Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-387/2020 02.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Cəfərov Anar Novruz oğlu, Müdafiəçi – Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasının vəkili Həsənov İntiqam İsa oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019 -cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Həsənov İntiqam İsa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Salmanov Rahib Vaqif oğlu, hakimlər Bayramov Mayıl Abbas oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) xx xxxxxx 1978-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 206.3.2-ci maddəsi ilə 05 il 06 ay müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, üzərində qəti olaraq 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin X1 da təqsirli bilinib məhkum olunmuşdur. Hökmdən Məhkum müdafiəçisi Həsənov İntiqam İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Murquzov İlqar Mustafa oğlu, hakimlər Məmmədov Habil Çingiz oğlu və Əhmə dov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) xx xxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Həsənov İntiqam İsa oğlu kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Məhkum barəsində olan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, Məhkum və X1 şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının ərazisində olan Hafiz adlı şəxs və qeyriləri ilə qabaq cadan əlbir olan bir qrup şəxs halında, ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun qrupun istintaqa məlum olmayan üzvləri tərəfindən qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan ərazisinə keçirilmiş külli miqdarda narkotik vasitələri satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, X1 2018-ci ilin may ayının əvvəllərində Məhkum və şəxsiyyəti istintaqa məlum olmayan Hafiz adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsini sonuncuya sifariş edib həmin narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınmasına dair əvvəlcədən ümumi razılığa gəlmiş, X1-in şəxsiyyəti istintaqa məlum olmayan Hafiz adlı şəxsə sifariş etdiyi təmiz çəkisi 3.117,54 qram külli miqdarda qurudulmuş marixuana, eləcə də təmiz çəkiləri 300,61 qram narkotik vasitə heroini və 325 ədəd həbdə təsir miqdarı 13 qram metadonu xx xxx 2018-ci ildə qrupun şəxsiyyətləri istintaqa məlum olmayan digər üzvləri tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikası gömrük sərhədindən və gömrük nəzarətindən kənar Azərbaycan Respublikası ərazisinə satış məqsədilə qanunsuz olaraq keçirildikdən sonra, həmin gün X1 Məhkumla birlikdə, sonuncuya məxsus olan «Mercedes E220» markalı AZ**-BM-*** dövlət nömrə nişanlı avtomobillə Şirvan şəhərinə gedib gecə saat 12 radələrində «Şəhidlər Xiyabanı» yanında yerləşən dayana cağın sağ tərəfində qara rəngli hasarın altına əvvəlcədən qoyulmuş içində həmin külli miqdarda narkotik vasitələr olan ağ rəngli kisəni satış məqsədilə qanunsuz əldə edib saxlayaraq Bakı şəhəri istiqamətində daşımışlar. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Həsənov İntiqam İsa oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Belə ki, hüquqlarını müdafiə etdiyi Məhkum əməlində yuxarıda qeyd olunan CM-nin maddələrinin tərkibi əlamətləri mövcud olmamış, istintaq zamanı, işə baxan birinci instansiya və apellyasiya baxışı zamanı buraxılmış ciddi qanun pozuntularına əhəmiyyət verilməmiş, iş üzrə olan sübutlar obyektiv və hərtərəfli araşdırılmamışdır. Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsində işin faktik i halları ilə əlaqədar bildirmişdir ki, o heç vaxt heç kimlə, o cümlədən Hafiz adlı şəxslə qabaqcadan əlbir olmamış, onu və bu işlə bağlı olan digər şəxsləri tanımamış və onlarla heç bir cinayət əlaqəsinə girməmiş, heç vaxt İran İslam Respublikasına getməmişdir.Məhkəmə iş materiallarında Hafiz adlı şəxsin İran İslam Respublikası ərazisində olmasını, lakin, şəxsiyyətinin istintaqa məlum olmadığını göstərmişdir. Əgər, Hafiz adlı şəxsin şəxsiyyəti istintaqa məlum deyilsə, onda onun İran İslam Respublikası ərazisində olması hansı sübutlar əsasında müəyyən edilmişdir? Odur ki, məhkəmənin gəldiyi nəticə mötəbər sübutlara əsaslanmamışdır. Əgər, Hafiz adlı şəxs İran İslam Respublikası ərazisində olmuşsa, istintaq orqanına və məhkəməyə onun istifadə etdiyi telefon nömrəsi məlumdursa, Hafizin şəxs iyyətini müəyyən etmək elə bir çətinlik yaratmamalıdır. Bundan başqa, narkotik vasitənin İran İslam Respublikası ərazisindən keçirilməsi, əgər sərhəddən keçirilmişsə, kimlər tərəfindən keçirilməsi məlum deyilsə, bu zaman CM-nin 206.3-cü maddəsinin tərkibinin yaranması üçün sübutlar da mövcud olmamışdır. Əgər, narkotik vasitələr Azərbaycan Respublikası sərhəddindən uzaq olan Şirvan şəhərindən götürülmüşsə, sərhəd keçid məntəqəsində aşkar olunmamışsa, CM-nin 206.3-cü maddəsinin tərkibi necə yarana bilər? Azərbaycan Respublikası CM-nin 206-cı maddəsi, yalnız gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların külli miqdarda keç irilməsini ehtiva edir. Hazırkı işdə isə, qeyd olunan narkotik vasitələrin haradan, necə, kimlər tərəfindən keçirilməsi istintaqa və məhkəməyə məlum olmamış, məhkəmə qərarına görə narkotik vasitələrin yalnız Şirvan şəhərindən götürülməsi aşkar edilmişdir. Bu hal isə, CM-nin 206.3-cü maddəsinin tərkibinin yaranmasına əsas vermir. İşə baxan apelyasiya məhkəməsi məhkəmə baxışı zamanı ümumiyyətlə heç bir araşdırma aparmamış, yalnız birinci instansiya məhkəməsinin gəldiyi nəticəni formal olaraq təsdiq etmişdir. İş materiallarında Məhkum yuxarıda qeyd olunan maddələr üzrə təqsirləndirilməsinə əsas verən heç bir mötəbər sübut mövcud olmamışdır. Məhkum taksi fəaliyyəti ilə məşğul olmuş, Hafiz adlı şəxslə olan telefon danışığı zamanı mahiyyətini dərk etmədən yalnız Rizvan X1-in ifadələrini Hafiz ad lı şəxsə çatdırmışdır. O, məhkəməyə verdiyi ifadəsində bu halı bir daha təsdiq etmiş, hansı məqsədlə Biləsuvar və Şirvan şəhərinə getdiyinin səbəbini bilməmiş, yalnız taksi xidməti üçün X-dən bir dəfə 200 manat, bir dəfə isə 300 manat pul almış, 300 manatın 100 manatını isə X1-in ailəsini Bakıdan Bərdə şəhərinə aparıb-gətirdiyi üçün həmin xidmətin müqabilində aldığını ifadəsində göstərmişdir. Eyni halları X1 də ifadəsində göstərmiş, Məhkum bu cinayət əməlindən xəbərsiz olduğunu, onun heç kimlə əlaqəsinin olmadığını, yalnız taksi xidməti göstərdiyini dəfələrə bildirmişdir. Odur ki, müdafiə tərəfi olaraq, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Məhkum barəsində olan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Ka ssasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı isə qismə n ləğv edilməlidir. İlkin olaraq işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsi ittiham hökmündə Məhkum verilmiş ittihamın məhkəmə baxışı zamanı tədqiq olunmuş həm özünün, həm də digər məhkumun ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə baxışında dindirilmiş şahid ifadələri, baxış, götürmə protokolu, ekspert rəyləri və digər sübutların məcmusu ilə tam təsdiq olunduğunu, məhkəmə baxış iclasında Məhkum törətdiyi cinayətləri etiraf etməməsi barədə verdiyi ziddiyyətli ifadələri isə onun ağır cinayətlər törətdiyinə görə ifadələrində irəli sürdüyü dəlillərin məhkəmədə araşdırılan mötəbər sübutlarla tam təkzib olunduğunu nəzərə alaraq, onun göstərdiyi həmin xüsusatları yalnız özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirmişdir. Məhkum müdafiəçisi Həsənov İntiqam İsa oğlu verdiyi apellyasiya şikayətində müdafiə etdiyi şəxsin əməlində təqsirli bilindiyi maddələrin tərkib əlamətlərinin mövcud olmaması, iş üzrə olan sübutların obyektiv və hərtərəfli araşdırılmamasına istinad edərək, göstərmişdir ki, Hafiz adlı şəxsin adı artıq bir neçə cinayət işində - X1-in qardaşı, artıq məhkum edilmiş X2 və qeyrilərinin barəsində məhkəmə hökmü çıxarılmış cinayət işində keçmiş, lakin şəxsiyyətinin istintaqa məlum olmadığını göstərmişdir. Bundan əlavə şikayətdə göstərilmişdir ki, Hafiz adlı şəxsin şəxsiyyəti istintaqa məlum deyilsə, onda İranda olması, narkotik vasitələrin İrandan keçirilməsi, sərhəddən keçirilibsə, kim tərəfindən keçirilməsi məlum deyilsə Cinayət Məcəlləsinin 206.3-cü maddəsinin tərkibinin yaranması üçün hansı sübutlara əsaslandığı məhkəmə aktlarına əsasən müəyyən etmək mümkün deyil. Müdafiəçi həmçinin apellyasiya şikayətində hal şahidlərinin istintaqda və məhkəmədə verdikləri ifadələrin bir-birindən fərqləndiyi, iş üzrə hal şahidləri kimi iştirak etmiş X3 və X4ün eyni tipli cinayət işlərində mütəmadi hal şahidi kimi iştirak etmələri, hər iki hal şahidinin eyni gündə və saatda iki ayrı-ayrı cinayət işləri üzrə hal şahidi kimi iştirak etmələri həmin hər iki hal şahidinin ifadələrinin reallığı əks etdirmədiyi və onların hadisəni görmədiyi, formal olaraq tərtib edilmiş baxış protokolunu imzaladıqları barədə irəli sürülmüş dəlillərə istinad etmiş və apellyasiya məhkəməsi həmin dəlilləri aşağıda göstərilən xüsusatlara görə əsassız hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qərarında apel lyasiya şikayətinin dəlilləri ilə əlaqədar göstərmişdir ki, “... məhkəmə kollegiyası toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verməklə hesab edir ki, Məhkum və X1 məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə “Hafiz” adlı şəxs vasitəsilə İrandan Azərbaycan Respublikası ərazisinə gətirilməsini təşkil etmələri, Bakı şəhərindən Şirvan şəhərinə getməklə əldə etmələri, saxlamaları və Bakı şəhərinə daşımaları, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətmələri toplanmış və tədqiq edilmiş çoxsaylı mötəbər, sübutlarla təsdiq edilmişdir. Belə ki, cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq olunmuş çoxsaylı mötəbər sübutlarla Məhkum və X1, Hafiz adlı şəxs və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə və qanunsuz olaraq külli miqdarda narkotik vasitələri İranda olan «Hafiz» adlı şəxsə sifariş verib qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən kənar və gizli Azərbaycan Respublikasının ərazisinə keçirilməsini təşkil etməklə, həmin narkotik vasitələri əldə edib saxlamaqla daşımaları ibtidai istintaq dövründə məhkəmə baxışında dindirilmiş digər məhkum X1-in ifadələri ilə yanaşı, işin faktiki uyğun olan şahid ifadələri ilə; toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə; maddi sübutlar və məhkəmədə elan olunaraq tədqiq edilmiş başqa çoxsaylı mötəbər sübut larla kifayət qədər öz təsdiqini tapmışdır. Beləliklə də, hazırki cinayət işi üzrə məhkum olunmuş X1 və Məhkum digər hökmlə məhkum edilmiş X1-in qardaşı X2 və qeyriləri barəsində olan cinayət işi üzrə onların əlaqəli şəkildə və qabaqcadan əlbir olan bir qrup şəxs halında Hafiz adlı şəxslə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları səbəbindən hər iki cinayət işində şəxsiyyəti istintaqa məlum olmayan «Hafiz» adlı şəxs keçmişdir. Eyni zamanda isə, narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu İlə keçirilməsi hər iki cinayət işi üzrə ümumiyyətlə mübahisə predmeti olmamışdır....”. Məhkəmə kollegiyası hesab edir ki, belə mövqedə olan apellyasiya məhkəməsi Məhkum qeyd olunan maddələrlə təqsirli olunmasına dair mö vqeyini açıqlayarkan sübutlara, onlarda olan məlumatlara onların Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamın təsdiq etməsi baxımından düzgün hüquqi qiymət verməmiş, bu sübutların sonuncunun həmin maddə ilə təqsirli olmasını təsdiq etməsinə dair düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası ittiham tərəfinin təqdim etdiyi, məhkəmə iclasında tədqiq edilmiş sübutları, onlarda olan məlumatları bir daha təhlil edərək belə qənaətə gəlir ki, həmin sübutlarda olan məlumatlar, bu məlumatların məcmusu Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə cinayətin törədilməsində təqsirini sübut edilmiş hesab olunması üçün əsas vermir. Narkotik vasitənin qaçaqmalçılığı hadisəsi üzrə Məhkum hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3. 2-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində cinayətin törədilməsi kimi tövsif edilməsinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakı dəlillərə görə hesab edir ki, Məhkum bu əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, məhkəmələr maddi hüquq normasının tətbiqində səhvə yol vermişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.1 və 34.2-ci maddələrinin müqayisəsindən görünür ki, CM-in 34.2-ci maddəsində təsbit olunmuş “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-in 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər (ən azı 2 nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsir olunmalıdır (“qabaqcadan əlbir olan bir qrup şəxs”in məhz birgə icraçılığı ehtiva edən iştirakçılığın növü olması – bu “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxx 2005-ci il tarixli Plenum qərarının 10 və 11-ci bəndlərindən də irəli gələn qənaətdir). Cinayətin icra edilməsi (bilavasitə törədilməsi) dedikdə isə, onun obyektiv cəhə tini təşkil edən hərəkətlərin yerinə yetirilməsi (cinayət hərəkətsizliklə törədildikdə bunu təşkil edən davranış) başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 və 206.2-ci maddələrinin dispozisiyalarına görə malların və yaxud CM-in 206.2-ci maddəsində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Bu cinayət-hüquqi normalar hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirildikdə görünür ki, baxılan işdə külli mi qdarda narkotik vasitə qurudulmuş marixuananın (CM-in 206.2-ci maddəsində göstərilmiş predmetin) qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini yaradan hərəkətlər narkotik vasitənin Azərbaycan Respublikasına gömrük sərhədindən (İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında olan dövlət sərhədindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılıq cinayətini bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarəti ndən gizli (kənar) keçirməsi tələb olunur. Qaçaqmalçılıq cinayəti faktiki olaraq əşyaların gömrük sərhəddindən keçirildiyi andan başa çatmış hesab olunur. GM-nin 1.0.14-cü maddəsinə müvafiq olaraq gömrük nəzarəti dedikdə, gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər başa düşülür. Həmin Məcəllənin 1.0.22-ci maddəsinin tələbinə görə, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrik ötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı hərəkətlərin edilməsindən ibarətdir. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbayc an Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəs i) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Bu baxımdan təqsirləndirilən şəxsin CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsi üçün onun məhz bu cinayətin törədilməsində qabaqcadan əlbir olan bir qrupun tərkibində qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərərkətləri qrupun digər üzvləri ilə birgə icra etməsi, yəni qaçaq malını Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar keçirmiş olsun. İş materiallarında olan və məhkəmələrin istinad etdiyi sübutların heç birində belə bir məlumat yoxdur ki, Məhkum narkotik vasitənin Azərbaycan Re spublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirsin və ya 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi barədəqabaqcadan razılığa gəldiyini göstərsin, buna dəlalət etsin. İş materiallarından görünür ki, Məhkum X1 ilə birlikdə Məhkumun idarə etdiyi avtomobillə Biləsuvar şəhərinə getməsi, Məhkumun Hafiz adlı şəxslə X1-in xahişi ilə telefonla danışması, Məhkumun Biləsuvara nə məqsədlə gedilməsi barədə məlumatının olmaması Məhkum və X1-in ifadələrində göstərilmişdir. Həmin ifadələrin məzmunundan iş üzrə məhkəmələr tərəfindən tədqiq olunmuş sübutların heç birində belə bir məlumat yoxdur ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxslə birgə narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərdədindən keçirmə si qənaətinə gəlməyə əsas versin. Bu faktın təsdiq olunması ibtidai araşdırma orqanı, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmiş, iş üzrə çoxsaylı və mötəbər sübutlarla təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası işin bu xüsusatını Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamın sübut edilməsində yaranmış, aradan qaldırılması mümkün olmayan şübhələr kimi qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə isə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyr inə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bu normalara əsaslanan məhkəmə kollegiyasının qənaətinə görə yuxarıda göstərilən şübhələr də Məhkum xeyrinə təfsir edilməlidir. Belə olan halda Məhkum qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli yolla keçirməsi barədə hər hansı bir fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuş və göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası işin hallarına və yuxarıda göstərilən normaların tələblərinə əsaslanaraq qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri sübuta yetirilmir. Məhkəmə kollegiya sı belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərini də nəzərə alır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Cinayət-Prosessual Məcəllənin 39.2-ci maddəsində təqsirliliyinin sübuta yetirilməməsi cinayət təqibini istisna edən hal kimi göstərilmişdir. Cinayət-Prosessu al Məcəllənin 39.3 və 42.1.4-cü maddələrinə əsasən təqsirliliyinin sübuta yetirilməməsi bəraətverici əsasdır. Cinayət-Prosessual Məcəllənin 416.0.11-ci maddəsində məhkəmənin cinayət təqibini istisna edən halların olmasına baxmayaraq ittiham hökmü çıxarması (o cümlədən, ittihamın müəyyən hissəsi üzrə ittiham hökmü çıxarması) məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini tələb edən əsas kimi təsbit edilmişdir. Məhkəmə kollegiyası həmin normanın tələblərini rəhbər tutaraq hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə cinayət işinin icraatına həmin hissədə xitam verilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair birinci instansiya məhkəməsinin ittiham hökmünün və bu barədə apellyasiya məhkəməsi qərarının qeyriqanuni olması barədə müdafiəçinin kasassiya şikayətində göstərdiyi dəlilərini də əsassız hesab edir. Bu barədə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri satış məqsədilə qanunsuz əldə etməsi, saxlaması və daşıması ilə bağlı əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticəni və apellyasiya məhkəməsinin qərarının qanunil iyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə həmin maddələrlə Məhkum onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya şikayətinin dəlilləri həmin cəzanın ədalətli olmadığı qənaətinə gəlməyə əsas vermir. Odur ki, qeyd olunan hallara görə mübahisələndirilən hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı Cinayət-Prosessual Məcəllənin 416.0.11-ci maddəsində göstərilən pozuntunun mövcud olmasına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə cinayət işi üzrə icraata cinayət-prosessual qanunun 39.2-ci maddəsində göstərilən bəraətverici əsasla (təqsirliliyin sübuta yetirilməməsinə görə) xitam verilməli, məhkəmə qərarlarından Məhkum Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə və CM-in 66.3-cü maddəsinə əsasən – cinayətlərin məcmusu qaydasında cəzanın təyin edilməsinə dair müddəalar xaric edilməli, Məhkum üzərində yalnız ona hökmlə Cinayət Məcəll əsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin olunmuş 06 ail 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.3 və 419.10.4cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Həsənov İntiqam İsa oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə məhkum edilməsi hissəsində ləğv edilsin, həmin hissədə cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsində göstərilən əsasla – t əqsirliliyinin sübuta yetirilməməsinə görə xitam verilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilərək, həmin yekun qərarlardan Məhkum Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə və Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən - cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə dair müddəalar xaric edilsin, onun üzərində yalnız Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 06 il 06 ay il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar və hökm Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-387/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-387/2020
02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver