Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-384/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranovun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx xx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mahmud Ağalarov (sədrlik edən və məruzəçi), Əliövsəd Abasov və Eldar Mikayılovdan ibarət tərkibdə) 1(101)-921/2019 nömrəli 05 sentyabr 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1984-cü ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 12, ev 2A-da qeydiyyatda olub yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğ u və həbsdə saxlanıldığı 7 (yeddi) ay 23 (iyirmi üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 10 (on) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə külli miqdarda, ümumi təmiz çəkisi 6,075 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə daşıyaraq yaşadığı ünvan 1 ünvanına gətirərək orada iki hissəyə bölüb qablaşdırdıqdan sonra, bir ədəd polietilen kəs iyi bükümündə külli miqdarda, 4,235 qram hissəsini yaşadığı evində, bir ədəd polietilen kəsiyi bükümündə 1,840 qram hissəsini isə üstündə saxlamış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən x xxxxxx 2018-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, saat 12:15də ünvan 1-nın yaxınlığında saxlanılmış, baxış zamanı Məhkum əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,840 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitə aşkar edildiyindən götürülmüşdür. Həmin tarixdə Məhkum icazəsi ilə onun yaşadığı ünvan 1 ünvanına saat 12.50-də keçirilmiş baxış zamanı o, evin yataq otağında yerləşən masanın üzərindən bir ədəd polietilen kəsiyi bükümündə, külli miqdarda 4,235 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş, aşkar edilmiş həmin narkotik vasitə götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Kamran Əkbərovdan ibarət tərkibdə) 1(103)-1490/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayə tində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, işə baxan birinci instansiya və apelyasiya instansiya məhkəmələri tərəfindən ibtidai istintaq orqanının tərtib etdiyi ittiham aktı əsas götürülməklə, saxta və yalan şahid ifadələrinə əsaslanmaqla onun əməli düzgün tövsif edilməmişdir. Belə ki, onun əməli CM-in 234.1-ci maddəsi ilə tövsif edilməli idi. O, həqiqətən də narkotik vasitələrin qəbulu ilə məşğul olur, lakin onların satışı ilə məşğul olmamışdır. Lakin hər iki instansiya məhkəmə məhkumun verdiyi ifadələrə önəm verməyərək, onu törətmədiyi cinayətlə təqsirlən dirləndirmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Hafiz İmranovun çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası m əhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesa b edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, əməlin Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətlər i edilməlidir. İş materialından görünür ki, Məhkum satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə külli miqdarda, ümumi təmiz çəkisi 6,075 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə daşıyaraq yaşadığı ünvan 1 ünvanına gətirərək orada iki hissəyə bölüb qablaşdırdıqdan sonra, bir ədəd polietilen kəsiyi bükümündə külli miqdarda, 4,235 qram hissəsini yaşadığı evində, bir ədəd polietilen kəsiyi bükümündə 1,840 qram hissəsini isə üstündə saxlamış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən x xxxxxx 2018-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zam anı o, saat 12:15-də ünvan 1-nın yaxınlığında saxlanılmış, baxış zamanı Məhkum əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,840 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitə aşkar edildiyindən götürülmüşdür. Həmin tarixdə Məhkum icazəsi ilə onun yaşadığı ünvan 1 ünvanına saat 12.50-də keçirilmiş baxış zamanı o, evin yataq otağında yerləşən masanın üzərindən bir ədəd polietilen kəsiyi bükümündə, külli miqdarda 4,235 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş, aşkar edilmiş həmin narkotik vasitə götürülmüşdür. Məhkum birinci instansiyası məhkəməsində özünü qismən təqsirli bilsə də, onun həmin cinayət əməlini törətməsi ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi qismən etiraf edici ifadələri ilə yanaşı, məhkəmə iclasında dindirilərək tədqiq edilmiş şahidlərin, hal şahidlərinin ifadələri ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqq ında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhz satış məqsədilə külli miqdarda (4,235 qram evindən aşkar edilmiş və 1,840 qram üzəridən aşkar edilmiş ümumilikdə 6,075 qram heroin) narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması əməlini törətməsi tam sübuta yetirilmişdir və onun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir qanun i əsas yoxdur, işə baxan məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Bundan əlavə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-384/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-384/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver