Məhkəmə qərarları › İş №1(102)-385/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-385/2020

02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-385/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızının, məhkumun müdafiəçisi-vəkil Sadiqov Fərid Sadiq oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkə məsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Sadiqov Fərid Sadiq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: T.Q.Hüseynov (sədrlik edən və məruzəçi), F.A.Qəribov və Ə.İ.Məmmədov) xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə, Məhkum- xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan Azərbaycan Respublikası CM-nin 263-1.3-cü və 264-cü maddələri ilə təqsirli bilinərək, CM–nin 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsi ilə 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən cəzalar qismən toplanmaqla qəti olaraq 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla məhkum edilmişdir. İşin halları Məhkəmənin hökmünə əsasən Məhkum oglu xx.xx.2019-cu il tarixdə saat 23 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmadan narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda tanışı Zərərçəkmiş şəxs1 məxsus texniki cəhətdən saz vəziyyətdə olan "VAZ 21214" markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Lökbatan-Puta-Qızıldaş avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisindən keçən hissəsində, Puta qəsəbəsindən Qızıldaş qəsəbəsi istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasını Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsind ə icazə verilən 60 km/saat sürətindən yüksək, yəni 70 km/saat sürətlə idarə edib "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü Məhkum hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu qaydalara əməl etməmiş, Qızıldaş qəsəbəsinin girişindəki yol dairəsindən təxminən 8 metr aralıda Qızıldaş qəsəbəsi istiqamətində yolun sağında yerləşən "Ağbulaq" marketin qarşısında yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər nəticəsində baş vermiş ağır dərəcəli travmatik şokla hadisə yerində ölümünə səbəb olmuş hər iki oturaq, sağ qasıq sümüklərinin yerdəyişən sınıqları, sol baldır sümüklərinin aşağı 1/3-nin açıq, çoxqəlpəli yerdəyişən sınıqları, başın alın nahiyyəsinin sıyrığı ilə müşayiət olunan dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, habelə Zərərçəkmiş şəxs1 məxsus "VAZ 21214" markalı **FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 280 manat maddi ziyan vurmaqla nəticələnən yol-nəqliyyat hadisəsi törədib "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasını Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozub piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alan şəxə yardım göstərmədən hadisə yerindən qaçmışdır. Məhkum müdafiəçisi tərəfindən verilmiş apellya siya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.İ.Qasımov (sədrlik edən və məruzəçi), V.M.Ağayev və N.E.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM–nin 2631.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il 3 (üç) aya endirilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən CM-nin 264-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası əsas cəza ilə, əlavə cəza əlavə cəza ilə qismən toplanılmaqla və toplanmış əlavə cəzanı toplanmış əsas cəzaya birləşdirmək yolu Məhkum üzərində qəti olaraq 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Sadiqov Fərid Sadiq oğlu kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Sadiqov Fərid Sadiq oğlu kassasiya şikayəti verərək göstərmişdir ki, Məhkum cəza təyin edilərkən onun ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə ol unmasını, ailənin yeganə gəlir gətirəni olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əməlindən səmimi peşman olmasını, ağciyər vərəmi xəstəliyindən əziyyət çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödəməklə onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını cəzanı yüngülləşdirən hallar kimi apelyasiya məhkəməsi tam nəzərə almamışdır. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə g örə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Kassasiya şikayətində müdafiəçi Məhkum cəza təyin edilərkən onun ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ailənin yeganə gəlir gətirəni olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əməlindən səmimi peşman olmasını, ağciyər vərəmi xəstəliyindən əziyyət çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödəməklə onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını cəzanı yüngülləşdirən hallar kimi apelyasiya məhkəməsi tam nəzərə almadığından qərarın dəyişdirilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının cinayət işi üzrə qərarından müəyyən edilir ki, məhkəmə kollegiyası Məhkum ailəli olmaqla him ayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əməlindən səmimi peşman olmasını, xəstəliyini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödəməklə onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmiş və onun cəzasını daha da yüngülləşdirmişdir. İş materiallarında olan (1-ci cild, səhifə 280) notarial qaydada təsdiq olunmuş Zərərçəkmiş şəxs1 ərizəsindən də göründüyü kimi, zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödəndiyindən heç bir şikayət və tələbi yoxdur. Həmçinin iş materialı (1-ci cild, səhifə 281) notarial qaydada təsdiq olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X4 ərizəsindədə Məhkum ilə barışdığından heç bir şikayət və tələbinin olmaması qeyd olunmuşdur. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkum cinayət işi üzrə birinci instansiya məhkəməsi ona təqsirli bilindiyi hər iki maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi əsas cəza növünün-azadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçündən artıq olmayan həddə azadlıqdan məhrum etmə cəzaları təyin edilmişdir. Yəni cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla göstərilən cinayət qanunu ilə müəyyən edilmiş aşağı hədlər daxilind ə ədalətli cəza təyin etmişdir. Cəzanın daha da yüngüllədirilməsi üçün cinayət işinin materiallarında hüquqi əsasların mövcudluğu müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilmədən saxlanmalıdır. Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Tibbi arayışdan görünür ki, təqsirləndirilən şəxs Məhkum Bakı İstintaq Təcridxanasından İMM-ə “Ağciyər vərəmi” diaqnozu ilə daxil olmuş, ona “Sol ağciyərin yuxarı payının fibrozkavernoz vərəmi, infiltrasiya və sağa səpələnmə mərhələsində, VM(+) pozitiv kliniki diaqnoz qoyulmuş, hazırda müalicəsi davam etdirilir. Cinayət işinin ibtidai istintaqı, birinci və apelyasiya instansiyaları məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunların kobud pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, məhkuma təyin edilmiş və sonradan Apelyasiya instansiya məhkəməsi tərəfindən endirilmiş cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi ilə müəyyən edilmiş cəzanın məqsədlərinə və 58.3cü maddəsi ilə müəyyən edilmiş cəza təyin etmənin ümumi əsaslarına uyğundur. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikay əti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi- vəkil Sadiqov Fərid Sadiq oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar