Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-386/2019 26.02.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 386/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 26 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və X15un iştirakı ilə, Bakı şəhəri X ətai Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli hökmü ilə məhkum 1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 170.1, 29, 180.2.1, 29, 180.2.2 və 29, 180.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 180.2.1 və 29, 180.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2018-ci-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və X15 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Məmmədov Habil Çingiz oğlu) xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta t əhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan məhkum 1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29, 180.2.1, 29, 180.2.2, 29, 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla məhkum 1a qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çə kməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 aprel 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. xx xxxxxxxx 2000-ci il tarixdə Masaıllı rayonu, Türkoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan, ünvan 2 ünvanda yaşamış Təqsirləndirilən şəxs. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.1, 29, 180.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs 21 aprel 2018-ci il tarixdən 23 aprel 2018-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzəri ndə qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 09 avqust 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Mirzəyev Sahibxan Arzuman oğlu və Qasımov Faiq Adil oğlundan ibarət tərkibdə) 03 oktyabr 2018-ci-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və X15 kassasiya şikayətləri verərək cəzanın yüngülləşdirilməsini xahiş etmişdirlər. İşin halları: Hökmə əsasən, məhkum 1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 mart 2018-ci il tarixə keçən gecə, saat 02 radələrində X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, məhəllə 4090/94-də yerləşən Lift Təmir İstehsalat Birliyi, “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat idarəsinin inzibati binasına plastik pəncərəni açma yolu ilə qanunsuz daxil olub oradan həmin idarəyə məxsus içərisində 2275 manat pul olan 150 manat dəyərində 1 ədəd istismar olunmuş kiçik həcmli dəmir seyfi, idarənin rəis i X3 məxsus 300 manat dəyərində 1 ədəd istismar olunmuş “HP” və hər biri 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində 2 ədəd istismar olunmuş “Acer” markalı noutbuku gizli talamış, nəticədə “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat idarəsinə 2425 (iki min dörd yüz iyirmi beş) manat, X3 isə ümumilikdə 600 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 19 aprel 2018-ci il tarixdə saat 03 radələrində tanışı, xx xxxxxxxx 2000-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayətkar fəaliyyətə cəlb edib əldə olunacaq 2000 (iki min) manatı birgə bölüşdürəcəyinə vəd verib qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs ünvan 3 ünvanda X8 məxsus y aşayış sahəsinin giriş qapısının qarşısında kənar şəxslərin gələcəyi təqdirdə xəbər verməsi üçün dayanaraq gözləmiş, o isə, ünvan 3 ünvanda X8 məxsus yaşayış sahəsinə qanunsuz daxil olaraq yatmış vəziyyətdə olan ev sahibi X4 huşunu itirməsi üçün sonuncunun ağzına spirtlənmiş tənzif parçasını tutmuş, sonuncu qəfildən ayılaraq məhkum 1a müqavimət göstərdiyinə görə öz iradələrindən asılı olmayan səbəbdən qəsdən edilən əməli başa çatdıra bilməyərək zərərçəkmiş şəxs X8 məxsus 2000 manat pulu açıq talamağa, yəni soyğunçuluq etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: X15 kassasiya şikayətini onunla əsaslandırmışdır ki,, ilk dəfə məhkum olunur, xəstədir, etdiyi cinayət əməlindən səmimi peşmandır. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilərək qərarın dəyişdirilməsini, c əzasının yüngülləşdirilməsini və barəsində azadlığın məhdudlaşdırılmasına dair cəza tətbiq olunmasını xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs cəmiyyətdən və ailə mühitindən təcrid olunmadan tərbiyə olunması imkanlarını araşdırmamış, işin əsl hallarına, şahid ifadələrinə, düzgün qiymət verməmişdir. Təqsirləndirilən şəxs valideyin himayəsindən məhrum olmasını, bu halın onun şüurunda silinməz izlər buraxdığını, hadisəni məhkum 1un təkidindən və ona verdiyi vədlərdən sonra törətməsini, onun “cinayəti” törədərkən iştirakçılıqdakı rolunun sadəcə qapı ağzında durmaqdan ibarət olmasını və bundan başqa hər hansı bir əməl törətməsini, əməli ndən peşiman olmasını, həmçinin Azərbaycan Respublikası CM 59.1.6-cı maddəsində nəzərdə tutulan cinayətin fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsini (hansı ki, məhkum 1 bundan ötrü Azərbaycan respublikası CM-nin 170.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilmişdir) və Azərbayca Respublikası CM-nin 59.1.10-cu maddəsi cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsini, yəni zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmçinin Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsində nəzərdə tutulan cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini cəza təyini zamanı nəzərə alınmadığı qeyd edərək məhkum Təqsirlənd irilən şəxs Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəza həddindən də aşağı cəza təyin olunmasını və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş cəzanın şərti hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiə tərəfinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2018-ci-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalar ının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmələr cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş və mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edərək məhkum 1un cinayət əməllərini Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 170.1, 29, 180.2.1, 29, 180.2.2 və 29, 180.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs cinayət əməllərini 29, 180.2.1, 29, 180.2.3cü maddələri ilə tövsif etmişdir. Məhkumların və müdafiəçilərin apellyasiya şikayətləri əsasında cinayət işinə apellyasiya instansiyası məhkəməsində baxılarkən, toplanmış sübutların tədqiqi və qiymtləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanl ara yol verilibverilmədiyi yoxlanılmış və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2018-ci-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərində məhkumlara təyin edilmiş cəzanın ağırlığı və cəza təyini zamanı bir sıra yüngülləşdirici halların nəzərə alınmadığı göstərilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi hökmündə məhkum 1un əməlindən peşman olmasını, ilk məhkumluğunu, səmimi etirafını, eyni ilə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk məhkumluğunu, səmimi etirafını, yetkinlik yaşına çatmamasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cə za təyini zamanı yüngülləşdirici hal kimi qiymətləndirilərək nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilən maddi hüquq normalarının mənasına görə cəza təyini zamanı təkcə cəzanı yüngülləşdirən hallar deyil, həmin hallarla yanaşı törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran hallar da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə; CM-in 170.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə; CM-in 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində izah edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) ə sasən müəyyən edilir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, X15a təqsirli bilindiyi maddələrinin sanksiyaları ilə müəyyən olunmuş azadlıqdan məhrum etmə cəzasının minimum həddinə yaxın müddətdə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, həmin cəzalar CM-in 66.2-ci maddəsinə uyğun olaraq qismən toplanılmaqla, üzərinə qəti cəza müəyyən olunmuşdur. Həmçinin məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası ilə müəyyən olunmuş cəzanın minimum həddində cəza təyin edilmişdir. Məhkəmə kollegiyası məhkumlara təyin olunmuş cəzanın şərti hesab olunmasına və ya barələrində Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsini tətbiq etməklə təqsirli bilindikləri maddələrin sanksiyası ilə nəzərdə tutulmuş cəzadan daha yüngül cəzalar təyin edilməsinə dair kasassiya şik ayətlərində göstərilən dəlilinə hüququ qiymət verərək, həmin dəlilin əsassız olduğunu qeyd edir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Kollegiya qeyd edir ki, məhkumla r barədə CM-nin 62 və ya 70-ci maddələrinin tətbiqinə dair iş materiallarında əsasların mövcudluğu müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, cəzanı yüngülləşdirən halların və cinayətin ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən halların məcmusuna mütənasibliyi cəza təyini zamanı nəzər alınmışdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışları mərhələsində cinayət və cinayət-prosessual qanunların pozulması, məhkum 1 və Təqsirləndirilən şəxs müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Şərh edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2018-ci-ci il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: məhkum 1un Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 170.1, 29, 180.2.1, 29, 180.2.2 və 29, 180.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 180.2.1 və 29, 180.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2018-ci-ci il tarixli qərarı məhkum 1 və Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlansın. Kassasiya şikay
Məhkəmə qərarları › İş №1(102)-386/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-386/2019
26.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver