Məhkəmə qərarları › İş №1(102)-385/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-385/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-385/2021 05.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, xx xxxxxx 2000-ci il tarixdə Saatlı rayonu Gomuşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Saatlı rayonu Gomuşçu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Mə hkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Həşimova Zülfiyyə Vəli qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1 maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən qanunla müəyyən olunmuş müddət ərzində məhkum tərəfindən apellyasiya şikayəti verilmədiyindən, o, qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Bakı Ağır Cina yətlər Məhkəməsinin xx xxx 2019-ci il tarixli hökmündən məhkum apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə vəsatət verərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Məhkum apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Məhkəmənin həmin qərarından məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.A.Qasımov, hakimlər E.E.Rəhimov və K.H.Əkbərov) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsi nin həmin qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Məhkum vəkillə müqavilə bağlamaq imkanının olmadığını, eyni zamanda onun bir müddət Müalicə Müəssisəsində müalicə aldığını qeyd etməklə, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Pr osessual Məcəlləsinin (bundan sonra CPM-in) 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətində verilə bilər. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir və həmçinin kassasiya şikayətində də apelly asiya şikayəti vermək üçün müddətin bərpa olunmasına əsas ola biləcək bir dəlil yoxdur. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Belə ki, cinayət işinin 291-ci vərəqəsində olan qəbzdən görünür ki, Məhkum Bak Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünü xx xxxx 2019-cu il tarixdə almışdır. İş materiallarına əsasən müəyyən olunur ki, Məhkum apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunan prosessual müddəti buraxmaqla qeyd edilən məhkəmə hökmündən xx xxxxx 2020-ci il tarixdə, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilib bərpa olunması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Hə mçinin iş materiallarından görünür ki, məhkəmə məhkum barəsində hökmü elan edərkən həmin hökmdən şikayət vermə müddəti və qaydası barədə geniş izah vermiş və məhkumun həmin məhkəmə proseslərində müdafiəçisi də iştirak etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Məhkum tərəfindən apelyasiya şikayətinin verilməsi müddəti üzrsüz səbəblərdən buraxılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar