Məhkəmə qərarları › İş №1(102)-386/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-386/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-386/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2024-cü il tarixli hökmü ilə Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Kərimov Novruz Ağakərim oğlu (sədrliyi ilə), Sadıxov Rasim Əkrəm oğlu və Əsgərova-Məmmədova Leyla Səyavuş qızından ibarət məhkəmə tərkibində) 27 mart 2024-cü il tarixli 1(101)-261/2024 nömrəli hökmü ilə xx xxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məc əlləsinin 181.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 1(008)-174/2023 nömrəli hökmü ilə təyin edilmiş 1 (bir) il azadlıqdan məhrum etmə cəzasının, təyin olunmuş cəza ilə qismən toplanılması və qəti olaraq ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının çəkilməsinin başlanğıcının 6 dekabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdaf iəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Elvin Mirzəyev tərəfindən verilmiş apellyasiya protestinə, məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Mehdiyev Emin Əlixan oğlu (sədrliyi ilə), Rəhimov Elmar Eldar oğlu və Əliyev Emin Zöhrab oğlundan ibarət məhkəmə tərkibində) 19 sentyabr 2024-cü il tarixli 1(103)-1267/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2024-cü il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İttiham aktına əsasən, Məhkum özgənin əmlakını ələ keçirmə məqsədi ilə 6 dekabr 2022-ci il tarixdə saat 12 radələrində *9933 taksi xidməti vasitəsi ilə xxx marketin yaxınlığına verdiyi sifariş əsasında həmin ünvana gəlmiş Zərərçəkmiş şəxs taksi kimi idarə etdiyi «Toyota Prius (Hibrid)» markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağına sərnişin qismində əyləşib Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən «Neftçi» Futbol Klubunun inzibati binasının qarşısında avtomobil hərəkətdə olduğu zaman üzərində olmuş və silah qismində istifadə etdiyi bıçağın kəsici-deşici hissəsini hücuma məruz qalmış Zərərçəkmiş şəxs qarnının sağ nahiyəsinə dirəyib, ondan pul tələb e dərək verməyəcəyi təqdirdə bıçaqla onun həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edib vuracağı ilə hədələməklə basqın edib, Zərərçəkmiş şəxs cibində olan 30 manat məbləğində pulunu ona verməsinə nail olub həmin pulu ələ keçirməklə quldurluq etmişdir. Məhkəmələr isə yuxarıda qeyd olunmuş nəticəyə gəlmişlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən, eləcə də cinayət və cinayət- prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Lakin aşağı instansiya məhkəmələrinin heç biri cinayət-prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl etmədən, yalnız Məhkum qarşı ibtidai istintaq tərəfindən irəli sürülmüş ittihamı göstərməklə araşdırılmış sübutlarla ittihamın təsdiq edilmədiyini qeyd etməklə kifayətlənmiş, məhkəmə baxışında nəyi (cinayət əməlinin hallar ilə bağlı) müəyyən etdiklərini göstərməmişlər. Bütün cinayət işi üzrə qeyd olunanlara baxmay araq məhkəmələr hətta maddi sübut sayılacaq bıçaq ortada olmasa belə, zərər çəkmiş şəxsin ziddiyyətsiz və mötəbərliyi inkar edilə bilməyən - ibtidai istintaq mərhələsindəki ifadəsini şübhə altına almaqla işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, nəticədə isə belə bir cinayət əməli törətmiş şəxs daha az cəzaya məruz qalmışdır. Məhkəmələr Məhkum hadisə zamanı Zərərçəkmiş şəxs basqın edərkən bıçaqdan istifadə etmədiyini qeyd etsələr də, zərərçəkmiş şəxsə məxsus 30 manat pulu bıçaqdan istifadə etməməklə hansı üsulla ələ keçirməsini, real hədənin, basqının nədə ifadə olunmasına hüquqi qiymət verməmiş, zərərçəkmiş şəxsin ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələrini heç bir əsas olmadan şübhə altına almış, toplanmış sübutlara əhəmiyyət verməyərək, əsassız olaraq iş materialları na uyğun olmayan, obyektivlikdən uzaq, əsaslandırılmamış nəticəyə gələrək təqsirləndirilən şəxsin əməlini CM-in 181.1-ci maddəsinə tövsif etmişdir. Məhkəmələrin sübuta yetirilmiş hesab etdikləri - quldurluq əməlinin zərərçəkmiş şəxsin həyat və sağlamlığı ilə bağlı təhlükəli olan basqının edilməsi hissəsində obyektiv cəhətin zəruri elementini, yəni həyat və sağlamlığa təhlükə yaradan ən əsas halı (hadisədə bıçaqdan istifadə edilməsini) diqqətdən kənarda qoymaqla apardıqları qiymətləndirmənin əsaslarına kifayət qədər şübhə yaratmışlar. Apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxsin məhkəmələrdəki “qismən yumşaq” ifadələrinin ibtidai istintaq mərhələsindəki ifadələrinə, polisə verdiyi məlumata və digər dəlillərə münasibətdə üstünlüyünü müəyyən etməsinin və ittiham sübutlarını rədd etmə sinin motivlərini əsaslandırmamış və qərarda göstərməmişdir. Birinci instansiya məhkəməsi şəxsə qəti cəza təyin edərkən Cinayət Məcəlləsinin hansı maddəsinə (66.5 yoxsa 67.1-ci maddələrə?) istinad etdiyini, ona cinayətlərin, yaxud hökmlərin məcmusu qaydasında qəti cəza təyin etdiyini hökmdə göstərmədiyi halda, apellyasiya məhkəməsi də həmin hüquqi səhvi (hansı ki, bu səhv hüquqi məsələdir, şəxsin vəziyyətini ağırlaşdırmır və CPM-in 397.2-ci maddəsinə əsasən, şikayət və ya protestin dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır) aradan qaldırmadan hökmü qüvvədə saxlamaqla qanunsuz nəticəyə gəlmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kass asiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilərək, işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfind ən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 181.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestinin şərh olunan dəlillərinə münasibət bil dirməmişdən öncə kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-pr osessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və məhkumun məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qəra rı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedik də, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyy ən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törə tməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Qərarının 23-cü bəndində qeyd olunur ki, CM-in 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaq la, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-in 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-in 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Həmin Qərarın 7-ci bəndində isə qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Təqsirli şəxsin əməli CM-in 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə şəxsin əməli, əlavə olaraq CM-in 228-ci maddəsi ilə də tövsif edilməlidir. Qərarın 25-ci bəndində isə göstərilmişdir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetir ə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum verilmiş silah qismində istifadə edilən əşya tətbiq edilməklə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqına dair ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilməmiş, Məhkum basqın zamanı zərərçəkmişi bıçaqla hədələməsinin təsdiq olunmadığı qənaətinə gəlinmiş, əməli CM-in 181.1-ci maddəsinə tövsif edilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası kassasiya protestində iddia edilənlərə münasibətdə qeyd edir ki, quldurluq cinayətinin mahiyyəti xüsusi məqsədlə və təhlil edilən maddənin dispozisiyasında göstərilən üsullarla törədilən basqından ibarətdir. Burada basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum silah qismində istifadə edilməsi iddia olunan bıçağın mövcudluğu, onu zərərçəkmişə hansısa təhlükə yarada bilən qaydada istifadə etməsi yaxud istifadə etməyə cəhd etməsi öz təsdiqini tapmamışdır. Belə ki, Məhkum Şəmsədin oğlu, istərsə ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaq zamanı hadisə vaxtı zərərçəkmiş şəxsi bıçaqla hədələmədiyi, ümumiyyətlə üzərində bıçaq gəzdirmədiyini göstərmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs məhkəmə istintaq zamanı ifadələrinin əvvəlində təqsirləndirilən şəxsin onun pulunu ələ keçirərkən bıçaqdan istifadə etmədiyini, pulu dirsək altından alı b qaçmasını bildirmiş, onun ibtidai istintaq zamanı ifadələrinin müstəntiq tərəfindən yazılıb oxunduqda həmin ifadələrdə bıçaq haqqında bir söz olmadığını bildirərək, ibtidai istintaq zamanı verdiyi ifadəsinin obyektivliyinə şübhələr yaratmış və yekunda məhkəmə istintaq zamanı ifadəsinin sonunda təqsirləndirilən şəxsin onu bıçaqla hədələdiyini bildirmiş və bununlada Zərərçəkmiş şəxs ziddiyyətli ifadələr verdiyi təsdiq olunmuşdur. Şahid istər ibtidai istintaq, istərsə də məhkəmə istintaq zamanı ifadələrində X-in Xin ona bıçaq göstərərək pulunu aldığını deməsi barədə polis şöbəsində eşitdiyini, lakin kimdən eşitdiyini xatırlamadığını bildirmişdir. Odur ki, aşağı instansiya məhkəmə kollegiyalarının gəlmiş olduğu haqlı nəticəyə əsasən, hadisə zamanı təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəx s bıçaqla hədələməsi barəsində sübutlar cinayət prosessual qanunvericiliyiyn tələblərinə uyğun olmamışdır. İttihamın əsası olmuş zərərçəkmiş şəxsin ifadələrini təsdiq edən hallar istintaq orqanı tərəfindən müəyyən olunmamış, məhkəmədə də o, ifadələrinin bıçağın mövcudluğu hissəsi barəsində ziddiyyətli ifadələr vermişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hö km və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların ki fayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi və bu basqın zamanı onun istifadə etdiyi iddia olunan bıçağın faktiki olaraq mövcud olmaması barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya protestinin dəlilləri ilə birlikdə təhlil edərək hesab edir ki, Məhkum bu cinayəti törədən zaman silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməsi sübuta yetirilmədiyindən onun əməli CM-in 181.2.5-ci maddəsi ilə tövsif edilə bilməz. Kassasiya məhkəmə kollegiyası həmçinin kassasiya protetstində göstərilmiş “məhkəmənin cəza təyin edərkən Cinayət Məcəlləsinin hansı maddəsinə (66.5 yoxsa 67.1-ci maddəsinə) istinad etdiyini, ona cinayətlərin, yaxud hökmlərin məcmusu qaydasında qəti cəza təyin etdiyini hökmdə göstərməməsinə” dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, məhkəmə hökmünün əsaslandırma hissəsində qeyd edilən hallara qanunvericiliyin tələblərinə müvafiq olaraq qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, kassasiya protestinə əsasən apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı m addəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tə rəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar