Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-386/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, mülki iddiaçı – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nü mayəndəsi Nümayəndə və Məhkum müdafiəçisi Məmmədov Eyvaz Mehdi oğlunun iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.3-1, 177.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 sentyabr 2023cü il tarixli qərarından Məhkum müdafiəçisi E.M.Məmmədov tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Hüseynov Elməddin Mirpaşa oğlu) Məhkum, xx xxx 1988-ci il ta rixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də supervizor vəzifəsində ünvanda yaşayan, işləyən, ünvan 1 CM-nin 177.2.3-1, 177.2.4 və 308.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması, CM-nin 308.1-ci maddəsi ilə 02 (iki) il müddətə ictimai xidmət sahəsində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə, CM-nin 66.2-ci maddəsinə əsasən isə təyin edilmiş cəzaları tam toplamaq yolu ilə qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması və 02 (iki) il müddətə ictimai xidmət sahəsində rəhbər və maddi-məsul vəzi fə tutma hüququndan məhrum etmə cəzalarına məhkum edilmişdir. Hökmlə Məhkum üzərinə yaşadığı Ünvan1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı şəhəri və Lənkəran rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzanın icrası müddətinin onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrasının isə Masallı rayon icra və probasiya şöbəsinə tapşırılması qərara alınmışdır. Həmçinin mü lki iddiaçı – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilən mülki iddia təmin edilərək mülki cavabdeh – Məhkum vurulmuş maddi ziyana görə 18.799.29 (on səkkiz min yeddi yüz doxsan doqquz) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pulun tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hesabına ödənilməsi qət edilmiş, sonuncu tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 3099,29 (üç min doxsan doqquz manat iyirmi doqquz qəpik) manat pul vəsaitinin iş üzrə vurulmuş ziyanın ödənişi kimi dövlət büdcəsinə köçürülməsi nəzərə alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, özgəsinə məxsus əmlakı elektron məlumat daşıyıcılarından informasiya texnologiyalarından istifadə etməklə gizli yolla talayaraq vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, 5 dekabr 2016-cı il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində şöbə rəisi vəzifəsində, eyni zamanda 1 noyabr 2020-ci il tarixdən 1 sentyabr 2021-ci il tarixədək qeyd edilən MMC-də market menecerinin köməkçisi vəzifəsində, 1 sentyabr 2021-ci il tarixdən isə həmin MMC-də market meneceri vəzifəsində işləyərkən 5 dekabr 2016-cı il tarixli əmək müqaviləsinə əsasən mük əmməl xidmət təcrübəsi təklif etmək üçün şirkətin qaydalarına uyğun olan xidmət standartlarının səmərəli tətbiqini təmin etmək, tələb olunan əsas icra göstəriciləri və hədəfləri qarşılamaq, idarəetmə prosesinin effektiv icrasını təmin etmək, biznes tendensiyaları və rəqibin fəaliyyəti haqqında məlumatlı olmaq, marketin kommersiya inkişafına imkan yaratmaq, marketdə hər hansı məsələləri həll etmək, mağaza işçlərinə rəhbərlik etmək və şirkətin istəklərini çatdırmaq, şirkətin siyasət və prosedurlarına uyğun davranmaq və digər səlahiyyətlərə malik inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 21 mart 2020-ci il tarixli 969 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması” qaydasının 1.1, 1.2 və 2.0.2-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş əl avə dəyər vergisinin istehlakçıya məxsus bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarılması nəzərdə tutulsa da, həmin tələbləri pozmaqla öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, özgəyə məxsus əmlakı elektron məlumat daşıyıcılarından informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talamaq məqsədilə şəxsən özü istehlakçı, yəni satıcıdan malı və ya xidməti alan fiziki şəxs olmadığı halda, 2020-ci ilin avqust ayından 2020-ci ilin dekabr ayına qədər olan müddətdə "xxxx" MMC-yə məxsus “Bravo” marketlər şəbəkəsinin ünvan 2 ünvanında yerləşən “Masazır” filialının inzibati binasındakı xidməti otağında və Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Grand Mart” marketin qarşısında yerləşən çoxmərtəbəli yaşayış binasınd a kirayədə yaşadığı evdə, 2020-ci ilin dekabr ayından 2021ci ilin sentyabr ayına qədər "xxxx" MMC-yə məxsus “Bravo” marketlər şəbəkəsinin ünvan 3 ünvanında yerləşən “Gəziş” filialının inzibati binasındakı xidməti otağında və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Grand Mart” marketin qarşısında yerləşən çoxmərtəbəli yaşayış binasında kirayədə yaşadığı evdə, 2021-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayına qədər "xxxx" MMC-yə məxsus “Bravo” marketlər şəbəkəsinin Bakı şəhəri, Binə qəsəbəsi, Mərdəkan şossesində yerləşən “Qlobus” filialının inzibati binasındakı xidməti otağında xidməti kompüteri vasitəsi ilə "xxxx" MMC-yə məxsus “Bravo” marketlər şəbəkəsinə məxsus elektron məlumat daşıyıcısı olan “G.O.L.D” adlı elektron sisteminə vahid niyyətlə özü və cinayətdə n xəbərsiz olan keçmiş arvadı Şahid1 vasitəsi ilə daxil olaraq qeyd edilən şəbəkənin filiallarından müxtəlif şəxslər tərəfindən alınmış mallara görə ödənilmiş pul vəsaitlərindən tutulmuş ƏDV-lərin fiskal kodlarını, eləcə də Yaponiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşlarının 182,71 manatlıq satış məbləğindən verilmiş qəbzdəki 3,55 manat ƏDV üzrə olan “9mNtyHCcmZQp” fiskal kodunu informasiya texnologiyalarından istifadə etməklə həmin sistemdən vahid niyyətlə qeyri-aşkar şəraitdə götürüb, “Excel” proqramı vasitəsi ilə sistemləşdirdikdən sonra, nəzarət-kassa aparatı çekinin alındığı tarixdən 90 gün müddəti tamamlanmamış çeklərdə olan ümumilikdə 26.451 ədəd fiskal kodlarını cinayətdən xəbərsiz olan anası Şahid3, cinayətdən xəbərsiz olan qardaşı Şahid2, cinayətdən xəbərsiz olan bibisi X5, cinayətdən xəbərsiz olan nənəsi X8, cinayətdən xəbərsiz olan arvadı Şahid6 və cinayətdən xəbərsiz olan dostu Şahid5 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ƏDV geri al” elektron sistemində adlarına olan portallara şəxsən özü, Şahid1, Şahid3, Şahid2 və Şahid5 vasitəsi ilə istifadələrində olan smartfon tipli telefonlarla daxil edərək, bunun qarşılığında həmin portalda geri qaytarılma qismində balanslarında yığılmış müxtəlif məbləğdə pul vəsaitini həmin müddətdə ayrı-ayrı kart hesablarına köçürməklə, o cümlədən, Şahid1 adına olan 416974******7640 nömrəli "xxxx" ASC-yə aid plastik karta sonuncu, özü, Şahid3, Şahid5 və Şahid2 vasitəsi ilə 4 avqust 2020-ci il tarixdə 9 manat və 20 manat, 10 avqust 2020-ci il tarixdə 30 manat, 50 manat və 65 manat, 12 avqust 2020-ci il tarixdə 415 manat, 13 avqust 2020-ci il tarixdə 278 manat, 17 avqust 2020-ci il tarixdə 30 manat, 105 manat, 200 manat, 270 manat və 190 manat, 24 avqust 2020-ci il tarixdə 85 manat, 31 avqust 2020-ci il tarixdə 54 manat, 2 sentyabr 2020-ci il tarixdə 202 manat, 9 sentyabr 2020-ci il tarixdə 430 və 236 manat, 18 sentyabr 2020-ci il tarixdə 352 manat, 22 sentyabr 2020-ci il tarixdə 30 manat, 23 sentyabr 2020-ci il tarixdə 170 manat, 6 oktyabr 2020-ci il tarixdə 303 və 250 manat, 19 oktyabr 2020-ci il tarixdə 55 manat, 22 oktyabr 2020-ci il tarixdə 300 manat, 26 oktyabr 2020-cı il tarixdə 200 manat, 2 noyabr 2020-ci il tarixdə 303 manat, 4 noyabr 2020-ci il tarixdə 51 manat, 5 noyabr 2020-ci il tarixdə 132 manat, 18 noyabr 2020-ci il tarixdə 100 manat, 30 noyabr 2020-ci il tarixdə 232 manat, 51 manat, 16 manat və 10 manat, 19 yanvar 2021-ci il tarixdə 21,95 manat, 22 fevral 2021-ci il tarixdə 170 manat, 55 manat və 25 manat, 9 mart 2021-ci il tarixdə 30 manat, 29 mart 2021-ci il tarixdə 5 manat, 74,64 manat və 70 manat köçürməklə, cəmi 5.675,59 manat pul vəsaitini, Şahid1 adına olan 5315********5834 nömrəli “Bank of Baku" ASC-yə aid plastik karta sonuncu, özü, Şahid3 və Şahid2 vasitəsi ilə 2 fevral 2021-ci il tarixdə 271,19 manat, 9 fevral 2021-ci il tarixdə 130 manat, 18 fevral 2021-ci il tarixdə 250 manat, 30 mart 2021-ci il tarixdə 27 manat, 20 aprel 2021-ci il tarixdə 32 manat, 21 aprel 2021-ci il tarixdə 35 manat, 26 aprel 2021-ci il tarixdə 25 manat köçürməklə, cəmi 770,19 manat pul vəsaitini, Şahid1 adına olan 4127********6532 nömrəli "xxxx" ASC-yə aid plastik karta sonuncu, özü, Şahid3 və Şahid2 vasitəsi ilə 5 avqust 2020-ci il tarixdə 199 manat, 11 avqust 2020-ci il tarixdə 248,75 manat, 19 avqust 2020-ci il tarixdə 334,32 manat, 27 avqust 2020-ci il tarixdə 248.75 manat, 28 avqust 2020-ci il tarixdə 407,95 və 417,9 manat, 31 avqust 2020-ci il tarixdə 412,92 manat, 10 sentyabr 2020-ci il tarixdə 427,85 manat, 15 sentyabr 2020-ci il tarixdə 422.87 manat, 21 sentyabr 2020-ci il tarixdə 407,95 manat, 22 sentyabr 2020-ci il tarixdə 199 və 248,75 manat, 29 sentyabr 2020-ci il tarixdə 139,3 və 149,25 manat, 30 sentyabr 2020-ci il tarixdə 203,97 manat, 12 oktyabr 2020-ci il tarixdə 151,24 manat, 13 oktyabr 2020-ci il tarixdə 372,13 manat, 16 oktyabr 2020-ci il tarixdə 119,4 və 350,24 manat, 19 oktyabr 2020-ci il tar ixdə 139,3, 29,85 və 50,74 manat, 20 oktyabr 2020-ci il tarixdə 129,35 manat, 2 noyabr 2020-ci il tarixdə 59,7 manat, 12 noyabr 2020-ci il tarixdə 348,25 və 104,47 manat, 17 noyabr 2020-ci il tarixdə 303,47 manat, 7 dekabr 2020-ci il tarixdə 423,87 manat, 10 dekabr 2020-ci il tarixdə 246,76 manat, 14 dekabr 2020-ci il tarixdə 301,48 manat, 15 dekabr 2020-ci il tarixdə 19.9, 7,96 və 298,5 manat, 16 dekabr 2020-ci il tarixdə 250,74 manat, 17 dekabr 2020-ci il tarixdə 129,35 manat, 29 dekabr 2020-ci il tarixdə 217,9 manat, 18 yanvar 2021-ci il tarixdə 251,73 manat, 19 yanvar 2021ci il tarixdə 49,75 manat, 22 fevral 2021-ci il tarixdə 235,81 manat, 1 mart 2021-ci il tarixdə 68,65 manat, 1 aprel 2021-ci il tarixdə 72.63 və 97.51 manat, 6 aprel 2021-ci il tarixdə 29.85 nanat, 12 aprel 2021-ci il tarixdə 141,29 manat, 23 aprel 2021-ci il tarixdə 141,29 manat, 17 may 2021-ci il tarixdə 132.33 manat köçürməklə, cəmi 9.743,97 manat pul vəsaitini, Şahid3 adına olan 416974******3771 nömrəli "xxxx" ASC-yə aid plastik karta sonuncu, özü, Şahid1 və Şahid2 vasitəsi ilə 9 sentyabr 2020-ci il tarixdə 10 manat, 11 sentyabr 2020-ci il tarixdə 179 manat, 28 sentyabr 2020-ci ıl tarixdə 246 manat, 13 oktyabr 2020-ci il tarixdə 125 manat, 28 oktyabr 2020-ci il tarixdə 161 manat, 11 noyabr 2020-ci il tarixdə 125 manat, 27 noyabr 2020-ci il tarixdə 136 manat, 16 dekabr 2020-ci il tarixdə 150 manat, 31 dekabr 2020-ci il tarixdə 109,54 manat, 18 yanvar 2021-ci il tarixdə 122 manat, 1 fevral 2021-ci il tarixdə 65 manat, 15 fevral 2021-ci il tarixdə 89 manat, 5 mart 2021-ci il tarixdə 87 manat, 18 mart 2021-ci il tarixdə 67 manat, 1 aprel 2021-ci il tarixdə 26 manat, 20 aprel 2021-ci il tarixdə 45 manat, 30 aprel 2021-ci il tarixdə 43 manat, 16 may 2021-ci il tarixdə 98 manat, 1 iyun 2021-ci il tarixdə 42 manat, 30 iyun 2021-ci il tarixdə 59 manat, 2 avqust 2021-ci il tarixdə 37 manat, 23 avqust 2021-ci il tarixdə 45 manat köçürməklə, cəmi 2.066,54 manat pul vəsaitini, Şahid6 adına olan 416973******6193 nömrəli "xxxx" ASC-yə aid plastik karta sonuncu vasitəsi ilə 20 sentyabr 2021-ci il tarixdə 67 manat, 22 sentyabr 2021-ci il tarixdə 67 manat, 22 oktyabr 2021-ci il tarixdə 58 manat, 15 noyabr 2021-ci il tarixdə 57 manat, 22 noyabr 2021-ci il tarixdə 62 manat, 1 dekabr 2021-ci il tarixdə 86 manat, 9 dekabr 2021-ci il tarixdə 5 manat, 13 dekabr 2021-ci il tarixdə 45 manat, 15 dekabr 2021-c i il tarixdə 40 manat, 20 dekabr 2021ci il tarixdə 38 manat, 27 dekabr 2021-ci il tarixdə 18 manat, köçürməklə, cəmi 543 manat məbləğində olmaqla, ümumilikdə qeyd edilən qaydada 2 şəxsə məxsus 5 ədəd plastik bank kartına köçürülmüş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məxsus 18.799,29 manat (on səkkiz min yeddi yüz doxsan doqquz manat iyirmi doqquz qəpik) məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomatlar vasitəsilə nağdlaşdırmaqla əldə edib şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin müxtəlif şəxsi ödənişlərinə köçürmə yolu ilə yönəltməklə, o cümlədən, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid6 vasitəsilə sonuncunun yaşadığı ünvan 4 ünvanında sonuncuya məxsus 416973******6193 nömrəli "xxxx" ASC-yə aid plastik kartdan "xxxx" MMC-yə etdiyi alışa görə 20,67 manat məbləğində pul vəsaitini köçürməklə, elektron məlumat daşıyıcılarından informasiya texnologiyalarından istifadə etməklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məxsus 18.799,29 manat (on səkkiz min yeddi yüz doxsan doqquz manat iyirmi doqquz qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla gizli yolla talayaraq oğurlamış, həmin hərəkətləri ilə dövlətin istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara və göstərilən xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin müəyyən olunmuş normativ tələblərə uyğun olaraq vergi yığımı üzrə stimullaşdırıcı funksiyasının t əmini, həmin vergi məbləğinin müəyyən olunan hissəsinin istehlakçıya məxsus bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarılmasında şəffaflığın gözlənilməsi və sui-istifadə hallarının qarşısının alınması sahəsində siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Hökmdən dövlət ittihamçısı Abbasova Natavan Gülhüseyn qızı tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum müdafiəçisi E.M.Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Əyyubov Fərid İlham oğlundan ibarət tərkibdə) 01 sentyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, apellyasiya protesti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli hökmü dəyişdirilərək Məhkum CM-nin 308.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə ictimai xidmət sahəsində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasının müstəqil icra olunması, cəzaların icrasının Masallı rayon icra və probasiya şöbəsinə tapşırılması, mülki iddiaçı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş mülki iddianın qismən təmin edilərək mülki cavabdeh Məhkum vurulmuş maddi ziyana görə 15200 (on beş min iki y üz) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ödənilməsi müəyyən edilmiş, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi E.M.Məmmədov kassasiya şikayəti, dövlət ittihamçısı T.R.Qəhrəmanov isə - kassasiya protesti verərək aşağıdakıları xahiş etmişlər: • müdafiəçi E.M.Məmmədov – qərarın ləğv edilməsini və Məhkum barəsindəki cinayət işinin icraatına xitam verilməsini; • dövlət ittihamçısı T.R.Qəhrəmanov – qərarın ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunmasını. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: Kassasiya şikayətində A zərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) və Vergi Məcəlləsinin bir sıra maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 21 mart 2020-ci il tarixli 969 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın bəzi müddəalarına, işin müəyyən edilmiş faktiki hallarına və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi E.M.Məmmədov kassasiya şikayətini belə əsaslandırmışdır ki, Məhkum qarşı irəli sürülmüş ittiham və Dövlət Vegi Xidmətinin iş üzrə zərərçəkmiş şəxs qismində tanınması tamamilə əsassızdır ona görə ki, o, həmin Xidmətin hər-hansı bir vəsaitini gizli yolla talamamış, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla onun belə bir qəsdinin olması müəyyən edilməmiş, DVXnin isə hər hansı vəsaiti yoxdur ki, həmin vəsaitin oğurluq yolu ilə ələ keçirilməsi mümkün olsun. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Məhkum ayrı-ayrı şəxslərə müxtəlif vaxtlarda market tərəfindən hansısa malları alarkən verilmiş qəbzlərdəki fiksal kodlardan istifadə edərək, başqa-başqa şəxslərə aid olan ƏDV məb ləğlərini ələ keçirmiş və cəmisi 18.799,99 manat təşkil edən pul vəsaitlərinin mülkiyyətçisi ayrı-ayrı istehlakçılardır. Əlavə dəyər vergisi elə bir vəsaitdir ki, həmin vəsaiti nağd qaydada əldə etmək və ya da ödəmək mümkün deyil və buna dair normalar və müddəalar həm Vergi Məcəlləsində, həm də Azərbaycan Respublikası Prezidentinin 21 mart 2020-ci il tarixli Fərmanında və həmin Fərmanla təsdiq edilmiş “Qayda” da əksini tapmışdır. Qeyd edilən normativ-hüquqi aktların məzmunu ondan ibarətdir ki, Vergilər Nazirliyinin hesabından hər-hansı bir məbləğ köçürülmür, sadəcə əlavə dəyər vergisi azaldılır, istehlakçıya qaytarılan məbləğ isə ehtimal edilən və proqnozlaşdırılan məbləğdir. Müdafiəçinin fikrincə bu da onu sübut edir ki, Məhkum qarşı irəli sürülmüş ittihamda göstərilən təxminən 1-5 manat məbləğində olan və yalnız ayrı-ayrı istehlakçılara məxsus olan ƏDV büdcə vəsaiti deyil və büdcədən ödənilmir və büdcəyə daxil edilmir, qaytarılmalı ƏDV vəsaiti müvəkkil banklar vasitəsi ilə istehlakçıya ödənilir və ya sonradan əvəzləşdirilir, DVX-nə isə hər-hansı ziyan vurulmur. Məhkum əməlləri nəticəsində Dövlət Vergi Xidmətinə ziyan vurulmuş olsa idi, bununla bağlı məhz həmin orqan hüquq-mühafizə orqanlarına şikayət edərdi. İş materiallarından görünür ki, həmin orqan belə şikayətlə heç yerə şikayət etməmiş, hazırki cinayət işinin başlanmasına əsas isə Yaponiyanın Azərbaycandakı səfirliyinin əməkdaşının 182,71 manat dəyərində malları aldıqdan sonra ona 3,55 manat məbləğində ƏDV-nin qaytarılmamasına görə etdiyi müraciəti olmuşdur. Belə olan halda hazırki iş üzrə zərərçəkmiş şəxs qismində m əhz həmin əməkdaş və digər istehlakçılar tanınmalı idi. Müdafiəçi həmçinin qeyd etmişdir ki, Məhkum CM-nin 308.1-ci maddəsi ilə də təqsirli bilinməsi əsassız olmuşdur, çünki o, işlədiyi və qarşısında məsuliyyət daşıdığı "xxxx" MMC-nin mənafeyinə hər-hansı bir ziyan vurmamış, vəzifəsindən sui-istifadə etməmiş, onun fiskal kodlardan istifadə edərək 1-5 manat məbləğində pul vəsaitlərini öz hesabına keçirməsinin onun vəzifəsi ilə heç bir əlaqəsi olmamış, iş yerindəki kompyuterdən və “C.O.L.D.” proqramından istifadə etməsinin də vəzifəsi səlahiyyətindən sui-istifadə etməsi ilə əlaqədar deyil, həmin proqramdan isə işlədiyi MMC-nin bütün əməkdaşları istifadə etmək imkanına malik olmuşlar. Qeyd olunanlara əsaslanaraq müdafiəçi E.M.Məmmədov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cə za təyin etmənin prinsipləri, şərtləri, qaydaları və cəzanın məqsədi təsbit edilmiş CM-nin müvafiq maddələrinə, CPM-nin bir sıra normalarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına, Məhkum təqsirli bilindiyi ittihama və onun barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı T.R.Qəhrəmanov kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum təyin olunmuş cəzalar onun törətdiyi cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onların şəraitinə uyğun olmamış və həmin cəzalar onun islah edilməsi və cəzanın məqsədlərinə nail olunması üçün yetərli hesab edilə bilməz. Dövlət ittihamçısının mövqeyinə görə belə cəzalar eyni xara kterli cinayətlərə görə məhkum olunmuş şəxslərin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, həm də cəzasızlıq şəraiti yaradır, nəticədə məhkumlar və digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması barədə cinayət qanununun xəbərdaredici funksiyası öz əhəmiyyətini itirmiş olur. Birinci instansiya məhkəməsi Məhkum yüngül cəzalar təyin edərkən, apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşarkən nəzərə almamışlar ki, Məhkum iş üzrə vurulmuş ziyanı ödəmək məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına yalnız 3099,29 manat ödəniş etmişdir ki, bu da ümumi ziyanın bir qismini, yəni 16,5%-ni təşkil edir. Eyni zamanda Məhkum vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əidə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, özgəsinə məxsus əmlakı gizli yolla talayaraq oğurluq etmiş, məhkəmələr isə bu halları da nəzərə almadan ona qulluq mövqeyindən istifadə etməklə cinayət əməli törətməsini qəbul etsələr də, CM-nin 308-ci maddəsi ilə həm əsas, həm də CM-nin 46.2-ci maddəsinə istinad edilməklə əlavə cəzanı təyin etmək əvəzinə, əsassız olaraq yalnız əsas cəza kimi müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmişlər. Məhkum təyin olunmuş cəzaları ədalətsiz hesab edən kassasiya protestinin müəllifi şərh olunan dəli llərə əsaslanaraq onun həmin protestinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə və kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəməyə naməlum səbəblərdən gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə və kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məh kəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Əvvəla müdafiəçi E.M.Məmmədovun kassasiya şikayətinin məzmunundan görünür ki, onun müəllifi hüquqlarını müdafiə etdiyi Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi zamanı məhkəmələrin araşdırılmış sübutlara qanuna müvafiq qaydada düzgün qiymətləndirməmələrini və nəticədə sonuncunun əsassız olaraq məhkum olunmasını iddia edir və bunlarla bağlı kassasiya tələbini, yəni apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli və cinayət işinin icraatına xitam verilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində göst ərilən hallarla əlaqələndirir. Dövlət ittihamçısı T.R.Qəhrəmanov isə apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq yüngül cəzaların təyin edilməsini iddia edərək onun barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarın ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları n əzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi E.M.Məmmədovun kassasiya şikayətini və dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məs ələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hal lara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam ver ilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmi n əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Daha sonra məhkəmə kollegiyası kassasiya müraciətlərinə cavab verilməsi üçün vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təq sirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini, habelə bu və ya digər cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi, onlara vurulmuş zərərin ödənilməsi üçün cinayət təqibini aparan orqanlar və məhkəmələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzə rinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsind ə göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunveiciliyin tələblərinə uyğun hüq uqi mövqedən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında çıxış etmişdir. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət- hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm mə ntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmələr və cinayət proses inin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəz sizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edil ənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törəd ilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəx sin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit ol unmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 349.5-ci maddəsində “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən, zərər çəkmiş şəxslərin və şahidlərin təkcə məhkəmə iclaslarında deyil, həmçinin onların məhkəməyədək icraat zamanı verdikləri ifadələrin də sübut kimi qəbul edilməsini və onlara əsaslanmasını nəzərdə tutur o halda ki, həmin ifadələr qanuni yolla, yəni CPM-nin 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilməməklə əldə edilsin və məhkəmə iclaslarında həmin ifadələr tədqiq olunaraq onlara müqayisəli şəkildə qiymət verilsin. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəti cələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsi rləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələbl ərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməs i üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati ə həmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi və ya təqsirsizliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş ols un. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərin ə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında vurğulanmışdır ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıq ları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr çəkişmə prinsipinə uyğun olaraq məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifələrin qanuna uyğun qaydada yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində mə hkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq ilk növbədə müdafiəçi E.M.Məmmədovun kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası qeyd edir ki, Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən təqdim olunan bütün sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də hökmdən verilmiş apellyas iya protestinə və apellyasiya şikayətinə məhkəmə istintaqı aparmadan, əlavə sübutlar tələb edilmədən apellyasiya müraciətlərinə baxaraq və həmin müraciətlərdə irəli sürülmüş dəlilləri yoxlayaraq yalnız apellyasiya protestinin dəlilləri qismən razılaşıb Məhkum təyin edilmiş cəzaların icrası qaydasını, habelə təmin olunmuş mülki iddianın məbləğini dəqiq müəyyən etməklə bunlarla bağlı birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi haqqında qərar qəbul etmiş, məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsinə dair hissədə isə Nəsimi Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni özünü ona qarşı ittiham üzrə özünü təqsirli bilməsə də faktiki olaraq bu ittihama uyğun məhkumun özünün həm məhkəməyədək, həm də məhkəmə iclasında verdiyi etirafedici ifadələri ilə yanaşı hazırki iş üzrə zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, şahidlər Şahid1, Şahid2, Şahid3 oğlunun, X3, Şahid5, Şahid6, Şahid7 oğlunun ifadələri ilə, məhkuma və şahidlərə məxsus mobil telefonlara, habelə Məhkum istifadəsində olmuş xidməti kompyuterə baxış keçirilməsi haqq ında protokollarla, "xxxx", "xxxx" və "xxxx" ASC-lərdən daxil olmuş məlumatlarla, telefon danışıqlarının və yazışmaların aparılması haqqında məlumatlarla, işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə və digər sübutlarla tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən mübahisəsiz olaraq müəyyən edilmişdir ki, Məhkum vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 21 mart 2020-ci il tarixli 969 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması” qaydasının 1.1, 1.2 və 2.0.2-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin istehlakçıya məxsus bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarılması nəzərdə tutulsa da, həmin tələbləri pozmaqla öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, özgəyə məxsus əmlakı elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talamaq məqsədilə şəxsən özü istehlakçı, yəni satıcıdan malı və ya xidməti alan fiziki şəxs olmadığı halda, 2020-ci ilin avqust ayından 2020-ci ilin dekabr ayına qədər olan müddətdə "xxxx" MMC-yə məxsus “Bravo” marketlər şəbəkəsinin ünvan 2 ünvanında yerləşən “Masazır” filialının inzibati binasındakı xidməti otağında və Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Grand Mart” marketin qarşısınd a yerləşən çoxmərtəbəli yaşayış binasında kirayədə yaşadığı evdə, 2020-ci ilin dekabr ayından 2021-ci ilin sentyabr ayına qədər "xxxx" MMC-yə məxsus “Bravo” marketlər şəbəkəsinin ünvan 3 ünvanında yerləşən “Gəziş” filialının inzibati binasındakı xidməti otağında və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Grand Mart” marketin qarşısında yerləşən çoxmərtəbəli yaşayış binasında kirayədə yaşadığı evdə, 2021-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayına qədər "xxxx" MMCyə məxsus “Bravo” marketlər şəbəkəsinin Bakı şəhəri, Binə qəsəbəsi, Mərdəkan şossesində yerləşən “Qlobus” filialının inzibati binasındakı xidməti otağında xidməti kompüteri vasitəsi ilə "xxxx" MMC-yə məxsus “Bravo” marketlər şəbəkəsinə məxsus elektron məlumat daşıyıcısı olan “G.O.L.D” adlı elektron s isteminə vahid niyyətlə özü və cinayətdən xəbərsiz olan keçmiş arvadı Şahid1 vasitəsi ilə daxil olaraq qeyd edilən şəbəkənin filiallarından müxtəlif şəxslər tərəfindən alınmış mallara görə ödənilmiş pul vəsaitlərindən tutulmuş ƏDV-lərin fiskal kodlarını, eləcə də Yaponiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşlarının 182,71 manatlıq satış məbləğindən verilmiş qəbzdəki 3,55 manat ƏDV üzrə olan “9mNtyHCcmZQp” fiskal kodunu informasiya texnologiyalarından istifadə etməklə həmin sistemdən vahid niyyətlə qeyri-aşkar şəraitdə götürüb, “Excel” proqramı vasitəsi ilə sistemləşdirdikdən sonra, nəzarət-kassa aparatı çekinin alındığı tarixdən 90 gün müddəti tamamlanmamış çeklərdə olan ümumilikdə 26.451 ədəd fiskal kodlarını cinayətdən xəbərsiz olan yaxın qohumlarının və tanı şlarının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ƏDV geri al” elektron sistemində adlarına olan portallara şəxsən özü və digər şəxslərin vasitəsilə istifadələrində olan smartfon tipli telefonlarla daxil edərək, bunun qarşılığında həmin portalda geri qaytarılma qismində balanslarında yığılmış müxtəlif məbləğdə pul vəsaitini həmin müddətdə ayrı-ayrı kart hesablarına köçürməklə, yəni elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məxsus 18.799,29 manat (on səkkiz min yeddi yüz doxsan doqquz manat iyirmi doqquz qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla gizli yolla talayaraq oğurlamış, həmin hərəkətl əri ilə dövlətin istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara və göstərilən xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin müəyyən olunmuş normativ tələblərə uyğun olaraq vergi yığımı üzrə stimullaşdırıcı funksiyasının təmini, həmin vergi məbləğinin müəyyən olunan hissəsinin istehlakçıya məxsus bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarılmasında şəffaflığın gözlənilməsi və sui-istifadə hallarının qarşısının alınması sahəsində siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla və zifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Qeyd olunmalıdır ki, müdafiəçi E.M.Məmmədov da öz müraciətində Məhkum külli miqdarda alqı-satqı çeklərində göstərilən fiskal kodları toplayıb sistemləşdirməklə həmin kodlara əsasən istehlakçılara qaytarılmalı olan əlavə dəyər vergisinin bir hisəsi üzrə 18.799,29 manat (on səkkiz min yeddi yüz doxsan doqquz manat iyirmi doqquz qəpik) məbləğində pul vəsaitini gizli şəkildə elektron informasiya sistemindən istifadə edərək müxtəlif şəxslərin müxtəlif banklarda olan hesablarına köçürülməsini, sonradan isə həmin şəxslərin adına bank kartlarına yatızdırılmış pul vəsaitininə dair özünün istədiyi kimi sərəncam verməsini mübahisələndirmir və yalnız bu hallara başqa hüquqi mövqedən yanaşaraq hüquqlarını müdafiə etdiyi şəxsin təsvir olunan əməlinin cina yət əməli kimi qiymətləndirilməsini yanlış nəticə sayır. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə görə müdafiəçinin bu mövqeyi ilə razılaşmır və əvvəla qeyd edir ki, işin ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən müəyyən edillmiş faktiki halları, bu halların arxasında duran sübutlar həm iş üzrə tərtib edilmiş ittiham aktında, həm də birinci və apellyasiya instansiyası məhkəmələrinin qəbul etdikləri yekun məhkəmə aktlarının təsviri-əsaslandırıcı hissələrində ətraflı təsvir edilmiş və məhkəmə kollegiyası araşdırılmış sübutların bir daha hazırki qərarda təkrarən təsvirinə ehtiyac görməyərək müdafiəçi E.M.Məmmədovun kassasiya şikayətlərinin dəlillərinə cavab verilməsi üçün vergi qanunvericiliyinin tələblərinə müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, Azər baycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra mətndə VM-nin) 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). VM-nin 6.1-ci maddəsində dövlət vergilərinə digər vergilərlə yanaşı həm də əlavə dəyər vergisi (bundan sonra mətndə ƏDV) də aid edilmişdir (VM-nin 6.1.3-cü maddəsi). VM-nin 10.0.1 və 10.0.3-cü maddələrinə görə, bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər və Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları hesab olunurlar. VM-nin 11-ci maddəsində müəyyən edilmişdir ki, vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin mali yyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergi ödəyicisinin əsas vəzifələrindən biri olan qanunla müəyyən edilmiş vergiləri, habelə bu VM ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vəzifəsi isə VM-nin 16.1.1-ci maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının, vergi qanunvericiliyinin və digər normativ aktların tələblərindən görünür ki, Azərbaycan Respublikasında dövlətin vergi siyasətini ilk növbədə öz səlahiyyətləri çərçivəsində dövlət vergi orqanları həyata keçirirlər, onların qəbul e tdikləri qərarlar bütün hüquqi və fiziki şəxslər üçün məcburidir, həmin orqanlar yerli vergilər (bələdiyyə vergiləri), habelə tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisi, ƏDV və aksiz istisna olmaqla, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər (VM-nin 20-ci maddəsi). VM-nin 24.1-ci maddəsinə əsasən vergi orqanları digər vəzifələri həyata keçirməklə yanaşı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, habelə bu Məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vergi ödəyicilərinin qeydiyyatını aparmağa, satıcı kimi qeydiyyata alınmış vergi öd əyicilərinin müraciəti əsasında onları müvafiq proqram təminatı ilə təchiz etməyə, ƏDV-nin qaytarılması sisteminin təşkili ilə bağlı müəyyən edilmiş gömrük sərhəd buraxılış məntəqələrində zəruri infrastrukturun yaradılmasını təmin etməyə borcludurlar. VM-nin 153.1-ci maddəsində təsit edilmişdir ki, əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. VM-nin 165.5-ci maddəsinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğ ul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması əsasları və proseduru isə kassasiya şikayətində də istinad olunan Azərbaycan Respublikası Prezidentinin 21 mart 2020-ci il tarixli 969 nömrəli Fərmanı ilə təsdiq edilmiş is “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydas ı”nda müəyyən edilmişdir. Adı çəkilən sənədlərin təhlili göstərir həmin sənədlərdə nəzərdə tutulmuş məsələlərin həlli digər dövlət qurumları ilə yanaşı əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və həmin Nazirliyin yanında fəaliyyət göstərilən Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. “Qaydanın” 5.2-5.10-cu bəndlərinin tələblərindən görünür ki, istehlakçı nəzarətkassa aparatı çekini aldığı tarixdən 90 (doxsan) gündən gec olmayaraq ƏDV məbləğinin qaytarılması üçün portala müraciətini və nəzarət-kassa aparatı çeki barədə məlumatları daxil edir. Ödənilmiş ƏDV-nin bu Qaydanın 5.6-cı bəndi ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8ci maddəsinin tələblərinə cavab verməlidir. Portala daxil olan müraciət “İ stehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları nəzərə alınaraq, çekin çap olunduğu tarixdən 14 (on dörd) gün sonra aktivləşir. İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq istehlakçı məlumatlandırılır və nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Bu Qaydanın 5.3-cü bəndi nəzərə alınmaqla, qaytarılmalı ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən 5 (beş) gün müddətində müvəkkil banka ötürülür. Müvəkkil bank 10 (on) gün müddətində istehlakçının bank hesabına qaytarılmalı ƏDV məbləğini milli valyutada bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarır. Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qaydada ödənilmiş ƏDVnin 5 faizini, Vergi Məcəlləsinin 228-ci maddəsinə uyğun olaraq qaytarılan məbləğ isə işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. Müvəkkil bank bu Qaydaya əsasən qaytarılmış ƏDV məbləği barədə məlumatı bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra 5 (beş) iş günü müddətində vahid məlumat bazasına daxil edir. Dövlət Vergi Xidməti hər ay qaytarılan məbləğlə bağlı növbəti ayın 10-dan gec olmayaraq müvəkkil bankla üzləş mə aparır və tərəflər arasında üzləşmə aktı imzalanır. Dövlət Vergi Xidməti bu Qaydanın 5.8-ci bəndində nəzərdə tutulan məbləğə dair rəyini ƏDV məbləğinin müvəkkil banka qaytarılması üçün üzləşmə aktı imzalandıqdan sonra 5 (beş) iş günü müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydanın 5.9-cu bəndində nəzərdə tutulmuş rəy və üzləşmə aktı daxil olduqdan sonra 8 (səkkiz) iş günü müddətində həmin məbləğin müvəkkil banka köçürülməsini İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına təmin edir. Məhkəmə kollegiyasının qənaətinə görə, VM-nin, Azərbaycan Respublikası Prezidentinin 21 mart 2020-ci il tarixli 969 nömrəli Fərmanının və həm in Fərmanla təsdiq olunmuş “Qayda”nın tələblərindən belə nəticə hasil olunur ki, əvvəla VM-də vergi ödəyiciləri kimi qeyd alınmış fiziki və hüquqi şəxslər müvafiq vergiləri dövlət büdcəsinə və ya yerli büdcələrə məcburi, fərdi və əvəzsiz ödəmə vəzifələri daşıyır, ödənilmiş vergilər dövlətin və ya yerli icra hakimiyyəti orqanlarının, yaxud da bələdiyyələrin mülkiyyətinə keçir, bu vəzifələrin yerinə yetirilməsinə nəzarəti isə dövlətin adından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin tabeliyində olan müvafiq vergi qurumları həyata keçirir və həmin qurumlar vergil münasibətlərinin iştirakçıları kimi vergilərin tam və vaxtında ödənilməsinə dövlət qarşısında cavabdehlik daşıyaraq eyni zamanda dövlətin vergi siyasətinin həyata keçirilməsində müstəsna olaraq m üvafiq hüquqlara malik olmaqla vergi qanunvericiliyində nəzərdə tutulmuş vəzifələri də yerinə yetirməyə borcludurlar. Bu baxımdan vergi ödəyiciləri tərəfindən tam və ya qismən ödənilməmiş bütün vergiləri, o cümlədən dövlət vergilərinə aid edilmiş ƏDV-nin ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi vəzifəsi də məhz vergi orqanlarının üzərinə qoyulmuş və həmin orqanlar müvafiq icraatlarda (inzibati, mülki, kommersiya və ya cinayət icraatlarında) dövləti təmsil edərək ödənilməmiş vergilər məbləğində mülki iddialar verməklə həmin vergilərin, o cümlədən ƏDV-nin ödənilməsi tələbi ilə məhkəmələrə müraciət etmək hüququna malikdirlər. Bu təfsirdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, bu və ya digər malların istehlakçılara pərakəndə satışını həyata keçirən, qan unvericilikdə nəzərdə tutulmuş xidmətləri sonunculara göstərən fiziki və ya hüquqi şəxslər (vergi ödəyiciləri) bu fəaliyyətlərini həyata keçirərkən digər vergilərlə yanaşı ƏDV-ni də dövlət büdcəsinə ödəməyə borcludurlar, ödədikləri vergilər dövlətin mülkiyyəti hesab olunur, bu haqda məlumatlar isə (ödənilmiş ƏDV-nin məbləği) kassa çeki şəklində həmin ƏDV-nin bir hissəsini geri almaq hüququna malik olan istehlakçılara verilir. Yəni istehlakçılar hər hansı malları alarkən və ya göstərilən xidmətlərdən istifadə edərkən aldıqları malların və ya göstərilmiş xidmətlərin dəyəri ilə yanaşı bu fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərin hesablarına həmçinin onların dövlət büdcəsinə ödəməli olduqları ƏDV-ni də nağd şəkildə ödəyirlər, sonuncular isə həmin ƏDV-nin məbləğini pul vəsaiti şəklin də dövlətin büdcəsinə ödəmək vəzifəsini daşıyırlar. Bunda sonra isə istehlakçılar həm VM-nin, həm də yuxarıda göstərilən “Qaydanın” tələblərinə uyğun müvafiq müddətdə ödənilmiş ƏDV-nin bir hissəsini geri almaq hüququna malik olmaqla müvafiq prosedurlardan istifadə etməklə bu hüququ həyata keçirə bilərlər. Bu hüququn həyata keçirilməsi isə məhz istehlakçının iradə ifadəsindən asılıdır. Yəni istehsalçı ƏDV-nin qanunda nəzərdə tutulmuş hissəsini geri almaqdan imtina etdikdə, yaxud ona verilmiş kassa çekini itirdikdə və ya lazımsız əşya kimi tulladıqda ƏDV kimi ödənilmiş pul vəsaiti bütövlükdə dövlətin mülkiyyətinə keçir, bu məsələnin qanuna müvafiq qaydada həll edilməsi vəzifəsi isə vergi orqanlarının üzərinə qoyulur. Eyni zamanda təsvir edilən bütün məlumatlar həm vergi ödəyicilərinn, həm də vergi orqanlarının və digər qurumların (bankların, maliyyə orqanlarının) yaratdıqları elektron informasiya sistemlərində yerləşdirilir və kənar şəxslərin həmin sistemlərə qanunsuz olaraq müdaxilə edib belə məlumatları, o cümlədən kassa çeklərində ƏDV-nin geri alınması üçün göstərilən fiskal kodları gizli və ya açıq şəkildə əldə etmək, bu fiskal kodların vasitəsilə dövlət büdcəsinə ödənilməli olan ƏDV-nin hər hansı hissəsini ələ keçirmək hüququ yoxdur. Belə əməlləri törətmiş, yəni artıq dövlətin əmlakı hesab olunan pul vəsaitlərini qanunsuz və gizli ələ keçirmiş şəxs isə məhz elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə oğurluq cinayətini, yəni CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiklərinə cinayət məsuliyyətinə cəlb e dilməli, onların barəsindəki cinayət işləri üzrə isə istehlakçılar yox, dövlət tərəfindən müəyyən edilmiş vergi siyasətini həyata keçirən və buna görə cinayət mühakimə icraatında dövləti təmsil edən vergi orqanları zərər çəkmiş şəx qismində, sonunculuar tərəfindən iş üzrə mülki iddia verildikdə isə - həm də mülki iddiaçı kimi tanınmalıdırldar. Məhkum barəsindəki cinayət iş üzrə müəyyən olunmuş faktiki halların təhlili göstərir ki, bu hallar qanunvericiliyinin tələbləri ilə yanaşı həm də məhkəmə kollegiyasının verdiyi təfsirlə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələrinə, digər tərəfdən isə ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış sübutlarla da tam uzlaşır. Belə ki, həmin sübutlarla dəqiqliklə, mübahisəsiz şəkildə müəyyən edilmişdir ki, Məhkum vəzifəli şəxs kimi (bu hal da işdə olan sənədlərlə müəyyən edilir və məhkumun ona istinad olunan cinayət əməllərini törətdiyi dövrdə vəzifəli şəxs olması müdafiəçi E.M.Məmmədov tərəfindən də mübahisələndirilmir) vəzifəsindən sui-istifadə edərək 2020ci ilin avqust ayından dekabr ayına qədər olan müddətdə "xxxx" MMC-yə məxsus “Bravo” marketlər şəbəkəsinin ünvan 2 ünvanında yerləşən “Masazır” filialının inzibati binasındakı xidməti otağında və Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Grand Mart” marketin qarşısında yerləşən çoxmərtəbəli yaşayış binasında kirayədə yaşadığı evdə, 2020-ci ilin dekabr ayından 2021-ci ilin sentyabr ayına qədər "xxxx" MMCyə məxsus “Bravo” marketlər şəbəkəsinin ünvan 3 ünvanında yerləşən “Gəziş” filialının inzibat i binasındakı xidməti otağında və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Grand Mart” marketin qarşısında yerləşən çoxmərtəbəli yaşayış binasında kirayədə yaşadığı evdə, 2021-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayına qədər "xxxx" MMC-yə məxsus “Bravo” marketlər şəbəkəsinin Bakı şəhəri, Binə qəsəbəsi, Mərdəkan şossesində yerləşən “Qlobus” filialının inzibati binasındakı xidməti otağında xidməti kompüteri vasitəsi ilə "xxxx" MMC-yə məxsus “Bravo” marketlər şəbəkəsinə məxsus elektron məlumat daşıyıcısı olan “G.O.L.D” adlı elektron sisteminə daxil olaraq qeyd edilən şəbəkənin filiallarından bir çox şəxslər tərəfindən alınmış mallara görə ödənilmiş pul vəsaitlərindən tutulmuş ƏDV-lərin fiskal kodlarını, eləcə də Yaponiya Respublikasının Azərbaycan Respublikasın dakı Səfirliyinin əməkdaşlarının 182,71 manatlıq satış məbləğindən verilmiş qəbzdəki 3,55 manat ƏDV üzrə olan “9mNtyHCcmZQp” fiskal kodunu informasiya texnologiyalarından istifadə etməklə həmin sistemdən qeyri-aşkar, yəni gizli şəraitdə götürüb, “Excel” proqramı vasitəsi ilə sistemləşdirdikdən sonra, nəzarət-kassa aparatı çekinin alındığı tarixdən 90 gün müddəti tamamlanmamış çeklərdə olan ümumilikdə 26.451 ədəd fiskal kodlarını cinayətdən xəbərsiz olan yaxın qohumlarının və tanışlarının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ƏDV geri al” elektron sistemində adlarına olan portallara şəxsən özü və digər şəxslərin vasitəsilə istifadələrində olan smartfon tipli telefonlarla daxil edərək, bunun qarşılığında həmin portalda geri qaytarılma qismində bal anslarında yığılmış müxtəlif məbləğdə pul vəsaitini həmin müddətdə ayrı-ayrı kart hesablarına köçürməklə, yəni elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə artıq dövlətə məxsus əmlak kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən idarə olunan cəmisi 18.799,29 manat (on səkkiz min yeddi yüz doxsan doqquz manat iyirmi doqquz qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla gizli yolla talayaraq oğurlamış, həmin hərəkətləri ilə dövlətin istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara və göstərilən xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin müəyyən olunmuş normativ tələblə rə uyğun olaraq vergi yığımı üzrə stimullaşdırıcı funksiyasının təmini, həmin vergi məbləğinin müəyyən olunan hissəsinin istehlakçıya məxsus bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarılmasında şəffaflığın gözlənilməsi və sui-istifadə hallarının qarşısının alınması sahəsində siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Göründüyü kimi, Məhkum həm CM-nin 177.2.3-1 və 177.2.4-cü, həm də 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmiş, onun barəsindəki cinayət işi üzrə isə düzgün olaraq həm zərərçəkmiş şəxs, həm d ə mülki iddia verildiyindən – mülki iddiaçı qismində Dövlət Vergi Xidməti tanınmış, bu nəticə də CPM-nin 87.3 və 89.1-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 87.3-cü maddəsinə əsasən, cinayət nəticəsində mənəvi və ya maddi ziyan dəymiş hüquqi şəxs zərərçəkmiş şəxs qismində tanına bilər. Belə halda bu maddədə nəzərdə tutulmuş zərərçəkmiş şəxsin hüquq və vəzifələrini hüquqi şəxsin müvəkkil edilmiş nümayəndəsi həyata keçirir. CPM-nin 89.1-ci maddəsinin tələbinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsi ni görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin izah edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir İş materiallarından göründüyü kimi, hazırki iş üzrə "xxxx" MMC-nin müxtəlif ərazilərdə yerləşən satış məntəqələrində alver etmiş şəxslər (istehlakçılar) istər cinayət təqibi başlanmazdan əvvəl, istərsə də cinayət təqibi zamanı Məhkum əməlləri nəticəsində onlara maddi və ya mən əvi zərərin vurulması ilə bağlı ərizələrlə hüquq mühafizə orqanlarına müraciət etməmiş, belə zərərin qaytarılması üçün iddialar qaldırmamış və yalnız Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşı ona aldığı mallara görə “Bravo” supermaketdə verilmiş kassa çekinə əsasən dövlətin mülkiyyəti olan ƏDV-nin qanunla müəyyən olunmuş hissəsini geri ala bilmədiyini iddia etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hətta belə halda istər səfirliyin əməkdaşının, istərsə də digər istehlakçıların hazırki iş üzrə zərərçəkmiş şəxslər və mülki iddiaçılar kimi tanınması üçün heç bir əsas olmamışdır. Bütün şərh edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, müdafiəçi E.M.Məmmədovun təhlil edilən məsələlərlə bağlı kassasiya şikayətində irəli sürülmüş dəlillər və tələblər tama milə əsassız olmaqla baxılan işdə Məhkum CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumun təqsirliliyinin sübuta yetirilməməsi kimi hal) və ya onun əməllərinin başqa cür tövsif edilməsi üçün əsaslar mövcud olmadığından apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin icraatına xitam verilməsi barədə qərarın qəbul edilməsi mümkün deyil. Buna görə, məhkəmə kollegiyası adı çəkilən məhkumun təqsirliliyi və əməllərinin hüquqi tövsifi ilə, habelə hazırki iş üzrə istehlakçıların zərərçəkmiş şəxslər qismində tanınmalı olmaları ilə bağlı müdafiəçi E.M.Məmmədovun kassasiya şikayətində irəli sürdüyü dəlillərlə razılaşmayaraq həmin dəlilləri qəbul edilməz sayır, bu dəlilləri Məhkum məsuliyyətdən yayındırılmasın a yönəlmiş dəlillər kimi qiymətləndirir, eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməməsini qeyd edərək hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini mümkün bilmir. Dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protestinə cavab olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, sonuncu həmin protestində Məhkum barəsindəki cinayət işi üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun ittiham olunduğu cinayət əməlini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməlin hüquqi tövsifini mübasiləndirmir və məhkəmələr tərəfindən cəza təyi ni ilə bağlı onun barəsində həddindən artıq humanist və ədalətsiz yekun məhkəmə aktlarının qəbul edilməsini iddia edir. Bu iddia ilə bağlı məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmdən verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-nin 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinay ət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının tələblərindən, Aazərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gə lir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı h əmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərinə və mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın.Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə k, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respub likası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini n əzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsas ən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şər aitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 5 3, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxs Məhkum tərəfindən zərərin qismən ödənilməsini, himayəsində iki azyaşlı uşağı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə və törətdiyi cinayətlərin xarakterinə və ictimait təhlükəlilik dərəcəsinə uyğun olmaması barədə kassasiya protestinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkumun törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-nin 177.2.3-1, 177.2.4-cü maddələrinin sa nksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 308.1-ci maddəsinin sanksiyasında isə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Ümumilikdə Məhkum təqsirli bilindiyi həmin maddələrlə ayrı-ayrılıqda müvafiq cəzaların təyin edilməsi hissəsində də apellyasiya instansiyası məhkəməsinin razılaşdığı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli hökmündən göründüyü kimi, həmin məhkəmə Məhkum barəsində cəza tədbirinin seçilməsi zamanı onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı CM-nin 59.1.4 və 59.1.14-cü maddələrinin tələblərinə uyğun olaraq himayəsində iki azyaşlı uşağı olmalarını və vurulmuş zərərin qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də iş üzrə CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və ona istər CM-nin 177.2.3-1 və 177.2.4-cü maddələrinin, istərsə də CM-nin 308.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulmuş qanuni və ədalətli cəzalar təyin etmiş, həmin cəzalar isə elə onun təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuşdur. Təhlil olunan məsələ ilə bağlı da məhkəmələrin gəldikləri nəticələrlə razılaşan məhkəmə kollegiyası həmç inin Məhkum törətdiyi əməllərin xüsusiyyətlərini (onun törətdiyi oğurluq və vəzifədən sui-istifadə etmə cinayətlərinin hallarının bu xarakterli digər cinayətlərin hallarından kəskin şəkildə fərqli olmasını), digər tərəfdən isə məhkum olunmuş şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini də nəzərə alır və bütün təsvir edilmiş hallara görə, ona təyin olunmuş cəzaların açıq-aşkar yüngül və ədalətsiz cəzalar kimi qiymətləndirilməsi üçün heç bir əsas görmür. Bununla yanaşı məhkəmə kollegiyası onu da vurğulayır ki, apellyasiya protestinə əsasən işə baxılarkən Məhkum təyin edilmiş cəzaların növünə və həddinə təsir edə biləcək hər hansı yeni hal müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası Məhkum təqsirli bilindiyi CM-nin müvafiq maddələri ilə cəzalar təyin edilərkən hər hans ı qanun pozuntusuna yol verilməsini müəyyən etmir və buna görə də, kassasiya protestinin bütün dəlillərini qəbul edilməz sayaraq eyni zamanda hesab edir ki, dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi halların ümumilikdə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınması mümkün deyil ona görə ki, belə halların dairəsi CM-nin 61.1.1-61.1.13-cü maddələri ilə məhdudlaşdırılmışdır. CM-nin 61.2-ci maddəsinə əsasən isə cəza təyin edilərkən həmin maddələrdə göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Kassasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdı ran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə bu məsələlərlə bağlı heç bir mötəbər və inandırıcı dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamışdır. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni a pellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Bütün yuxarıda təsvir edilənlərdən çıxış edən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməməsini qeyd edərək və kassasiya şikayətinin təmin edilməsi və kassasiya protestinin təmin edilməməsi barədə Məhkum müdafiəçi E.M.Məmmədovun, kassasiya şikayətinin təmin edilməməsi, kassasiya protestinin isə təmin olunması haqqında dövlət ittihamçısı H.B.İmranovun, kassasiya şikayətinin təmin edilməməsi və kassasiya protestinin təmin edilib-edilməməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxılması haqqında zərərçəkmiş şəxs-mülki iddiaçının nümayəndəsi Nümayəndə çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli və Məhkum CM-nin 177.2.3-1, 177.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti və kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 177.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-386/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-386/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver