Məhkəmə qərarları › İş №1(102)-384/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-384/2019

05.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-384/2019 05.03.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)384-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 05 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, zərərçəkmiş Zərərçəkmiş şəxs, Məhkum, Müdafiəçi iştirakları ilə, Lə nkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29, 120.2.4 və 229.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü ilə (hakimlər: X20 (sədrlik edən), X17 və X8 ibarət tərkibdə) Məhkum – xx xxxxx 1993-cü ildə ************* şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası CM-nin 29, 120.2.4 və 229.1-ci maddələri ilə təqsirli bilinib, CMnin 29, 120.2.4-cü maddəsi ilə 14 (on dörd) il müddətə, CM-nin 229.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, CM-nin 66.3cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplanmaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum qanunsuz olaraq yivsiz odlu ov silahı üçün döyüş sursatı hazırlamaqla qisas almaq məqsədilə Zərərçəkmiş şəxs ümumi təhlükəli üsulla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 2017-ci ilin noyabr ayının ortalarında Sabirabad rayon sakini tanışı Zərərçəkmiş şəxs Rusiya Federa siyasının ********* şəhərində həmyerlilərinin yanında onun barəsində xoşagəlməz ifadələr işlətməsini eşidərək onunla görüşüb belə sözləri daşınşıbdanışmamasını dəqiqləşdirmək istəmiş, sonuncu təsdiqedici cavab verdiyi halda onu tüfənglə vurub cəzalandırmağı planlaşdırmış və bu məqsədlə məlum olmayan mənbədən əldə etdiyi və nənəsi X8 yaşadığı Sabirabad şəhəri, ******************** nömrəli evin həyətyanı sahəsində gizlətdiyi 12 kalibrli “J.P.SAUER&SOHNSUHL” modelli 83091 №-li qoşalüləli yivsiz ov tüfəngində istifadə etmək üçün məlum olmayan mənbədən əldə etdiyi və tüfənglə birlikdə gizlətdiyi bir ədəd 12 kalibrli boş patronu 2017-ci ilin noyabr ayında həmin evin həyətində atəşin təsir qüvvəsini artırmaq məqsədilə ov silahı üçün döyüş sursatı hazırlamaqla içərisinə şurup, qayka və vint kimi t əsərrüfat təyinatlı kiçik metal hissəciklərini doldurub tüfənglə birlikdə həmin həyətdə gizlətmişdir. 30 dekabr 2017-ci il tarixdə Zərərçəkmiş şəxs Mahaçqala şəhərindən Sabirabad şəhərinə gəldiyini eşitdiyi üçün kustar üsulla hazırladığı döyüş sursatını qeyd olunan qoşalüləli yivsiz ov tüfənginin sağ patron yuvasına qoymaqla silahı “Sabir” adına su kanalının Sabirabad rayonun ************* kəndi ərazisindən keçən hissəsində olan dəmiryol körpüsünün altında gizlətmiş və həmin gün axşam saat 20 radələrində istifadəsində olan mobil telefon vasitəsilə Zərərçəkmiş şəxsla əlaqə saxlayıb onunla söhbət etmək üçün sonuncunu həmin körpünün yaxınlığına dəvət etmiş, Zərərçəkmiş şəxs onun təklifini qəbul etdikdən sonra qardaşı X18 Sabirabad rayonun ərazisində yerləşən «Kamran kafesi»ndən götürüb qeyd o lunan yerə gətirməyi tapşırmışdır. Bundan qısa müddət sonra İ6 idarə etdiyi VAZ-2105 markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxsla yanaşı, sonuncunun əmisi oğlu X12, qohumu X13 və qonşusu X5 qeyd olunan kanalın üzərindəki dəmiryol körpüsünün yaxınlığına, Məhkum yanına gətirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs tək olmadığını, habelə barəsində yayılmış rüsvayedici məlumatın sonuncu tərəfindən etiraf ediləcəyi halda onu tüfənglə vurmaq istədikdə qeyd olunan şəxslərin aktiv müdaxiləsi ilə üzləşəcəyini dərk etdiyindən Məhkum Zərərçəkmiş şəxsla qısa söhbət etməklə kifayətlənərək Zərərçəkmiş şəxs həmin yerə tək gətirməyi planlaşdırmış və bu məqsədlə gələn şəxslərlə birlikdə geri Sabirabad rayonuna qayıtmışdır. 30 dekabr 2017-ci il tarixdə, saat 23 radələrində Məhkum qarda şı İ6 Süleymanovun idarə etdiyi avtomobillə yenidən Zərərçəkmiş şəxs və həmin vaxt sonuncunun yanında olmuş qohumu X25 adına su kanalın rayonun Qalaqayın kəndindən keçən hissəsində olan dəmiryol körpüsünün yanına gətirmiş və körpünün altında gizlətdiyi qoşalüləli ov tüfəngini götürüb Zərərçəkmiş şəxs döş nahiyəsinə tuşlayıb barəsində rüsvayedici sözlər danışıb-danışmaması ilə bağlı ünvanladığı suala, sonuncu etirafedici cavab verdiyinə görə şəxsiyyətinin alçaldılmasını, adının ləkələnməsini və dost-tanışları yanında nüfuzdan düşməsini düşünərək Zərərçəkmiş şəxs qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəlmiş, həmçinin atəş zamanı əlindəki tüfəngin patronunda olan şurup, vint, qayka kimi təsərrüfat təyinatlı kiçik metal hissəciklərin yayılması xassələrinə görə həmin vaxt Zərərçəkmiş ş əxsla eyni istiqamətdə və yaxın məsafədə, yəni 1,5-2 metr aralıda dayanan P6 da həyatı üçün real təhlükə yaratmaqla Zərərçəkmiş şəxs 2-2,5 metr məsafədən həmin tüfəngdən bir dəfə atəş açaraq ona sağ və sol budun orta 1/3-də ön iç səthdə toxuma çatmazlığı ilə xarakterizə olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirmiş, Zərərçəkmiş şəxs atəşin təsirindən yıxılmasını görüb niyyətini sona çatdırmaq üçün əlində olan tüfənglə zərbə endirmək üçün ona hücum etmək istədikdə P6 və İ6 aktiv müdaxiləsi nəticəsində niyyətini həyata keçirə bilməmiş, Zərərçəkmiş şəxs həmin vəziyyətdə hadisə yerində qoyub qardaşı İ6 birlikdə gəldikləri avtomaşınla hadisə yerindən uzaqlaşıb getsə də, Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomaşını ilə vaxtında xəstəxanaya çatdırılması və ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyinə görə iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən ümumi təhlükəli üsulla öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X21 (sədrlik edən və məruzəçi), X22 və X1 ibarət tərkibdə) 09 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, CM-nin 60.1 və 63.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Məhkum CM-nin 29,120.2.4-cü maddəsi ilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 66. 3-cü maddəsinə əsasən CM-nin 29,120.2.4-cü maddəsi ilə təyin olunmuş 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası CM-nin 229.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, Məhkum qəti olaraq 11 (on bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm apelyasiya şikayətinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarından Müdafiəçi kassasiya şikayəti verərək məhkumun əməlini CM-nin 29, 120.2.4cü maddəsindən CM-nin 127.2.3-cü maddəsinə tövsif edilməsini, işdə olan yüngülləşdirici hallar nəzərə alınmaqla yüngül həddə cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlil ləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qərar çıxarılarkən törədilmiş əmələ düzgün hüquqi qiymət verilməmiş, iş üçün əhəmiyyətli olan hallar araşdırılmamış, məhkumun hərəkətlərində “ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd etmə” cinayətinin tərkibinin aydınlaşdırılmamış, həmin cinayət əməli üzrə təqsirliliyi sübuta yetirilməmiş, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə düzgün hüquqi qiymət verilməmiş və beləliklə cinayət qanunu norması düzgün tətbiq olunmamış, ümumilikdə təyin edilmiş cinayət təqsirləndirilən şəxsin şəxsiyyətinə və ailə şəraitinə uyğun olmamışdır. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrindən, zərərçəkmiş şəxsin xəsarət aldığı nahiyəsindən v ə xəsarətin dərəcəsindən göründüyü kimi Məhkum Zərərçəkmiş şəxs ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməmişdir. Əgər Məhkum qəsdən Zərərçəkmiş şəxs həyatdan məhrum etmək niyyəti olsaydı tüfəngi ilk dəfədən ona ən əlverişli şəraitdə tuşlayaraq onu öldürərdi. Verilmiş ifadələrdən də aydın olur ki, sonuncu təqsirləndirilən şəxsin qarşısında dayanmış, onu öldürməyə tanı əlverişli şərait olmuş, ona tüfəngdən güllə atmağa mane olan olmamış, lakin təqsirləndirilən şəxs onu həyat üçün təhlükəli olan orqanına atəş açmamışdır. Beləliklə, Şirvan Apellyasiva Məhkəməsi tərəfindən qərar çıxarılarkən törədilmiş əmələ düzgün hüquqi qiymət verilməmiş, iş üçün əhəmiyyətli olan hallar araşdırılmamış, Məhkum hərəkətlərində “ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd etmə" cinayətinin tərkibini n olması aydınlaşdırılmamış, həmin cinayət əməli üzrə təqsiriiliyi sübuta yetirilməmiş, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə düzgün hüquqi qiymət verilməmiş və beləliklə cinayət qanunu norması düzgün tətbiq olunmamış müdafiə tərəfinin indiyə qədər verdiyi vəsatətləri aydınlaşdırılmamış və ümumilikdə təyin edilmiş cəza cinayət təqsirləndirilən şəxsin şəxsiyyətinə və ailə şəraitinə uyğun olmamışdır. Bu baxımdan 30 dekabr 2017-ci ildə saat 23 radələrində baş vermiş cinayət hadisəsi üzrə Məhkum əməlləri CM-nın 29,120.2.4-eü maddəsindən CM-nin 127.2.3-cü maddəsinə tövsif olunmalı, işdə olan yüngülləşdirici hallar nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi maddələrin sanksiyası daxilində aşağı həddə cəza təyin edilməli, 31.12.2017-ci ildən həbsdə olduğu müddət nəzərə alınmalı və aşağı hə ddə cəza təyin edilməlidir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, müdafiəçinin və zərərçəkmiş Zərərçəkmiş şəxs, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-p rosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiəçinin kassasiya şikayətində göstərilmişdir ki, Məhkum Zərərçəkmiş şəxs ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməmişdir. Əgər Məhkum qəsdən Zərərçəkmiş şəxs həyatdan məhrum etmək niyyəti olsaydı tüfəngi ilk dəfədən ona ən əlverişli şəraitdə tuşlayaraq onu öldürərdi. Verilmiş ifadələrdən də aydın olur ki, sonuncu təqsirləndirilən şəxsin qarşısında dayanmış, onu öldürməyə tam əlverişli şərait olmuş, ona tüfəngdən güllə atmağa mane olan olmamış, lakin təqsirləndirilən şəxs onu həyat üçün təhlükəli olan orqanına atəş açmamışdır. Birinci instansiya məhkəməsi iclasında Məhkum ifadəsində göstərmişdir ki, 2017-ci ilin noyabr ayında keçmiş iş yoldaşından eşit mişdir ki, Zərərçəkmiş şəxs RF-nın Dağıstan Respublikasının Mahaçqala şəhərində tikintidə işlədiyi zaman kimlərinsə yanında onun barəsində xoşagəlməz sözlər danışmış, onun ünvanına söyüşlər söyüb, guya ki, onunla Sabirabad şəhərində söhbət edən zaman onu “peysər” çıxartdığını demişdir. Hadisə zamanı istifadə etdiyi ov tüfəngini və 4 ədəd patronları bu hadisədən xeyli müddət əvvəl Sabirabad şəhərində yaşadığı binanın zirzəmisində tapmış, sonra həmin ov tüfəngini və patronları nənəsinin evində gizlətmişdir. 30 dekabr 2017-ci il tarixdə, səhər saatlarında o, D6un rayona qayıtmasını öyrəndikdən sonra onu vurmaq üçün hazırladığı içərisi şurup, vint, qayka ilə doldurulmuş patronu, habelə tüfəngi və digər üç ədəd patronu gizlətdiyi yerdən götürüb Sabirabad rayonun Qalağayın kəndinin ərazisindən k eçən «Sabir» su kanalının üstündə olan dəmiryol körpüsünün yanına getmişdir. Orada ov tüfəngin işlək vəziyyətdə olmasını yoxlamaq üçün 3 ədəd patronu ardıcıl olaraq tüfəngin patron yuvasına yerləşdirib çayın səthinə, yəni suyun üzərinə atəş açmaqla yoxlamışdır. Atəş zamanı tüfəngin sol patron yuvası işləməmiş, sağ tərəfi isə işlək vəziyyətdə olmuşdur. Atdığı patronların boş gilizlərini su kanalına tullamışdır. Sonra şurup-qayka ilə doldurduğu patronu tüfəngin sağ patron yuvasına daxil etmiş və tüfəngi körpünün altında gizlədib evinə qayıtmışdır. Hadisə günü körpünün altında gizlətdiyi yerdən tüfəngi götürmüşdür. D6 ona yaxınlaşandan sonra o, tüfəngi atəşə hazır vəziyyətə gətirib tüfəngi D6a tərəf tuşlamışdır. Həmin vaxt D6la onun arasında 1-2 metr məsafə olmuşdur, həmçinin D6dan 2-3 metr a rxada P6 dayandığını görmüşdür. Əvvəlcədən planlaşdırdığı kimi əlindəki tüfənglə onun ayaq nahiyəsi istiqamətində atəş açmaq üçün tətiyi çəkmiş, lakin atəş açılmamış, sonra o tüfəngin tətiyini yenidən çəkərək atəş açmışdır. Atəşdən sonra D6 aşağı əyilib yerdə oturmuşdur. Sonra qardaşı İ6 tüfəngi onun əlindən almış və onlar həmin yerdən bir az kənara çəkilmişlər. O, tüfəngi D6 sinə nahiyəsi istiqamətinə tuşlamamış, atəşdən sonra D6 üzərinə gedib “ağzının içinə atacam əclafın” və “öl canın çıxsın” sözlərini deməmişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə zamanı körpünün qurtaracağından sağa irəli, təxminən 1 metr getdikdən sonra V6 tüfəngi ona tərəf tuşlamasını görüb qorxub dayanmışdır. Onlar təxminən 5-10 saniyə həmin vəzi yyətdə qalmış və o, söz deməyə macal tapmamış V6ın əlindəki tüfəngin tətiyinin çıqqıltısını eşidib tüfəngin boş olmasını zənn etmiş həmin an bir qədər rahatlamışdır. Həmin anda o, arxadan P6 ona yaxınlaşmasını hiss edib çevrilib baxdıqda P6 ondan arxada sağ tərəfdə təxminən 2-3 metr məsafədə olmasını görmüşdür. Elə həmin anda tüfəngin atəş səsini eşitmiş, bundan sonra ayaqlarında bərk ağrı olmuş və o, ağrıdan yerə çöküb yıxılmışdır. Həmin vaxt arxadan P6 V6 “ala neyniyirsən” desə də, V6 tüfəngdən atəş açmışdır. Atəş açandan sonra V6ın ona yaxınlaşıb “öl canın çıxsın” deməsini xatırlamır. O, yerə yıxıldıqdan sonra P6 V6 üstünə gedib “sən neylədin” demiş, bundan sonra P6 və İ6 V6 əlindən tüfəngi almışlar. Həmin vaxt o, ağrıdan nə edəcəyini bilməmiş, sürünə-sürünə təxminən 5-6 metr irəli getm iş, sonra gücü tükəndiyindən halsız, uzanmız vəziyyətdə yerdə qalmış və xeyli qan itirdiyindən huşu aydın olmamışdır. Sonra o, İ6la V6ın gəldikləri yolla körpünün üzəri ilə geri qayıtmalarını görmüş, həmin vaxt silah İ6ın əlində olmuşdur. V6 İ6 oradan uzaqlaşdıqdan sonra o, cibindən telefonunu çıxarıb “təcili yardım” nömrəsini yığmaq istəmiş, lakin nömrəni yığa bilməmiş və telefonu P6 verib “ambulansı yığ” demişdir. Həmin vaxt V6 geri qayıdıb ona yaxınlaşıb “heç yerə zəng olunmayacaq” demiş, o və P6 V6 heç kimə bir söz deyilməyəcəyini dedikdən sonra V6 oradan uzaqlaşıb qardaşı İ6la birlikdə getmişdir. Onlar getdikdən təxminən 15-20 dəqiqə sonra P6 ona yaxınlaşıb cibindən telefonu çıxarıb “103 xidməti”nə zəng edib telefonu səsgücləndiriciyə qoyub ona yardım çağırmağını demiş, o da “103 yard ım xidməti” ilə danışıb kömək üçün onları hadisə yerinə çağırmış, hadisənin baş vermə yerini onlara demişdir. Məhkəmə iclasında X4 ifadəsində göstərmişdir ki, körpünün digər başına çatdıqda D6un körpünün qurtaracağında təxminən 2-3 metr məsafədə arxası ona tərəf dayanmasını, V6 əlində tüfənglə D6 üzbəüz dayanmasını görmüşdür. Həmin vaxt V6 tüfəngi D6un sinəsi istiqamətində tuşlamış və onların arasında təxminən 2-3 metr məsafə olmuşdur. İ6ın da V6ın sağ tərəfində dayandığını görmüşdür. V6ın əlindəki tüfəngi D6un sinəsi istiqamətində tuşlamasını görən anda o, D6un arxasında, ondan təxminən 2-3 metrlik məsafədə olmuşdur. Həmin vəziyyəti görüb bərk qorxmuş və V6a “ala neyniyirsən” deyib D6a tərəf gedəndə anda V6 tüfəngdən atəş açıb D6u vurmuşdur. Onun qəfil qışqırmasından sonra V6 özünü itirmi ş və tüfəngi D6un sinə istiqamətindən bir qədər aşağı endirib atəş açmışdır. Atəşdən dərhal sonra D6 yerə yıxılıb qışqıra-qışqıra yerdə qıvrılmağa və “ay Allah, ay Allah” deməyə başlamışdır. Həmin vaxt o, V6a “sən neynədin” demiş, V6 isə ona cavab vermədən D6un üzərinə gedib əlindəki tüfəngin lüləsini yerdə qıvrılan D6un üzərinə tuşlayaraq “ağzının içinə atacam əclafın” demişdir. Sonra o, V6la D6un arasına girib bir əli ilə V6ın əlindəki tüfəngin lüləsinin altından tutub tüfəngi yuxarı qaldırmış, digər əli ilə V6ın gödəkcəsindən onu kənara çəkməyə çalışmış, lakin V6 həmin vaxt dayanmamış, yerdə qıvrılan D6un üzərinə hücum çəkmək üçün onun əlindən çıxmağa çalışırmışdır. Sonra İ6ın köməkliyi ilə silahı V6ın əlindən almış, bundan sonra da V6 əliyalın vəziyyətdə yerdə qıvrılan D6un üzərinə get mək istəsə də o, D6u qoruduğundan V6 ona heç nə edə bilməmişdir. V6ın əlindən silah alındıqdan sonra İ6la V6 oradan getməyə hazırlaşarkən D6un cibindən telefonunu çıxarmasını görüb V6 ona yaxınlaşıb «heç bir yerə zəng olunmayacaq” deyə qışqırmış, D6 da qorxusundan “yaxşı-yaxşı” demiş, o da “narahat olma heç kim bilməyəcək” dedikdən sonra V6 və İ6 oradan uzaqlaşıb getmişlər. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki V6 əlindəki tüfəngi D6a tərəf tuşlayıb “sən mənim dalımca danışımısan” dedikdə D6 “hə danışmışam” demiş, V6 da ona “məni tanımıya-tanımıya barəmdə o nə sözdür demisən” dedikdə, D6 “nə eşitmişəm onu danışmışam” demişdir. Həmin vaxt P6 arxadan gəlib D6a yaxınlaşmış və V6ın tüfəngi D6a tuşlamasını görüb “V6 neyləyirsən” dediyi anda V6 tüfəngdən D6un ayaqlarına bir at əş açmışdır. Atəş açılan vaxt V6la D6un arasındakı məsafə 2-3 metr olmuşdur. Atəş açılan anda P6 D6un arxa sol tərəfində, o isə V6ın sağ tərəfində olmuşdur. Atəşdən sonra D6 yaralanaraq yerə yıxılmışdır. O, qışqırıb V6a “sən neynədin” demiş, sonra V6ın əlindən tüfəngi almışdır. Hadisə yerinə polis gələcəyindən ehtiyat edib V6la birlikdə hadisə yerindən getmək istəyərkən V6 D6un cibindən telefon çıxarmasını görüb ona yaxınlaşıb D6a və P6ə “heç bir yerə zəng olunmayacaq, heç kim bilməməlidir bu iş barədə” sözlərini demiş, D6 və P6 V6a «heç kimə bir söz deyilməyəcəyini» dedikdən sonra V6 və o, hadisə yerini tərk etmiş, həmin vaxt o, tüfəngi körpünün alt hissəsində gizlətmiş, bunu V6 da görmüşdür. Birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 29 yanvar 201 8-ci il tarixli rəyi ilə müəyyən olunur ki, məhkəmə-tibb ekspertizası “1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənəddə yazılanlara əsasən və ilk məlumatı nəzərə alıb aşağıdakı nəticəyə gəlinmişdir: a) Zərərçəkmiş şəxs 31 dekabr 2017-ci il tarixdən 13 yanvar 2018-ci il tarixə kimi Sabirabad MRX-nın cərrahiyyə şöbəsində “Hər iki bud nahiyyəsinin ön iç səthinin güllə yaralanması nəticəsində genişsəhəli parçalanmış yara, qanaxma, çoxsaylı yad cismlər, hemmoragik şok” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Müayinə zamanı aşkar edilmiş xəsarətlər sağ və sol budun orta 1/3-də ön iç səthdə toxuma çatışmazlığı ilə xarakterizə olunan yaralar, yara daxilində yumşaq toxumalarada çoxsaylı yad cisimlər-(şüşə, bolt, qayka, şurup) hamarlüləli ov tüfəngindən açılmış bir atəş n əticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 30 dekabr 2017-ci il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Yaraların xarakterini nəzərə alsaq demək olar ki, atəş yaxın məsafədən yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi patronun içərisinə xırda dəmir parçalarını (şurup, vintvə qayka) doldurmaqda məqsədi tüfənglə atəş açıb D6a xəsarət yetirəndə onun bədəninə az xəsarət dəyməsini istəməsi olması barədə xüsusat onun hərəkətlərinin xarakterinə uyğun hesab edilməməlidir. Ona görə ki, atəş yaxın məsafədən atılmış və ekspertizanın rəyindən görünür ki, patronun içinə doldurulmuş dəmir parçaları daha böyük xəsarətlər yetrimişlər. Bundan başqa hadisədən əvvəl v ə sonra onun hərkətlərinin nəyə yönəlməsi də əməlin hüquq tövsifi üçün vaçibdir. O, zərərçəkmiş şəxsə qarşı tüfəngdə olan bir patronla atəş açdıqdan sonra zərərçəkmiş şəxsin və onun yanında olan X6 telefonla tibbi yardım çağırmasına mane olmuş “heç bir yerə zəng olunmayacaq” demişdir. Bundan başqa ibtidai istintaq zamanı zərər çəkmiş şəxslə üzləşmə zamanı ona atəş açdıqdan sonra yaxınlaşıb onun üzünə baxıb “öl canın çıxsın” dediyini də zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin üzünə demişdir. Məhkəmə iclasında isə bunu xatırlamadığını göstərmişdir. X4 da ifadəsində təqsirləndirilən şəxsin D6a atəş açdıqdan sonra yerdə qıvrılan D6un üzərinə şığıdığını, əlindəki tüfəngin lüləsini D6un üzərinə tuşlayaraq “ağzının içinə atacağam əclafın” dediyini görüb ona yenidən atəş açacağını zənn etmişdir. Məhkum çoxsaylı dəmir və şüşə parçaları ilə qabaqcadan doldurub hazırladığı bir ədəd patronla yaxın məsafədən Zərərçəkmiş şəxs bud nahiyyəsini çoxsaylı metal hissəçiklərlə ağır dərəcəli xəsarətlər yetirib yaralamışdır. Bu hallar ona dəlalət edir ki, Məhkum hərəkətləri zərərçəkmiş şəxsə ağır xəsarət yetirməyə deyil həyatdan məhrumetməyə yönəlmişdir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 №-li qərarının 8-ci bəndində izah edilmişdir ki, Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsul la adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Cinayət işi üzrə təqsirləndirilən şəxsin özünün, zərər çəkmiş şəxsin və hadisə yerində olmaqla bilavasitə həyatı üçün təhlükə yaranmış şahidin eyni məzmunlu ifadələrindən müəyyən edilir ki, Məhkum çoxsaylı metal və şüşə qırıqları ilə doldurulmuş patronu yivsiz tüfəngə doldurub zərərçəkmiş Zərərçəkmiş şəxs atəş açarkən X2 arxasında, ondan təxminən 2-3 metrlik məsafədə və atəşin eyni istiqamətində olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə baxmış məhkəmələr Məhkum ümumi təhlükəli üsulla Zərərçəkmiş şəxs öldürməyə cəhd etməsi kimi hərəkətlərini Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə tövsif etməklə düzgün nəticəyə gəlmişlər. Məhkumun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinə tövsif edilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Eyni zamanda məhkəmələr cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın Məhkum islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60.1-ci və 63.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar tətbiq edilməklə daha yüngül cəzalar təyin edilmişdir. Cəzanın daha da yüngülləşdirilməsi üçün qanuni əsaslar müəyyən edilm işdir, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinin müəyyən etdiyi tələblərə uyğundur. Ona görə də kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum təqsirli bilinib məhkum edilməsi barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarı dəyişikliksiz saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar