Məhkəmə qərarları › İş №1(102)-385/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-385/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-385/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs, Nümayəndə - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Zeynalov Emin Mail oğl unun, Müdafiəçi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Rəhimov Rəşad Rəhim oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2023cü il tarixli qərarından Məhkum və müdafiəçisi Rəhimov Rəşad Rəhim oğlu tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə, o cümlədən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və nümayəndəsi Zeynalov Emin Mail oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 may 2023-cü il tarixli 1(101)-205/2023 nömrəli (hakimlər: Həsənzadə İradə Xəlil qızı (sədrl iyi ilə), Quliyevdən Əhməd Qəhrəman oğlu və Paşayev Azər İslah oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xxxxx-da Qazaxıstan SSR-in x şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, onun 2019-cu il mayın 20-dən 2020-ci il martın 20-dək tutulduğu 10 (on) ayın təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 4 (dörd) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 2022-ci il avqustun 22-dən hesablanması, Zərərçəkmiş şəxs mülki iddiasının qismən təmin edilməklə təqsirləndirilən şəxs Məhkum alınıb Zərərçəkmiş şəxs xeyrinə 170.684,96 manat maddi ziyana və ödənilmiş 460,68 manat dövlət rüsumuna görə ümumilikdə 171.145,64 manat tutulması, mülki iddiasının qalan hissədə baxılmamış saxlanılması, ona mülki iddiasının qalan hissəsində mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququnun izah edilməsi, Zərərçəkmiş şəxs iddia ərizəsinə görə ödədiyi qalan 1.100,32 manat dövlət rüsumunun dövlət büdcəsindən tamamilə qaytarılması, iş üzrə maddi sübut kimi tanınan 11 ədəd CD diskinin cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, Məhkum barəsində xüsusi müsadirə tətbiq edilməməsi, Məhkum barəsində seçilmiş hə bs qismində qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmdən mülki iddiaçı-Zərərçəkmiş şəxs, Məhkum və müdafiəçisi Rəhimov Rəşad Rəhim oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əhmədov Həsən Hüseyn oğlu (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət məhkəmə tərkibində) 13 iyul 2023-cü il tarixli 1(103)-1411/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2023-cü il tarixli qərarından Məhkum və müda fiəçisi Rəhimov Rəşad Rəhim oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri, o cümlədən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və nümayəndəsi Zeynalov Emin Mail oğlu tərəfindən birgə kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 may 2023-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Məhkum tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə idarəsinin rəis müavini, o cümlədən nüfuzlu və işgüzar şəxs kimi təqd im edib həmin müəssisənin rəhbər vəzifəli şəxsi tərəfindən dəftərxana ləvazimatlarının və tikinti materiallarının alqı-satqısı və təchizatının ona həvalə edilməsinə dair tanışı Zərərçəkmiş şəxs həqiqətə uyğun olmayan məlumatlar verməklə guya haqqında bəhs etdiyi işə sərmayə qoyacağı təqdirdə kommersiya işləri görərək qazanc əldə edəcəyinə, dəftərxana ləvazimatlarının alqı-satqısına görə qoyduğu pulun müqabilində əldə olunacaq qazancın dörd faizini, ayrıca tikinti materiallarının alqısatqısına görə isə qoyduğu pulun müqabilində əldə olunacaq qazancın beş faizini ona verəcəyinə, əgər lazım gələrsə, yatırım etdiyi əsas vəsaiti istənilən zaman tam şəkildə geri götürə biləcəyinə dair Zərərçəkmiş şəxs yalan vəd verib aldatmaqla iş görüntüsü yaradaraq inam və etibarını qazanmaq üçün aralarında pul vəsaitinin təyinatı və təhviltəslimi ilə bağlı formal müqavilələr bağlamış, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə onun həqiqi niyyətindən xəbərsiz olub cinayətə aidiyyəti olmayan qohumu Şahid2 vasitəsi ilə 2014-cü il iyunun 11-də ünvan 3 ünvanının qarşısında Azərbaycan manatının göstərilən dövrə olan məzənnəsi ilə 31.368 manat təşkil edən 40.000 ABŞ dolları, 2014-cü il iyulun 11-də ünvan 4 ünvanında yerləşən Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının qarşısında Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 31.376 manat təşkil edən 40.000 ABŞ dolları, 2014-cü il iyulun 17-də ünvan 6 ünvanının qarşısında Azərbaycan manatının göstərilən dövrə olan məzənnəsi ilə 54.908 manat təşkil edən 70.000 ABŞ dolları, daha sonra Bakı şəhərinin ərazisində istintaqa dəqiq məlum olmayan ünvanlarda nəticə etibarı ilə 2014-cü il avqustun 18-də Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 39.210 manat təşkil edən 50.000 ABŞ dolları, 2014-cü il noyabrın 15-də Azərbaycan manatının göstərilən dövrə olan məzənnəsi ilə 39.215 manat təşkil edən 50.000 ABŞ dolları, 2014-cü il noyabrın 19-da Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 39.225 manat təşkil edən 50.000 ABŞ dolları, 2015-ci il fevralın 1-də Azərbaycan manatının göstərilən dövrə olan məzənnəsi ilə 78.440 manat təşkil edən 100.000 ABŞ dolları, 2015-ci il iyulun 9-da Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 104.880 manat təşkil edən 100.000 ABŞ dolları, 2015-ci il noyabrın 15-də Azərbaycan manatının göstərilən dövrə olan məzənnəsi ilə 42.024 manat təşkil edən 40.000 ABŞ dolları və 2016-cı il iyunun 15-də Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 90.720 manat təşkil edən 60.000 ABŞ dolları məbləğində Zərərçəkmiş şəxs məxsus pul vəsaitini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmiş, bundan sonra Məhkum vahid cinayətkar niyyətini pərdələməklə ört-basdır edərək sonadək başa çatdırması üçün göstərilən müddət ərzində guya təklif etdiyi birgə kommersiya fəaliyyəti nəticəsində əldə olunan «qazanc»dan payına düşən gəlir adı ilə Zərərçəkmiş şəxs müxtəlif məbləğlərdə pul verib özü barədə sonuncunun nəzərində «etibarlı tərəfdaş» təəssüratı yaratmış, həmin ərəfədə ələ keçirdiyi növbəti fürsətdən öz cinayətkar maraqları naminə sui-istifadə etməklə guya artıq fəaliyyətə başlamış müştərək biznesini əlavə yatırım hesabına genişləndirəcəyinə və dah a yüksək gəlir əldə ediləcəyinə dair Zərərçəkmiş şəxs yalan vəd verərkən sonuncunun tərəddüd etdiyini görərək bu məsələdə olan mövqeyini dəyişib qəti razılığına nail olmaq və nəticə etibarı ilə öz cinayət əməllərini davamlı surətdə həyata keçirmək üçün 2016-cı il sentyabrın 17-də 5 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat kontorunda Rusiya Federasiyasının vətəndaşı olan anası X2 məxsus ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində sərbəst sərəncam vermək hüququnun hər iki tərəfin tanıdığı Şahid2 etibar edilməsinə dair reyestrdə 7E-31485 nömrəsi ilə qeyd olunan etibarnamənin verilməsini təşkil etdikdən sonra 2016-cı il sentyabrın 21-də Azərbaycan manatının göstərilən dövrə olan məzənnəsi ilə 261.296 manat təşkil edən 160.000 ABŞ dollarını ünvan 9 ünvanının qarşısında onun həqiqi niyyətindən xəbərsiz olmaqla cinayətə aidiyyəti olmayan qohumu Şahid2 vasitəsi ilə almış, bununla da Zərərçəkmiş şəxs məxsus ümumilikdə 760.000 ABŞ dolları məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 812.662 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası təqsirlilik məsələsini həll edərkən ittiham aktında təqdim olunan sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərini kobud surətdə pozub tam, hərtərəfli və obyektiv yoxlayıb qiymətləndirməm iş, həmin sübutların sübutetmə və predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə kifayət etməsinə əhəmiyyət verməyib sadəcə olaraq birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş hökmdəki və ittiham aktındakı sübutları təkrarlamaqla qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, Məhkum əsassız və qanunsuz ittiham olunduğu cinayət əməlinin obyektini hər hansı əmlak (pul, daşınmaz əmlak, qızıl-zinyət əşyaları və.s) təşkil edir ki, qanunvericilik şəxslərin həmin əmlaklarına olunan qəsddən onları qoruyur. Hazırki cinayət işindən isə görünür ki, Məhkum cinayət törətməmiş, reallıqda heç bir şəxsin etibarından sui-istifadə etmə, yaxud aldatma yolu ilə hər hansı əmlakını ələ keçirməmişdir. Zərərçəkmiş şəxsin ifadələrinin mötəbərliyinə digər sübutların məcmu halında qiy mətləndirilməsi nəticəsində şübhələr yarandıqda bu sübut növlərini ittihamedici sübut kimi mümkünsüz sayılmasına kifayət edir. Sübut əhəmiyyətinə malik ola bilən və ittiham edici sübut kimi məhkəməyə təqdim edilən Şahid2, Şahid8, Şahid13 və Şahid14 ifadələrinin həqiqiliyinə və mötəbərliyinə də, şübhələr mövcuddur (belə ki, həmin şəxslərdən bir neçə dəfə ifadə alınmış, ifadələrdə bir çox xüsusatlar bir-birini inkar etmiş, ziddiyyət və şübhələrlə, qeyri-məntiqi əsaslandırmalarla sözün əsl mənasında təəssüf hissi yaratmışdır) və bu hallar müdafiə tərəfinin xeyrinə qiymətləndirilməli idi. Birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən, iş üzrə kifayət qədər olan uyğunsuzluqları, ziddiyyətləri, açıq-aydın qərəzli faktları ümumiyyətlə araşdırmamış, ədalətsiz qərar qəbul etmişdir. İş üzrə göstərilən şahidlərdən alınmış ifadələr ittihamda göstərilən dələduzluğu təşkil edən halları və həmin cinayəti xarakterizə edən obyektiv və subyektiv əlamətləri, təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin dispozisiyası ilə müqayisə etdikdə, həmin sübutların və işin faktiki hallarının sözügedən dələduzluq cinayətinin zəruri əlamətlərinin mövcud olması haqqında nəticə ilə uzlaşmadığı aydın olur. Təqsirləndirilən şəxsin dəlillərinin nəinki lazımınca araşdırılmadığını, ümumiyyətlə onlara əhəmiyyət verilmədiyini göstərən digər bir hal hal istintaq orqanının bu iş üzrə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsi qənaətinə gələrkən, iş üzrə bir sıra mötəbər sübutlara deyil, işin nəticəsi ilə bilavasitə maraqlı olan Zərərçəkmiş ş əxs ifadələrinə əsaslanması olmuşdur. Halbuki, Məhkum ibtidai istintaq dövründə reallıqları göstərmiş, verilən suallara cavabında iş üzrə ziddiyyətlərə aydınlıq gətirmişdir. Cinayət hadisəsinə aidiyyətini təsdiq edən heç bir əsaslı sübut məhkəmə istintaqı zamanı əldə edilməmiş, əksinə toplanmış sübutlar onun cinayət hadisəsinə aidiyyətinin olmadığını təsdiq etmişdir. Əgər ittiham tərəfinin əsaslandığı sübutlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmırsa və əsassız, qanunsuz mülahizələrlə sübut etmənin mümkün olmaması baş verirsə, bu təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2023cü il tarixli mübahisələndirilən qərarının ləğv edilməsini və təqsirli bilindiyi maddə üzrə bəraət verilməsi barədə qərar qəb ul edilməsini xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs verdiyi pulların əksəriyyətini əksik verdiyi halda, ona daha böyük məbləğli sənədə təzyiqlər və təhdidlər altında imza çəkdirmiş və bu halı istintaq dövründə özü də etiraf etmişdir. Pulları ona çatdıran Şahid2 də vermiş olduğu ifadələrində pulları əksik verdiyini bildirmişdir. Lakin məhkəmə bu məsələlərə düzgün qiymət verməmişdir. Odur ki, təqsirli bilindiyi maddə üzrə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və nümayəndəsi Zeynalov Emin Mail oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya və apellyasiya instansiya məhkəmələri Məhkum zərərçəkmiş şəxsdən dələduzluq yolu ilə aldığı 760.000 ABŞ dolla rı puldan 490.000 ABŞ dollarını hissə-hissə olsa da qaytarmasını və onun hazırda verməli olduğu pulun məbləğinin 270000 ABŞ dolları təşkil etməsini nəzərə almamışlar. Belə ki, birinci instansiya məhkəməsi mülki iddianı qismən təmin edərkən həmin qalan 270.000 ABŞ dolları pulu da X-in dələduzluq yolu ilə ondan aldığı vaxtın məzənnəsi ilə hesablamışdır. Bu isə AR KM-nin qərarına ziddir və Məhkum dələduzluq yolu ilə aldığı 760.000 ABŞ dolları puldan qalan 270.000 ABŞ dolları məbləğində pul vəsaiti həmin pul vəsaitini ödəyəcəyi anın məzənnəsinə uyğun olaraq ödənilməlidir. Eyni zamanda işə baxmış məhkəmələr, Məhkum cəza təyin edərkən onun əməlindən səmimi peşiman olmamasını, zərərin aradan qaldırılması istiqamətində hər hansı bir cəhdinin olmamasını, ümumiyyətlə məsuliyyəti yüngülləşdirən hər h ansı bir halın olmadığını nəzərə almadan ona həddindən artıq yüngül cəza təyin etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyaisya Məhkəməsinin 13 iyul 2023cü il tarixli qərarının dəyişdirib Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq, ona həmin maddənin sanksiyasının yuxarı həddində cəza təyin edilməsinə və mülki iddianın təmin edilməsinə dair, yəni 270.000 ABŞ dolları pulun ödəniş anı üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla ödənilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Rəhimov Rəşad Rəhim oğlu çıxış edərək, məhkumun əməlində dələduzluq cinayətinin olmadığını, almış olduğu məbləğin böyük bir hissəsini q aytardığını, əgər niyyətinin dələduzluq olsaydı o qədər məbləği geri qaytarmamalı olduğunu bildirib, özünün və məhkumun kassasiya şikayətlərinin təmin edilməsini, zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində nümayəndə Zeynalov Emin Mail oğlu çıxış edərək, müdafiəçi və məhkumun kassasiya şikayətlərinin təmin edilməməsini, digər kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs çıxış edərək, müdafiəçi və məhkumun kassasiya şikayətlərinin təmin edilməməsini, digər kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassas iya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətlərinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlah iyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum və müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərində işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən ə saslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Zərərçəkmiş şəxsin və nümayəndəsi tərəfindən verdilmiş kassasiya şikayətində məhkum tərəfindən dəymiş maddi ziyanın tam ödənilməsi və məhkuma təyin edilmiş cəzanın törədilmiş əmələ görə yüngül olduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq süb utları tədqiq etmədikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yara dır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmamas ı barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki halların ın müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırd ığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxu d da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakı nı ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkum və müdafiəçi kassasiya şikayətlərində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətl ərində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətlərin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum və müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələlər i Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21 iyul 2011-ci il tarixli, MA seriyalı, ******* saylı və 08 noyabr 2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışların, 2016-cı il 17 sentyabr tarixli AR-İ seriyalı 490993 saylı etibarnamənin, 2016-cı il 15 sentyabr tarixli zəmanət məktubunun 2016-cı il 21 sentyabr tarixli müqavilənin, 2017-ci il 05 yanvar tarixli aktın surətlərindən görünür ki, Məhkum xüsusi mülkiyyətindəki ünvan 10 ünvanında yerləşən, sahəsi 1.050,2 m2 olan əmlak kompleksi 2016-cı il noyabrın 08-də Şahid1 xüsusi mülkiyyətinə verilmiş, sonuncu 2016-cı il sentyabrın 17-də xxx ünvanındakı fərdi yaşayış evinə dair forma №1 arayışı almağı, üzərində sərəncam verməyi, satma ğı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və digər bütün hərəkətləri etməyi Şahid2 etibar etmiş; Məhkum sonuncu ilə birlikdə Zərərçəkmiş şəxs 2014-cü il iyunun 11-dən 2016-cı il sentyabrın 15-dək olan müddətə 760.000 ABŞ dolları məbləğində pul alıb 2017ci il yanvarın 10-dək 150.000 ABŞ dolları, 2017-ci il martın 20dək 350.000 ABŞ dolları, qalan məbləği isə 2017-ci il mayın 01-dək tam ödəməyi öhdəsinə götürmüş, alınan nağd pul vəsaitinin kanselyar və tikinti mallarının alqı-satqısında istifadə olunmaqla hər növbəti ayın 15-dək (200.000 ABŞ dollarına görə 4%, 560.000 ABŞ dollarına görə 5%) gəlirin Zərərçəkmiş şəxs təqdim edilməsini üzərinə götürmüşdür, pul bütöv şəkildə onda olmaqla qoyulan sərmayadan qazancın vaxtında verilməsinə v ə işin aparılmasına tam məsuliyyətlə Məhkum cavabdehdir, biznes işləri onun tərəfindən görülür, istənilən halda bir ay müddətində 760.000 ABŞ dollarını Zərərçəkmiş şəxs qaytarmağa hazırdır, həmin zəmanət məktubu Məhkum özü, müqavilə sonuncu və Şahid2, akt Məhkum, habelə Şahid2 və Şahid8 (onların şahidliyi ilə), həmçinin Zərərçəkmiş şəxs tərəfindən imzalanmışdır. Lakin 24 noyabr 2016-cı il tarixli ərizənin surətindən görünür ki, X1 X 2011-ci il iyunun 22-də verdiyi, reyestrdə 7E/14534 nömrə ilə qeyd olunan etibarnaməni ləğv etmişdir. Bununla yanaşı cinayət işinin materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin 2018-ci il 3 sentyabr tarixli AH-321 №-li və AH-322 №-li məktublarından görünür ki, MMC ilə Şahid2 və Məhkum arasında heç bir əmək münasibəti olmamaqla hər hansı əmək müqaviləsi bağlanmamış, habelə sonuncuya MMC-yə aid müəssisələrdə dəftərxana ləvazimatlarının və tikinti materiallarının alınması ilə bağlı heç bir iş həvalə olunmamışdır. O cümlədən, cinayət işinin materiallarına əsasən müəyyən olunur ki, Məhkum 2010-cu il fevralın 22-dən 2012-ci il yanvarın 4-dək «X14» MMC-də, 2012-ci il yanvarın 5dən 2015-ci il fevralın 10-dək «X15» MMC-də və 2012-ci il yanvarın 5-dən 2013-cü il yanvarın 5-dək orada (vaxtamuzd kimi), 2015-ci il fevralın 11-dən 2016-cı il martın 03-dək "xxxx" MMC-də mühasib vəzifəsində işləməklə sonuncuya MMC-lərə aid müəssisələrdə dəftərxana ləvazimatlarının və tikinti materiallarının alınması ilə bağlı heç bir iş həvalə olunmamışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Pol is İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 28 yanvar tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs Məhkum və Şahid8 üzləşdirilərkən ifadəsini təsdiqləyərək.......... bildiyinə görə sonuncunun Zərərçəkmiş şəxs cəmi 760.000 ABŞ dolları götürdüyünü, sonuncuya vəsait ödəmək üçün onun istifadəsində olan avtomobili 15.000 ABŞ dollarına satıb pulu 15 günlüyə Məhkum verdiyini göstərmişdir. İş materiallarında olan Dənizkənarı Bulvar İdarəsinin 2020-ci il 18 fevral tarixli 0120/51 №-li məktubundan görünür ki, Məhkum, X22 və Şahid8 ilə 2013-2016-cı illər üzrə heç bir əmək və ya xidmət müqaviləsi bağlanmamışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 25 dekabr tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs Məhkum üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu onun dedikləri ilə qismən razılaşıb Zərərçəkmiş şəxsla görüşəndə zərərçəkmiş şəxsə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyini söyləsə də orada iş görmək barədə danışmadığını, sonuncudan aldığı pulun müqabilində faiz ödədiyini, daha sonra Şahid2 və Şahid8 sözlərinə uyğun olaraq Zərərçəkmiş şəxsla MMC-də tikinki işləri haqda söhbət apardığını, atası x oğlu X5 etibarnaməni girov qismində sonuncunun yaxın adamı olan Zərərçəkmiş şəxs təqdim edib 160.000 ABŞ dollarının sonuncudan götürmək üçün vermədiyini, ünvan 11 ünvandakı yeri satmağı həvalə etdiyini bildirmişdir. Odur ki, Məhkum iş görüntüsü yaradaraq zərərçəkmiş şəxsin etibarını qazanmaq, əsas ni yyətini pərdələmək məqsədilə aralarında pul vəsaitinin təyinatı və təhvil-təslimi ilə bağlı yalandan formal müqavilələr bağlamış, ayrı-ayrı vaxtlarda onun əsas niyyətindən xəbərsiz olub cinayətə aidiyyəti olmayan qohumu Şahid2 vasitəsi ilə sanki görülmüş iş müqabilində əldə edilən gəlir kimi müəyyən hissəni zərərçəkmiş şəxsə qaytarmaqla sonuncunun külli miqdarda pulunu ələ keçirmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətlərində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəy yən edilmişdir. Həmin dəlillər məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edilmişdir. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə ko llegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətlərin dəlilləri ilə eyni məzmunda olan dəlillər apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodunu təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və nümayəndəsi kassasiya şikayətində mülki iddia qismən təmin edildiyi üçün məhkəmə qərarlarının qanunsuz və əsassız olduğunu iddia etməklə, məhkəmələrin mülki iddianın həllinə dair cinayət prosessual qanunun tətbiqi üzrə mövqelərini mübahisələndirmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilmişdir: “Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərər çəkmiş şəxs cinayət təqibi mərhələsində CPMnin 179- 183-cü maddələrinin tələbl ərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalı və zərərin ödənilməsi haqqında əsaslandırılmış qərar qəbul edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, təqsirkar tərəfindən dələduzluq yolu ilə zərərçəkmişin xarici valyuta ilə pul vəsaiti ələ keçirildikdə zərərin hökmün və ya məhkəmənin digər yekun qərarının icra edildiyi gündə Azərbaycan Manatının həmin valyutaya münasibətdə məzənnəsi nəzərə alınmaqla manatla ödənilməsi qərara alınmalıdır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “məhkəmə baxışı zamanı cinayət işinə, sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə ba xışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir”. Cinayət-prosessual qanunun 383.1.6-cı maddəsi mülki iddiaçı (mülki iddiaçının qanuni nümayəndəsi və ya nümayəndəsi) üçün birinci instansiya məhkəməsinin hökmünün (qərarının) yalnız mülki iddiaya aid hissəsindən apellyasiya şikayəti vermək hüququnu tanıyır. Müvafiq olaraq, Cinayət-Prosessual Məcəllənin 405.1 və 405.1.3-cü maddələri də apellyasiya məhkəməsinin baxdığı apellyasiya müraciətləri, o cümlədən mülki iddiaçının apellyasiya şikayəti üzrə tutulmalı olan məbləğləri artırmaq (bununla bağlı birinci instansiya məhkəməsinin hökmünü (qərarını) dəyişdirmək) səlahiyyətini ittihamın həcmi v ə cinayətin tövsifi ilə şərtləndirir (məhdudlaşdırır). Belə ki, qeyd olunan cinayət-prosessual normalara əsasən “apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü aşağıdakı hallarda dəyişdirir:.... _ tutulmalı olan məbləğləri azaltdıqda və ya həmin məbləğləri artırdıqda, belə artırma ittihamın həcminə və cinayətin tövsifinə təsir göstərmədiyi halda;...” Kassasiya şikayətində irəli sürülmüş tələbdən görünür ki, məhkəmələrin Məhkum Zərərçəkmiş şəxs götürmüş olduğu ödənilməmiş qalıq 270.000 ABŞ dollarını ona qaytarmalı olduğu zamanın məzənnəsinə uyğun məbləğdə manat ilə deyil, Zərərçəkmiş şəxs həmin məbləği aldığı vaxtın məzənnəsinə uyğun “azaltmaqla” mülki iddianı qismən təmin etməsi zərərçəkmiş (mülki iddiaçı) tərəfi qane etmir. Kassasiya şikayətinin müəllifləri h esab edir ki, birinci instansiya məhkəməsi mülki iddianı tam təmin etməsə də, apellyasiya məhkəməsi mülki iddiaçının apellyasiya şikayətinə baxılması nəticəsində hökmü dəyişdirməli və mülki iddianı tam təmin etməli idi. Lakin, birinci instansiya məhkəməsinin yuxarıda göstərilmiş gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəmə baxışı qismən məhkəmə istintaqı aparmaqla keçirilmiş, cinayət işinin materialları yenidən araşdırılmış, iş üzrə mövcud olan sübutlara yenidən hüquqi qiymət verilmişdir. Belə ki, iş materiallarında olan AFB Bankın Kreditlərin təhlili və təqibi strukturunun kreditlərin təqibi üzrə mütəxəssisi X11 imzaladığı 2023-cü il 10 fevral tarixli rəyinə əsasən 2014-cü il iyunun 11-dən 2016-cı il sentyabrın 21-dək 1 ABŞ dollarının Azərbaycan manatına (AZN) qarşı yuxarıda qeyd ol unan məzənnələri ilə 2014-cü il iyunun 11-də 40.000 ABŞ dolları 31.368 manat, 2014-cü il iyulun 11-də 40.000 ABŞ dolları 31.376 manat, 2014-cü il iyulun 17-də 70.000 ABŞ dolları 54.901 manat, 2014-cü il avqustun 18də 50.000 ABŞ dolları 39.210 manat, 2014-cü il noyabrın 15-də 50.000 ABŞ dolları 39.215 manat, 2014-cü il noyabrın 19-da 50.000 ABŞ dolları 39.225 manat, 2015-ci il fevralın 1də 100.000 ABŞ dolları 78.440 manat, 2015-ci il iyulun 9-da 100.000 ABŞ dolları 104.880 manat, 2015-ci il noyabrın 15-də 40.000 ABŞ dolları 42.008 manat, 2016-cı il iyunun 15-də 60.000 ABŞ dolları 90.720 manat, 2016-cı il sentyabrın 21-də 160.000 ABŞ dolları 261.286 manat, cəmi 760.000 ABŞ dolları 812.639 manat təşkil edir. O cümlədən, cinayət işinin materiallarında olan AFB Bankın Kreditlərin təhlili və təq ibi strukturunun kreditlərin təqibi üzrə mütəxəssisi X11 imzaladığı 2023-cü il 30 yanvar tarixli rəyinə əsasən 2014-cü ilin iyul ayından 2016-cı ilin oktyabr ayına kimi 1 ABŞ dollarının Azərbaycan manatına (AZN) qarşı yuxarıda qeyd olunan məzənnələri ilə 2014cü ilin iyul ayında 1.600 ABŞ dolları 1.255,04 manat, 2014-cü ilin avqust ayında 6.000 ABŞ dolları 4.705,8 manat, 2014-cü ilin sentyabr ayında 8.000 ABŞ dolları 6.275,2 manat, 2014-cü ilin oktyabr ayında 8.000 dolları 6.274,4 manat, 2014-cü ilin noyabr ayında 8.000 ABŞ dolları 6.275,2 manat, 2014-cü ilin dekabr ayında 13.000 ABŞ dolları 10.197,2 manat; 2015-ci ilin yanvar ayında 13.000 ABŞ dolları 10.197,2 manat, 2015-ci ilin fevral ayında 13.000 ABŞ dolları 11.186,5 manat, 2015-ci ilin mart ayında 13.000 ABŞ dolları 13.635,7 manat, 20 15-ci ilin aprel ayında 13.000 ABŞ dolları 13.653,9 manat, 2015-ci ilin may ayında 13.000 ABŞ dolları 13.629,2 manat, 2015-ci ilin iyun ayında 13.000 ABŞ dolları 13.625,3 manat, 2015-ci ilin iyul ayında 13.000 ABŞ dolları 13.638,3 manat, 2015-ci ilin avqust ayında 13.000 ABŞ dolları 13.631,8 manat, 2015-ci ilin sentyabr ayında 13.000 ABŞ dolları 13.624 manat, 2015-ci ilin oktyabr ayında 13.000 ABŞ dolları 13.625,3 manat, 2015-ci ilin noyabr ayında 23.000 ABŞ dolları 24.159,2 manat, 2015-ci ilin dekabr ayında 25.000 ABŞ dolları 30.725 manat; 2016-cı ilin yanvar ayında 25.000 ABŞ dolları 39.535 manat, 2016-cı ilin fevral ayında 25.000 ABŞ dolları 39.310 manat, 2016-cı ilin mart ayında 25.000 ABŞ dolları 40.067,5 manat, 2016-cı ilin aprel ayında 25.000 ABŞ dolları 37.897,5 manat, 2016-cı ilin may ayında 25.000 ABŞ dolları 37.552,5 manat, 2016-cı ilin iyun ayında 25.000 ABŞ dolları 37.892,5 manat, 2016-cı ilin iyul ayında 28.000 ABŞ dolları 43.680 manat, 2016-cı ilin avqust ayında 28.000 ABŞ dolları 45.138,8 manat, 2016-cı ilin sentyabr ayında 28.000 ABŞ dolları 45.771,6 manat, 2016-cı ilin oktyabr ayında 34.000 ABŞ dolları 54.794,4 manat, cəmi 490.600 ABŞ dolları 641.954,04 manat təşkil edir. Həmin rəqəmlər məhkəmə istintaqı ilə müəyyən edilən, x oğlu X10 Məhərrəmova qaytardığı pul məbləğlərini nəzərdə tutur. Beləliklə də, qeyd olunanlarla yanaşı, cinayət işi üzrə toplanılmış digər sübutların müqayisəli şəkildə təhlili nəticəsində haqlı olaraq o qənaətə gəlinir ki, cinayət nəticəsində Zərərçəkmiş şəxs 812.639 manat maddi ziyanın 641.954,04 manatını təqsirləndirilən şəxs Məhk um tərəfindən ödənilmişdir. Kassasiya məhkəmə kollegiyası məhkəmə təcrübəsində oxşar cinayət işlərini əsas götürərək, Məhkum əməlinin dələduzluq cinayəti ilə tövsif edildiyindən və onun zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı qaytarmaq niyyətinin olmaması səbəbindən vurulmuş ziyanın Zərərçəkmiş şəxs qaytarılması ehtimal edilən dövrün məzənnəsinə uyğun olaraq manat ekvivalenti üzrə Zərərçəkmiş şəxs xeyrinə Məhkum tutulmasına dair zərərçəkmiş şəxsin (mülki iddiaçının) tələbinin əsassız olması qənaətinə gəlir. Odur ki, birinci instansiya məhkəməsinin Zərərçəkmiş şəxs mülki iddiasının qismən təmin edilməklə təqsirləndirilən şəxs Məhkum alınıb Zərərçəkmiş şəxs xeyrinə 170.684,96 manat maddi ziyana və ödənilmiş 460,68 manat dövlət rüsumuna görə ümumilikdə 171.145,64 manatın tutulması, mülki iddi anın qalan hissədə isə baxılmamış saxlanılması barədə gəlmiş olduğu (apellyasiya instansiya məhkəməsinin də razılaşdığı) nəticə ilə razılaşır. Zərərçəkmiş şəxs xeyrinə tutulmalı olan məbləğin həcminin azaldılaraq bu şəkildə müəyyən edilməsi dövlət ittihamçısı tərəfindən mübahisələndirilməmiş, yalnız zərərçəkmiş şəxs - mülki iddiaçı qərarın mülki iddiaya aid hissəsindən apellyasiya şikayəti vermişdir. Belə vəziyyətdə (nə qədər ki, mülki iddianın təmin edilməsi birinci instansiya məhkəməsinin dəyişdirdiyi, dövlət ittihamçısının mübahisələndirmədiyi ittihamın həcminin apellyasiya məhkəməsində artırılmasına gətirib çıxaracaqdı) apellyasiya instansiyası məhkəməsi haqlı olaraq (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1.3-cü maddəsinə uyğun mövqe nümayiş etdirməklə) Məhkum tut ulmalı olan məbləği artırmamış, buna dair olan apellyasiya şikayətini təmin etməmişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən lazımınca araşdırılmış və yekun qərarda ətraflı cavablandırılmış dəlilləri təkrarladığından və apellyasiya məhkəməsinin faktlar, hüququn tətbiqi üzrə nəticələrini təkzib etmədiyindən, məhkəmə kollegiyası həmin nəticələri şübhə altına almaq üçün əsas görmür. Odur ki, məhkəmə kollegiyası sözügedən mülki iddia üzrə məsələyə (mülki iddiaçının apellyasiya şikayətinə) baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət-prosessual qanunun tələblərinə əməl olunduğunu nəzərə alaraq, kassasiya şikayətinə münasibətdə cinayət-prosessual qanunun 416.0-cı maddəsində göstərilən (məhkəmə qərarının kassasiya qaydasında dəyişdiril məsinə, ləğv edilməsinə əsas yaradan) halları müəyyən etmir və bu səbəbdən həmin şikayətin təmin edilməsini mümkün saymır. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin (mülki iddiaçının) və nümayəndəsinin mülki iddia ilə bağlı kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Zərərçəkmiş – mülki iddiaçı tərəfdən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, mülki iddiaya aid hissə ilə yanaşı təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı da iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıda qeyd etməyi məqsədə müvafiq hesab edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər g özlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-nin 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş tərəf kassasiya şikayətində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəza təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini xahiş etmişdir. Halbuki CPM-nin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilə rkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (himayəsində azyaşlı uşağının olması, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın çox bir hissəsini ödəməsi və ilk məhkumluğu) olması və ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir k i, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum və müdafiəçisi Rəhimov Rəşad Rəhim oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri, o cümlədən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və nümayəndəsi Zeynalov Emin Mail oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərar ını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və müdafiəçisi Rəhimov Rəşad Rəhim oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və nümayəndəsi Zeynalov Emin Mail oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iy ul 2023cü il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar