Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-383/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cin ayət Kollegiyasının 19 avqust 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2024-cü il tarixli 1(101)-648/2024 nömrəli (hakimlər: Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxx 1992-ci ildə x rayonu, x kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, xxxdə qeydiyyatda olmaqla xxx-də kirayə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.4-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə olan ittihamın xaric edilməsi, Məhkum Azərbaycan R espublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 1 aprel 2023-cü il tarixdən hesablanması, təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması müəyyən edilmiş, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Hökmdən dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət it tihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mehrəliyev Cövdət Sərvər oğlu tərəfindən verilmiş apellyasiya protestinə və məhkum edilmiş şəxsin Məhkum müdafiəçisi Muradov Bəxtiyar İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 avqust 2024-cü il tarixli 1(103)1567/2024 nömrəli (hakimlər: Əhmədov Həsən Hüseyn oğlu (sədrliyi və məruzəsi ilə), Ələkbərov Əfqan Qəzənfər oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 3 (ü ç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) ilə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 avqust 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.4-cü maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, satış məqsədi olmadan 204,662 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və idarə etdiyi “Hyundai İ30” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 1 aprel 2023-cü il tarixdə, saat 12:00-da Azərbaycan Res publikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra mətndə - BMCMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbiri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq idarə etdiyi “Hyundai İ30” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə ünvan 2 ünvanında yerləşən BMCMİ-nin inzibati binasına gətirilərək həmin tarixdə üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarının sol yan cibindən 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,662 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra, həmin gün saat 14:40dan 14: 51-dək olan müddətdə idarə etdiyi “Hyundai İ30” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı avtomobilin arxa yük yerindən çəhrayı rəngli polietilen torbadakı sellofan torbanın içərisində 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 200,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci və apellyasiya instansiyası məhkəmələri isə Məhkum əməlini CM-in 234.4.1-ci maddəsindən 234.1-ci maddəsinə tövsif edərək, onu həmin maddə ilə təqsirli bilmişdir, həmçinin CM-in 234.4.4-cü maddəsini ittihamdan xaric edilməsi barədə nəticəyə gəlmişlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, əməlin tövsifində səhvə yol verildiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, işdə olan sübutlarla Məhkum əldə etdiyi narkotik vasitəni pul və ya öz istifadəsi üçün narkotik vasitə verilməsi müqabilində ona deyiləcək yerlərə qoyacağını üzərinə götürməsi, aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddindən 40 dəfə çox olması, eyni zamanda narkotik vasitənin satışına dair İran İslam Respublikasının vətəndaşı ilə aralarında mütəmadi əlaqənin olma sı nəzərə alındıqda Məhkum həmin narkotik vasitəni qabaqcadan əlbir olan qrup tərkibində satış məqsədi ilə əldə etməsi tam təsdiqini tapmışdır. Məhkəmələr Məhkum əməlini CM-in ağır maddəsindən yüngül maddəsinə tövsif edərkən onun tərəfindən törədilən CM-in 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, həmin maddədə nəzərdə tutulan cinayətin ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayətlər olmasını, aşkar olunmayacağı təqdirdə ondan istifadə edəcək əksəriyyəti gənc olmaqla Azərbaycan vətəndaşının həyatını və sağla mlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının tövsiyələrini nəzərə almayaraq təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsinin səbəblərini nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi öz yekun qərarlarında əsaslandırmamışlar. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 avqust 2024-cü il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiə si üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 avqust 2024-cü il tarixli qərarının ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəs ində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.4. 1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkə məsinin Cinayət Kollegiyasının 19 avqust 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübh əli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şər ti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəy yən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Mə hkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini i sə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Qeyd edilən normaların tələbləri baxımından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya pr otestinin təmin edilməsi barədə məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 avqust 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tam tapmamış, ittihamdan “internet informasiya ehtiyatlarından i stifadə edilmə” ilə bağlı hissə ümumiyyətlə xaric edilmiş, məhkəmə baxışı zamanı iş materiallarında olan sübutların məcmusuna əsasən Məhkum qeyd olunan narkotik vasitəni satış məqsədilə əldə etmədiyi, cinayət əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə düzgün tövsif edilmədiyi qənaətinə gəlinərək onun əməli CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Sonradan işə baxan apellyasiya məhkəməsi də haqlı olaraq qeyd olunan nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vas itələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddə ləri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarına əsasən həqiqətən məhkumun üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vasitəni satış niyyəti ilə əldə edib saxlamasını, narkotik vasitənin satışı üçün istehlakçı ilə razılaşmalarının olmasını, xüsusi avadanlığın olmasını təsdiq edən və ya həmin xüsusatlar barədə məlumatları əks etdirən hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. Belə ki, cinayət işinin materiallarında olan “Ambulator məcburi komisyon məhkəmə-narkoloji” ekspertizasının 5 iyun 2023-cü il tarixli, 3493 nömrəli ekspert rəyindən görünür ki, Məhkum kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Məhkum müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Məhkum nakomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Məhkum deməsinə görə narkotik vasitə olan marixuanadan çəkmək yolu ilə istifadə edir. Cinayət işinin materiallarından müəyyən olunduğu kimi, Məhkum məhz şəxsi istifadəsi üçün narkotik vasitə almış, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı əldə etdiyi narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdi q edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Odur ki, Məhkum narkotik vasitəni tanımadığı şəxsdən (İran İslam Respublikası vətəndaşından) şəxsi istifadəsi üçün alması, heç kimə narkotik vasitə satmaması, üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olması cinayət işi üzrə toplanılmış sübutlarla təsdiqini tapsa da, Məhkum aşkar edilmiş narkotik vasitəni satış məqsədilə əldə etməsinə dəlalət edən hər hansı bir sübut aşkar edilməmişdir. Məhkum ona Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.4-cü maddələri ilə elаn edilmiş ittihаm üzrə, ondan aşkar olunmuş 2 bükümdə ümumilikdə təmiz çəkiləri 204,662 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı özün ün istifadə etməsi üçün aldığını bildirmişdir. Birinci instansiya məhkəməsində Məhkum ifadəsində göstərmişdir ki, “həqiqətən də idarə etdiyi avtomobilində ona verilmiş ittihamda göstərilən miqdarda narkotik vasitə olmuş, lakin həmin narkotik vasitəni satış məqsədilə deyil, şəxsi istehlakı üçün əldə edərək idarə etdiyi avtomobildə saxlayaraq daşımışdır..... avtomobilə baxış keçirmişlər. Bu zaman avtomobildə narkotik vasitə olmuş, həmin narkotik vasitəni tutulmamışdan əvvəl Lökbatan ərazisindən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığı şəxsdən almışdır. Təxminən 3-4 ildir narkotik vasitə istifadə edir. Heç vaxt narkotik vasitələrin satışını həyata keçirməmiş, narkotik vasitəni aldığı şəxslərin göstərişi ilə narkotik vasitələri harasa aparıb çatdırmamışdır. İbtidai istintaq zaman ı müdafiəçi ilə təmin olunmasına baxmayaraq, ifadələrini təzyiq altında vermişdir. Narkotik vasitə əldə etdiyi şəxsin İran İslam Respublikası vətəndaşı olduğunu bilməmiş, sonuncunun iranlı olmasını polis əməkdaşları ona demişdir. Həmin şəxsin harada yaşamasını və digər məlumatlarını bilmir.”. Təqsirləndirilən şəxs Məhkum narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə deyil, özünün istifadəsi üçün üzərində saxlaması və gəzdirməsi barədə vermiş olduğu ifadə işin faktiki hallarına uyğun gəldiyindən özünü müdafiə xarakteri daşıması ağlabatan hesab olunmur. “Mobil telefona baxış keçirilməsi haqqında” 2 iyun 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, təqsirləndirilən şəxs Məhkum məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefona baxış zaman ı “Whatsapp” mobil tətbiqində Məhkum istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçməsi və müxtəlif “Whatsapp” yazışmalarının olması aşkar olunmuşdur. Həmin yazışmalara baxış zamanı +98 ********** saylı İran İslam Respublikasına məxsus mobil nömrə ilə Məhkum istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında müxtəlif vaxtlarda telefon danışıqlarının olması aşkar edilmişdir. Baxışda iştirak edən Məhkum ***-***-**-** mobil telefon nömrəsinin ona məxsus olmasını, +98 ********** mobil telefon nömrənin isə narkotik vasitəni əldə etdiyi İran İslam Respublikası vətəndaşına məxsus olmasını bildirmişdir. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir təklif və şikayət daxil olmamışdır. Qeyd edilən protokola əlavə edilmiş fotocədvələ məhkəmədə tərəflərin iştirakı ilə baxış zamanı Məhkum “Whatsapp” vasitəsi ilə kontaktında olan və olmayan digər şəxslərlə danışıqları və yazışmalarının olması, eləcə də həmin yazışma və danışıqların bir hissəsinin Məhkum 1 aprel 2023-cü il tarixdə artıq tutulduqdan sonrakı tarixlərdə (05.04.23-19.04.23) olması müəyyən edilmişdir. “CD diskə baxış keçirilməsi haqqında” 9 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Məhkum istifadəsində olmuş mobil telefon nömrələri ilə aparılmış danışıqlar və yazışmalara dair məlumatlar məhkəmə qərarı ilə əldə edilməklə istintaq orqanına “Azercell” və "xxxx" MMC mobil operatorlarından təqdim edilmiş diskə baxış keçirilməsi zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Məhkum narkotik vasitələrin satışı ilə məşğul o lması barədə əməliyyat məlumatı daxil olsa da, sonradan bu məlumatlar öz təsdiqini tapmamışdır. Belə ki, Məhkum istifadəsində olan mobil telefona baxış zamanı, habelə onun istifadəsində olmuş mobil telefon nömrələri ilə aparılmış sms-yazışmalara baxış zamanı Məhkum əldə etdiyi narkotik vasitəni hər hansı şəxsə satması, pay və sair maraq müqabilində verməsi, hər hansı şəxslə əlbir olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Onun istifadəsində olmuş mobil telefonunda İran İslam Respublikasına məxsus mobil telefon nömrəsinin olması heç bir halda şəxsin tanımadığı, şəxsiyyətini və ya cinayətin subyekti olub-olmaması məlum olmayan şəxslə qabaqcadan əlbir olması qənaətinə gəlməyə əsas vermir. Bütün qeyd edilənlərə baxmayaraq, ibtidai istintaq orqanının qərarı ilə kifayət qədər əsaslar olmadan, heç bir mötəbər sübut əldə edilmədən, hər hansı əsaslanma aparılmadan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.4cü maddələri ilə ittiham elan etmişdir. Kassasiya məhkəmə kollegiyası həmçinin onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə Məhkum niyyətinin qiymətləndirilməsində hələ cinayət təqibinin əvvəlində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-in 124.1-ci maddəsi baxımından mötəbər dəlillə əsaslandırmaq üçün bir sıra istintaq hərəkətləri icra etmişdir, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə Məhkum üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vas itəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Məhkum istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar əldə edilmədiyindən və narkotik vasitənin hazırlanması üçün avadanlıq aşkar edilmədiyindən, üzərindən və avtomobilindən aşkar olunaraq götürülmüş narkotik vasitələrin hər birinin ayrı-ayrılıqda 1 (bir) ədəd bükümdə, ümumilikdə isə sadəcə 2 (iki) ədəd bükümdə saxlanılması, ümumiyyətlə narkotik vasitənin çox saylı xırda bağlamalara bükülməməsi halı haqlı olaraq sonuncu nun həmin narkotik vasitəni satmaq niyyətində olmasına əsas verən hal kimi qəbul olunmamışdır. Yuxarıda sadalanan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin qeyd edilən müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkumun əməlinin düzgün tövsif olunmaması barədə iddiasının əsassız olduğu müəyyən edilir. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, ap ellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 avqust 2024-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-383/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-383/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver