Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-383/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum1 müdafiəçisi Xəlilzadə Misirə Hacı qızının iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məh kəməsinin 16 mart 2023-cü il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum2 isə CM-nin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2023-cü il tarixli hökmü ilə (hakimlər Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən və məruzəçi), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə) Məhkum1, 18 iyul 1978-ci il tarixdə Türkiyə Respublikası nın Beykoz şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, sürücü işləmiş, Türkiyə Respublikasının İstanbul şəhərində yaşamış, CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 206.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, və Məhkum2, xx xxxxxxxx 1969-cu il tarixdə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü işləmiş, əvvəllər Ağcabədi Rayon Məhkəməsinin 25 fevral 2015 ci il tarixli hökmü ilə CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağdam rayonunun Çəmənli kəndində qeydiyyatda olmaqla Yevlax rayonunun Malbinəsi kəndində yaşamış CM-nin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 206.3.1 və 206.3.2-ci maddələri ilə 07 (yeddi) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Hökmlə həmçinin üzərlərinə həbs qoyulmaqla “Azərterminalkom pleks” Birliyində saxlanılan “Renault Magnum” markalı AR002DN nömrə nişanlı, 2012-ci il buraxılışlı yük avtomaşının (qoşqusuz), “Scmitz SKO24” markalı LA001Z nömrə nişanlı, 2002-ci il buraxılışlı qoşqunun, “DAF” markalı, AR001DN nömrə nişanlı, 2011-ci il buraxılışlı yük avtomaşının (qoşqusuz) və “Montenegro” markalı, LA002Z nömrə nişanlı, 2005-ci il buraxılışlı qoşqunun həbsdən azad edilərək həmin əmlakların, habelə cinayət işinin materiallarında olan həmin nəqliyyat vasitələrinə və qoşqulara aid 04 (dörd) ədəd qeydiyyat şəhadətnamələrinin qeyd edilən əmlakların mülkiyyətçisi olan "xxxx" şirkətinə qaytarılması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 İran İslam Respublikasında olduğu müddətdə külli miqdarda narkotik vasitəni tamah və satış mə qsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Moldova Respublikasına daşımaqla qanunsuz dövriyyəsini təşkil etmə barədə həmin vaxt onunla birlikdə orada olan Azərbaycan Respublikasının vətəndaşı Məhkum2 və İran İslam Respublikasında yaşayan şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqa məlum olmayan üzvlərinin İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdikləri 601.075 ml həcmində məhlulda, quru halda təmiz çəkisi ümumilikdə külli miqdard a – 300.537,50 qram heroin narkotik vasitəsinin 293.475 ml həcmindəki məhlulda və quru halda təmiz çəkisi külli miqdarda 146.737,5 qram hissəsini tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə edib idarə etdiyi “Renault” markalı AR002DN/LA001Z qeydiyyat nişanlı yük avtomobilinin dartıcısının sol tərəfində olan düzbucaqlı formalı yanacaq çəninin içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə sonradan konstruksiyası dəyişdirilməklə kustar üsulla metal lövhə vasitəsilə ayrılmış gizli saxlanc yerində qanunsuz olaraq saxlamış, 307.600 ml həcmindəki məhlulda quru halda təmiz çəkisi, külli miqdarda 153.800 qram olan hissəsini isə cinayətkar qrupun digər üzvü Məhkum2 tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə edib idarə etdiyi “DAF” markalı AR0 01DN/LA002Z qeydiyyat nişanlı yük avtomobilinin dartıcısının sol tərəfində olan düzbucaqlı formalı yanacaq çəninin içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə sonradan konstruksiyası dəyişdirilməklə kustar üsulla metal lövhə vasitəsilə ayrılmış gizli saxlanc yerində saxlamış, Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə Moldova Respublikasındakı cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvlərinə çatdırma məqsədilə idarə etdikləri avtomobillərlə yola düşüb İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq daşımış, 06 noyabr 2021ci il tarixdə saat 19 radələrində o, idarə etdiyi nəqliyyat vasitəsindəki narkotik vasitəni Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən “Astara ” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində aparılan gömrük yoxlaması zamanı 293.475 ml həcmindəki məhlulda və quru halda təmiz çəkisi külli miqdarda- 146.737,5 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, Məhkum2 isə idarə etdiyi avtomobildə olan narkotik vasitəni 02 noyabr 2021-ci il tarixdə saat 22 radələrində Astara gömrük postundan gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirib nəqliyyat vasitəsini idarə edərək 07 noyabr 2021-ci il tarixdə Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda təkrar Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarə tindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün saat 21 radələrində aparılan yoxlama zamanı 307.600 ml həcmindəki məhlulda, quru halda təmiz çəkisi, külli miqdarda 153.800 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkum2 İran İslam Respublikasında olduğu müddətdə külli miqdarda narkotik vasitəni tamah və satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Moldova Respublikasına daşımaqla qanunsuz dövriyyəsini təşkil etmə barədə həmin vaxt onunla birlikdə orada olan Türkiyə Respublikasının vətəndaşı Məhkum1 və İran İslam Respublikasında yaşayan şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqa məlum olmayan üzvlərinin İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdikləri 601.075 ml həcmində məhlulda, quru halda təmiz çəkisi, ümumilikdə külli miqdarda – 300.537,50 qram heroin narkotik vasitəsinin 307.600 ml həcmindəki məhlulda quru halda təmiz çəkisi, külli miqdarda 153.800 qram olan hissəsini tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə edib idarə etdiyi “DAF” markalı AR001DN/LA002Z qeydiyyat nişanlı yük avtomobilinin dartıcısının sol tərəfində olan düzbucaqlı formalı yanacaq çəninin içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə sonradan konstruksiyas ı dəyişdirilməklə kustar üsulla metal lövhə vasitəsilə ayrılmış gizli saxlanc yerində qanunsuz olaraq saxlamış, 293.475 ml həcmindəki məhlulda və quru halda təmiz çəkisi külli miqdarda – 146.737,5 qram hissəsini isə cinayətkar qrupun digər üzvü Məhkum1 tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə edib idarə etdiyi “Renault” markalı AR002DN/LA001Z qeydiyyat nişanlı yük avtomobilinin dartıcısının sol tərəfində olan düzbucaqlı formalı yanacaq çəninin içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə sonradan konstruksiyası dəyişdirilməklə kustar üsulla metal lövhə vasitəsilə ayrılmış gizli saxlanc yerində qanunsuz olaraq saxlamış, Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə Moldova Respublikasındakı cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvlərinə çatdırma məqsədilə idarə etdikləri avtomobillərlə yola düşüb İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq daşımış, idarə etdiyi avtomobildə olan narkotik vasitəni 02 noyabr 2021-ci il tarixdə saat 22 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirib nəqliyyat vasitəsini idarə edərək 07 noyabr 2021-ci il tarixdə Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda təkrar Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün saat 21 radələrində aparılan yoxlama zamanı 307.600 ml həcmindəki məhlulda, quru halda təmiz çəkisi, külli miqdarda 153800 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, cinayətkar qrupun digər üzvü Məhkum1 isə 06 noyabr 2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi nəqliyyat vasitəsindəki narkotik vasitəni Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən “Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, 07 noyabr 2021-ci il tarixdə saat 21 radələrində aparılan gömrük yoxlaması zamanı 293.475 ml həcmindəki məhlulda və quru halda təmiz çəkisi külli miqdarda – 146.737,5 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2023-cü il tarixli hökmündən Məhkum1 tərəfindən veri lmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Məmmədov Samir Nazim oğlu tərəfindən verilmiş apellyasyia protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 27 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, hökm isə apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı T.H.Əsədov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxıdmasının tə yin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya prortestində CM-nin 99-1-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 aprel 2022-ci il tarixli Qərarına, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarına, işin müəyyən edilmiş faktiki hallarına, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına və məhkumlar Məhkum1nın və Məhkum2 ifadələrinə istinad edən dövlət ittihamçısı T.H.Əsədov kassasiya protestini belə əsaslandırmışdır ki, məhkəməl ər ibtidai araşdırma zamanı üzərlərinə həbs qoyulmuş nəqliyyat vasitələrinin xüsusi müsadirə edilməsindən imtina olunması barədə nəticəyə gələrkən iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara düzgün qiymət verməmiş, qanunvericiliyin tələblərinə düzgün əməl etməmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini nəzərə almamışlar. Halbuki araşdırılmış sübutlarla dəqiq müəyyən edilmişdir ki, Məhkum1nın və Məhkum2 idarə etdikləri avtomaşınların yanacaq çənləri istehsalçı tərəfindən nəzərdə tutulmadığı halda, xüsusi üsullarla 2 hissəyə bölünmüş və maye halında narkotik vasitələr də gömrük nəzərətindən gizli şəkildə, yəni qaçaqmalçılıq yolu ilə məhz həmin çənlərdə keçi rilmişdir. Yəni məhkum olunmuş şəxslər idarə etdikləri avtomaşınları təqsirli bilindikləri cinayətlərin törədilməsində alət və vasitə kimi istifadə etmişlər və belə olan halda həmin avtomaşınlar məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməli idi. Şərh olunanlara əsaslanaraq dövlət ittihamçısı T.H.Əsədov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin digər iştirakçıları ilə yanaşı həmçinin məhkumlar Məhkum1, Məhkum2 və müstəqil tələb irəli sürən üçüncü şəxs – "xxxx" MMC-nin nümayəndəsi də qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin buna baxmayaraq məhkumlar məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etm əmiş, müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi isə məhkəmə iclasına naməlum səbəblərdən gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun və müdafiəçi M.H.Xəlilzadənin rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumlar Məhkum1nın, Məhkum2 və müstəqil tələb irəli sürən "xxxx" MMC-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada mə lumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı T.H.Əsədov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində birinci və apellyasiya instansiyası məhkəmələrinin üzərinə həbs qoyulmuş əmlakın üzərindən həbsin götürülməsi və həmin əmlakın müsadirə edilməməsi barədə nəticəyə gələrkən sübutlara düzgün qiymət verməmələrini iddia edir və bununla bağlı göstərdiyi dəllilərə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməli olması haqqında irəli sürdüyü tələbini CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirir. CPM-nin 416.1.2-ci maddəsinə əsasən isə, məhkəmə CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum1nın, Məhkum2 barələrindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yaln ız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən e dilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatı na xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya protestinin dəlillərinə cavab verən məhkəmə kollegiyası qeyd edir ki, həmin protestin məzmununa görə, dövlət ittihamçısı T.H.Əsədov öz kassasiya müraciətində məhkumlar Məhkum1nın və Məhkum2 təqsirli bilindikləri cinayətləri törətmələri ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onların cinayət əməllərini törətmələrinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmir və məhkəmələr tərəfindən işə maddi sübut kimi əlavə edilmiş nəqliyyat vasitələrinin üzərlərinə qoyulmuş həbsin götürülməsi və xüsusi müsadirə cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməməsi ilə əsassız və qanunsuz yekun aktlarının qəbul edilməsini iddia edir. Ona görə də məhkəmə kollegiyası məhkumlar Məhkum1nın və Məhkum2 təqsirliliyi, onların əməllərinin hüquqi tövsifi barədə məsələlərin müzakirə edilməsini zəruri hesab etmir və hazırki iş üzrə üzərlərinə həbs qoyulmuş nəqliyyat vasitələrinin həbsdən azad edilməsi və xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kə sin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər i stisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsinin 2-ci bəndinin tələblərindən görünür ki, heç kim özbaşına olaraq mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, özbaşına hərəkətlərin qadağan edilməsi qanunçuluq prinsipinin gözlənilməsini ehtiva edir və bu, həmçinin publik hakimiyyətin mülkiyyətə hörmət edilməsi hüququna istənilən müdaxiləsinin qanunvericiliklə dəqiq tənzimlənməsini nəzərdə tutur. Bundan əlavə, mülkiyyətdən özbaşına məhrum etmənin qadağan edilməsi, həmçinin göstərilən fundamental hüququn mümkün məhdudlaşdırılmasının ictimai, publik maraqlarla tarazlaşdırılmasını tələb edir. CPM-nin 18.1-ci maddəsinə görə, cinayət təqibi gedişində bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa heç kəsin mülkiyyət hüququ, o cüm lədən, xüsusi mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. CM-nin 99-1.1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və y a qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. CM-nin 99-1.2-ci maddəsinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. CM-nin 99-1.1.1-ci maddəsinin tələbinə və mənasına görə, şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr o halda müsadirə edilə bilər ki, əvvəla həmin alət vasitələrin cinayət törətmiş şəxsin və ya şəxslərin mülkiyyətində olmas ı müəyyən edilmih olsun, yaxud belə alət və vasitələrin mülkiyyətçisi ümumiyyətlə müəyyən edilməsin. Cinayət təqibi zamanı cinayət törətmiş şəxsin başqa fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan alət və vasitələrdən cinayətin törədilməsi üçün istifadə etməsi müəyyən edildikdə, digər tərəfdən əmlakın mülkiyyətçisinin törədilmiş cinayətlə hər hansı əlaqəsinin olması (həmin cinayətin və ya cinayətlərin törədilməsində bu və ya digər qismdə iştirak etməsi) sübuta yetirilmədikdə, ona məxsus əmlakdan cinayətin törədilməsində alət və vasitə kimi istifadə olunması haqda onun məlumatsız olması müəyyən edildikdə, sonuncuya məxsus belə əmlak, hətta cinayətin törədilməsində istidə olunduqda belə xüsusi müsadirəyə məruz qala bilməz və həmin əmlak ona, yəni əmlakın qanuni sahibinə qaytarılmalıdır. Qe yd olunmalıdır ki, eyni məna kəsb edən tələblər həmçinin CPM-nin 132.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddənin də tələblərindən görünür ki, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. CPM-nin 248.1-ci maddəsində təsbit edilmişdir ki, əmlak üzərinə həbs: 248.1.1. mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir; 248.1.2. əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir; 248.1.3. bank əmanətlərinə tətbiq e dildikdən sonra onlar üzrə əməliyyatların aparılmasına xitam verir. CPM-nin 248.5-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, idarə, müəssisə və təşkilatların təsərrüfat fəaliyyətinə xələl gətirmədən mülkiyyətin ayrıla bilən hissəsi istisna olmaqla, onların əmlakı üzərinə həbs qoyula bilməz. CPM-nin 253.0-cı maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddə si ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə bir hüquqi mövqedən çıxış etmişdir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Bundan başqa, həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu o, nəticəyə gəlmişdir ki, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməli və məhkəmə gəldiyi nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtl ərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 saylı Qərarının 26-cı bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-nin 132 və 346.1.19-cu maddələrinin tələblərinə müvafiq olaraq qaçaqmalçılığa dair işlər üzrə hökm çıxarılarkən, yaxud digər yekun məhkəmə qərarı, o cümlədən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilərkən qaçaqmalçılığın predmeti, aləti və ya vasitəsi olan maddi sübutlar barədə məsələ həll edilməlidir. Məhkəmələrə o, da izah edilmişdir ki, bu zaman həmçinin mülkiyyətin toxunulmazlığı haqqında Konstitusiyanın 29-cu maddəsinin, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri, İnsan Hüquqları üzrə Avr opa Məhkəməsinin presedent hüququ, xüsusi müsadirənin əsasları və qaydaları təsbit edilmiş CM-nin 99-1-ci maddəsinin və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin tələbləri nəzərə alınmalıdır. Təqsirkar şəxsə məxsus nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onun malların və ya digər əşyaların gizlədilməsi üçün xüsusi saxlanc yerləri (malların gizlədilməsi üçün hazırlanmış, eləcə də nəqliyyat vasitələrində eyni məqsədlər üçün əvvəlcədən sökülmə və yığılmaya məruz qalmış konstruktiv tutum və əşyalarla təchiz olunmuş və düzəldilmiş gizli yerlər) ilə təchiz olunması müəyyən edildikdə, həmin nəqliyyat vasitəsi cinayətin törədilməsində istifadə olunmuş alət kimi qiymətləndirilərək CPM-nin 132.1.1-ci maddəsinə və CM-nin 99-1-1-ci maddəsinə əsasən müsadirə olun ur. Qaçaqmalçılıq cinayətinin predmetinin xüsusi olaraq gizlədilməsi üçün alət kimi istifadə olunmuş və maddi sübut kimi tanınmış mallara və va digər əşyalara münasibətlərdə də məsələ bu qaydada həll edilir. Göründüyü kimi, adı çəkilən Qərarda da məhkəmələrə malların və ya digər əşyaların qaçaqmalçılıq yolu ilə keçirilməsi məqsədilə nəqliyyat vasitələrində onların gizlədilməsi üçün konstruktiv dəyişiklilərin edilməsi müəyyən edildikdə həmin nəqliyyat vasitələrinin xüsusi müsadirə edilməsi tövsiyə olunarkən xüsusi olaraq vurğbulanmışdır ki, göstərilənlərlə yanaşı bu cinayət-hüquqi xarakterli tətbiq edilərkən həmçinin həmin nəqliyyat vasitəsinin təqsirkar şəxsə məxsus olması da müəyyən edilməldir. Eyni hüquqi mövqedən Ali Məhkəmənin Plenumu həmçinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021- ci il tarixli Qərarında da çıxış etmişdir. Belə ki, həmin Qərarının 76-cı maddəsində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, xüsusi müsadirə əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasında ifadə olunan, cinayət cəzası ilə yanaşı cinayət məsuliyyətinin realizə edilməsinə xidmət edən cinayət-hüquqi xarakterli tədbirdir. Təhlil edilən Qərarın 79-cu bəndində qeyd olunmuşdur ki, 2005-ci il Varşava Konvensiyasının 1-ci maddəsinin “c” bəndinin mənasına görə cinayətin alət və vasitələrinə cinayətin törədilməsi zamanı və yaxud ictimai təhlükəli nəticənin əldə edilməsi üçün istifadə olunmuş və yaxud istifadə edilməsi nəzərdə tutulmuş predmetlər aid edilməlidir (məsələn, qaçaqmalçılıq cinayətinin törədilməsi zamanı malların gömrük sərhədindən gizli keçirilməsi üçün xüsusi düzəldilmiş saxlanc yeri ilə təchiz olunmuş avtomobil, qanunsuz balıq ovu üçün istifadə edilmiş və yaxud nəzərdə tutulmuş avadanlıq, saxta pulun hazırlanması üçün istifadə olunmuş və yaxud nəzərdə tutulmuş texniki qurğular və s.). Qərarın 80-ci bəndində məhkəmələrə izah edilmişdir ki, xüsusi müsadirə üzrə məsələlər həll edilərkən cinayətin törədilməsində alət və vasitə kimi istifadə olunmuş, lakin qanuni sahibinə qaytarılmalı olan əmlakın, eləcə də cinayət yolu ilə əldə olunsa da (həmin əmlak hesabına əldə edilmiş gəlir olsa da), qanuni sahibinə qaytarılmalı olan əmlakın müsadirəsini istisna edən müvafiq olaraq CM-nin 99-1.1.1 və 99-1.1.2-ci maddələrinin müddəaları nəzərdən qaçırılmamalıdır. Qərarın 81-ci bəndində göstərilmişdir ki, CM-nin 99-1.3-cü maddəsini n tələbinə görə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş, özgəninkiləşdirilməklə və yaxud hər hansı başqa əsasla digər şəxsin (şəxslərin) mülkiyyətinə keçmiş əmlak, əgər bu şəxs (o cümlədən əmlakı hədiyyə kimi və yaxud öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə əldə edən) vicdanlı əldə edəndirsə, yəni əmlakı əldə edərkən onu özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirdisə və yaxud bilməli idisə, müsadirə edilə bilməz. Qeyd olunan müddəalar təfsir edilərkən onu nəzərə almaq lazımdır ki, CM-nin 991.3-cü maddəsində həmin Məcəllənin 99-1.1-ci maddəsinə istinad olunmuş, bu maddədə isə xüsusi müsadirəyə məruz qoyula bilən əmlak sırasından, o cümlədən müsadirə edilməli olan cinayət yolu ilə edilmiş pul və əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə ed ilmiş gəlirlər dairəsindən qanuni sahiblərinə qaytarılmalı olan pul vəsaitləri və digər əmlak istisna edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.2-ci maddəsində də təsbit edilmişdir ki, daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər hərracda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Bu o deməkdir ki, özgəninkiləşdirilmiş əmlakın vicdanlı alıcıda qalmasını ehtiva edən CM-nin 99-1.3-cü maddəsi qanuni sahiblərinə qaytarılmalı olan daşınar əmlakı nəzərdə tutmur. Odur ki, zərərçəkmiş şəxsin cinayətin törədilməsi nəticəsində məhrum olunduğu d aşınar əmlakı (məsələn oğurlanmış.əşyalar) kimdə, o cümlədən onu əldə etmiş hər hansı şəxsdə aşkarlanmasından asılı olmayaraq qanuni sahibinə qaytarılmalıdır (hərracda özgəninkiləşdirilmiş əşyalar istisna olmaqla). Göründüyü kimi, maddi və prosessual hüquq normaları ilə yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən Qərarlarında da nəzərdə tutulur ki, cinayət-hüquqi tədbir kimi xüsusi müsadirə tətbiq edilməzdən əvvəl buna əsas ola bilən bütün sübutlar tam, hərətərfli və obyektiv araşdırılmalı, həmin sübutlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilməli, xüsusən müsadiryə məruz qalası əmlakın cinayətin törədilməsində alət və vasitə kimi istifadə olunması, əldə ed ilməsi, özgəninkiləşdirilməsi halları, o cümlədən həmin əmlakın törədilmiş cinayətlə heç bir əlaqəsi olmayan şəxsin mülkiyyətində olub-olmaması, vicdanlı şəkildə əldə edilibedilməməsi halları yoxlanılmalı və yalnız bundan sonra qeyd edilən tədbirin tətbiq edilibedilməsi barədə qanuni və əsaslandırılmış qərar qəbul edilməlidir. Təsvir olunanlardan çıxış edərək məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün hazırki cinayət işi üzrə toplanmış və birinci instansiyası məhkəməsinin məhkəmə iclasında araşdırılmış bəzi sübutlara müraciət etməyi zəruri bilir. Əvvəla iş materiallarından görünür ki, həmin iş üzrə ibtidai araşdırmanı aparan müstəntiqin vəsatətinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına əsasən Bakı şəhəri Yasamal Ra yon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qərarı ilə Məhkum1nın idarə edərək narkotik vasitəni daşıdığı “Renault Magnum” markalı, AR002DN nömrə nişanlı, 2012-ci il buraxılışlı yük avtomobilinin (qoşqusuz) və “Scmitz SKO24” markalı, LA001Znömrə nişanlı, 2002-ci il buraxılışlı qoşqunun üzərinə həbs qoyulmuşdur Bundan başqa, analoji müraciətlərə əsasən Yasamal Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli qərarı ilə Məhkum2 da idarə etdiyi və narkotik vasitə daşıdığı “DAF” markalı, “FT XF105” modelli, AR001DN nömrə nişanlı, 2011-ci il buraxılışlı yük avtomobilinin (qoşqusuz) və “Montenegro” markalı, LA002Z nömrə nişanlı, 2005-ci il buraxılışlı qoşqunun üzərinə həbs qoyulmuşdur. Məhkəməyə ünvanlanmış müraciətlərə və Yasamal Rayon Məhkəməsinin yuxarıdakı qərarlarına görə, göstərilən nəqliyy at vasitələrinin və onların qoşqularının üzərlərinə həbs qoyulması zərurəti ondan irəli gəlmişdir ki, məhkumlar Məhkum1 və Məhkum2 istintaqla müəyyən edilməmiş digər şəxslərlə birlikdə idarə etdikləri avtomaşınların yanacaq çənlərinin quruluşunda dəyişiklik edib həmin çənləri iki yerə bölərək onların bir hissəsinə məhlul şəklində narkotik vasitə heroin yerləşdirmiş və həmin narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirmiş, yəni göstərilən nəqliyyat vasitələrini ittiham olunduqları cinayətlərin törədilməsində alət və vasitə kimi istifadə etmişlər. Lakin, iş materiallarından görünür ki, ibtidai araşdırma orqanı yuxarıda göstərilən nəqliyyat vasitələrinin üzərlərinə həbs qoyulması barədə məhkəməyə müvafiq müraciətlər ünvanlamazdan əvvəl və Yasamal Rayon M əhkəməsi bu müraciətlərə baxıb onların təmin olunması haqqında qərar qəbul edərkən həmin daşınar əmlakların kimin mülkiyyətində olması barədə heç bir araşdırma aparmamış, onların mülkiyyətçisini, digər tərəfdən isə bu nəqliyyat vasitələrinin Məhkum1ya və Məhkum2 məxsus olmalarını müəyyən etməmiş, nəticə etibarı ilə isə əmlakın üzərinə həbs qoyulması ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Yalnız işə mahiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılarkən müəyyən edilmişdir, Məhkum1nın və Məhkum2 idarə etdiyi avtomaşınlar beynəlxalq yükdaşımaları fəaliyyətini həyata keçirən, hüquqi ünvanı Gürcüstan Respublikasının Batumi şəhəri, Apsaros III Yol, döngə 4, mənzil 30 olan, səhmlərinin 100%-nə sahib olmaqla Türkiyə Respublikasının vətəndaşı X12 tərəfindən idarə olunan "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir, məhkumlar Məhkum1 və Məhkum2 isə adı çəkilən MMC ilə bağladıqları müvafiq müqavilələrə əsasən sürücü kimi göstərilən nəqliyyat vasitələrini idarə etməklə MMC-nin həyata keçirdiyi fəaliyyət üzrə üzərlərinə qoyulmuş vəzifələri, yəni verilmiş tapşırığa əsasən müəyyən yükləri bir məntəqədən digərinə çatdırmaq vəzifəsini yerinə yetirmişlər. Bu halları təsdiq edən sənədlər məhkəmə iclasında müstəqil tələb irəli sürən hüquqi şəxs kimi işin baxılmasına cəlb edilmiş "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim olunmuş və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təsvir edilmiş halların həqiqiliyi dövlət ittihamçısı T.H.Əsədov tərəfindən də kassasiya protestində mübahisələndirilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da vurğulayır ki, istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən həm "xxxx" MMC-nin hüquqi şəxs kimi, həm də onun sahibi və rəhbəri olan X6 Məhkum1nın və Məhkum2 təqsirli bilindikləri cinayətlərin törədilməsində hər hansı qismdə iştirak etmələri, yaxud da X6in həm bu cinayətlər, həm də "xxxx" MMC-yə məxsus avtomaşınlarda məhkumlar tərəfindən hər hansı konstruktiv dəyişikliklərin edilməsi və narkotik vasitələri daşımaları barədə əvvəlcədən məlumatlı olması iş üzrə toplanmış sübutlarla müəyyən edilməmiş və məhkum olunmuş şəxslər bu dəyişklikləri əlbir olduqları digər, adı çəkilən MMC-yə heç bir aidiyyatları olmayan şəxslərlə birgə etmişlər. İşin müəyyən edilmiş bu faktiki halları da kassasiya protestində mübahisələndirilmir. Belə olan halda m əhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri araşdırılmış sübutlara CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq qiymət verib yuxarıda təsvir edilən maddi və prosessual hüquq normalarının tələblərindən, habelə Azərbaycan Resmpublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrdən çıxış edərək belə haqlı, düzgün və qanuni nəticəyə gəlmişlər ki, hazırki cinayət işi üzrə hər hansı şəkildə təqsirlilikləri müəyyən edilməmiş "xxxx" MMCnin və onun sahibi X7 barələrində hər hansı cinayət-hüquqi xarakterli tədbirlərin, o cümlədən həmin MMC-nin mülkiyyətində olan “Renault Magnum” markalı AR002DN nömrə nişanlı, 2012-ci il buraxılışlı yük avtomaşının (qoşqusuz), “Scmi tz SKO24” markalı, LA001Znömrə nişanlı, 2002-ci il buraxılışlı qoşqunun, eləcə də “DAF” markalı “FT XF105” modelli AR001DN nömrə nişanlı, 2011-ci il buraxılışlı yük avtomobilinin (qoşqusuz) və “Montenegro” markalı, LA002Z nömrə nişanlı, 2005-ci il buraxılışlı qoşqunun xüsusi müsadirə edilməsi üçün heç bir əsas yoxdur və buna görə həmin nəqliyyat vasitələrinin qoşquları ilə birlikdə həbsdən azad edilərək həmin əmlaklar, habelə cinayət işinin materiallarında olan həmin nəqliyyat vasitələrinə və qoşqulara aid 04 (dörd) ədəd qeydiyyat şəhadətnamələri qeyd edilən əmlakların mülkiyyətçisi olan "xxxx" şirkətinə qaytarılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiyası məhkəməsinin bu haqda gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi yuxarıda təsvir edilənlər lə yanaşı prosessual qanunvericiliyin aşağıdakı tələblərinə tam əməl etmişdir. Belə ki, CPM-nin 397.1-ci maddəsinin müddəalarına əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalararının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsində isə təsbit edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qanunun tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində CPM-nin 398.1.1-398.1.4-cü maddələrində göstərilən qərarlardan birini qəbul edir və məhkəmənin qərarı məhkəmə iclaslarında araşdırılmış sübutlara, habelə maddi və prosessual hüquq normalarına istinad edilməklə əsaslandırılmalıdır. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, 1 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Cinayət-Prosessual Məcəlləsinin tətbiqi ilə bağlı yaranmış məhkəmə təcrübəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi hər hansı qərarında birinci instansiya məhkəməsinin hökmündən və ya qərarından verilmiş apellyasiya şikayətinin və ya apelly asiya protestinin dəlillərini şərh etməklə həmin dəlillərin iş materialları ilə toplanmış obyektiv, qərəzsiz, tam və hərtərəfli araşdırılmış sübutlarla təkzib, yaxud da təsdiq edilməsini göstərməli və əsaslandırmalıdır. Bu zaman, məhkəmə tərəfindən CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, qanunun şərh olunan normaları ilə apellyasiya instansiyası məhkəməsinin üzərinə qoyulmuş vəzifə nəinki təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olması, onun əməlinin hüquqi tövsifi, cəza tədirinin seçilməsi, həm də iş üzrə verilmiş mülk i iddianın, maddi sübutların həlli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərər çəkmiş şəxsə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi, habelə digər məsələlərin həlli zamanı da yerinə yetirilməlidir. Bu məsələlərlə əlaqədar qəbul edilmiş qərarda isə toplanmış sübutlara CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymət verilməli və bu qiymətləndirmədən asılı olaraq qərar cinayət və cinayət-prosessual qanunvericiliyinin, bu kifayət etmədikdə isə ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq müqavilələrin müddəalarına, mülki, mülki-prosessual və digər qanunvericilik aktlarına istinad edilməklə lazımi qaydada əsaslandırılmalıdır. Belə nəticə həmçinin cina yət mühakimə icraatının aparılması zamanı qanunçuluq prinsipinə əməl edilməsi tələbi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin müddəlarından da irəli gəlir. Həmin maddəyə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Bu prinsipə uyğun olaraq, cinayətprosessual qanunvericiliyinin normaları ilə tənzimlənməyən məsələlər Konstiusiyanın, beynəlxalq müqavilələrin, digər qanunların tələbələrinə əsasən həll edilməlidir. Hazırki iş üzrə apellyasiya icraatının təhlili və həmin icraat nəticəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarix li qərarının yoxlanılması məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, həmin məhkəmə də, birinci instansiya məhkəməsi kimi, üzərlərinə həbs qoyulmuş əmlakın həbsdən azad olunması və bu əmlaka münasibətdə xüsusi müsadirə növündə cinayəthüquqi xarakterli tədbirin tətbiq edilməsindən imtina edərkən qanunvericiliyin yuxarıda göstərilən tələbləri ilə üzərinə qoyulmuş vəzifələri lazımınca yerinə yetirmiş, təhlil edilən məsələlərlə bağlı öz qənaətini kifayət qədər əsaslandırmış və prosessual hüquq normaları ilə yanaşı maddi hüquq normalarının da tətbiqində heç bir pozuntuya yol verməmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan sənədlərə müraciət edərək onu da vurğulamağı lazım bilir ki, kassasiya qaydasında mübahisələndirilən 27 iyul 2023-cü il tarixli qərar həmin tarixdə qüvvəyə mindiyindən və bundan sonra cinayət işi birinci instansiya məhkəməsinə qaytarılaraq 16 avqust 2023-cü il tarixdə icraya yönəldilmiş və buna görə həbsdən azad edilmiş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan nəqliyyat vasitələri 22 sentyabr 2023-cü il tarixli Q-35/2023 nömrəli tarixli aktla "xxxx" MMC-nin nümayəndəsi İsmail Baydura təhvil verilmişdir. Məhkəmə kollegiyası bütün yuxarıda təsvir edilənlərdən, o cümlədən qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən çıxış edib bunları əlaqəli şəkildə iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla birgə təhlil edə rək dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protestinin dəlillərini qəbul edilməz sayır və hazırki iş üzrə üzərlərinə həbs qoyulmuş nəqliyyat vasitələrinin həbsdən azad olunması və həmin nəqliyyat vasitələrinə münasibətdə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsindən imtina edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilmədiyindən kassasiya qaydasında mübahisələndirilən 27 iyul 2023-cü il tarixli qərarın ləğv edilməsini mümkün bilmir Buna görə məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısın, həmin protestin təmin edilməməsi barədə isə müdafiəçi M.H.Xəlilzadənin çıxışlarını dinləyi b yuxarda göstərilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməməklə Məhkum1nın CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum2 isə CM-nin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarı kassasiya protestinə münasbətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum2 isə CM-nin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-383/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-383/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver