Məhkəmə qərarları › İş №1(102)-387/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-387/2019

19.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-387/2019 19.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim S.Ə.Məmmədov) 07 iyun 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1958-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətndaşı, ailəli, məhkumluğu olmayan, “xxxx” Mənzil İstehlak Kooperativin sədri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddələri ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin X3 də təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Bir inci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 2016-cı ilin yay aylarında ali təhsil müəssisələrində ali təhsilin bakalavriat səviyyəsinə keçirilən qəbul imtahanında iştirak edərək tələb olunan keçid balını toplaya bilməyib ali məktəbə qəbul olunmayan X4 anası X5, övladı X7nin ali təhsil müəssisələrinə DİM tərəfindən keçirilən qəbul imtahanlarından kənar qəbul olunmasına köməklik göstərməsi ilə bağlı əvvəllər tanıdığı X6 vasitəsi ilə müraciət edərkən, sonuncu ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmə məqsədilə, X8 vasitəsi ilə qəbul imtahanlardan kənar istənilən ali təhsil müəssi sələrindən birinə tələbə qəbul etdirmək imkanına malik olduqlarını X7yə bildirdikdən sonra, onun övladının qəbul imtahanından kənar yolla Kooperasiya Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunmasına köməklik göstərməsinə dair xahişinə əsasən, tanışı X8lə razılaşıb bir neçə gündən sonra sonuncu vasitəsi ilə X7 ilə əlaqə saxlayıb, qeyd olunan məsələnin, yəni qızı X7nin həmin Universitetə qəbul olunması üçün 30000 manat pul tələb etmiş, X7 həmin məbləği verməyə maddi imkanın olmadığını söyləyərkən, yekun olaraq 27000 manat verilməsini razılaşdırıb, münasibətləri dövründə özünə qarşı yaranmış inam və etimaddan istifadə edərək, 2016-cı ilin iyul ayının sonunda X8 vasitəsi ilə Bakı Metropolitenin “xxxx” stansiyası yaxınlığında X7dən həmin məbləği almaqla, sonradan onu X8lə aralarında bö lüb özlərinin şəxsi ehtiyaclarına xərcləyərək, qabaqcadan əlbir olduğu şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Q.X.Babayev (sədrlik edən və məruzəçi), M.Ə.Abbasov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) 03 avqust 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkumun müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, işdə olan sübutlarla Təqsirləndirilən şəxs təqsirliliyi və cinayətə aidiyyəti təsdiq olunmur. Sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxslə X8 arasında borc münasibəti olmuş, həmin borc münasibətləri X7nin imtahan və onun anası X11in pul verməsindən əvvəl olmuşdur, Təqsirləndirilən şəxs X8dan borc pul alarkən X7 heç qəbul imtahanı da verməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməlində hələ gələcəkdə baş verəcək hadisəyə görə cinayət tərkibi müəyyən etmək qeyri-hüquqi hərəkətdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab ed ə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinə dair birinci və apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət in tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili məhkumun barəsində cinayət işinin icraatına bəraət verici əsaslarla xitam verilməməsinin əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmçinin, Azərbaycan Respublika sı CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. İşdən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilmiş və həmçinin onun CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş və iş materiallarında olan, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə və iş üzrə toplanmış digər sənədlərlə təsdiq olunur. Məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər han sı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Kassasiya kollegiyası hesab edir ki, məhkəmələr Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində müdafiə tərəfinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdir ilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsindəki 03 avqust 2018-ci il tarixli qərarının dəyişdirilm ədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs haqqındakı 03 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar