Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-384/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, bəraət almış şəxsin və müdafiəçisi İskəndərov Eltac Firudin oğlunun, zərərçəkmiş şəxsin və onun nümayəndəsi X iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli, 1(103)-1182/2023 nömrəli hökmündən apellyasiya i nstansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Bayramova Elfanə Elman oğlu tərəfindən verilmiş kassasiya protestinə və zərər çəkmiş şəxs X8 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 1(011)-138/2023 nömrəli hökmü ilə (hakim:S.S.Hacıyeva) xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 07 aprel 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən Məhkum müdafiəçisi İskəndərov Eltac Firudin oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-ci il tarixli, 1(103)-1182/23 nömrəli hökmü ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən), Z.A.Şirinov və İ.A.İbrahimli) verilmiş apellyasiya şikayəti təmin edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli hökmü Məhkum CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir. Bakı Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Bayramova Elfanə Elman oğlu tərəfindən kassasiya protesti və zərər çəkmiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən kassasiya şikayəti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum özgənin əmlakını ələ keçirmək məqsədilə Türkiyə Cümhuriyyətinin vətəndaşı X11 ilə 09 sentyabr 2020-ci il tarixdən başlayaraq marketlərdə və ticarət- iaşə obyektlərindəki kassa və tərəzi aparatlarında istifadə edilən çekləri və lentləri ölkədaxili bazarda fəaliyyət göstərən topdan satış məntəqələrindən alıb həmin çek və lentlərin marketlərə, ticarət-iaşə obyektlərinə və digər satış məntəqələrinə satışını təşkil edərək yaxşı qazanc əldə edəcəkləri barədə birgə şərikli iş fəal iyyətinə inandırıb bir neçə dəfə müxtəlif vaxtlarda olmaqla X2 həmin şərikli iş fəaliyyətinə sərmayə qoymaq məqsədilə müxtəlif məbləğlərdə pullar alaraq sonradan həmin məbləğdə pulların üzərində qazancla birlikdə ona qaytarmaqla sonuncuda özünə qarşı inam yaradıb kassa və tərəzi aparatlarında istifadə edilən çeklərin və lentlərin «Bravo», «Rahat» əmtəə nişanı adı altında fəaliyyət göstərən və digər nüfuzlu super marketlər şəbəkəsinə satışını təşkil edərək yaxşı qazanc əldə edəcəklərinə və Ukrayna Respublikasında fəaliyyət göstərən "Ukrpapir” şirkətinin istehsal etdiyi tərəzi aparatlarında istifadə edilən lentlərin topdan satış olaraq ucuz qiymətə ölkə ərazisinə idxalını təşkil edib həmin tərəzi lentlərini satmaqla daha böyük miqdarda qazanc əldə edəcəklərinə dair yalan vəd verməklə X2 ona olan etibarından sui-istifadə edərək 10 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 8 Noyabr prospekti, döngə 1 ünvanında yerləşən «Asiman» restoranında X2 məxsus 13.250 manat və 12 dekabr 2020-ci il tarixdə eyni məqsədlə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 8 Noyabr prospekti, döngə 1 ünvanında yerləşən «Asiman» restoranında X2 məxsus 12.525 manat məbləğində nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ümumilikdə X2 məxsus 25.775 manat məbləğində pulu ələ keçirməklə sonradan həmin məbləğin 6.775 manat olan hissəsini nağd və əmtəə məhsulları formasında qaytararaq zərər çəkmiş şəxs X9 19.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, Məhkum əməlində cinayət tərkibi olmadığına görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi bəraət verilməlidir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) normalarına, CM-nin müvafiq maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bir sıra qərarlarına istinad edərək işin müəyyən olunmuş faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan pozuntulara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum bəraət verilərkən onun özünün müdafiə xarakterli ifadələrinə əsaslanmış, baxmayaraq ki, bəraət almış şəxsin ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi araşdırılmış sübutlarla tam təsdiq edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Zərər çəkmiş şəxs X8 nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqı zamanı tədq iq edilmiş, özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrlə, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və sair sənədlərlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirliliyi kifayət qədər sübut olunduğu halda, apellyasiya məhkəməsi sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə əsassız olaraq Məhkum özünümüdafiə xarakterli ifadəsi əsasında təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermişlər. Zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Bəraət almış şəxs Məhkum müdafiəçisi İskəndərov Eltac Firudin oğlu kassasiya şikayətinə və kassasiya protestinə qarşı etirazda göstərmişlər ki, Məhkum zərərçəkmiş şəxs X10 aldatmaq niyyəti olmamış, onlar birgə biznes fəaliyyəti ilə məşğul olmuşlar. Belə ki, tərəflər arasında olan whatsapp yazışmalarından açıq aydın görünür ki, X7 alınmış pullar başqa məqsədlər üçün xərclənilməmiş, məqsəd satışları həyata keçirib gəlir əldə etmək olmuşdur. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli, 1(103)-1182/2023 saylı hökmünü dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kass asiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin h üdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində və zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində Məhkum sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması ilə əsassız və qanunsuz olaraq bəraət verildiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Res publikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatınd a sübutların qiymətləndirilməsi prinsipinə görə (CPM, maddə 33) hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəllənin 125, 144-146cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mən subiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Hazırkı işin xüsusiyyətlərindən çıxış edərək kollegiya qeyd edir ki, talama cinayətlərindən sayılan dələduzluq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərini xarakterizə edən ümumi əlamətlərə görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki (əməl hüququn əldə edilməsində deyil, əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməs inə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən, şəxsdə əmlakı sahibliyinə keçirdiyi vaxt (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmayıbsa, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda və yaxud razılaşdırılmış öhdəlik yerinə yetirilmədikdə və ya lazımınca yerinə yetirilmədikdə, bütün bunlar CM-in 178ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək, əməlin dələduzluq kimi qiymətləndirilməsinə əsas vermir. Eyni mövqedən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Dələduzluq cin ayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında da çıxış etmişdir. Həmin Qərarın 1-5-ci bəndlərində Plenum məhkəmələrə izah etmişdir ki, CM-nin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edil məsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hal larda da baş verir. Qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa çatma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlak ın alqı-satqısına dair əqdin bağlandığı an və sair). Ali Məhkəmənin Plenumu həmçinin qeyd etmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin (CM-in 178.1-ci maddəsi ilə birlikdə götürməklə) dispozisiyasından və məhkəmə kollegiyasının bu normaların təfsirinə dair mövqeyindən çıxış etməklə hazırki işin hallarına baxdıqda, apellyasiya instansiyası məhkəməsinin M əhkum təqsirliliyinin sübuta yetirilməməsi haqqında yekun qənaətinin apellyasiya instansiyası məhkəməsində baxılmış sübutlardan irəli gəldiyini və ittihamın həlli üçün əhəmiyyət kəsb edən bütün halların məcmusundan hasil olunduğunu demək mümkün deyil. Belə ki, cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, özgənin əmlakını ələ keçirmək məqsədilə Türkiyə Cümhuriyyətinin vətəndaşı X11 ilə 09 sentyabr 2020-ci il tarixdən başlayaraq marketlərdə və ticarət-iaşə obyektlərindəki kassa və tərəzi aparatlarında istifadə edilən çekləri və lentləri ölkədaxili bazarda fəaliyyət göstərən topdan satış məntəqələrindən alıb həmin çek və lentlərin marketlərə, ticarət-iaşə obyektlərinə və digər satış məntəqəl ərinə satışını təşkil edərək yaxşı qazanc əldə edəcəkləri barədə birgə şərikli iş fəaliyyətinə inandırıb bir neçə dəfə müxtəlif vaxtlarda olmaqla X2 həmin şərikli iş fəaliyyətinə sərmayə qoymaq məqsədilə müxtəlif məbləğlərdə pullar alaraq sonradan həmin məbləğdə pulların üzərində qazancla birlikdə ona qaytarmaqla sonuncuda özünə qarşı inam yaradıb kassa və tərəzi aparatlarında istifadə edilən çeklərin və lentlərin «Bravo», «Rahat» əmtəə nişanı adı altında fəaliyyət göstərən və digər nüfuzlu super marketlər şəbəkəsinə satışını təşkil edərək yaxşı qazanc əldə edəcəklərinə və Ukrayna Respublikasında fəaliyyət göstərən "Ukrpapir” şirkətinin istehsal etdiyi tərəzi aparatlarında istifadə edilən lentlərin topdan satış olaraq ucuz qiymətə ölkə ərazisinə idxalını təşkil edib həmin tərəzi lentlərini satmaqla daha böyük miqdarda qazanc əldə edəcəklərinə dair yalan vəd verməklə X2 ona olan etibarından sui-istifadə edərək X2 məxsus 12.525 manat məbləğində nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ümumilikdə X2 məxsus 25.775 manat məbləğində pulu ələ keçirməklə sonradan həmin məbləğin 6.775 manat olan hissəsini nağd və əmtəə məhsulları formasında qaytararaq zərər çəkmiş şəxs X9 19.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya məhkəməsinin yekun məhkəmə aktında görünür ki, məhkəmə Məhkum əməlində cinayət tərkibi olmaması əsası haqqında qənaətini onunla əsaslandırmışdır ki, onun zərərçəkmiş şəxsi aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmamış, bununla əlaqədar X9 hər hansı əmlak payını vəd etm əmiş, sonrakı dövrdə əldə etdiyi əmlakın maliyyə çətinlikləri, iflasa uğrama kimi səbəblərlə əlaqədar mülkiyyətçiyə qaytarmamış, üzərinə götürdüyü öhdəliyi zərərçəkmiş tərəfi qane edəcək səviyyədə lazımınca yerinə yetirə bilməmiş, maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar pulu ödəməkdən yayınmış, lakin belə yayınma dələduzluğun dispozisiyasına uyğun gələn aldatma kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həm ibtidai istintaq zamanı toplanmış, həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutları düzgün qiymətləndirmədən əsassız olaraq yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, “Covid 19” pandemiyası başladıqdan sonr a 2020-ci ilin avqust ayının sonlarında Məhkum onun yanına gələrək yeni biznes planının olduğunu, super marketlərdə kassa aparatlarında istifadə edilən çekləri və lentləri topdan satış olaraq alıb və ya sifariş edib gətirərək həmin lentləri “Bravo”, "Rahat” super marketlər şəbəkəsinə və digər topdan satış məntəqələrinə satmaqla xeyli miqdarda gəlir əldə ediləcəyini, hətta o artıq qeyd etdiyi mağazalar şəbəkəsi və digər ticarət obyektləri və topdan satış məntəqələrindən sifarişlər aldığını, lentlərin gətirilməsi üçün danışıqlar apardığını, ancaq bir miqdar sərmayəyə ehtiyac olduğunu bildirmişdir. Bu məqsədlə X1lə ilk dəfə 09 sentyabr 2020-ci ildə 4.000 manat məbləğində pulu X1in istəyi ilə ilkin sərmayə olaraq ona vermişdir. Həmin vaxt o və X1 təklikdə olmuş və yanlarında hər hansı bir şəxs olmamışdır. Bir neçə gün sonra X1 lentlərin satışı ilə bağlı ona vermiş olduğu 4.000 manat məbləğində puldan 700 manat məbləğində pul vermişdir. Bu üsulla X1 ona sərmayə olaraq verdiyi 4.000 manat məbləğində pulu təxminən 1 ay ərzində hissə-hissə olmaqla üzərində təxminən 400-450 manat məbləğində gəlir olmaqla qaytarmışdır. Sonrakı müddət ərzində X1in təklifi ilə kassa çeklərinin və lentlərinin topdan satış olaraq alınıb müxtəlif marketlərə, ticarət-iaşə obyektlərinə və digər satış məntəqələrinə satışı işinə müxtəlif məbləğlərdə sərmayələr qoymuşdur. Belə ki, müxtəlif vaxtlarda ayrı-ayrılıqda olmaqla təxminən 8-10 dəfə X1ə bununla bağlı 1000 manatdan başlayaraq 6000 manat məbləğə qədər müxtəlif məbləğlərdə pullar vermişdir. X1 də həmin məbləğlərdə pulları ona müxtəlif formalarda və gecikm ələr olsa da söz vermiş olduğu qazancın 70 faizi məbləğində gəlirlə birlikdə qaytarmışdır. Lakin X1 həmin pulları hissə-hissə olmaqla 200-800 manat məbləğlər arası qaytarmışdır. X1 dövriyyəni daha da genişləndirməklə daha böyük həcmdə gəlir əldə etmək üçün kassa aparatlarında və tərəzilərdə istifadə edilən lentləri topdan satışdan alıb «Bravo», «Rahat» və digər böyük supermarketlər, ticarət-iaşə obyektlərinə də satmağı təklif etmişdir. O da X1in təklifini anlayışlı qarşılayıb təklifi ilə razılaşmışdır. Bu məqsədlə 10 noyabr 2020-ci ildə lentləri topdan satışdan alıb böyük supermarketlərə satmaqla gəlir əldə edilməsi fəaliyyətinə sərmayə olaraq 13250 manat məbləğində pul vermişdir.. Sonradan X1 kassa aparatlarında və tərəzilərdə istifadə edilən lentləri topdan qiymətə alıb «Bravo», «Rahat» və digər böyük supermarketlərə satdığını bildirmişdir. Bir neçə gün sonra X1 «Bravo» və «Rahat» supermarketlərə kassa aparatlarında və tərəzilərdə istifadə edilən çeklərin və lentlərin satışından ümumilikdə 16310 manat məbləğində pul veriləcəyi ilə bağlı «Vhatsapp» ani mesajlaşma sistemi vasitəsilə ona hesabat formasında mesaj göndərmişdir. X1 supermarketlərin bir neçə gün ərzində onun hesabına ödəniş edəcəyini, həmin ödənişi də aramızda razılaşdıqları kimi böləcəyini bildirmişdir. O X1dən ilkin olaraq «Bravo», «Rahat» və digər böyük supermarketlərə satdıqları kassa aparatlarında və tərəzilərdə istifadə edilən lentlərin satışından əldə olunacaq pulu gözləməyi təklif etsə də o Ukrayna Respublikasında «Ukrpapir» şirkətinin istehsal etdiyi tərəzi lentlərinin ucuz və münasibət qiymətə düşdüyün ü və onları mütləq almalı olduqlarını bildirmişdir. Yenə də X1ə inanıb onunla razılaşmışdır. 12 dekabr 2020-ci il tarixdə ona Ukrayna Respublikasının «Ukrpapir» şirkətinin istehsal etdiyi tərəzi lentlərinin sifariş edilməsi üçün 12525 manat pul vermişdir. Həm 13.250 manat, həm də 12.525 manat məbləğində pulları X1ə onun əvvəlcədən almaq və ya sifariş etmək istədiyi malların sayına, miqdarına və ölçülərinə uyğun onun hesablamasına əsasən vermişdir. Sonradan X1 daha da onun etibarını qazanmaq üçün işlətdiyi müəssisədən nisyə olaraq sktoç götürüb satmaq istədiyini bildirmişdir. O yenə də X1ə etiraz etməmişdir. Bununla bağlı satış meneceri olaraq işlədiyi "xxxx" MMC ilə Məhkum arasında 15 dekabr 2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinin bağlanmasından so nra 24 dekabr 2020-ci ildə X1 işlədiyi müəssisədən 6627 manat məbləğində nisyə olaraq sktoç götürmüşdür. 2-ci dəfə 08 fevral 2021-ci ildə X1 işlədiyi müəssisədən 3060 manat məbləğində nisyə olaraq sktoç götürmüşdür. X1 ondan nisyə olaraq götürmüş olduğu sktoçların ümumi ödənişindən 26 mart 2021-ci il tarixdə ona cəmi 3000 manat məbləğində pul ödəmişdir. Aralarında olan razılığa əsasən X1in ödədiyi 3000 manat məbləğində pulu ikinci dəfə nisyə olaraq götürdüyü sktoçların məbləğinə hesablaışdırlar. Mart ayının sonunda dəqiq xatırlamadığı tarixdə isə X1 satışdan əldə edilmiş 836 manat məbləğində pulu aldığını, daha sonra bunu borc olaraq ümumi məbləğin üzərinə gəlməklə qaytaracağını bildirmişdir. O isə artıq X1dən sonuncu dəfə ona vermiş olduğu cəmi 25.775 manat məbləğində pulun hesabatını təl əb etdikdə o həmin məbləği dediyi kimi «Bravo», «Rahat» və digər böyük supermarketlərdə kassa aparatlarında və tərəzilərdə istifadə edilən lentlər alıb həmin supermarketlərə satdığını və Ukrayna Respublikasında fəaliyyət göstərən «Ukrpapir» şirkətindən tərəzi lenti sifariş etdiyini bildirmişdir. Lakin həmin fəaliyyətlərdən X1 hər hansı bir gəlir əldə olunması ilə bağlı ona məlumat vermədiyinə görə o artıq X1ə verdiyi pulların hesabatını tələb etməyə başlamışdır. Mart ayının sonlarından aprel ayının əvvəllərinə qədər olan müddət ərzində X1 ona bir dəfə 4490 manat, ikinci dəfə isə 800 manat məbləğində pul vermişdir. Hətta bir dəfəsində X1 topdan satışda ucuz və münasib qiymətə tərəzi lenti olmasını bildirib təkidlə onu almaq lazım olduğunu demişdir. O isə ona bir daha bu məqsədlə pul verməyə cəyini bildirdiyinə görə bu təklifdən imtina etmişdir. Buna görə də artıq X1in vəd vermiş olduğu fəaliyyətlərdən hər hansı bir nəticə olmadığını görüb ondan pullarını geri qaytarmasını tələb etməyə başlamışdır. X1lə əlaqə saxlayıb ondan hesabat tələb edib gətirdiyi malları ona da göstərməsini bildirmişdir. X1 isə hər dəfəsində müxtəlif bəhanələr gətirməkdə davam etmişdir. X1 verməli olduğu bütün pulları qısa zamanda ona qaytaracağına söz vermişdir. O bununla bağlı ağ vərəqdə öz xətti ilə X1in söz verdiyi bütün vədləri yazmışdır. Belə ki, X1 20 may 2021-ci il tarixədək 6 palet tərəzi lentini Sumqayıtdakı sexinə təhvil verəcəyini, ümumi qalan bütün qaytarmalı olduğu pullarını isə 15 iyul 2021-ci il tarixədək bağlayacağını bildirmişdir. X1 həmin ağ vərəqənin alt hissəsində öz xətti ilə imza e tmişdir. 20 may 2021-ci il tarixi gəldikdə də X1dən xəbər çıxmamışdır. Dəfələrlə X1lə əlaqə saxlamağa çalışsa da X1 onla əlaqəyə çıxmamışdır. O da məcbur qalıb X1in onu aldadaraq pulunu ələ keçirməsi barədə Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciət etdikdən sonra araşdırma aparıldığı zaman X1 2021-ci ilin oktyabr ayında ona cəmisi 2000 manat dəyərində mal və 321 manat pul versə də qalan 19.000 manat məbləğində pulunu yenə də qaytarmamışdır. Cinayət işinin materiallarında olan üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə zamanı X11 verdiyi ifadəsini Məhkum üzünə qarşı bir daha təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş Şahid1 istintaq dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, Türkiyə Cümhu riyyətinin vətəndaşı olan X2ı təxminən 15 ilə yaxın müddət olar ki tanıyır, X2 Sumqayıt şəhərində yerləşən ona məxsus sexdə yapışqan lentlərinin (sktoç) istehsalı və satışı ilə məşğul olmuşdur. Məhkum uzaq qohumu olmaqla həmin lentlərin satılmasında X2a köməklik göstərməsini bildirmişdir. X1lə X2 tanış olduqdan sonra şərikli olaraq iş qurmaq istəmişlər və aralarında bu barədə söhbət olsa da o onların arasında olan danışıqlarda iştirak etməmişdir, lakin sonradan onların kassa və tərəzi aparatlarında istifadə edilən çeklərin və lentlərin topdan satışdan alınıb marketlərə və digər satış məntəqələrinə satmaq fəaliyyətləri barədə eşitmişdir. Buna baxmayaraq onların arasında olan şərikli iş fəaliyyətinin şərtləri və aralarında oldan danışıqlarla bağlı nə kimi razılaşmalarının olmasından ümumiy yətlə məlumatsız olmuşdur. 2021-ci ilin may ayında X2lə aralarında olan danışıq əsnasında onun X1ə kassa və tərəzi aparatlarında istifadə edilən çeklərin və lentlərin topdan satışdan alınması və supermarketlərə satılması işi ilə əlaqədar təxminən 25.000 manat məbləğində pul verməsini öyrənmişdir. X2in xahişi ilə X1lə görüşüb məsələni aydınlaşdırmaq üçün 18 may 2021-ci il tarixdə o, X2 və X1 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən kafelərdən birində görüşmüşlər, görüş zamanı o X1ə X2ə verməli olduğu bütün pulları geri qaytarmasını tələb etmişdir, X1 də verməli olduğu bütün pulları qısa zamanda ona qaytaracağına söz vermişdir, hətta bununla bağlı X2 ağ vərəqdə öz xətti ilə X1in söz verdiyi bütün vədləri yazmışdır. Sonra X1 həmin ağ vərəqənin alt hissəsində öz xətti ilə imza etmişdir. Həmçinin aralarında olan hesablamalara əsasən X1in X2ə verməli olduğu pulun məbləğinin 21.071 manat olması müəyyən edilmişdir. Aralarında olan söhbət əsnasında o X1ə əsəbləşərək X2ə verməli olduğu pulu dərhal geri qaytarmasını və ya həmin məbləğə alınan malları geri təhvil verməsini tələb etmişdir. X1 də ağ vərəqdə qeyd etmiş olduğu vaxtın sonuna qədər X2ə qaytarmalı olduğu pulu geri qaytaracağına söz vermişdir. Sonradan X2 və X1lə mütəmadi əlaqə saxlamadığına görə X1in pulu X2ə veribverməməsi barədə məlumatı olmamışdır, lakin 2021-ci ilin oktyabr ayında X2in X1 barəsində şikayət etməsindən sonra aparılan araşdırma zamanı izahat verərkən X1in hələ də X2ə verməli olduğu pulu qaytarmamasını öyrənmişdir. Məhkum apellyasiya baxışın da vermiş olduğu ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsə qarşı hər hansı dələduzluq əməlləri etməmiş, kassa və tərəzi aparatlarında istifadə olunan çeklərin və lentlərin müxtəlif iri supermarketlərə satılması işi ilə məşğul olmuş, X2lə aralarında bununla bağlı biznes fəaliyyəti olmuş, aralarında olan razılaşmaya əsasən qazancın 70 faizini X2ə vermiş, hazırda sonuncuya 4546 manat borcu qalmışdır. Cinayət işi materiallarında olan 01 noyabr 2022-ci il tarixli sənədlərin götürülməsi və baxış keçirilməsi haqqında 01 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, X11 və Məhkum arasında «Whatsapp» ani mesajlaşma sistemi vasitəsilə aparılmış yazışmalara baxış zamanı X11 ilə Məhkum arasında kassa aparatlarında və tərəzilərdə istifadə edilən çeklərin və lentlərin topdan satış qiymətə alınıb və ya sifariş olunaraq böyük supermarketlərə satmaqla gəlir əldə edilməsi fəaliyyəti, bir-birlərinə vermiş olduqları pul məbləğləri, aralarında aparılmış hesabatlarla bağlı qeydlər, Ukrayna Respublikasından sifariş olunması nəzərdə tutulan malların növü və ölçüsü, malların təhvil olunma yerləri və iş prosesi ilə bağlı müxtəlif mətn mesajlarının olduğu müəyyən edilmişdir. Məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, həqiqətən də, tərəflərin ilkin fəaliyyəti az məbləğdə pul vəsaiti hesabına xırda mağazalara mal verilməsi ilə bağlı olmuş və əldən olunmuş gəlirin müəyyən hissəsi Məhkum tərəfindən X9 ödənilmişdir. Yaranmış etibarlı münasibətlərdən çıxış edərək, tərəflərin fəaliyyət istiqaməti iri məişət obyektlərinə lentlərin verilməsinə, habelə Ukrayna Respublikasından ucuz qiymətə tərəzi lentlərinin alınması yönəlmiş və bunun müqabilində Məhkum X2dan sonuncunun iddia etdiyi pul vəsaiti alınmışdır. Digər tərəfdən cinayət işi materiallarında görünür ki, kassa və tərəzi aparatlarında istifadə edilən çeklərin və lentlərin «Bravo», «Rahat» əmtəə nişanı adı altında fəaliyyət göstərən və digər nüfuzlu super marketlər şəbəkəsinə satışını təşkil edərək yaxşı qazanc əldə edəcəkləri və Ukrayna Respublikasında fəaliyyət göstərən “Ukrpapir” şirkətinin istehsal etdiyi tərəzi aparatlarında istifadə edilən lentlərin topdan satış olaraq ucuz qiymətə ölkə ərazisinə idxalını təşkil edib həmin tərəzi lentlərini satmaqla daha böyük miqdarda qazanc əldə edəcəklərinə dair vədlər məhz Məhkum tərəfindən irəli sürülmüş, hətta bununla bağlı Məhkum zərərçəkmiş şəxsə Ukrayna Resp ublikasından sifariş olunması nəzərdə tutulan malların növü və ölçüsü, malların təhvil olunma yerləri və iş prosesi ilə bağlı müxtəlif mətnli mesajlar və foto şəkillər (gömrükdə olması təsdiq edən foto) göndərmişdir. Lakin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmış sorğuya cavabdan görünür ki, Məhkum tərəfindən “Bravo” əmtəə nişanı adı altında fəaliyyət göstərən marketlər şəbəkəsinin hər hansı bir filialına tərəzi aparatlarında istifadə olunan çeklər üçün nəzərdə tutulan lentlərin satılması əməliyyatına dair elektron sistemdə hər hansı bir məlumat aşkar edilməmişdir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən alınmış sorğuya cavabdan görünür ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında Məhkum (VÖEN: **********, FİN xxxxxxx) 01 sentyabr 2020-ci il tarixdən 05 dekabr 2022-ci il tarixədək olan müddət ərzində idxal əməliyyatları haqqında hər hansı məlumat yoxdur. Yuxarıda sadalanmış hallardan (sənədlərdən, zərərçəkmiş şəxsin və şahid ifadələrindən və iş üzrə əhəmiyyət kəsb edən digər sübutlardan) belə nəticəyə gəlmək olar ki, Məhkum tərəfindən iri mağazalara və restoranlara lentlərin verilməsi, habelə Ukrayna Respublikasından ucuz qiymətə tərəzi lentlərinin alınması müqabilində X2dan aldığı pulları təyinat üzrə istifadə olunmamış və zərərçəkmiş şəxsə geri də qaytarılmamışdır. Belə olan halda apellyasiya məhkəməsi tərəfindən Məhkum etibarlı münasibətlərdə olduğu X7 25.775 manat pul vəsaitinin məhz üzərinə götürdüyü öhdəliyin yerinə yetirmək (qarşılıqlı kommersiya fəaliyyəti) məqsədi ilə yoxsa həmin işi görmək niyyətində olmadan, həqiqətə uyğun olmayan məlumatlar verməklə öz əmlak kütləsinin artırmaq məqsədi (dələduzluq niyyəti ilə) ilə əldə etməsini aydınlaşdırılması tələb olunurdu. Apellyasiya məhkəməsi isə yalnız Məhkum özünümüdafiə xarakterli ifadələri əsasında digər sübutları şübhə altına alaraq, həmçinin Məhkum gətirdiyi dəlillərin toplanmış sübutlarla açıq-aşkar ziddiyyət təşkil etməsinə, bəzilərinin məntiqli olmamasına əhəmiyyət vermədən sonuncunun əməlində cinayət tərkibinin olmaması haqqında erkən nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dələduzluqda ittiham olunan şəxsin əmlakın ona verilməsinədək həmin əmlakı əvəzsiz olaraq ələ keçirmək niyyətində olub-olmaması (əməlində cinayətin subyektiv c əhətinə aid zəruri əlamətin mövcudluğu) məsələsi yalnız şəxsin öz hərəkətlərinə subyektiv münasibəti barədə verdiyi şifahi məlumatlar əsasında deyil, həm də işin obyektiv hallarından, o cümlədən onun əmlakı əldə edərkən nümayiş etdirdiyi davranışından, verdiyi vədlərin məzmunundan, əmlakı ələ keçirdikdən sonrakı dövrdə etdiyi hərəkətlərdən, bu hərəkətlərin verdiyi vədlərlə (götürdüyü öhdəliklə) uyğunluq təşkil edib-etməməsindən, verdiyi vədin, üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsinin ondan asılı olmayan hallardan, yoxsa özünün vədin (öhdəliyin) icrasından boyun qaçırmasından irəli gılib-gəlməməsindən, vədin qismən də olsa yerinə yetirilməsi (öhdəliyin icrası) istiqamətində hərəkətlər edib-etməməsindən asılı olaraq həll olunmalıdır. Bu baxımdan, yuxarıda qeyd olunan hallar X7 pul vəsaiti götürərkən Məhkum həqiqi niyyətinin nədən ibarət olduğunu və məqsədinin nəyə yönəldiyini müəyyən etmək üçün mühüm əhəmiyyət kəsb etsələr də, onlar apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərdən keçirilməmişdir. Halbuki, həmin hallar iş üzrə toplanmış, o cümlədən apellyasiya instansiyası məhkəməsinin özünün bilavasitə tədqiq etdiyi sübutlardan, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, tərəflər arasında olan yazışmalar və iş üzrə toplanmış digər sübutlardan irəli gəlir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin bəraət hökmü ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına, iş üzrə toplanmış sübutların (CPM-in 144-146-cı maddələri tələb etdiyi kimi) müqayisəli şəkildə obye ktiv qiymətləndirilməsinə əsaslanan, müvafiq olaraq da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.4 və 349.5-ci maddələrində təsbit edilmiş məhkəmə qərarının qanuniliyi və əsaslılığı meyarlarına cavab verən məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətinə onun məzmununa və irəli sürülmüş apellyasiya tələbinin xarakterinə adekvat olan prosedurda – ətraflı məhkəmə istintaqı aparılmaqla təkrarən baxılmalıdır. Təsvir olunanlardan görünür ki, apellyasiya instansiyası məhkəməsi sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əməl etməməklə cinayət-prosessual qanunun 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğ v edilməsinin əsası kimi nəzərdə tutulmuş pozuntuya yol vermişdir. Beləliklə kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsini müəyyən edərək və həmin protestin təmin edilməsi haqda dövlət ittihamçısının və zərərçəkmiş şəxsin və onun nümayəndəsinin, protestin təmin edilməməsi haqqında bəraət almış şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməklə Məhkum CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli hökmü ləğv edilməli və iş yeni apellyasiya baxışına təy in olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti və kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 27 iyul 2023-cü il tarixli, 1(103)-1182/2023 nömrəli hökmü ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-384/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-384/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver