Məhkəmə qərarları › İş №1(102)-388/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-388/2019

27.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-388/2019 27.03.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 388/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "27" mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Məhkumlar Məhkum3 və Məhkum1, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Şa hbazov Səxavət Rizvan oğlunun iştirakları ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum3, Məhkum1, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarından məhkumlar Məhkum3, Məhkum2 və Məhkum1 müdafiəçisi S.R.Şahbazov tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlu) xx xxxxxx 1997-ci il t arixdə Biləsuvar rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Təzəkənd kəndində yaşamış Məhkum3 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 03 ay 07 gün bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 06 ay 14 gün çıxılmaqla, qəti olaraq 11 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 5 ünvanında yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib 01 il 04 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 05 ay 05 gün bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, təyin edilmiş 01 il 04 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 10 ay 10 gün çıxılmaqla, qəti olaraq 05 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; 21 avqust 1998-ci il tarixdə Biləsuvar rayonu, Ağalıkənd kəndində anadan olmuş, Azərbaycan Respubl ikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Ağalıkənd kəndində yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib 01 il 04 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 ay 21 gün bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, təyin edilmiş 01 il 04 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 05 ay 12 gün çıxılmaqla, qəti olaraq 10 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli hökmü ilə Məhkum3 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 18 yanvar 2018-ci il tarixdə saat 03 radələrində tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib ünvan 1 ünvanda yerləşən “Discount” marketin qapısının kilidini sındırmaq yolu ilə içəri qanunsuz daxil olaraq saxlanc yeri kimi istifadə olunan, içərisində 632 manat pul olan 300 manat dəyərində “Rəvan” markalı dəmir seyfi, 300 manat dəyərində olan müşahidə kamerasının yaddaş aparatını və 730 manat dəyərində olan ərzaq məhsullarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 1.962 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 08 mart 2018-ci il tarixdə saat 01 radələrində tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Biləsuvar rayonu, Ağalıkənd kəndində ye rləşən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin X7 Ağalıkənd Poçt Şöbəsinin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə qanunsuz içəri daxil olaraq saxlanc yeri kimi istifadə edilən, dəyəri 800 manat olan içərisində 60 manat pul olan dəmir seyfi gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin “xxxx” MMC-yə ümumilikdə 860 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 08 mart 2018-ci il tarixdə saat 02 radələrində tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Biləsuvar rayonu, Ağalıkənd kəndində yerləşən' Zərərçəkmiş şəxs5 məxsus olan marketə qanunsuz daxil olaraq oradan 200 manat pul, 6 manat 90 qəpik dəyərində 03 qutu “Kent-4” siqareti, 5 manat dəyərində 2 (iki) qutu “Sobranie” siqareti, 5 (beş) manat dəyərində 5 (beş) qutu “Want” siqareti, 100 (bir yüz) manat dəyərində 50 (əlli) ədəd iki manatlıq “NAR” danışıq kartı, 90 (doxsan) manat dəyərində 30 (otuz) ədəd 3 (üç) manatlıq “AZERCELL” danışıq kartı, 60 (altmış) manat dəyərində 30 (otuz) ədəd 2 (iki), manatlıq “AZERCELL” danışıq kartı və 50 (əlli) manat dəyərində 50 (əlli) ədəd 1 (bir) manatlıq “AZERCELL” danışıq kartı, 100 (bir yüz) manat dəyərində 50 (əlli) ədəd 2 (iki) manatlıq “BAKCELL” danışıq kartı və 10 (on) manat dəyərində bir ədəd gül buketini gizli olaraq talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 426,9 (dörd yüz iyirmi altı manat doxsan qəpik) manat dəyərində maddi ziyan vurmaqla oğurluq e tmişdir. Bundan başqa o, təkrarən 21 mart 2018-ci il tarixdə saat 04 radələrində tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib ünvan 2 ünvanda yerləşən “Oba” marketin qapısının kilidini sındırmaq yolu ilə qanunsuz içəri daxil olaraq saxlanc yeri kimi istifadə olunan içərisində 3229 manat 90 qəpik olmuş 120 manat dəyərində dəmir seyfi gizlli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 3.349 manat 90 qəpik maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 02 aprel 2018-ci il tarixdə saat 04 radələrində tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ünvan 3 ünvanda yerləşən “Oba” marketin qapısının kilidini sındırmaq yolu ilə içəri qanunsuz daxil olaraq saxlanc yeri kimi istifadə oluna n içərisində 1577 manat olmuş 120 manat dəyərində seyfi gizli yolla talamaq istəyən zaman obyektin mühafizə siqnalizasiyasının işə düşməsini görüb obyektdən qaçıb çölə çıxaraq öz iradəsindən asılı olmayan səbəblərdən qəsdən törətmiş olduğu cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 1.697 manat dəyərində Əmlakı oğurlamağa cəhd etmişdir. Bundan başqa o, təkrarən 02 aprel 2018-ci il tarixdə saat 05 radələrində tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ünvan 4 ünvanda yerləşən “Oba” marketin qapısının kilidini sındırmaq yolu ilə qanunsuz içəri daxil olaraq oradan 150 manat dəyərində tütün məmulatarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 150 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Həmin hökmlə həmçinin Məhkum1 tə qsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 21 mart 2018-ci il tarixdə saat 04 radələrində tanışı Məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında əvvəlcədən razılaşdırılmış plana əsasən kənar şəxslərin gələcəyi təqdirdə məlumat vermək məqsədi ilə ünvan 2 ünvanda yerləşən “Oba” marketin qarşısında dayanaraq gözləmiş, Məhkum3 isə marketin giriş qapısının kilidini sındırmaq yolu ilə qanunsuz içəri daxil olaraq oradan saxlanc yeri kimi istifadə edilən, içərisində 3229 manat 90 qəpik olmuş 120 manat dəyərində olan dəmir seyfi gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 3.349 manat 90 qəpik maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 02 aprel 2018-ci il tarixdə saat 04 radələrində tanışı Məhkum3 ilə qabaqcada n əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında əvvəlcədən razılaşdırılmış plana əsasən kənar şəxslərin gələcəyi təqdirdə məlumat vermək məqsədi ilə ünvan 3 ünvanda yerləşən “Oba” marketin qarşısında dayanaraq gözləmiş, Məhkum3 isə marketin giriş qapsının kilidini sındırmaq yolu ilə qanunsuz içəri daxil olaraq saxlanc yeri kimi istifadə olunan, içərisində 1.577 manat olan 120 manat dəyərində dəmir seyfi gizli yolla talamaq istəyən zaman obyektin mühafizə siqnalizasiyasının işə düşməsini görüb obyektdən qaçıb çölə çıxaraq öz iradəsindən asılı olmayan səbəblərdən qəsdən törətmiş olduğu cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 1.697 manat dəyərində əmlakını oğurlamağa cəhd etmişdir. Bundan başqa o, təkrarən 02 aprel 2018-ci il tarixdə saat 0 4 radələrində tanışı Məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında əvvəlcədən razılaşdırılmış plana əsasən kənar şəxslərin gələcəyi təqdirdə məlumat vermək məqsədi ilə ünvan 4 ünvanda yerləşən “Oba” marketin qarşısında dayanaraq gözləmiş, Məhkum3 marketin giriş qapısının kilidini sındırmaq yolu ilə qanunsuz içəri daxil olaraq oradan 150 manat dəyərində tütün məhsullarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 150 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Həmin hökmlə həmçinin Məhkum2 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 18 yanvar 2018-ci il tarixdə saat 03 radələrində tanışı Məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib ünvan 5 ünvanda yerləşən “Discount” marketin qapısının kilidini sındırmaq yolu ilə içəri qanunsuz daxil olaraq saxlanc yeri kimi istifadə olunan içərisində 632 manat pul olan 300 manat dəyərində “Rəvan” markalı dəmir seyfi, 300 manat dəyərində müşahidə kamerasının yaddaş aparatını və 730 manat dəyərində ərzaq məhsullarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 1.962 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 08 mart 2018-ci il tarixdə saat 01 radələrində tanışı Məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Biləsuvar rayonu, Ağalıkənd kəndində yerləşən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin X7 Ağalıkənd Poçt Şöbəsinin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə qanunsuz içəri daxil olaraq sax lanc yeri kimi istifadə edilən, dəyəri 800 manat olan içərisində 60 manat pul olan dəmir seyfi gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin “xxxx” MMC-yə ümumilikdə 860 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 08 mart 2018-ci il tarixdə saat 02 radələrində tanışı Məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Biləsuvar rayonu. Ağalıkənd kəndində yerləşən Zərərçəkmiş şəxs5 məxsus olan marketə qanunsuz daxil olaraq oradan 200 (iki yüz) manat pul, 6 manat 90 qəpik dəyərində 3 (üç) qutu “Kent-4” siqareti, 5 manat dəyərində 2 (iki) qutu “Sobranie” siqareti, 5 (beş) manat dəyərində 5 (beş) qutu "Want” siqareti, 100 (bir yüz) manat dəyərində 50 (əlli) ədəd iki manatlıq “NAR” danışıq kartı, 90 (doxsan) manat dəyərində 30 (otuz) ədəd 3 (üç) manatlıq “AZERCELL” danışıq kartı, 60 (altmış) manat dəyərində 30 (otuz) ədəd 2 (iki) manatlıq “AZERCELL” danışıq kartı və 50 (əlli) manat dəyərində 50 (əlli) ədəd 1 (bir) manatlıq “AZERCELL” danışıq kartı. 100 (bir yüz) manat dəyərində 50 (əlli) ədəd 2 (iki) manatlıq “BAKCELL” danışıq kartı və 10 (on) manat dəyərində bir ədəd gül buketini gizli olaraq talayaraq ümumilikdə 426,9 (dörd yüz iyirmi altı manat doxsan qəpik) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Murquzov İlqar Mustafa oğlu, hakimlər Əhmədov Həsən Hüseyn oğl u və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 07 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum3 təqsirli bilindiyi CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 il 06 müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, ibtidai istintaq zamanı həbsdə olduğu 03 ay 14 gün müddət ona təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, cəzasının əvvəli 07 noyabr 2018-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 02 il 02 ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum1 təqsi rli bilindiyi CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 01 il 04 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 05 ay 05 gün ona təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, cəzasının əvvəli 07 noyabr 2018-ci ildən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 01 il 06 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum2 təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin olunmuş 01 il 04 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, ibtidai i stintaq dövründə həbsdə saxlanıldığı 02 ay 21 gün müddət təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, cəzasının əvvəli 07 noyabr 2018-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 01 il 09 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarından məhkumlar Məhkum3, Məhkum2 və Məhkum1 müdafiəçisi S.R.Şahbazov kassasiya şikayətləri verərək, Məhkum3 ona alternativ cəza təyin edilməsi, Məhkum2 ona daha yüngül cəza təyin edilməsini, müdafiəçi S.Şahbazov isə apellyasiya məhkəməsinin qərarının Məhkum1 aid hissədə ləğv edil məsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən ona cəza təyin edərkən valideyinlərinin xəstə olduqlarını, ilk dəfə məhkum olunmasını, 6 nəfər ailəsinin onun himayəsində olmasını, tam islah olunmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini nəzərə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq ona alternativ cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi iş üzrə bütün halları, o cümlədən zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini, özünü könüllü olaraq polis orqanına gəlib təslim olunmasını nəzərə almamışdır. Qeyd olunanları nəzərə alaraq ona daha yüngül cəza təyin edilməsini barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum1 müdafiəçisi Şahbazov Səxavət Rizvan oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə apellyasiya instansiyası işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və təkzib edilməsi üçün sübutları araşdırmış Bakı şəhər Xətai rayon Məhkəməsinin hökmünü lazımınca analiz etməmiş, obyektiv nəticə verməmiş, protestin dəlillərinin əsassızlığını qiymətləndirilməmişdir. Apellyasiya instansiyası birtərəfli qaydada yalnız ittiham tərəfinin protestdə qeyd etdiyi Plenum qərarlarına isnad etmiş, daha üstün qüvvəyə malik mütərəqqi Qanunların tələblərindən yan keçmişdir. Əsassız apellyasiya protestinin təmini ilə verilən cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun gəlmir, sərtdir. Cinayə t işinin məhkəmə istintaqı zamanı Məhkum1 təqsirini boynuna almış, əməlindən səmimi peşman olduğunu bildirmiş, ona yüngül cəza verilməsini xahiş etmişdir. Eləcə də o, əvvəllər məhkum olunmamış, iş üzrə vurulmuş ziyan ödənilmiş və zərərçəkmişlə barışıq əldə edilmişdir. Apellyasiya instansiyası protesti təmin edərkən qərəzli olaraq cinayət qanunun bir sıra normalarını xüsusən Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.1.14-cü maddələrinin tələblərini pozmuşdur. Apellyasiya instansiyası baxmayaraq ki, qərarında törədilən cinayətin obyektini mülkiyyət əleyhinə olan münasibətlərin təşkil etdiyini qeyd edir, lakin Normativ hüquqi aktlar haqqında qanunun tələblərini pozaraq daha mütərəqqi qanuna deyil, uzun illər öncə qəbul edilmiş tövsiyə xarakterli qərarlara isnad edərək, cinayət qan unun hazırkı normasını tətbiq etməmişdir. Halbuki, bu qəbildən olan cinayətlər zamanı ziyanın ödənildiyi təqdirdə azadlıqdan məhrum edilməklə əlaqədar olmayan cəza təyin edilməsinə üstünlük verilməsi ilə bağlı verilən tövsiyə xarakterli ölkə başçısının sərəncamı və normativ aktlar, eləcədə qanunda edilmiş dəyişikliklər, yaxşılaşdırma, apellyasiya instansiyası tərəfindən nəzərə alınmayaraq qeyri-humanist qərar qəbul edilmişdir. “Məhkəmə hökmü” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, CPM-nin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. İş üzrə apellyasiya instansiyası qərar çıxararkən 1-ci instansiya məhkəməsinin obyektiv ola raq ziyanın aradan qalxıb, zərərcəkmişlə barışığın əldə edilməsi, məhkumun səmimi peşmançılığı,əvvəllər məhkumluğunun olmaması və digər yüngülləşdirici halların olmasını vəhdət halında digər sübutlarla birgə tədqiq etməsini nəzərə almamışdır. Bundan başqa, şikayətdə göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən faktiki olaraq təyin olunmuş obyektiv cəzanı ittiham tərəfinin kölgəyə salma cəhdini apellyasiya instansiyası nəzərə almamışdır. Cəzanı ağırlaşdıran hallann olmadığı və yuxarıda sadalanan yüngülləşdirici halların olduğunu bildirilməsinə baxmayaraq, həmin hallara apellyasiya instansiyası formal münasibət bəsləmiş, protestdə qeyd edilən əsassız dəlillərdən müdafiə etdiyi şəxsə münasibətdə qərəzli olaraq birtərəfli qaydada istifadə etmişdir. Həmçinin məhkəmə qərar çıxarar kən Ədalət Mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa məhkəməsinin Presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının tələblərinə də lazımi səviyyədə əməl etməmiş, Məhkum1 münasibətdə yüngülləşdirici halları, böyük islah olunmaq ehtimalını, cəzanın faktiki olaraq məqsədinin əhəmiyyəti hissəsinin təminini lazımınca qiymətləndirməmişdir. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi apellyasiya məhkəməsinin qərarının Məhkum1 aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kas sasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkumlar Məhkum3, Məhkum1 və müdafiəçi Şahbazov Səxavət Rizvan oğlunun kassasiya şikayətlərinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə bax araq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkumlar Məhkum3, Məhkum2 və Məhkum1 təqsirli bilindiyi cinayət əməlləri birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmiş, apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkumlar Məhkum3, Məhkum1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə, Məhkum2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onların əməli düzgün olaraq həmin maddələri ilə tövsif edilmişdir. Bunlara dair apellyasiya məhkəməsinin gəldiyi nəticənin və qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətlərində də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətlərində təyin edilmiş cəzanın sərt olduğ u iddia edilir və buna dair dəlillərə istinad olunur. Bu dəlillərə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın sərtləndirilməli olduğuna dair nəticələri qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin məsələlərlə əlaqədar göstərilmişdir ki, “...Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası verilmiş apellyasiya protestinin dəlillərini işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və cinayət prosesinin iştirakçılarının fikirlərini və çıxışlarını dinləməklə hesab edir ki, apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 sentyabr 2018-ci iltarixli hökmü isə dəyişdirilməlidir. Cinayət İşinin materiallarından və məhkəmə iclasını n protokollarından göründüyü kimi, məhkumlar: Məhkum3, Məhkum1 və Məhkum2 özlərini oğurluq cinayətlərinin törədilməsində tam təqsirli bilməklə istintaq dövründə və məhkəmədə verdikləri tam etirafedici ifadələri ilə yanaşı, onların həmin cinayətləri törətmələri zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X5 ifadələri ilə; Məhkəmə Ekspertizası Mərkəzin 25 iyun 2018-ci il tarixli 14210 rəyi ilə; baxış, götürmə və digər istintaq hərəkətlərinin protokolları ilə; işi üzrə toplanmış və tədqiq edilmiş çoxsaylı başqa mötəbər sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Bu səbəbdən, məhkəmənin hökmündən əməlin tövsifi və ya bəraət verilməsi ilə əlaqədar məhkumların özləri və onların müd afiəçiləri, zərərçəkmiş şəxslər və dövlət ittihamçısı tərəfindən müvafiq olaraq apellyasiya şikayətləri və ya apellyasiya protesti verilməmiş, dövlət ittihamçısının verdiyi apellyasiya protesti isə yalnız təyin olunmuş cəzaların yüngüllüyü ilə bağlı olmuşdur... Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinin tələblərini rəhbər tutmaqla, Məhkum3, Məhkum1 və Məhkum2 cəzalarını ağırlaşdıran hallın olmaması ilə yanaşı, əməllərindən peşman olmalarını və səmimi etiraflarını, gənc olmalarını, ilk məhkumluqlarını, zərərçəkmiş şəxslərlə barışdıqlarını, vurulmuş ziyanın ödənilməsini və sonuncuların onlara qarşı şikayət və tələblərinin olmamasını - hər birinin cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Göstərilənləri nəzərə alaraq, birin ci instansiya məhkəməsi məhkumlar: Məhkum3, Məhkum1 və Məhkum2 təyin olunacaq cəza məsələsini həll edərkən, Məhkum3 törətdiyi 06 epizod üzrə, Məhkum1 törətdiyi 03 epizod üzrə və Məhkum2 törətdiyi 3 epizod üzrə cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hər birinin şəxsiyyətini, eləcə də cəzalarını ağırlaşdıran halın olmaması ilə yanaşı, hər birinin cəzasını yüngülləşdirən halların toplusunu nəzərə alaraq hesab etmişdir ki, onlara cinayət əməllərini törətməkdə iştirakçılıq dərəcələrinə uyğun olaraq təqsirli bilindikləri maddələrin sanksiyası həddində cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlıqlarını məhdudlaşdırmaqla islah edilmələri mümkün olduğundan, onların hər birinə təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının tə yin edilməsini məqsədə müvafiq hesab etmişdir... Məhkəmə kollegiyası, məhkumların hər birinə təyin edilmiş cəza ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıda göstərilən səbəblərə görə razılaşmır. Belə ki, Məhkum3 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla 06 epizoddan, digər məhkumlar: Məhkum1 və Məhkum2, hər biri 03 epizoddan ibarət oğurluq cinayəti törətmişlər. Bununla yanaşı onların törətdiyi cinayətlərin obyekti mülkiyyət əleyhinə olan münasibətlərdir. Birinci instansiya məhkəməsi onların əməllərindən peşman və gənc olmalarını, əməllərini səmimi etiraf etmələrini, ilk məhkumluqları olmasını, zərərçəkmiş şəxslərlə barışdıqlarını, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin onlara qarşı şikayət və tələblə rinin olmamasını hər birinin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Lakin, məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə nəzərdə tutulan halları məhkumların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alarkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 4-cü bəndinin tövsiyyələrinə əməl etməmiş və hökmdə belə halların yüngülləşdirildi hallar kimi qəbul etməsinə baxmayaraq, həmin halları öz hökmündə kifayət qədər əsaslandırmamışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi öz hökmündə səmimi peşmançılıq anlayışına düzgün qiymət verməmişdir. Belə ki, "səmimi peşmançılıq" ifadəsinin hüquqi müstəvidəki anlayışı Cinayət Məcəlləsinin 72-ci maddəsində dəqiq və birmənalı şəkildə ifadə olunmuş, həmin maddəyə əsasən, «səmimi peşmanç ılıq» özündə cinayət törətmiş şəxsin cinayətin açılmasında fəal iştirak etməsində, cinayət nəticəsində dəymiş ziyanı ödəməsində, vurulmuş zərəri başqa formada aradan qaldırmasında ifadə edilən aktiv hərəkətləri ehtiva edir. Hazırkı iş üzrə isə məhkumların ifadələrində peşmançılıq çəkmələri" deməsi heç də hüquqi müstəvidə "səmimi peşmançılıq" anlayışını ehtiva etmədiyindən, məhkəmə bunu cəzalarını yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Digər tərəfdən, şərh olunan yüngülləşdirici halların bəziləri mövcud olsa da, bunlar heç də məhkəmənin göstərilən nəticəyə gəlməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiəti və mahiyyətini əks etdirən cinayət mühakimə icraatda insan və vətəndaş hüquq və azadlıqların təminatını nəzərdə tut an bir sıra prinsiplər təsbit edilmişdir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, cinayət qanununun vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti və iqtisadi fəaliyyəti, ictimai qayda və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikası konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan və habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-« maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012ci il tarixli qərarında göstərilmişdir ki, "...məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsi nin müvafiq maddələri ilə nəzərdə tutular, hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə, məhkumlar və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəza dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olaraq, onun cinayət məsuliyyətinə cəlb olunmaqla ədalətli cəzalandırılmasının əsas hüquqi nəticəsidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin olunmasına və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı cəza təyin e dərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilmişdir ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmi n edilməlidir. Bundan əlavə birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə cəza təyin etmənin əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini pozaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eyni zamanda təqsirkarların şəxsiyyətini nəzərə almadan, məhkumların hər birinə təyin etdiyi cəza yüngüllüyünə görə ədalətsiz olduğundan, cinayətin ağırlığına və məhkumların şəxsiyyətinə uyğun olmayan cəza hesab olunmalıdır. Beləliklə, məhkəmə tərəfindən məhkumların hər birinə törətdikləri cinayətlərin ağırlığına və onların şəxsiyyətlərinə uyğun olmayan yüngül və ədalətsiz cəza təyin edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi onlara yüngül cəzalar təyin edərkən, c əzaları yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar, onların hər birinə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin olunması üçün əsas ola bilməz. Bələ ki, onların törətdikləri çoxepizodlu oğurluq cinayətlərinə görə səmimi peşmançılıq çəkmələri inandırıcı hesab edilə bilməz. Məhkumların qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkrarən çoxsaylı oğurluq cinayətlərinin törədilməsində iştirak etmələri onların şəxsiyyətlərini səciyyələndirən hallar olmaqla cinayətə meyilli şəxslər olmasını təsdiq etməklə, hər birinin cəza çəkmədən islah olunmasının mümkünlüyü barədə məhkəmənin gəldiyi nəticənin əsassız olmasına dəlalət edir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 13-cü bəndində göstə rilir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük və həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəllənin 9.2-ci maddəsinə əsasən, tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər şəxsə əzab vermək və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz Başqa sözlə, cəza «talion» prinsipinə uyğun olaraq, yəni məhkumdan əvəz çıxmaq və qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda «ədalət prinsipi» zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göstərilən qanun normaların tələblərini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkumlara cəza təyin edərkən, onları n qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən və saxlanc yerinə qanunsuz daxil olmaqla çoxsaylı oğurluq cinayətləri törətmələrinə baxmayaraq, faktiki olaraq onların hər birinin cinayətə meyilli şəxslər olmaqla yanaşı, cəmiyyət üçün təhlükəli olmalarını və bu səbəbdən hər birinin şəxsiyyətini kifayət qədər nəzərə almadan, onlara işin faktiki hallarına uyğun olmayan ədalətsiz cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması sahəsində vacib vasitə olaraq lazımi cəzalandırma tədbirini təmin edir, şəxsin islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və ya başqa şəxslərin yeni cinayətin törədilməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi cəzanın məqsədinə, yəni ədalətin bərpası na və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Göstərilənlərə görə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya protesti təmin edilməli və birinci instansiya məhkəməsi tərəfindən məhkumlara təyin olunmuş azadlıqdan məhrum etmə ilə bağlı cəzalar yüngüllüyünə görə ədalətsiz cəza hesab edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti əsaslı olduğundan təmin edilməli və Bakı şəhəri Xətai rayon Məhkəməsinin hökmü dəyişdirilməli, hər birinə cinayətlərin törədilməsində iştirakçılıq dərəcələrinə görə və zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tam ödənilməsini nəzərə alaraq təqsirli bilindikləri maddələrin sanksiyasının aşağı həddində azadl ıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq dövründə həbsdə olduqları müddət çıxılmalı və cəzalarının əvvəli 07 noyabr 2018-ci il tarixdən hesablanmalı, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə yanaşı, onların hər birinin barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv olunmaqla, dərhal məhkəmə iclas zalından həbsə alınmalıdırlar...”. Göründüyü kimi, apellyasiya məhkəməsi məhkumlar Məhkum3, Məhkum2 və Məhkum1 verilmiş ittihamın təsdiq edildiyi, əməllərinin düzgün tövsif edildiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən onlara təyin edilmiş cəzaların ədalətli olmaması və bu səbəbdən həmin cəzaların ağırlaşdırılmalı olduğu (apellyasiya protestinin dəlillərinin təmin edilməli olduğu) barədə nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətlərinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən məhkumlar Məhkum3, Məhkum2 və Məhkum1 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onların ailələrinə, həyat şəraitlərinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 8.1 və 58.3-cü maddə lərinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkumlar Məhkum3, Məhkum2 və Məhkum1 islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Şikayətdə cinayət və cinayət prosessual qanununun normalarına, İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının müddəalarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının izahlarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya mə hkəməsinin qərarı da İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının müddəaları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının tövsiyələri ilə ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum3, Məhkum1, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar