Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-387/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X4 və analitik təhlil şöbəsinin prokuroru X5 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: CM-in) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 avqust 2024-cü il tarixli, 1(103)-1648/2024 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun X4 üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru X6 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları:
1. Məhkum xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycanlı, subay, 2 azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Xırdalan şəhəri, Quşculuq yaşayış massivi, 11-ci dalan ev-23 ünvanında yaşayır.
2. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən, Məhkum 25 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində ünvan 2 ünvanda yerləşən «Yaşıl bazar»ın qarşısında tanımadığı şəxslərin mübahisələrinə qoşularaq, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarını və qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, öz şəxsiyyətini ətrafdakıların və zərərçəkmiş şəxsin fövqündə qoyub nümayişkəranə olaraq, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək mübahisə edən tərəflərdən birini uca səslə, nalayiq sözlərlə söymüş, ictimai qaydanın pozulmasının qarşısını alan və onu intizama dəvət edən Zərərçəkmiş şəxs qarşı müq avimət göstərib, üzərində zor tətbiq edərək yerdən götürdüyü şüşə parçasından silah qismində istifadə edərək sonuncunun sol əlin ön səthinin kəsilmiş- deşilmiş yarası ilə nətiçələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə qərəzli hərəkətlər etməklə, xuliqanlıq cinayəti törətmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim: X7) 4 aprel 2024-cü il tarixli, 1(005)-165/2024 nömrəli hökmü ilə Məhkum əməli CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunması, Məhkum CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və Məhkum aylıq qazancının 10 (on) faizinin dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, c əza çəkmənin əvvəlinin Məhkum aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablanması, Məhkum təyin olunmuş islah işləri cəzasının icrasının yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi və həmin qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum məhkəmə iclas zalından həbsdən dərhal azad edilməsi hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəh ər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X11 və X3 ibarət məhkəmə tərkibində) 8 avqust 2024-cü il tarixli, 1(103)1648/2024 nömrəli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin qismən təmin edilməsi, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 1(005)-165/2024 nömrəli hökmünün “Məhkum CM-in 128-ci maddəsi ilə aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilməsi” hissəsində dəyişdirilməsi, Məhkum cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 1 (bir) günün CM-in 69.3-ü maddəsinə əsasən azadlıqdan məhrumetmənin (həbsdə saxlamanın) bir günü islah işlərinin üç gününə bərabər tutulmaqla 3 (üç) günün hökmlə təyin olunmuş 01 (bir) il müddətinə islah işləri cəzasından çıxılması və Məhkum üzərində çəkməsi üçün 11 (on bir) ay 27 (iyirmi yeddi) gün islah işləri cəzasının saxlanılması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 avqust 2024-cü il tarixli, 1(103)-1648/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İİ. Kassasiya protestinin dəlilləri və etirazlar:
7. Dövlət ittihamçısı t ərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara, xüsusi ilə də zərərçəkmiş şəxsin ifadəsinə və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, hazırki iş üzrə işin faktiki hallarını nəzərə almayan məhkəmə CM-in 221.3-cü maddəsinin tərkibinin yaranmasını zəruri edən Məhkum tərəfindən törədilən əməlin cinayət-hüquqi nəticələrinə düzgün hüquqi qiymət verməmiş, onun əməlini CM-in 128-ci maddəsinə tövsif etməklə əməlin tövsifinin hüquqi əhəmiyyətini itirməsinə, irəli sürülən ittihamda nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli olan Məhkum məsuliyyətdən kənarda qalmasına səbəb olmuşdur ki, bununla da Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi mümkün olmamış, Cinayət Məcəlləsinin əsasl andığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin konstitusion prinsiplər pozulmuşdur.
8. Eyni zamanda, kassasiya protestinin dəlilləri qismində qeyd edilmişdir ki, cinayət işi materiallarından görünür ki, zərərçəkmiş şəxsin şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. CM-in 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Lakin birinci instansiya məhkəməsi Məhkum əməlini CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edərək, həmin maddə ilə Məhkum cəza təyin etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmiş, eyni məsələ apellyasiya protestində qeyd edilsə də, apellyasiya məhkəməsi bu hissəyə qiymət verməmişdir.
9. Bununla da, Bakı Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegi yasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 avqust 2024-cü il tarixli, 1(103)-1648/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
10. Qərardan məhkum və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir.
11. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. İİİ. Proses iştirakçılarının çıxışları:
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya protestini müdafiə edərək məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
14. Kassa siya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən m üəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlin hüquqi tövsifin də səhvə yol verildiyini, Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər.
18. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 8 avqust 2024-cü il tarixli, 1(103)1648/2024 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət işinin materiallarına əsasən, Məhkum 25 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində ünvan 3 ünvanda yerləşən «Yaşıl bazar»ın qarşısında tanımadığı şəxslərin mübahisələrinə qoşularaq, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarını və qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, öz şəxsiyyətini ətrafdakıların və zərərçəkmiş şəxsin fövqündə qoyub nümayişkəran ə olaraq, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək mübahisə edən tərəflərdən birini uca səslə, nalayiq sözlərlə söymüş, ictimai qaydanın pozulmasının qarşısını alan və onu intizama dəvət edən Zərərçəkmiş şəxs qarşı müqavimət göstərib, üzərində zor tətbiq edərək yerdən götürdüyü şüşə parçasından silah qismində istifadə edərək sonuncunun sol əlin ön səthinin kəsilmiş-deşilmiş yarası ilə nətiçələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvermaya aid xəsarətlər yetirmiş, bununla da onlara qarşı hazırkı ittiham irəli sürülmüşdür.
20. Məhkum verilmiş qeyd edilən ittiham üzrə cinayət işi materiallarında öz əksini tapan sübutları tədqiq edən birinci instansiya və apellyasiya insyasiya məhkəmələri belə hesab etmişdir ki, ibtidai ist intaq orqanı tərəfindən Məhkum əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 221.3-cü maddələri ilə düzgün tövsif olunmamışdır.
21. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, hadisənin ünvan 4 ünvanda “Yaşıl Bazar”ın qarşısında baş verməsi, yəni ictimai hesab edilən yerdə baş verməsi, əməlin xuliqanlıq niyyəti ilə törədilməsi kimi tövsif edilməsinə kifayət etmir. Həmçinin mübahisə qısa müddətdə baş vermiş, mübahisənin baş vermə səbəbi Məhkum üzərinə hücum edilərək Məhkum döyülməsi olmuşdur. Bundan başqa hadisənin “heç bir əsaslı səbəb olmadan” baş verməsinə münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meylli olan hərəkətlər etmək, zərərçəkmiş şəxsi n üzərində zor tətbiq etmək niyyəti olmamışdır.
22. Həmçinin qeyd etmişlər ki, ibtidai istintaq orqanı xuliqanlıq cinayətinin formal tərkibli olmasına lazımi səviyyədə yanaşmayaraq əməlin xuliqanlıq hərəkətləri kimi tövsifini yalnız hadisənin baş verdiyi yerə görə qiymətləndirmişdir.
23. Bütün bu qeyd edilənlərə əsasən birinci instansiya və apellyasiya instansiya məhkəmələri təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurma cinayətini ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə törətməsində xuliqanlıq niyyətinin ilə deyil, sadəcə olaraq zərərçəkmiş şəxin qanunsuz hesab etdiyi hərəkətlərinin qarşısını almaq məqsədilə hərəkət edərkən onun sağlamlığına yüngül zərər vurulması qənaətinə gəlmişdir. Ona görə də, məhk əmələr istintaq orqanın gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, təqsirləndirilən şəxsin əməli zərərçəkmiş şəxsə faktiki olaraq yetirdikləri xəsarətlərin dərəcəsindən asılı olaraq qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməlidir.
24. Kassasiya kollegiyası birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin qeyd edilən mövqeyləri ilə razılaşaraq, məhkəmələrin iş üzrə əldə edilən və məhkəmədə tədqiq edilən sübutlara qiymət verərək ittiham tərəfindən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində qeyd edilənləri məhkumun əməllərinin CM-in 221.3cü maddəsinə tövsif edilməsi üçün sübutların kifayət etməməsi qənaətinə gəlməsi qanuni və əsaslı hesab edir.
25. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
26. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
27. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istnad edilən əməlin Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olun ur.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
29. Məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
30. Apellyasiya instansiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya protestində və apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.
31. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və i ttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
32. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).
33. Kollegiya dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində göstərilən məhkəmələr tərəfindən məhkumun əməlinin CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə əsassız olaraq tövsif edilməsinə, onun əməlində xuliqanlıq niyyətinin olmasına dair dəlillərinə münaibətdə qeyd edir ki, xuliqanlıq cinayətinin, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. 34. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh e dilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nüma yiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.
35. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz.
36. Kassator protestinin dəlilləri qismində mübahisənin zərərçək miş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsini yalnız təqsirləndirilən şəxsin müdafiə xarakterli ifadəsi ilə əlaqələndirsə də, cinayət işi materialları ilə müəyyən edilir ki, eyni məzmunlu ifadə zərərçəkmiş şəxs tərəfindən də birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verilmişdir.
37. Belə ki, cinayət işinin faktiki hallarından, həmçinin məhkumun və zərərçəkmiş şəxsin ifadələrindən müəyyən edilir ki, Məhkum zərərçəkmişin sağlamlığına zərər vurmasının fövqündə onun öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozması, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu təsdiq etmə arzusu deyil, əksinə olaraq baş vermiş mübahisə tərəflərini ayırmağa çalışarkən, onun özünün təhqir edilərək vurulması nəticəsində özünü müdafiə etmək məqsədi ilə yerdən tapdığı şüşə qırıntısının əslində onları sakitləşdirməyə çalışan və üzərinə gələn Zərərçəkmiş şəxs əlinin kəsilməsi olmuşdur. Yəni Məhkum qəsdi onun mənəm-mənəmliyindən, özünü başqalarının fövqünə qoymağından, ətrafdakılara hörmətsizliyindən, saymazyanalığından deyil, şəxsi münasibətlər zəminində yaranmış konfliktdən irəli gəlmişdir. İşin hallarından, təqsirləndirilən şəxsin və zərərçəkmişin ifadələrindən də görünür ki, Məhkum Zərərçəkmiş şəxs, ümumiyyətlə, onları ayırmağa çalışmasını dərk belə etməmişdir.
38. Kollegiya dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində göstərilən “məhkəmələr tərəfindən məkumun əməlinin CM-in 128-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə ona cəza təyin edilməsinin CM-in 73.2-ci maddəsinin müddəalarına zidd olmasına” münasibətdə qeyd edir ki, cinayət işi materiallarından müəyyən edilir ki, Abşeron Rayon Polis Şöbəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Məhkum barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsiriləndirilməsinə dair materiala zərərçəkmiş şəxslə barışması səbəbilə cinayət təqdibinə xitam verilmişdir.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” 28 dekabr 2022-ci il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər.
40. Göründüyü kimi 29.5.2013-cü il tarixli qərarla əvvəllər Məhkum CM-in 128-ci maddəsi ilə təqsiriləndirilməsinə dair materiala zərərçəkmiş şəxslə barışması səbəbilə cinayət təqdibinə xitam verilmişdir. Bu səbəbdən də, haqlı olaraq məhkəmələr hazırkı cinayət işi üzrə onun zərərçəkmiş şəxslə barışmasını barəsində CM-in 73. 2-ci maddəsinin tətbiqi əsası kimi deyil, məhz cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmişlər.
41. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir.
42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd ol unanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
43. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 avqust 2024-cü il tarixli, 1(103)-1648/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilm əsində təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 avqust 2024-cü il tarixli, 1(103)-1648/2024 nömrəli qərarı dövlət ittihamçısı X6 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.