Məhkəmə qərarları › İş №1(102)-382/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-382/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-382/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Bəraət almış şəxs - X6, Müdafiəçilər – Abşeron Rayon Vəkil Bürosunun vəkilləri Əliyev Ramin Rasim oğlunun və Quliyev Eldəniz Mənaf oğlunun iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli hökmü ilə X7 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 1(124)-2/2023 nömrəli (hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Fikrət Hüseyn oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünva nında qeydiyyatda olmaqla, faktiki olaraq xxxx qeydiyyatsız evdə yaşayan X7 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal həbsdən azad olunması; xxxxxxx-ci ildə Sabirabad rayonu, x kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, xxxx qeydiyyatda olmaqla, xxxx qeydiyyatsız evdə faktiki yaşayan X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı Məmmədov S amir Nazim oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 avqust 2023-cü il tarixli 1(105)-354/2023 nömrəli (hakimlər: Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrliyi və məruzəsi ilə), Rəhimov Elman Gülbaba oğlu və Əhmədov Elman Məmməd oğlu oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 2 34.4.3-cü maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o, qeyri-rəsmi ailə münasibətində olduğu X20 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirib qazanc əldə etmək barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb xx.xx.2020-ci il tarixdə istifadəsində olan mobil telefonun xxx- xxx-xx-xx GSM nömrəsi ilə Bəraət almış şəxsnın istifadəsində olan ***-***-**-** GSM nömrəsinə zəng edərək, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Papanin» adlanan məhəllədən istintaqa məlum olmayan tanımadığı şəxsdən alıb, birlikdə yaşadıqları X yerləşən fərdi yaşayış evinin yataq otağındakı çarpayının altına q oyduğu, içərisində bir ədəd bükümdə külli miqdarda, yəni təmiz çəkisi 7,505 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxil olan psixotrop maddə metamfetamin, bir ədəd bükümdə külli miqdarda, yəni təmiz çəkisi 25,970 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxil olan narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda, yəni təmiz çəkisi 34,807 qram olan tünd qəhvəyi rəngli maddə kustar ü sulla hazırlanmış həmin Siyahıya daxil olan narkotik vasitə tiryək və elektron tərəzi olan qutunu, şəxsiyyəti istintaqla müəyyən edilməsi mümkün olmayan şəxsə verməsini tələb etmiş və Bəraət almış şəxs öz cinayət əməlinin ictimai təhlükəliliyini dərk edərək, satış məqsədilə həmin külli miqdarda narkotik vasitə olan heroini, tiryəki, psixotrop maddə olan metamfetamini və elektron tərəzini evdən götürüb əldə etməklə daşıyıb üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə saat 22:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Füzuli küçəsində yerləşən «Alişan» marketin yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron RPİ-yə gətirilmiş və xidməti otaqda keçirilən şəxsi axtarış zamanı üzərində olan q utunun içərisindən həmin bir ədəd bükümdə təmiz çəkisi 7,505 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 25,970 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 34,807 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və elektron tərəzi aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən həmçinin X9 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o, qeyrirəsmi ailə münasibətində olduğu X13 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop mad dələrin satışını həyata keçirib qazanc əldə etmək barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb Bəraət almış şəxs1 xx.xx.2020ci il tarixdə istifadəsində olan mobil telefonun ***-***-**-** GSM nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** GSM nömrəsinə zəng edərək, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Papanin» adlanan məhəllədən istintaqa məlum olmayan tanımadığı şəxsdən alıb, birlikdə yaşadıqları X yerləşən fərdi yaşayış evinin yataq otağındakı çarpayının altına qoyduğu, içərisində bir ədəd bükümdə külli miqdarda, yəni təmiz çəkisi 7,505 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağ an edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxil olan psixotrop maddə metamfetamin, bir ədəd bükümdə külli miqdarda, yəni təmiz çəkisi 25,970 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxil olan narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda, yəni təmiz çəkisi 34,807 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış həmin Siyahıya daxil olan narkotik vasitə tiryək və elektron tərəzi olan qutunu, şəxsiyyəti istintaqla müəyyən edilməsi mümkün olmayan şəxsə verməsini tələb etmiş və o, öz cinayət əməlinin ictimai təhlükəliliyini dərk edərək, satış məqsədilə həm in külli miqdarda narkotik vasitə olan heroini, tiryəki, psixotrop maddə olan metamfetamini və elektron tərəzini evdən götürüb əldə etməklə daşıyıb üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə saat 22:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Füzuli küçəsində yerləşən «Alişan» marketin yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron RPİ-yə gətirilmiş və xidməti otaqda keçirilən şəxsi axtarış zamanı üzərində olan qutunun içərisindən həmin bir ədəd bükümdə təmiz çəkisi 7,505 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 25,970 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təm iz çəkisi 34,807 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və elektron tərəzi aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul edilmişdir. Belə ki, məhkəmələr qəbul etdikləri qərarlarında əsassız olaraq, mövcud sübutları obyektiv və işin faktiki hallarına uyğun təhlil etməyərək biri digərini təkzib edən ziddiyyətli mövqe nümayiş etdirərək, “SMS” və telefon danışıqlarına dair məlumatları və işin hallarını düzgün şərh etməyərək təqsirləndirilən şəxs X6 üzərinə “şəxsi axt arış və baxış keçirilməsi haqqında” protokol, x-nın izahat, şübhəli və təqsirləndirilən şəxsin ifadələrini, həmçinin X3 işin halları ilə bağlı ifadələrini qeyri-mötəbər sübut kimi dəyərləndirib hər iki təqsirləndirilən şəxsə bəraət verilməsi barədə nəticəyə gəlmişlər. Məhkəmələrin gəldiyi qənaət (Bəraət almış şəxsnın saxlanılması 28 oktyabr 2020ci il tarixdə saat 22:30-da Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Füzuli küçəsində yerləşən “Alişan” marketin yaxınlığında piyada hərəkət edən zaman deyil, bundan 2 saat əvvəl, yəni həmin tarixdə saat 20:30 yaşadığı evdə baş vermişdir) güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan deyil, subyektiv mülahizələrdən ibarət olmuş, yalnız təqsirləndirilən şəxslər və yaxınlarının ifadələrinə istinad edilməklə hasil olunmuş qənaət olmuşdur. Belə ki, Bəraət almış şəxs, Şahid4 və Şahid1 əməliyyat axtarış tədbiri keçirilən tarixdə və saatlarda mobil telefonlarından çıxan və gələn zənglərin Xırdalan şəhəri ərazisində yerləşən eyni anten dairələrində qeyd edilməsi təqsirləndirilən şəxslərə verilmiş ittihamları təkzib və təsdiq etmək üçün mötəbər və dayanıqlı sübut kimi qiymətləndirilə bilməz. Təcrübəyə əsasən işlək vəziyyətdə olan mobil telefonun müəyyən bir anten qülləsinin əhatə dairəsində olması onun birmənalı şəkildə məhz sözügedən qüllənin yanında olması anlamına gəlmir, telefonun qüllədən (şandan) kilometrlərlə uzaqda olması təkzib edilməzdir. Hətta müəyyən anten qülləsinin (şanın) yaxınlığında, əhatə dairəsində olan mobil telefonun daha uzaqda yerləş ən antenə qoşulması mümkündür. "xxxx" MMCnin məktublarında qeyd edilir ki, hər hansı inzibati vahidi və onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa, telekommunikasiya xidmətlərindən istifadə zamanı cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalması zamanı hansı şanın olması dəyişə bilər. Bəraət almış şəxs1 və Bəraət almış şəxsnın ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmə istintaqı zamanı ifadələrində əvvəlki ifadəsində göstərdiyi xüsusatları ilkin ifadə zamanı onlara qarşı polis əməkdaşları tərəfindən təzyiq olması arqumentləri ilə təkzib etmişdir. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırdığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilmə sinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. İş materiallarına əsasən X adlı şəxsin nəinki polis əməkdaşı, ümumiyyətlə hüquq mühafizə orqanlarının hər hansı əməkdaşı olması, hüquq mühafizə orqanları ilə əməkdaşlıq edən şəxs olması müəyyən edilmir. Əksinə, qeyd edilən şəxsin Bəraət almış şəxs1nın köhnə tanışının olması əvvəllər də Bəraət almış şəxs1dan narkotik vasitə əldə etməsi aşkar müəyyən edilir. “SMS” mətnlərindən aşkar müəyyən edilir ki, həmin gün də X adlı şəxs narkotik vasitə əldə etmək üçün Bəraət almış şəxs1nın yaşadığı ünvana getmiş, lakin Bəraət al mış şəxs1 evdə olmadığına görə narkotik vasitə əldə edə bilməmiş, Bəraət almış şəxsnın üzərindən aşkar edilmiş narkotik vasitənin X adlı şəxsin təhriki ilə əldə edilməsi müəyyən edilməmişdir. Bəraət almış şəxs1 və Bəraət almış şəxsnın tutulması ilə bağlı bütün əməliyyat tədbirlərinin əsası kimi polis provokasiyası olması, həmin provokasiya isə təhrikçi agent Şahid4 tərəfindən icra edilməsi ilə bağlı məhkəmənin gəldiyi qənaət subyektiv mülahizələr və ehtimallardan başqa hər hansı mötəbər sübutlara əsaslanmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxs X20 və müdafiəçilər Əliyev Ramin Rasim oğlu və Quliyev Eldəniz Mənaf oğlu ayrı-ayrılıqda çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 avqust 2023-cü il tarixli qərarın ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi nin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyin i kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X7 və X9 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəx sin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. A zərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürm əklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta y etirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, X3 və X6 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşıması ilə bağlı verilmiş ittihamlar üzrə təqsirlilikləri sübuta yetirilməmişdir. Məhkəmələr cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, isti ntaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişlər ki, təqsirləndirilən şəxs X13 və X20 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla yanaşı, həmçinin X3 və X6 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsiri sübuta yetirilməmiş və gəlinən nəticə aşağıdakı sübutların məcmusu ilə əsaslandırılmışdır. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, istintaq hərəkəti Abşeron RPİ-nin inzibati binasında saat 23:30-da başlanılmış və saat 23:47-də başa çatmışdır. Protokola əsasən həmin vaxt Bəraət almış şəxs əlində tutduğu qara rəngli qutunun içərisindən çıxarmaqla narkotik vasitə olan heroinə və tiryəkə bənzər 2 ədəd, eləcə də psixotrop maddə olan metamfetaminə bənzər 1 ədəd büküm, cəmi 3 büküm və bir ədəd elektron tərəzi təqdim etməklə bu bükümlərin əri Bəraət almış şəxs1ya məxsus olmasını və onun dediyi yerə qoymaq üçün evdən çıxdıqda polis əməkdaşları tərəfindən saxlanıldığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan raporta, şübhəli şəxsin tutulması haqqında, şəxsi axtarış və götürmə aparılması haqqında protokollara və verilmiş ittihamla istintaq orqanının gəldiyi nəticəyə əsasən Bəraət almış şəxs 28 oktyabr 2020-ci il tarixdə saat 22:30-da Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Füzuli küçəsində yerləşən “Alişan” marketin yaxınlığında piyada hərəkət edən zaman saxlanılmaqla həmin andan azadlığı faktiki məhdudlaşdırılmışdır. (cild 1, vər. 10, 21, 30-32). Bununla yanaşı cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 28 oktyabr 2020-ci il tarixli qərarda da Bəraət almış şəxsnın tutulduğu tarix və vaxt kimi 28 oktyabr 2020-ci il tarix saat 20:30 göstərilmişdir. (cild 1, vər. 20). İstər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11, X23, X4 və X15 oxşar məzmunlu if adələr verərək X-in “Alişan” marketin qarşısından deyil, polis əməkdaşları tərəfindən evdən aparıldığını, onun evdən çıxmadığını və onda hər hansı bir narkotik vasitənin olmadığını, o cümlədən həm Bəraət almış şəxs, həm də şahid X ilkin olaraq evə X adlı şəxsin gələrək X-i soruşduğunu, ona Xin evdə olmadığı deyildikdə onun getdiyi və bir neçə dəqiqə sonra evə polislərin Xlə birlikdə daxil olduğunu göstərmişlər. Cinayət işinin materiallarında olan “SMS” mətnlərindən də görünür ki, 28 oktyabr 2020-ci il tarixdə saat 20:30-da Bəraət almış şəxs öz istifadəsində olan ***-***-**-** nömrəsindən X-in istifadəsində olan ***-***-**-** nömrəsinə “X burda səni soruşdu gəlmə evə məni yığ tez” mətnli yazmış, saat 20:31-də isə Şahid4 öz istifadəsində olan 055- *****-** nömrəsində Bəraət almış şəxs1nın ** *-***-**-** nömrəsinə “X qardaş mən məhlədəyəm” mətnli “SMS” yazmışdır. Bununla yanaşı həmin tarixdə saat 21:31-də Bəraət almış şəxs1nın ***-***-**-** nömrəsindən Bəraət almış şəxsnın istifadəsindən olan ***-*****-** nömrəsinə göndərilən “Ürəyim qorxma gəlirəm sən heç yana çıxma” və saat 21:39-da qardaşı X-nın arvadı X-ın istifadəsində olan ***-***-**-** nömrəsinə yazdığı “X37 tapşır X-ı aparmağa qoymasınlar, arxayınam” “SMS” mətnlərindən bəlli olur ki, artıq saat 21:31-də polis əməkdaşları evə daxil olmuşlar, bu haqda Bəraət almış şəxs1nın məlumatı olmuş və o, Bəraət almış şəxsnı sakitləşdirməklə onun polis əməkdaşları tərəfindən tutulmasının qarşısını almağa çalışmışdır. Həmçinin mobil rabitə antenalarının əhatə dairəsi üzrə məlumatlara nəzər yetirdikdə, Bəraət almış şəxs xx.xx.2020-ci i l tarixdə saat 16:12 dəqiqədən başlamaqla eyni ünvanda, yəni “H.Aliyev 17A Xırdalan/Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsi” yerləşən antenlərin əhatə dairəsinə sabit olaraq qalmış, yalnız saat 22:04-dən etibarən onun anten əhatəsinin dairəsi “Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 27.28”, “Xırdalan Embawood” və “Khirdalan_H_Aliyev_pros1/ ünvan 4 ünvanına doğru dəyişmişdir. Eyni ilə Şahid4 istifadəsində olan ***-***-**-** mobil telefon nömrə polis əməkdaşı Şahid1lə əlaqə saxlamaqla saat 19:30-da Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində olmuş, saat 20:31-dən etibarən isə sabit olaraq Bəraət almış şəxsnın olduğu “H.Aliyev 17A Xırdalan/Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsi” antenin əhatə dairəsində saat 22:01-dək olmuş, sonra isə saat 22: 24də onun olduğu anten dairəsi yenidən Bəraət almış şəxsnın olduğu “Khirdalan_H_Aliyev_pros1/ ünvan 4 dairəsinə uyğun olmuşdur. Bundan başqa, əməliyyat müvəkkili Şahid1 də xx.xx.2020-ci il tarixdə saat 20:27-də “H.Aliyev 17A Xırdalan/Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsi” antenin əhatə dairəsində olmuş, həmçinin onun telefon nömrəsi ittihamda qeyd olunan Bəraət almış şəxsnın yaşadığı ünvan olan ünvanını göstərmiş və həmin gün saat 22:18 Bəraət almış şəxs və Şahid4la eyni marşrut üzrə hərəkəti göstərməklə “Khirdalan_H_Aliyev_pros1/ ünvan 4 ünvan üzrə antenin əhatə dairəsində olması qeyd olunmuşdur. Kassasiya məhkəmə kollegiyası qeyd olunan hallarla yanaşı, Bəraət almış şəxsnın polis əməkdaşları tərəfindən küçədə (polis əməkdaşlarının ifadələrinə əsasən) saxlanıldığı zaman vi deoçəkilişin aparılmamasını və həmin polis əməkdaşlarının bu videoçəkilişin aparılmasına maneə yarada biləcək hər hansı bir hala istinad etməmələrini, Bəraət almış şəxsnın tutulma yeri və zamanı ilə bağlı əsaslı şübhələrin formalaşması barədə aşağı instansiya məhkəmələrinin gəlmiş olduğu qənaət ilə də razılaşır. Apellyasiya icraatı zamanı dindirilmiş bəraət almış şəxs X13 və X20 onlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etmişdir. Bəraət almış şəxs izahat və ifadələrin mətnində, eləcə də video çəkilişdə narkotik vasitələrin aludəçisi olmadığını göstərməsinə baxmayaraq, həm izahat da, həm də ifadələrdə narkotik vasitələrin sa tışı ilə məşğul olub-olmaması ilə bağlı verilən eyni suala “Xeyr, mən narkotik vasitələrin satışı ilə məşğul olmuram, yalnız öz şəxsi istifadəm üçün əldə etmişəm” cavab verməsi göstərilmişdir. Bundan başqa, Bəraət almış şəxsnın şübhəli şəxs qismində dindirilməsinə dair protokolda onun dövlət hesabına hüquqlarını müdafiə edən vəkili tərəfindən aşağıdakı mətn yazılmışdır: “X ilə şübhəli şəxs qismində dindirmə keçirilməzdən əvvəl konfidensial görüş zamanı o, əvvəl verdiyi izahatını təzyiq edildiyinə görə verdiyini dedi onun küçədə saxlanılmadığını, polis əməkdaşlarının onun yaşadığı evə girərək narkotik vasitəni evdən tapdığını deyərək, izahatında qeyd edilənlərin həqiqət olmadığını bildirdi, lakin bir qədər sonra ifadə verərkən fikirlərini dəyişərək əvvəlki izahatını təsdiq etdiyini bilirdi. ” O cümlədən, BNMİ-nin sorğuya cavab olaraq göndərdiyi məktubda göstərilmişdir ki, X20 28 oktyabr 2020-ci il tarixdə saat 22:30-da Xırdalan şəhəri ərazisində saxlanılmış, prosessual hərəkətlərin keçirilməsi üçün Abşeron RPİ-yə dəvət edilmiş, prosessual hərəkətlər yekunlaşdıqdan sonra Abşeron RPİ-nin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Abşeron RPİ-nin isə sorğuya cavab olaraq göndərdiyi məktubdan və məktuba əlavə edilmiş edilmiş qeydiyyat kitablarının kserosurətindən görünür ki, Bəraət almış şəxs saxlanılmasından bir gün sonra, yəni 29 oktyabr 2020-ci il tarixdə saat 19:30-da Abşeron RPİ-nin MSY-ə daxil olmuşdur. Bundan başqa, Abşeron RPİ-nin məktubundan qeyd edilmişdir ki, 30 oktyabr 2020-ci il tarixdə müstəntiq x tərəfindən Bəraət almış şəxs ilə BNMİ-nin əməkdaşları arasında üzlə şdirmə keçirilmişdir. Lakin cinayət işinin materiallarında həmin tarixdə Bəraət almış şəxs ilə BNMİ-nin əməkdaşları arasında üzləşdirmə keçirilməsinə dair protokollar ümumiyyətlə müəyyən olunmamışdır. Qeyd olunan hallar isə ümumilikdə məhkəmələrdə haqlı olaraq Bəraət almış şəxsnın özünün təqsirli bilməsinə dair ifadəsinin təzyiq və təsir altında verilməsi barədə fikir doğurmuşdur. Cinayət işinin materiallarında olan mobil nömrələrdən əldə edilmiş “SMS”-lərə dair məlumatlara nəzər yetirdikdə müəyyən edilir ki, X X5 narkotik verməyə təhrik etməyə çalışmış, bunun üçün onun yaşadığı evə gəlmiş və onu gözləmiş, lakin Bəraət almış şəxs1 evə gəlmədiyindən polis əməkdaşları Bəraət almış şəxsnı evdən tutaraq aparmışlar. Şahid4 istifadəsində olan nömrəsinə gələn və gedən zənglər təhlil olunarkən, hə min siyahıda digər işlər üzrə şahid və təqsirləndirilən şəxs olan “x” ləqəbli X-in da onunla daima əlaqə saxlaması müəyyən edilmişdir. Şahid qismində dindirilmiş X35 əvvəl ona narkotik verdiyini bildirmiş, eyni zamanda qeyd etmişdir ki, X ona DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə əlaqədə olduğunu demişdir. Odur ki, qeyd olunanlarla yanaşı, Şahid4 mobil telefon nömrəsinin antena məlumatlarından görünür ki, Şahid4 polis əməkdaşları tərəfindən Bəraət almış şəxs və Bəraət almış şəxs1nın tutulması üçün təhrikçi agent qismində cəlb edilməsini təsdiq edir. Bu səbəbdən də, kassasiya məhkəmə kollegiyası X3 ibtidai istintaq zamanı özünə qarşı şahid və təqsirləndirilən şəxs qismində ibtidai istintaq zamanı verdiyi ifadələrin aldatma, təzyiq və təsir altında vermiş olduğundan və əsaslı şübhələr doğurduğundan, həmin ifadələrin mötəbər sübut kimi qəbul edilməməsi barədə aşağı instansiya məhkəmə kollegiyalarının gəlmiş olduqları nəticələr ilə razılaşır. Belə olduğu hallarda isə məhkəmələr haqlı olaraq təqsirləndirilən şəxslərin əleyhinə sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması ilə toplanıldığından, sübutlar qəsdən saxtalaşdırıldığından, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunduğundan və keçirilmiş əməliyyat-axtarış tədbirlərin cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə aparıldığından toplanılmış sübutların mötəbər olmaması barədə nəticəyə gəlmişlər. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə, apellyasiya instansiya sı məhkəməsinin bəraət hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərarında ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, X3 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliklərinin olmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya və Ali Məhkəməsinin Plenumlarının və Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, X7 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi cinayət və cinayətprosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxslərə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin bun a dair gəldiyi nəticənin və ümumilikdə qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsi ndə təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Resp ublikası CPM-nin yuxarıda göstərilən normalarının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifad ə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət itti hamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli hökmü ilə X7 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 avqust 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar