Məhkəmə qərarları › İş №1(102)-383/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-383/2020

02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-383/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), X13 və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Cəfərov Anar Novruz oğlu, Məhkum, Müdafiəçilər – Bakı şəhəri “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili X18 oğlu və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Məmmədli Fərid Sehran oğlunun iştirakları ilə Xaçmaz rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284-1, 302.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədli Fərid Sehran oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim A.B.Sadıqov) xx.xx.1976-cı ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Əkskəşfiyyat baş idarəsində xidmət etmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünv anında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 284-1 və 302.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 284-1-ci maddəsi ilə 02 il 03 ay müddətə, CM-nin 302.1-ci maddəsi ilə 09 ay müddətə, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaq yolu ilə qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlanıldığı 05 ay 18 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 12 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İŞİN HALLARİ: Xaçmaz rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hök mü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin xx.xx.2018-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq) müvafiq olaraq ehtiyata buraxıldıqdan sonrakı dövrdə, yəni xx xxxxxx 2018-ci il tarixdə, saat 20:04 radələrində Xaçmaz rayonu ərazisində olarkən əvvəllər onunla eyni şöbədə işləmiş X11 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ondan “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli 733-İİQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatları, yəni Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsinin şöbələrindən kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olan digər ölkə vətəndaşlarının ətrafında konfidensial əməliyyat tədbirlərini həyata keçirmək məqsədi ilə bölgələrə ezam olunan əməkdaşlar, DTX-nin İİ baş idarəsinin şöbələrinin rəhbər və əməliyyat heyətinin xidməti yerdəyişmələri və sair haqqında dövlət sirri təşkil edən məlumatları aralarında olan yaxın münasibətlərdən istifadə edib ümumi söhbət və iş vəziyyətini maraqlanmaq görüntüsü altında aldadıb dövlətə xəyanət və casusluq əlamətləri olmadan qanunsuz əldə etmişdir. Bundan başqa, Məhkum xidmətdən ehtiyata buraxıldıqdan sonra konfidensial əsaslarla Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsinin məxfi əməkdaşlığında olan şəxsl ə xidmət etdiyi dövrdə olan əlaqələrini dayandırmalı olsa da, bu əlaqələri davam etdirərək, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmadığı halda, belə tədbirlər həyata keçirməklə xx.xx.2018ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində Xaçmaz rayonu ərazisindən özünə məxsus olan ***-***-**-** mobil telefon nömrəsi və həmin nömrəyə bağlı “whatsapp” proqramı vasitəsilə konfidensial əməkdaşlıqda olan şəxsdən şəxsi, maddi və sair məqsədlər üçün müxtəlif şəxslər, o cümlədən Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatyoxlama obyekti olan şəxs barəsində əməliyyat marağı kəsb edən məlumatlar əldə etməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozmuş və bununla da o, barələrində məlumat toplanılan şəxslərin Azərbaycan Respublikasının Konstit usiyası və digər qanunları ilə qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olmuşdur. Bununla da Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284-1 və 302.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Hökmdən məhkumun müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim X20 oğlu, hakimlər X8 oğlu və X2 ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Xaçmaz rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum Rəbbil oğlunun müdafiəçisi Məmmədli Fərid Sehran oğlu kassasiya şikayət i verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə E.R.Bağırovun əməlində cinayət tərkibi olmadığından cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum Rəbbil oğlunun müdafiəçisi Məmmədli Fərid Sehran oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum ümumiyyətlə heç bir cinayət törətməmişdir və o, Azərbaycan Respublikasının ləğv edilmiş MTN-in əməkdaşı, barəsində CM-in 274-cü maddəsi ilə cinayət işi aparılan Zakir İsmayılovun verdiyi ifadəsi əsasında istintaqa cəlb edilmişdir. xx xxxxxx 2018-ci ildə verdiyi ifadəsində Zakir İsmayılov qeyd etmişdir ki, 2016cı ildə Tbilisi şəhərində İran İslam Respublikasının xüsusi xidmət orqanının əməkdaşı ondan Məhkum məxfi əməkdaşlığa cəlb edilməsinin mümkünlüyü, Məhkum hans ı formada yaxınlaşmağın mümkün olması barədə maraqlanmış, o, həmin şəxsə Elnur barədə müəyyən məlumat vermişdir. Sözsüz ki, xarici dövlətin xüsusi xidmət orqanı ilə əməkdaşlığı, dövlətə xəyanət etməsi barədə ən cüzi ehtimal olan şəxslərin əməlləri araşdırılmalı, ətrafında bütün tədbirlər aparılmalıdır. Lakin müdafiə tərəfi hesab edir ki, bu şəxsin, konkret halda Məhkum xüsusi təhlükəli dövləti cinayətin törədilməsinə aidiyyəti olmadığı sübut edildiyi üçün o, dərhal həbsdən azad edilməli və barəsində bəraətverici əsaslarla cinayət işinə xitam verilməli idi. Belə ki, dövlət sirrininin dayışıyıcısı olan məlumatların, sənədlərin və ya əşyaların aldatma yolu ilə əldə edilməsi istənilən məzmunlu yalan vəd verməklə, saxta sənədlərdən, geyim formalarından və s.dən istifadə etməklə özünü dövlət sir ri ilə işləməyə hüququ olan şəxs kimi təqdim etməklə və sair hiylə işlətməklə həmin məlumat, sənəd və ya əşyaya yiyələnməsini nəzərdə tutur, hansı ki, Məhkum bu hərəkətlərin heç birini etməmişdir. Bundan əlavə Məhkum barədə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə xx xxxx 2018-ci il tarixli məhkəmə qərarından görünür ki, bu barədə vəsatəti “rəis vəzifəsinin icraçısı Faiq Şamilov” təqdim etmiş, məqsəd isə Məhkum “MTN-DTX-də xidmət etdiyi dövrlərdə malik olduğu məxfi məlumatları kənara sızdırmaqda şübhəli bilinməsi”dir. Digər sənədlərdən isə həmçinin görünür ki, Faiq Şamilov məhz DTX-nin Daxili Təhlükəsizlik idarəsinin rəisidir. Daxili Təhlükəsizlik idarəsi, adından da göründüyü kimi, yalnız həmin vaxt DTX-da xidmət edən əməkdaşlar ətrafında əməliyyat-axtarış tədbirləri apar maq səlahiyyətinə malikdir. Cinayət işinin materiallarından isə görünür ki, Məhkum xx xxxxxx 2018-ci ildə, yəni məhkəmənin qərarının çıxarılmasından tam altı ay əvvəl DTXdan xaric edilmişdir. Daxili Təhlükəsizlik İdarəsinin rəisi əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi olaraq sıravi vətəndaş olan Məhkum barəsində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün vəsatət vermək səlahiyyətinə malik olmamışdır. Bu hal,Azərbaycan Respublikası CPM-nin 446.1.3-cü maddəsinin tələblərinin pozulması deməkdir və CPM-in 125.2 və 125.2.1-ci maddələrinə əsasən, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, belə məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 125.3-cü maddəsinə əsasən, bu hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Bundan əlavə hər iki məhkəmə instansiyası “cinayətin” motivini də araşdırmamışdır. Axı Məhkum uzun illər MTN-DTX orqanlarında xidmət etmiş, şöbə rəisi vəzifəsinə qədər yüksəlmişdir. O, xüsusi xidmət orqanlarının iş üsul və metodları, şəxsləri məxfi əməkdaşlığa cəlb etmənin üsul və vasitələri və bu kimi dövlət sirri təşkil edən daha ciddi məlumatlarla tanışd ır. Kimin hara ezamiyyətə göndərilməsini bilmək və ya idarədə işlərin vəziyyətini bilmək Elnurun nəyinə lazım idi, bu “sirrləri” ələ keçirməkdə onun hansı motivi olmuşdur? Bununla yanaşı, Məhkum dövlət sirrini xx xxxxxx 2018-ci ildə qanunsuz əldə etmişdirsə, nə üçün yalnız xx xxxxxx 2018-ci ildə istintaqa cəlb edilmişdir? Vaxtın bu qədər uzadılması nə məqsəd güdürdü? Axı bu vaxt ərzində o, həmin “sirri” yaya da bilərdi, başqalarına verə də bilərdi. Məhkum bu danışıq zamanı “əldə etdiyi” məlumat tamamilə əhəmiyyətsiz, heç nəyə yaramayan və heç bir şey ifadə etməyən məsələdir. Yalnız xx xxxxxx 2018-ci ildə dövlətə xəyanətdə təqdirləndirilən X17 barədə və yalnız ehtimala əsaslanan ifadə verdikdən sonra onun “dövlət sirrini qanunsuz ələ keçirdiyi” yada düşmüşdür. Qeyd olunanlardan göründüyü ki mi işin faktiki halları ilə məhkəmənin gəldiyi nəticə uyğun olmamış, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməyərək təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmış, apellyasiya məhkəməsi isə həmin hökmü qüvvədə saxlamışdır. Həm Xaçmaz rayon Məhkəməsinin hökmü, həm də ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı əsaslandırılmamışdır. Odur ki, müdafiə tərəfi, qeyd olunanları nəzərə alaraq, Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv etməklə E.R.Bağırovun əməlində cinayət tərkibi olmadığından cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun və müdafiəçilərinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qəra rının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum X6 verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş şahid ifadəsi, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Res publikası CM-nin 284-1 və 302.1ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Şikayətdə Məhkum barəsində apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi iddia olunur və buna dair dəlillərə istinad edilir. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair gəldiyi nəticəni qəra rda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu dəlillərlə və əməlin tövsifi ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını yoxlayıb, apellyasiya şikayətini müdafiə edən məhkum və müdafiəçinin hökmün ləğv edilməklə Məhkum əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsinə dair, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən hökm dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan DTX-nin İİ baş idarəsindən verilmiş xx.xx.2019-cu il tarixli 2/1543 saylı məktubdan müəyyən edilmişdir ki, DTX-nin İİ baş idarəsinin sabiq əməkdaşı M əhkum xidmətdən xaric edildikdən sonra əlaqə saxladığı şəxs İİ baş idarənin konfidensial əməkdaşlığında olan şəxs olmuş və hazırda da bu əməkdaşlığı davam etdirməklə faktiki olaraq fəaliyyət göstərir. Həyata keçirilən tədbirlər zamanı müəyyən edilmişdir ki, Məhkum xidmətdən ehtiyata buraxıldıqdan sonra konfidensial əməkdaşlığa cəlb edilmiş həmin şəxs onun xidmətdən ehtiyata buraxıldığını bilməmiş və ona mütəmadi olaraq əməliyyat marağı kəsb edə biləcək Məhkum şəxsi məqsədlər üçün əldə etdiyi məlumatlar vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs Məhkum “şəxsi işindən çıxarış”dan müəyyən olunur ki, o, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin xx.xx.2005-ci il tarixli, 2955şh saylı əmri ilə Milli Təhlükəsizlik Nazirliyinə həqiqi hərbi xidmətə qəbu l edilmiş, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin xx xxxxxx 2018-ci il tarixli, 001 saylı əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Dövlət Təhlükəsizlik Xidmətinin Daxili Təhlükəsizlik idarəsindən xx xxxxxx 2018-ci il tarixli, 14/3086 saylı məktubla verilmiş “Məlumatların qiymətləndirilməsi ilə bağlı yaradılmış komissiyanın işinin nəticələrinə dair” xx xxxxxx 2018-c il tarixli rəydən görünür ki, Əks-kəşfiyyat baş idarəsinin 1-ci idarəsinin 2-ci şöbəsinin rəis müavini X5 açıq rabitə kanalı vasitəsilə DTX-nın əməkdaşlarının əməliyyat zərurəti ilə əlaqədar pərdələnmə əsasında ezam olunmaları barədə məlumat verməsi, o cümlədən bu əməkdaşlardan bəzilər inin adlarını çəkməsi, məxfi əsaslarla əməkdaşlıq edən mənbə ilə bağlı ifadələri, xidmət etdiyi struktur bölmədə işgüzar və mənəvi psixoloji duruma dair, habelə rəhbər və əməliyyat heyətinin xidməti yerdəyişmələri barədə məlumat verməsi, eləcə də mətn üzrə bu istiqamətdə qarşı tərəfdən verilən sualları cavablandırması dövlət sirri haqqında qanunvericiliyin aidiyyəti müddəalarında əksini tapmış məqamları tam ehtiva etməkdədir. Məhkum DTX-nin sabiq əməkdaşı olması, kapitan Samir Mahmudov ilə vaxtilə eyni struktur bölmədə xidmət keçməsi bu məlumatların Məhkum təqdim olunmasına əsas vermir. Belə ki, Məhkum cari ilin fevral ayında DTX İİ Bİ-nin 1-ci idarəsinin əməkdaşları barəsində aparılmış xidməti təhqiqatın nəticəsinə dair Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və onunla kapitan Samir Mahm udov arasında aparılan danışıqların xidməti fəaliyyətin müzakirəsi kimi qiymətləndirilməsi istisna olunur. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci bəndinə əsasən, dövlət sirri - dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat- axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır. Azərbaycan Respublikası Prezidentinin x xxxx 2005-ci il tarixli 249 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Məlumatların dövlət sirrinə aid edilməsi Qaydaları”nm 5-ci hissəsinə əsasən, dövlət sirri təşkil edən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanında məlumatların dövlət sirrinə aid edilməsi və məxfiləşdirilməs i sahəsində fəaliyyətin tənzimlənməsi məqsədilə bu orqan üzrə məxfiləşdirilməli məlumatların geniş siyahısı tərtib edilir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxxxx 2017-ci il tarixli 002 nömrəli əmri ilə təsdiq olunmuş “DTX-də məxfiləşdirilməli məlumatların Geniş siyahısı”nm 2.8-ci və 2.9-cu bəndlərinə müvafiq olaraq, DTX-nin və onun struktur bölmələrinin hərbi texnika, silah və məxfi sursatla, digər maddi dəyərlilərlə, maliyyə vəsaiti ilə, hərbi daşımalarla təmin olunma imkanları, şəxsi heyətin sayını, idarəetmə sistemini və ya onların şəxsi heyətlə təmin olunmasını açıqlayan məlumatlar, DTX-nin və onun struktur bölmələrinin şəxsi heyətin təmin olunma imkanlarını və döyüş tərkibini açıqlayan məlumatlar, 5.1, 5.2, 5.4, 8.5 və 8.6-cı bəndlərinə əsasən əks-kəşfiyyat və ya əməliyyataxtarış fəaliyyətinin təşkilini, mənbələrini, qüvvələrini, planlarını, vasitələrini, üsullarını, vəziyyətini və ya nəticələrini açıqlayan məlumatlar, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və ya etmiş şəxslər haqqında məlumatlar, konkret şəxslərin əks-kəşfiyyat, mütəşəkkil cinayətkarlıqla mübarizə və ya əməliyyat-axtarış bölmələrinin kadr heyətinə mənsubluğunu, habelə həmin orqanların əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlərini, dövləti cinayətlərlə bağlı cinayət işləri üzrə aparılan istintaqın qüvvələrini, vasitələrini və üsullarını açıqlayan məlumatlar, DTX-nin baş idarə, müstəqil idarə və şöbələrinin, DTX sisteminə daxil olan qurumların şəxsi heyətinin ştat cədvəli üzrə yerləşdirilməsi haqq ında məlumatlar, DTX-nin baş idarə, müstəqil idarə və şöbələrinin, DTX sisteminə daxil olan qurumların rəhbər heyəti vəzifələri haqqında məlumatlar tam məxfi və məxfi məlumatlar kateqoriyasına aid edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxxxx 2018-ci il tarixli, 0018 nömrəli əmri ilə yaradılmış Məlumatların qiymətləndirilməsi ilə bağlı komissiyanın xx xxxxxx 2018-ci il tarixli, 14/3068N9-1İ rəyindən müəyyən edilmişdir ki, Komissiya “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin x xxxx 2005-ci il tarixli 248 və 249 nömrəli Fərmanlarının və “DTX-də məxfiləşdirilməli məlumatların Geniş siyahısı”nın müddəalarını rəhbər tutaraq, Əks-kəşfiyyat baş idarəsinin 1-ci idarəsinin 2-ci şöbəsinin rəis müavini kapitan Samir Mahmudovla DTX-nin sabiq əməkdaşı iş üzrə təqsirləndirilən şəxs Məhkum arasında xx xxxxxx 2018-ci il tarixdə baş vermiş telefon danışığı zamanı səsləndirilmiş məlumatların dövlət sirrinə aid olması qənaətinə gəlinmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyik Xidmətinin “Məlumatların qiymətləndirilməsi ilə bağlı yaradılmış komissiyanın işinin nəticələrinə dair” xx xxxxxx 2018-ci il tarixli rəydən görünür ki, Əks-kəşfiyyat baş idarəsinin l-ci idarəsinin 2ci: şöbəsinin rəis müavini X5 açıq rabitə kanalı vasitəsilə DTX-nin əməkdaşlarının əməliyyat zərurəti ilə əlaqədar pərdələnmə əsasında ezam olunmaları barədə məlumat verməsi, o cümlədən bu əməkdaşlardan bəzilərinin adlarını çəkməsi, məxfi əsaslarla əməkdaşlıq edən mənbə i lə bağlı ifadələri, xidmət etdiyi struktur bölmədə işgüzar və mənəvi psixoloji duruma dair, habelə rəhbər və əməliyyat heyətinin xidməti yerdəyişmələri barədə məlumat verməsi, eləcə də mətn üzrə bu istiqamətdə qarşı tərəfdən verilən sualları cavablandırması dövlət sirri haqqında qanunvericiliyin aidiyyəti müddəalarında əksini tapmış məqamları tam ehtiva etməkdədir. Məhkum DTX-nin sabiq əməkdaşı olması, kapitan Samir Mahmudov ilə vaxtilə eyni struktur bölmədə xidmət keçməsi bu məlumatların Məhkum təqdim olunmasına əsas vermir. Belə ki, Məhkum cari ilin fevral ayında DTXİİ Bİ-nin 1-ci idarəsinin əməkdaşları barəsində aparılmış xidməti təhqiqatın nəticəsinə dair Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və onunla kapitan Samir Mahmudov arasında aparılan danışıqların xidməti fəaliyyətin müzakir əsi kimi qiymətləndirilməsi istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.1-ci maddəsinə görə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda cinayət məsuliyyətinə cəlb etməyə səbəb olur. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin xx.xx.2018-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq) müvafiq olaraq ehtiyata bur axıldıqdan sonrakı dövrdə, yəni xx xxxxxx 2018-ci il tarixdə, saat 20:04 radələrində Xaçmaz rayonu ərazisində olarkən əvvəllər onunla eyni şöbədə işləmiş X11 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ondan “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli 733-İİQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatları, yəni Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsinin şöbələrindən kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olan digər ölkə vətəndaşlarının ətrafında konfidensial əməliyyat tədbirlərini həyata keçirmək məqsədi ilə bölgələrə ezam olunan əməkdaşlar, DTX-nin İİ baş idarəsinin şöbələrinin rəhbər və əməliyyai heyətinin xidməti yerdəyişmələri və sair haqqında dövlət sirri təşkil edən məlumatlar aralarında olan yaxın münasibətlərdən istifadə edib ümumi söhbət və iş vəziyyətini maraqlanmaq görüntüsü altında aldadıb dövlətə xəyanət və casusluq əlamətləri olmadan qanunsuz əldə etmişdir. Bundan başqa, Məhkum xidmətdən ehtiyata buraxıldıqdan sonra konfidensial əsaslarla Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Əks- kəşfiyyat baş idarəsinin məxfi əməkdaşlığında olan şəxslə xidmət etdiyi dövrdə olan əlaqələrini dayandırmalı olsa da, bu əlaqələri davam etdirərək, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmadığı halda, belə tədbirlər həyata keçirməklə xx.xx.2018ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ə rzində Xaçmaz rayonu ərazisindən özünə məxsus olan ***-***-**-** mobil telefon nömrəsi və həmin nömrəyə bağlı “whatsapp” proqramı vasitəsilə konfidensial əməkdaşlıqda olan şəxsdən şəxsi, maddi və sair məqsədlər üçün müxtəlif şəxslər, o cümlədən Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatyoxlama obyekti olan şəxs barəsində əməliyyat marağı kəsb edən məlumatlar əldə etməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozmuş və bununla da o, barələrində məlumat toplanılan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə qorunan mənafelərini əhəmiyyətli pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası CM-nin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmı ş bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyə edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək təqsirləndirilən şəxs Məhkum verilən ittihan üzrə təqsirli olması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Bu səbəblərdən məhkəmə kollegiyası Məhkum ittihamını sübut olunmuş hesab edir və iş üzrə çıxarılmış hökmün ləğv olunması, yaxud dəyişdirilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi onun Azərbaycan Respublikası CM-nin 284-1 və 302.1-ci maddələri ilə nəzərdə tutulan əməli törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət verərək Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və y a qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası hesab edir ki, hökmün ləğv edilməklə təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilmədən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284-1 və 302.1-ci maddələri ilə məhkum olunmasına dair Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır.....”. Göründüyü kimi, apellyasiya məhkəməsi ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Bu nəticə iş materiallarına və qanunu n tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində elə bir dəlilə istinad edilməmişdir ki, Məhkum təqsirinin (ittihamının) təsdiq edilmədiyini, əməlində cinayət tərkibinin əlamətlərinin olmadığı və cinayət işinə bəraətverici əsaslarla xitam verilməli olduğunu göstərsin. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə top lanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 349.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəld ikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Kassasiya şikayətində Məhkum bəraət verilməli olduğu iddia edilir və buna dair dəlillərə istinad olunur. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. İş materiallarında olan, məhkəmədə qanunla nəzərdə tutulmuş qaydada tədqiq edilmiş sübutların təhlili birmənalı olaraq göstərir ki, iş üzrə yuxarıda göstərilən normada sadalanmış hallar mövcud deyildir. Şikayətdə də belə bir hala istinad edilməmişdir ki, həmin normada göstərilən (bəraət verilməsi üçün əsas ola bilən) hər hansı bir halın mövcud olması barədə fikir söyləməyə əsas versin. Şikayətdə sübutların tam həcmdə tədqiq olunmadığı və qiymətləndirilmədiyi iddia edilsə də, iş materiallarının təhlili göstərir ki, sübutlar ətraflı tədqiq edilmiş, onlarda olan məlumatlar təhlil olunmuş, məhkəmələrin hansı sübutlara və hansı səbəblərdən üstünlük verdikləri hökmdə və qərarda göstərilmiş, bununla bağlı gəlinmiş nəticə ətraflı şərh edilməklə əsaslandırılmışdır. İş materiallarından həm də görünür ki, ittihamın sübut edilməsində aradan qaldırılmayan şübhə qalmamışdır, ittiham tam şəkildə sübuta yetirilmişdir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qə rarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Xaçmaz rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284-1 və 302.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədli Fərid Sehran oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar