Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-382/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Əliyev Fərid Mehdi oğlunun və zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-381/2024 nömrəli, 11 sentyabr 2024-cü il tar ixli hökmündən Məhkum müdafiəçisi Əliyev Fərid Mehdi oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və nümayəndəsi Nümayəndə tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri və dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx xxxx-ci il tarixdə Göyçay rayonu Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Göyçay rayonu, Cəyirli kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 06 mart 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair itt iham irəli sürülmüşdür ona görə ki, o, 08 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu **-FA-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2106” markalı avtomobillə müştərini Göyçay rayonu, Cəyirli kəndindən götürüb Göyçay rayonu, Kürdəmiş kəndinə aparmaq üçün Göyçay-Bərgüşad avtomobil yolunun, Göyçay rayonu, Cəyirli kəndindən keçən hissəsində, üzü Ucar rayonu istiqamətində hərəkətdə olarkən, əmisi Şahid8 məxsus bağ sahəsinin qarşısından keçdikdə, yolun kənarında Göyçay rayonu, Kürdəmiş kənd sakini Şahid6 meyvə-tərəvəz məhsulları satdığı piştaxtanın qarşısında əvvəldən tanıdığı Göyçay rayonu, Kürdəmiş kənd sakini 10 mart 1967-ci il təvəllüdlü X2 əmisi oğlu Şahid1 ilə aqressiv formada əl-qol hərəkətləri ilə danışdığını görüb, avtomobilini yolun digər tərəfindən s axlayaraq, avtomobildən düşmədən nə baş verdiyini soruşmuş, bu zaman zərərçəkmiş şəxsin ona “sənlik deyil, aralan çıx get” deməsindən və əmisi oğlu Şahid1 da heç bir şey olmadığını deməsindən sonra, yoluna davam edərək, avtomobilində olan müştərini Kürdəmiş kəndinə düşürüb geri qayıdarkən, zərərçəkmiş şəxsin yenə də həmin piştaxtanın qarşısında əmisi oğlu Şahid1 üzərinə gedib, sonuncu ilə aqressiv formada əl-qol hərəkətləri ilə danışdığını görüb avtomobildən düşərək, sonunculara yaxınlaşıb nə baş verdiyini soruşmuş, bu zaman, zərərçəkmiş şəxsin danışıqlarından sonuncunun əmisi Şahid8 ilə mübahisəsi olmasını, əmisinin əleyhinə danışmasını və sərxoş olmasını görüb, sonuncunu sakitləşdirməyə çalışaraq, məsələni əmisi Şahid8la həll etməsini demiş, həmçinin zərərçəkmiş şəxsi iki dəfə yolun di gər tərəfindən olan avtomobilinə əyləşdirərək çıxıb getməsini demiş, sonuncu dəfə zərərçəkmiş şəxsi avtomobilinə əyləşdirib çıxıb getməsini dedikdən sonra, nə baş verdiyini öyrənmək üçün əmisi oğlunun yanına gedərkən, zərərçəkmiş şəxs yenidən avtomobilindən düşərək onlara yaxınlaşıb, əmisi Şahid8 qarşı nalayiq ifadələr işlətmiş, bundan sonra, yenidən zərərçəkmiş şəxsi sakitləşdirməyə çalışarkən, sonuncunun ona və əmisi Şahid8 qarşı nalayiq ifadələr işlətməsi, həmçinin “var-yox” söyüşü işlədərək onun üzərinə gəlməsini görüb, yumruq ilə zərərçəkmiş şəxsin sifət nahiyəsindən bir dəfə qəsdən vurmaqla sonuncunun ölümünə səbəb ola biləcək ictimai təhlükəli nəticələri görməli və görə biləcəyi halda bunları görməmiş həmin zərbə ilə zərərçəkmiş şəxsa dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid edilən sol göz yuvasıaltı, sol göz ətrafının qançırı, burun, sol əng və almacıq sümüklərinin çoxqəlpəli sınıqları xəsarətləri yetirdikdən sonra həmin zərbənin təsirindən zərərçəkmiş şəxsin öz boyu hündürlüyündən arxası üstə sürətlənmiş yıxılaraq, başın arxa sağ təpə nahiyəsinin bərk yer örtüyünə (üzərində müxtəlif forma və ölçülü daşlar olan geniş səthə) dəyərək dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən qapalı kəllə-beyin travması, təpə sümüyünün, sağ və sol gicgah sümüklərinin, sağ təpə sümüyünün qismən basılmış sınığı və ondan sol təpə və gicgah sümüklərinə yayılan xətti sınıq xəsarətləri fonunda beyin maddəsinə qansızma və dərəcəsinə görə sağlamlığa zərər vurmayan başın sol alın-təpə nahiyəsində qançır xəsarətləri alması nəticəsində ehtiyatsızlıqdan X2 08 sentyabr 20 23-cü il, saat 19:45 dəqiqədə müalicə aldığı Göyçay RMX-nın Reanimasiya şöbəsində ölməsinə səbəb olmuşdur. 3. 18 mart 2024-cü il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 08 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu **-FA-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2106” markalı avtomobil ilə müştərini Göyçay rayonu, Cəyirli kəndindən götürüb Göyçay rayonu, Kürdəmiş kəndinə aparmaq üçün Göyçay-Bərgüşad avtomobil yolunun, Göyçay rayonu, Cəyirli kəndindən keçən hissəsində, üzü Ucar rayonu istiqamətində hərəkətdə olarkən, əmisi Şahid8 məxsus bağ sahəsinin qarşısından keçdikdə, yolun kənarında Göyçay rayonu, Kürdəmiş kənd sakini Şahid6 meyvə-tərəvəz məhsulları satdığı piştaxtanın qarşısında əvvəldən tanıdığı Göyçay rayonu, Kürdəmiş kənd sakini 10 mart 1967-ci il təvəllüdlü X2 əmisi oğlu Şahid1 ilə aqressiv formada əl-qol hərəkətləri ilə danışdığını görüb, avtomobilini yolun digər tərəfindən saxlayaraq, avtomobildən düşmədən nə baş verdiyini soruşmuş, bu zaman zərərçəkmiş şəxsin ona “sənlik deyil, aralan çıx get” deməsindən və əmisi oğlu Şahid1 da heç bir şey olmadığını deməsindən sonra, yoluna davam edərək, avtomobilində olan müştərini Kürdəmiş kəndinə düşürüb geri qayıdarkən, zərərçəkmiş şəxsin yenə də həmin piştaxtanın qarşısında əmisi oğlu Şahid1 üzərinə gedib, sonuncu ilə aqressiv for mada əl-qol hərəkətləri ilə danışdığını görüb avtomobildən düşərək, sonunculara yaxınlaşıb nə baş verdiyini soruşmuş, bu zaman, zərərçəkmiş şəxsin danışıqlarından sonuncunun əmisi Şahid8 ilə mübahisəsi olmasını, əmisinin əleyhinə danışmasını və sərxoş olmasını görüb, sonuncunu sakitləşdirməyə çalışaraq, məsələni əmisi Şahid8la həll etməsini demiş, həmçinin zərərçəkmiş şəxsi iki dəfə yolun digər tərəfindən olan avtomobilinə əyləşdirərək çıxıb getməsini demiş, sonuncu dəfə zərərçəkmiş şəxsi avtomobilinə əyləşdirib çıxıb getməsini dedikdən sonra, nə baş verdiyini öyrənmək üçün əmisi oğlunun yanına gedərkən, zərərçəkmiş şəxs yenidən avtomobilindən düşərək onlara yaxınlaşıb, əmisi Şahid8 qarşı nalayiq ifadələr işlətmiş, bundan sonra, yenidən zərərçəkmiş şəxsi sakitləşdirməyə çalışarkən, sonun cunun ona və əmisi Şahid8 qarşı nalayiq ifadələr işlətməsi, həmçinin “varyox” söyüşü işlədərək onun üzərinə gəlməsini görüb, yumruq ilə zərərçəkmiş şəxsin sifət nahiyəsindən bir dəfə qəsdən vurmaqla sonuncunun ölümünə səbəb ola biləcək ictimai təhlükəli nəticələri görməli və görə biləcəyi halda bunları görməmiş həmin zərbə ilə zərərçəkmiş şəxsa dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid edilən sol göz yuvasıaltı, sol göz ətrafının qançırı, burun, sol əng və almacıq sümüklərinin çoxqəlpəli sınıqları xəsarətləri yetirdikdən sonra həmin zərbənin təsirindən zərərçəkmiş şəxsin öz boyu hündürlüyündən arxası üstə sürətlənmiş yıxılaraq, başın arxa sağ təpə nahiyəsinin bərk yer örtüyünə (üzərində müxtəlif forma və ölçülü daşlar olan geniş səthə) dəyərək dərəcəsinə görə sağlamlığa ağır zər ər vurmaya aid edilən qapalı kəllə-beyin travması, təpə sümüyünün, sağ və sol gicgah sümüklərinin, sağ təpə sümüyünün qismən basılmış sınığı və ondan sol təpə və gicgah sümüklərinə yayılan xətti sınıq xəsarətləri fonunda beyin maddəsinə qansızma və dərəcəsinə görə sağlamlığa zərər vurmayan başın sol alın-təpə nahiyəsində qançır xəsarətləri alması nəticəsində ehtiyatsızlıqdan X2 08 sentyabr 2023-cü il tarixdə, saat 19:45 dəqiqədə müalicə aldığı Göyçay RMX-nın Reanimasiya şöbəsinə ölməsinə səbəb olmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsi öldürmüşdür.
5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-138/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 124-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlı qdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 08 sentyabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı Mirzəyev Tofiq Mais oğlu apellyasiya protesti verib, hökmün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir.
7. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X6 və nümayəndəsi Nümayəndə ayrıayrılıqda apellyasiya şikayətləri verib, hökmün ləğv edilməsi, tə qsirləndirilən şəxs Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsindən həmin Məcəllənin 120.1ci maddəsinə tövsif olunması, onun həmin maddə ilə təqsirli bilinib, yüksək həddə cəza təyin olunması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-381/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli hökmü ilə zərərçəkmiş şəxsin hüquqi varisi X6 və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı Mirzəyev Tofiq Mais oğlu tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-138/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli hökmü ləğv edilmiş, Məhkum barəsində yeni ittiham hökmü çıxarılmış, Məhkum Azərbaycan Respublikası CM-nin 124.1 və 127.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəza cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 08 sentyabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Əliyev F ərid Mehdi oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və nümayəndəsi Nümayəndə ayrı-ayrılıqda kassasiya şikayətləri, dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu kassasiya protesti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
10. Məhkumun müdafiəçisi kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum əməlinin əlavə olaraq Azərbaycan Respublikası CM-nin 127-ci maddəsi ilə qiymətləndirilməsi əsassızdır. Məhkumun hərəkəti bir zərbədən ibarət olmuşdur. Bir hərəkətlə baş vermiş əməl Azərbaycan Respublikası CM-nin xüsusi hissəsinin müxtəlif maddələri ilə qiymətləndirilə bilməz. Məhkumun əməlinin nəticəsi şəxsin ehtiyatsızlıqdan ölümüdür, yəni Azərbaycan Respublikası CM-nin 124-cü maddəsinin tərkibini yaratmışdır. Əlavə olaraq şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 127- ci maddəsinə tətbiqi iş üzrə düzgün nəticəyə gəlməməsi ilə nəticələnir. Yəni şəxsin əməli Azərbaycan Respublikası CM-nin 124-cü maddəsi ilə tam əhatə olunur. Buna görə də hökm Azərbaycan Respublikası CM-nin 127-ci maddəsi üzrə cəza təyin edilməsi hissəsində ləğv edilməlidir. Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-381/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli hökmünün Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cəza təyin edilməsi hissəsində ləğv edərək, Məhkum Azərbaycan Respublikası CM-nin 124-cü maddəsi ilə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 və onun nümayəndəsi Nümayəndə verdikləri eyni məzmunlu kassasiya şikayətlərində qeyd etmişlər ki, apellyasiya instansiyası mə hkəməsi məhkumun əməlini Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsindən həmin Məcəllənin 124.1 və 127.1-ci maddələrinə tövsif edərkən qanunsuzluğa yol vermiş, əməl Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməli olduğu halda bunu etməmiş, qeyri-qanuni hökm çıxarmışdır. Hadisədən 2-3 gün əvvəl zərərçəkmiş şəxs zərərçəkmiş şəxs yolun kənarında olan, el arasında rus ağacı adlanan ağacın bir budağını kəsmiş və buna görə məhkumun əmisi Şahid8la aralarında mübahisə baş vermişdir. Bundan məlumat alan Şahid8 başqa şəxslərin yanında zərərçəkmiş şəxsin ardınca nalayiq söyüşlər söymüş və bunu eşidən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs həmin gün Əlinin oğlu Əlimövsüm Mahmudova yaxınlaşaraq atasının harada olmasını soruşmuşdur. Onlar arasında m übahisə baş vermiş və hadisə yerinə gələn Məhkum və Əlimövsüm əllərində olan küt alətlə zərərçəkmiş şəxsi döyməyə başlamışlar və onu döyərək qətlə yetirmişlər. X7 əlin içi, ovuc hissəsi ilə bir dəfə vurulmasından aldığı xəsarətdən deyil, bir neçə dəfə yumruq və ya küt əşya ilə vurulmasından aldığı xəsarətdən ölməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertizası və Patoloji Anatomiya birliyi hüquqi şəxsin ekspertləri tərəfindən iş üzrə keçirilmiş 09 yanvar 2024-cü il tarixli, T21/2024 nömrəli rəyi ilə birbaşa təsdiq olunur. Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-381/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli hökmünün ləğv olunması, Məhkum törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 124.1 və 127.1-ci maddə lərindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif olunması, bu maddə ilə təqsirli bilinib, maddənin sanksiyasının yuxarı həddində cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş olunmuşdur.
12. Kassasiya protestində qeyd edilmişdir ki, məhkumun törətmiş olduğu bir nəticədən ibarət cinayət əməlinin Azərbaycan Respublikası CM-nin iki maddəsi ilə, yəni cinayətlərin ideal məcmusu ilə tövsif edilməsi məhkəmənin gəlmiş olduğu yanlış qənaətin nəticəsidir. Verilmiş ittihamdan görünür ki, məhkum aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsə bir yumruq zərbəsi vurmuş, sonuncu həmin zərbənin təsirindən müvazinətini itirmiş və nəticədə başın təpə və gicgah nahiyələrinin yerə dəyməsi nəticəsində ağır xəsarətlər alaraq ölmüşdür. Məhkumun hərəkətlərində yalnız Azərbaycan Respublikası CM-nin 126.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcuddur. Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsinin dispozisiyası ilə müəyyən edilir ki, ölümün baş verməsinə münasibətdə ehtiyatsızlıqda ifadə olunur. Məhkəmə məhkumun zərərçəkmiş şəxsdən qisas alaraq cəzalandırmaqla, ona yüngül və ya az ağır, yoxsa sonuncunun ağır söyüşlərindən sonra sağlamlığına ağır xəsarət yetirməklə və ya onu öldürməklə niyyətinin olub-olmadığını müəyyən edə bilməmiş, iş üzrə müəyyən edilmiş hallara düzgün hüquqi qiymət vermədən, yalnız onun vermiş olduğu ifadəsi əsasında əməlini yüngül maddələrə tövsif etmişdir. Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan əməl maddi tərkibli cinayət olmaqla həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Cinayətin motiv və mə qsədindən aydın görünür ki, onu söydüyünə görə Məhkum zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmaq üçün qisas motivi olmuş, heç də məhkəmənin müəyyən etdiyi kimi zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən əməl cinayətkarcasına etinasızlıq nəticəsində törədilməmişdir. Qəsdən törədilən cinayətlərdən fərqli olaraq ehtiyatsızlıqdan törədilən cinayətlərin motivi mövcud olmur, cinayətin törədilən zaman cinayət əməli qabaqcadan planlaşdırılmır, belə olan halda isə hər hansı motivin və məqsədin olmasından bəhs etmək əsassızdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum ona və əmisi Şahid1 qarşı nalayiq ifadələr işlətməsini, həmçinin onların üzərinə gəlməsini görüb özünün də ifadələrində təsdiq etdiyi kimi onları vuracağından ehtiyat edərək, zərərçəkmiş şəxsi yumruqla qəsdən vurm uşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə əsasən tədqiq edilməmiş, bunun nəticəsi olaraq məhkumun əməli əsassız olaraq Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsindən həmin Məcəllənin 124.1 və 127-ci maddələrinə tövsif edilmişdir. Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)381/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayətlərinə və kassasiya protestinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessu al Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Kassasiya müraciətlərindən hər birində törədilmiş əməlin tövsifi mübahisələndirilməsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsinin verdikləri kassasiya şikayətlərində eləcə də məhkumun əməlində daha ağır cinayətin əlamətlərinin mövcudluğu iddia edilir, xahişlər faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
19. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini və kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi gör ür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-381/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
20. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkumun əməlində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin tərkibinin olmadığını, dövlət ittihamçısı isə kassasiya protestində əməlin Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsindən həmin Məcəllənin 124.1 və 127.1-ci maddələrinə tövsif edilməsinin əsassız olduğuna dair dəlillər irəli sürərək, Məhkum əməlinin hüquqi tövsifi ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi qənaəti ilə razılaşmamışlar.
21. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
22. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilmə si tələb olunur.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
25. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsinə dair məhkumun müdafiəçisinin kassasiya şikayətinin, həmçinin kassasiya protestinin dəlillərini əsassız hesab edir.
26. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisinin v ə nümayəndəsinin apellyasiya şikayətlərinin, eləcə də dövlət ittihamçısının verdiyi apellyasiya protestinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən hökmündə ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib birinci instansiya məhkəməsinin məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsindən həmin Məcəllənin 124.1-ci maddəsinə tövsifi ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da, lakin əməlin yalnız həmin maddə ilə əhatə olunmadığını, törədilən əməldə eləcə də Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsin in tərkibinin olduğu qənaətinə gəlmişdir.
27. Həmin qənaəti üzrə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 124.1 və 127.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri özünün məhkəməyədək və məhkəmə qarşısında verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə-tibb ekspertizasının 08 sentyabr 2023-cü il tarixli, 22 nömrəli rəyi, məhkəməkriminalitstik ekspertizasının 29 sentyabr 2023-cü il tarixli, 17/707 nömrəli rəyi, ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 oktyabr 2023-cü il tarixli, 608 nömrəli rəyi, məhkəmətibbi kriminalistik ekspertizasının 20 oktyabr 2023-cü il tarixli, 478/2023 nömrəli rəyi, məhkəmə tibbi-bioloji ekspertizasının 23 oktyabr 2023-cü il tarixli, 656/2023 nömrəli rəyi, təkrar məhkəmə-tibbi ekspertizasının 09 yanvar 2024-cü il tarixli T21/2024 nömrəli rəyi, istintaq hərəkəti protokolları və işdə olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə dair nəticəsi apellyasiya müraciətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya müraciətlərində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum təqsirli bilindiyi cinayət əməllərinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
29. Məhkumun hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcud olduğuna dair zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin iddiasının əsaslılığını yoxlayan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.
30. Qanunverici tərəfindən məhkəmə baxışının hədlərinə qoyulan belə məhdudiyyət onu ehtiva edir ki, kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin kassasiya şikayətlərinə əsasən təqsirkarın əməlində ona qarşı irəli sürülmüş və aşağ ı məhkəmələrdə baxılmış ittihamla müqayisədə daha ağır cinayətin tərkibinin olub-olmaması kimi məsələnin araşdırılmasına yol verilmir.
31. Bununla yanaşı, həmin norma apellyasiya instansiyası məhkəməsinin qərarının qeyd olunan əsasla (təqsirkarın əməlində daha ağır cinayətin əlamətlərinin olması dəlili ilə) ləğv edilməsinin, şəxsin əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olub-olmamasının aşağı instansiya məhkəməsində araşdırılması üçün işin yeni apellyasiya baxışına qaytarılmasının qarşısını alır.
32. Cinayət-Prosessual Məcəlləsinin istər apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışına, istərsə də ilkin baxışa aid normalarında məhkumun əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olması ki mi əsasdan irəli gələn (işin daha ağır ittihamın irəli sürülməsi üçün apellyasiya instansiyası məhkəməsindən birbaşa ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və yaxud son nəticədə həmin məqsədlə prokurora qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə) qərarların qəbul edilməsi imkanının nəzərdə tutulmaması da məhkəmə kollegiyasının yuxarıda təsvir olunmuş qənaətində haqlı olduğunu göstərir (Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsi daha ağır ittihamın irəli sürülməsi məqsədilə işin prokurora qaytarılması məsələsinin həlli üçün cinayət işinin apellyasiya icraatının ilkin baxış mərhələsindən birinci instansiya məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsi imkanını müstəsna olaraq Azərbaycan Respublikası Baş Prokuro runun, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının prokurorunun apellyasiya protestlərinə münasibətdə nəzərdə tutmuşdur).
33. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işinə apellyasiya instansiyası məhkəməsində baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir.
34. Zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin kassasiya şikayətlərinə münasibətdə təsvir edilənlər həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə əsaslanır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhində qəbul edildiyi kimi, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 318-ci maddəsinin mənasına görə, məhkəmə baxış ı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, məhkəmə öz təşəbbüsü ilə ittihamın ağırlaşdırılmasına dair qərar qəbul edə bilməz. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 31 oktyabr 2022-ci il).
35. Nəticə etibarilə, istinad edilən prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisinin və nümayəndəsinin irəli sürdüyü, Məhkum əməlinə düzgün hüquqi qiymət verilməməsi, sonuncunun əməlinin Azərbaycan Respublikası CM-nin daha ağır maddəsi ilə tövsif edilməli olduğunun mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir ona görə ki, cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi barədə ittiham irəli sürülmüş, bu vəziyyətdə məhkəmələr Məhkum qarşı irəli sürülməyən daha ağır ittihama baxa bilməzdirlər.
36. Yuxarıda təfsir edilənlərə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, proses iştirakçılarına cinayət işinin hallarının onların mənafeləriə uyğun təfsirini n təqdim edilməsi üçün məhkəmə çəkişmələrində bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
37. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
38. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, Məhkum müdafiəçisi Əliyev Fərid Mehdi oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və nümayəndəsi Nümayəndə tərəfindən ayrı-ayrı lıqda verilmiş kassasiya şikayətləri və dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-381/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Əliyev Fərid Mehdi oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və nümayəndəsi Nümayəndə tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri və dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-381/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli hökmü kassasiya şikayətlərinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.