin verilməsinin zəruriliyini yalandan bildirib, həmin adla 2018-ci ilin avqust ayının 1-də Nəsimi rayonu ərazisində X9 ilə görüşüb ondan 600 (altı yüz) manat məbləğində pul vəsaitini almışdır. Məhkum aldığı pul vəsaitini guya qeyd edilən məsələ ilə məşğul olan vəzifəli şəxsə təqdim etməsi görüntüsü yaratmaqla Rəsmiyyə İsmayılovanı inandırmaq üçün həmin tarixdə Bakı şəhəri, Azadlıq prospekti 60 ünvanında yerləşən Nəsimi RPİ-nin inzibati binasına daxil olub, bir müddət sonra binadan çıxmaqla, həmçinin eyni niyyətlə Vüqar İsmayılovun həmin cinayət işi üzrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X17 küçəsində yerləşən 1 saylı Respublika Psixiatriya xəstəxanasına yerləşdirilərək xeyrinə məhkəmə-psixiatrik və psixoloji ekspertizası rəyinin alınması ilə əlaqədar Rəsmiyyə İsmayılovaya həmin xəstəxananın səlahiyyətli vəzifəli şəxsləri, o cümlədən ekspertləri ilə yaxın münasibətdə olmasını, həmin münasibətdən istifadə edərək qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Vüqar İsmayılovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni qeyd edilən cinayət işi üzrə sonuncunun xeyrinə olacaq məhkəmə-psixiatrik və psixoloji ekspertizası rəyinin verilməsinə görə özü vasitəsilə birbaşa yo lla maddi nemət olan 2300 (iki min üç yüz) manat pul vəsaitinin verilməsinin zərurliyini yalandan bildirib, həmin adla 2018-ci ilin sentyabr ayının əvvəllərində Rəsmiyyə İsmayılovanın yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi 104 saylı evdə ondan 2300 (iki min üç yüz) manat məbləğində pul vəsaitini almaqla, həmçinin eyni niyyətlə həmin cinayət işi üzrə zərərçəkmiş şəxsin barəsində keçiriləcək məhkəmə-tibbi ekspertizası rəyinin Vüqar İsmayılovun xeyrinə verilməsi ilə əlaqədar Rəsmiyyə İsmayılovaya həmin ekspertizanın keçiriləcəyi qurumun səlahiyyətli vəzifəli şəxsi ilə yaxın münasibətdə olmasını, həmin münasibətdən istifadə edərək qeyd edilən vəzifəli şəxsələrə, o cümlədən ekspertlərə xidməti vəzifəsinin icrası ilə əlaqədar Vüqar İsmayılovun xeyrinə edəcəyi bilə-bilə qanuns uz hərəkətə, yəni qeyd edilən cinayət işi üzrə sonuncunun xeyrinə olacaq məhkəmə-tibbi ekspertizası rəyinin verilməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 5000 (beş min) manat pul vəsaitinin verilməsinin zərurliyini yalandan bildirib, həmin adla 2018-ci ilin sentyabr ayının sonlarında Rəsmiyyə İsmayılovanın yaşadığı həmin evdə ondan 5000 (beş min) manat məbləğində pul vəsaitini almaqla, həmçinin eyni niyyətlə, qeyd edilən cinayət işinin guya Nəsimi rayon Polis İdarəsinin icraatından götürülərək istintaqının davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş X4 dair İşlər üzrə İstintaq İdarəsinə göndərildiyini yalandan bildirərək, özünün həmin idarənin səlahiyyətli vəzifəli şəxsi ilə yaxın münasibətdə olmasını, həmin münasibətdən istifadə edərək qeyd edilən vəzifəli şəxsə xi dməti vəzifəsinin icrası ilə əlaqədar Vüqar İsmayılovun xeyrinə edəcəyi hərəkətə, yəni cinayət işinin istintaqının Vüqar İsmayılovun xeyrinə olacaq şəkildə davam etdirilməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 9600 (doqquz min altı yüz) manat pul vəsaitinin verilməsinin zərurliyini yalandan bildirib, həmin adla 2018-ci ilin noyabr ayında Rəsmiyyə İsmayılovanın yaşadığı həmin evdə ondan 9600 (doqquz min altı yüz) manat məbləğində pul vəsaitini almaqla, həmçinin eyni niyyətlə iş üzrə zərərçəkmiş şəxsin barəsində əlavə məhkəmə-tibb ekspertizasının aparılmasını və ekspertiza nəticəsində veriləcək rəyin Vüqar İsmayılovun xeyrinə dəyişdirilməsinin zəruri olmasını Rəsmiyyə İsmayılovaya yalandan deyərək, həmin ekspertizanı aparan ekspertlə yaxın münasibətdə olmasını, həmin münasib ətdən istifadə edərək qeyd edilən ekspertə xidməti vəzifəsinin icrası ilə əlaqədar Vüqar İsmayılovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni qeyd edilən cinayət işi üzrə zərər çəkmiş şəxs barəsində əlavə məhkəmə- tibbi ekspertizası rəyinin Vüqar İsmayılovun xeyrinə olacaq məzmunda verilməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 4500 (dörd min beş yüz) manat pul vəsaitinin verilməsinin zərurliyini yalandan bildirib, həmin adla 2018-ci ilin dekabr ayının əvvəllərində Rəsmiyyə İsmayılovanın yaşadığı həmin evdə ondan 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini alıb, aldığı pul vəsaitini guya qeyd edilən məsələ ilə məşğul olan ekspertə təqdim etməsi görüntüsü yaratmaqla Rəsmiyyə İsmayılovanı inandırmaq üçün sonuncunun qaynı X10 ilə birlikdə ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin inzibati binasına yaxınlaşıb tək şəkildə binaya daxil olub, bir müddət sonra binadan çıxmaqla, həmçinin eyni niyyətlə, həmin ilin dekabr ayının sonlarında artıq cinayət işi mahiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildikdən sonra məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxsin barəsində aparılan əlavə məhkəmə-tibbi ekspertizasının rəyinin Vüqar İsmayılovun xeyrinə dəyişdirilməsinin zəruriliyini Rəsmiyyə İsmayılovaya yalandan deyib, həmin ekspertizanın keçiriləcəyi qurumun səlahiyyətli vəzifəli şəxsi ilə yaxın münasibətdə olmasını, həmin münasibətdən istifadə edərək qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Vüqar İsmayılovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni qeyd edilən məhkəmə-tibbi ekspertizası rəyinin sonuncunun xeyrinə olacaq məzmunda verilməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 3800 (üç min səkkiz yüz) manat pul vəsaitinin verilməsinin zərurliyini yalandan bildirib, həmin adla 2018- ci ilin dekabr ayının sonlarında Rəsmiyyə İsmayılovanın yaşadığı həmin evdə ondan 3800 (üç min səkkiz yüz) manat məbləğində pul vəsaitini almaqla, ümumilikdə qeyd edilən hərəkətləri ilə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Rəsmiyyə İsmayılovanın xeyli miqdarda, yəni ümumilikdə 25800 (iyirmi beş min səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq cinayətini törətmişdir. Bundan başqa, Məhkum Rəsmiyyə İsmayılovanı ayrı -ayrı vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Vüqar İsmayılovun xeyrinə edəcəkləri hərəkətə və bilə-bilə qanunsuz hərəkətlər etməyə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə vahid niyyətlə təhrik etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Kamran Əkbərovdan ibarət tərkibdə) 1(103)-488/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi2 verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilsin, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4 və 32.4,312.2 maddələri ilə elan olunmuş ittihamdan CM-in 32.4,312.2 maddələri xaric edilsin, həmçinin CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi Müdafiəçi2 onunla əsaslandırmışdır ki, həm birinci, həm də apellyasiya instansiya məhkəmələrinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmir və məhkəmə onun tərəfindən məhkəmə iclasında tədqiq ediimiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiiyyətil təsir göstərən sübutları nəzərə almamış, nəticədə təqsirləndir ilən Məhkum əməli Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin müvafiq bəndləri ilə yanaşı yanlış olaraq həm də bu Məcəllənin 32.4,312.2-ci maddələri ilə tövsif edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X5 hökmdə əksini tapmış ifadəsindən görünür ki, Məhkum ona sahə müvəkkili vəzifəsində işlədiyini, müxtəlif vəzifədə tanışlarının olduğunu bildirərək oğluna köməklik göstərəcəyini demiş, kömək etmək adı ilə ondan pu! istəmişdir. O da Azərlə razılaşaraq, hökmdə qeyd olunan məbləği ona hissə-hissə vermişdir. X1 ifadəsində də görünür ki, Məhkum onun valideynlərinə tanıdığı şəxslərin çox olmasını söyləyərək Vüqara kömək edəcəyini bildirmişdir. O və valideynləri Azərin onlara kömək edə biləcəyini düşünmüşlər. Beləliklə, istər Rəsmiyyə və Fatimə İsmayılovaların, istər sə də şahid kimi dindirilmiş digər şəxslərin hökmdə göstərilmiş ifadələrindən görünür ki, Məhkum onlara övladlarına kömək etmək barədə vəd verərkən nəinki hansısa konkret səlahiyyətli vəzifəli şəxsin adını çəkməmiş, ümumiyyətlə pulu hansısa vəzifəli şəxsə vermək adı ilə aldığını deməmişdir. Belə olan halda, İsmayıloviarın övladlarına ediləcək kömək əvəzinə verdikləri pul vəsaitinin rüşvət predmetinə çevrilməsi barədə məhkəmənin gəldiyi nəticə vaxtından tez və yanlış olmuşdur. Halbuki, «Dələduzluq işlərinə dair məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli 7 saylı qərarının 38-cı bəndində göstərilir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərə kətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adi ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb r o keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-cl maddəsi), hər də rüşvət vermə və təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir Başqa sözlə, Məhkum dələduzluqla yanaşı, AR CM-in 32,4, 312.2-ci maddəsi İlə ittiham etmək üçün o, pulu şahid ifadələrində qeyd olunduğu kimi Vüqar İsmayılovun işi ilə əlaqədar ediləcək köməyin əvəzi kimi yox, konkret vəzifəli şəxsə vermək adı ilə almalı, başqa sözlə rüşvətxorluqda vasitəçilik missiyasını üzərinə götürməli, ən azı hansısa vəzifəli şəxsin adını çəkməli, pulu verən şəxs yaxud şəxslər isə verdikləri pul vəsaitinin ifadələrdə qeyd olun duğu kimi ediləcək köməyin əvəzi kimi yox, rüşvət olduğunu dərk etməli idi, Beləliklə, yuxanda qeyd olunanlardan başqa, nəticə etibarilə hər iki instansiya məhkəməsi həm də anoloji işlərdə tövsifilə bağlı məhkəmə- istintaq təcrübəsində mövcud olan fərqli yanaşmaları nəzərə almamış, Məhkum CM-in 32.4,312.2-ci maddələri ilə təqsirli bilinməsini yalnız öz mülahizələri əsasında həll etmişlər Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən ka ssasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllər inə dair birinci və apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum kassasiya şikayətinin ilkin dəlili onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona həmin maddələr ilə bəraət verilməməsinin əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegi yası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, Məhkum törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı qismən etiraf etsə də, onun təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, ekspertiza rəyləri ilə, maddi sübutla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, o, birinci instansiya üzrə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o İsmayılov Fazil adlı şəxslə birlikdə özünə məxsus avtomobil ilə Bayraq meydanından şəhərin mərkəzi istiqamətində hərəkət edərkən Fazilin mobil telefonuna zəng gəlmişdir. Fazil zəng edən şəxsin qardaşı olduğunu, qardaşının oğlu Vüqarın tutulduğunu ona demiş və ondan 21-ci Polis Bölməsinə birlikdə getməsini xahiş etmişdir. O da Fazil ilə razılaşmış və onlar birlikdə 21-ci Polis Bölməsinə getmişlər. Polis Bölməsinə çatdıqda Fazilin qardaşı İlqarın və qardaşının yoldaşı Rəsmiyyənin çöldə dayandığını görmüşdür. Fazil içəri daxil olaraq Polis Bölməsindəki təhqiqatçı ilə danışmışdır. Onun isə heç nədən xəbəri olmamış v ə həmin vaxt o, Fazili öz avtomobilində gözləmişdir. Bir müddət keçdikdən sonra Fazil onun yanına gələrək demişdir ki, “Mən gedirəm. Axşam mənimlə qardaşımgilə gedərik”. O da Fazillə razılaşmış və axşam o, Fazillə birlikdə Fazilin qardaşı İlqarın evinə getmişdir. Fazil qardaşının ailəsini və anasını onunla tanış etmişdir. Sonra Fazil ondan psixiatriya ekspertizası barəsində köməklik etməsini xahiş etmişdir. O da bununla bağlı maraqlanacağını Fazilə demişdir. Lakin həmin vaxt o, Fazilin qardaşı İlqardan heç bir pul vəsaiti almamışdır. Sonradan ona məlum olmuşdur ki, ekspertiza məsələsini həll etmək üçün İlqar qardaşı Fazilə 4500 (dörd min beş yüz) manat pul vermişdir. Bunu Fazil özü ona demişdir. Hətta İlqar ona zəng edərsə Fazilin 4500 (dörd min beş yüz) manat pulu ona verdiyini İlqara dem əsini xahiş etmişdir. O da İlqara, İlqarın arvadı Rəsmiyyəyə və İlqarın qızı Fatiməyə Fazilin ona 4500 (dörd min beş yüz) manat məbləğində pulu ona çatdırdığını bildirmişdir. Lakin Fazil ona 4500 (dörd min beş yüz) manat məbləğində pul verməmişdir. Təqsirləndirilən şəxs, həmçinin ifadəsində bildirdi ki, o, 9600 (doqquz min altı yüz) manat məbləğində pulu Rəsmiyyədən prokurorluq adı ilə aldığını xatırlasa da, qalan pulların hansı adla aldığını xatırlamır. O, Rəsmiyyədən 4 (dörd) dəfəyə ümumilikdə 19600 (on doqquz min altı yüz) manat məbləğində pul almışdır. Onun İlqardan və Rəsmiyyədən aldığı 19600 (on doqquz min altı yüz) manat məbləğində pulun hamısı İlqara və Rəsmiyyəyə qaytarılmışdır. Fazilin ona 4500 (dörd min beş yüz) manat məbləğində pul verməməsinə baxmayaraq, onun qohumları tərəfin dən İlqara və Rəsmiyyəyə həmin pul da qaytarılmışdır. O, Vüqar İsmayılovun işi üzrə heç vaxt ekspertlə, müstəntiqlə və Vüqarın işinə baxan hakimlə görüşməmiş və Vüqarla bağlı onlarla söhbət etməmişdir. Təqsirləndirilən şəxs Məhkum ifadəsində dələduzluq cinayətini törətdiyini, bu hərəkətinin səhv olduğunu bildirsə də, heç kimi vəzifəli şəxslərə rüşvət verməyə təhrik etmədiyini, bunun yalan olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhz bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmiş və onun əməllərin dən CM-in 32.4,312.2-ci maddələrinin xaric edilməsi üçün heç bir qanuni əsas yoxdur, işə baxan məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Məhkum kassasiya şikayətinin digər dəli li məhkəmələr tərəfindən ona təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayə tin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddə sinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Məhkum cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, məhkəmə istintaqında səmimi ifadə verməsini, bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, dələduzluq cinayəti nəticəsində vurulmuş maddi ziyanın onun qohumları tərəfindən ibtidai araşdırma dövründə tam şəkildə ödənilməsini, ali təhsilli olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən ha llar kimi nəzərə alaraq ona CM-in 178.2.3, 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası (sanksiya həddi dörd min manatdan yeddi min manatadək cərimə, bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəza növləri nəzərdə tutulmuş), CM-in 32.4,312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası (sanksiya həddi səkkiz min manatdan on iki min manatadək cərimə, dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəza növləri nəzərdə tutulmuş) təyin etmişdir. Birinci instansiya məhkəməsi də cəza təyin edərkən maddələrin sanksiyalarının minimum həddində cəza təyin etmişdir. Belə cəzanı heç də ağır hesab etmək mümkün deyildir. Həmçinin, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin bu barədəki dəliləri ilə razılaşmaq olmur. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə k assasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaş ır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli Məhkum barəsindəki qərar dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.ayıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar