Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-388/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızının, x1 müdafiəçisi-vəkil Qafarov Əzizağa İsmixan oğlunun və x2 müdafiəçisi-vəkil Rafiyev Şahin Hamlet o ğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144.2.3, 29,149.2.1, 29,149.2.5 və 150.2.5-ci maddələri ilə x2, CMnin 144.2.3-cü maddəsi ilə x1 və qeyrisinin məhkum olunmaları barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından x1 müdafiəçisi-vəkil Qafarov Əzizağa İsmixan oğlunun və x2 müdafiəçisi-vəkil Rafiyev Şahin Hamlet oğlunun tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: D.H.İmanov (sədrlik edən və məruzəçi), S.Ə.Əzizov və F.N.Mahmudov) xx xxxx 2018-ci İl tarixli hökmü ilə, x2- xx xxxx 1982-ci il tarixdə Qazax rayonu Sadıqlı kəndində anadan olmuş, Azərba ycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ü1 qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası CM-nin 144.2.3, 29,149.2.1, 29,149.2.5 və 150.2.5-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 144.2.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə, CMnin 29,149.2.1, 29,149.2.5 maddələri ilə 5 (beş) il müddətinə, CM-nin 150.2.5-ci maddəsi ilə 5 (beş) il müddətinə, CM-nin 66.3-cü maddəsi ilə təyin edilmiş cəzalar qismən toplanmaqla qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə, cəzaçəkmənin əvvəli xx.xx.2017-ci il tarixdən hesablanmaqla məhkum edilmişdir. x1- xx.xx.1989-cu il tarixdə Gürcüstan Respublikasının Qardabani rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaş,orta təhsi lli, işləməyən, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Ü1 qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə, əvvəli xx xxxxx 2017-ci il tarixdən hesablanmaqla məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 və x2 ona görə təqsirli bilinib məhkum edilmişlər ki, x2 qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurlamış, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında zərəçəkmiş şəxsi təkrar zorlamağa, yəni zor tətbiq etməklə cinsi əlaqədə olmağa təkrar cəhd etmiş, zərərçəkmiş şəxsə zor tətbiq etməklə təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, xx xxxxxx 2017-ci il t arixdə xx xxxxx 1992-ci il təvəllüdlü x3 evlənmək barədə razılığını almadığı halda, sonuncunu zorla oğurlamaq qərarına gəlmiş, həmin niyyətini həyata keçirmək məqsədi ilə Ağstafa rayonu Sadıqlı Sərhəd keçid məntəqəsinin yaxınlığında həmkəndliləri x4 vəx1 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında x3 qaçırmaq üçün xx xxxxxx 2017-ci il tarixdə saat 10 radələrində x1 istifadəsində olan «VAZ 21074» markalı, 10-LP- dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonu Böyük Kəsik kəndinə gedərək həmin kənddə yerləşən dəmir yolu stansiyasına işə gedən x3 Böyük Kəsik tibb məntəqəsinin yaxınlığında gözləmiş, əvvəlcə avtomobildən x4 düşərək x3 evi istiqamətində gedib orada müşahidə aparmış, o, isə sonuncunun gəldiyini gördükdə avtomobildən düşərək ona yaxınlaşıb qəfild ən arxadan qucaqlayıb x3n razılığı və istəyi olmadan, müqavimət göstərməsinə və qışqıraraq kömək istəməsinəəhəmiyyət vermədən, iradəsinə zidd və qanunsuz olaraq fiziki zor tətbiq edib avtomobilin arxa oturacağına mindirmiş, x3 müqavimət göstərib avtomobildən düşməyəçalışarkən x4 arxa tərəfdən avtomobilə yaxınlaşaraq x3n ayaqlarından, o, isə gödəkçəsindən tutub x3 yenidən zorla avtomobilə mindirib özü sağ tərəfindəəyləşib əli ilə sonuncunun ağzından, x4 isə sol tərəfdəəyləşib əli ilə x3n ayaqlarından tutub onun müqavimət göstərməsinə imkan verməyərək x4 və x1 qabaqcadan əlbir olan bir qrup şəxs halında x3n razılığı və istəyi olmadan, iradəsinə zidd olaraq oğurlayıb həmin günü saat 11 radələrində ünvan1 yaşayan x5 evinə aparıb, orada saxlamış, bundan sonra x3nı valideyinləri və polis əməkdaş ları tərəfindən axtarıldığını bilərək x3 oğurlamaq kimi cinayəkar niyyətini davam etdirərək həmin gün axşam saatlarında x4 ilə birlikdə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında x3 razılığı və istəyi olmadan, iradəsinə zidd olaraq həmin evdən zorla çıxarıb x4in evinə, oradan isə atla ünvan 2 aparmış, orada isə tanışı x6 ilə də cinayət əlaqəsinə girərək sonuncu və x4 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında x7 idarə etdiyi “UAZ-QAZ69” markalı 10-FC- dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixə keçən gecə x3 əvvəlcə x6nin, ordan isəxx xxxxxx 2017-ci il tarixdə saat 05 radələrindəx7 fermasına aparıb saxlamış, daha sonra x4lə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin günüsaat 06 radələrində x8, saat 07 radələrində is ə x9 işlədikləri fermalara, sonra həmin günü günorta saatlarında adsız dərəyə aparmış, daha sonra xx xxxxxx 2017-ci il tarixdə gecə saatlarında x4 və x6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun ünvan 1 yerləşən evinə aparmış, daha sonra isə x4lə birlikdə sonuncunun həmin kənddə yerləşən evinə, xx xxxxxx 2017-ci il tarixdə gecə saatlarında x4 və x10 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında sonuncunun ünvan 3 yerləşən fermasına, daha sonra x10 bacısıŞəfəq Məmmədovanın Qazax şəhəri, N.Nərimanov qəsəbəsində yerləşən evinə, bundan sonra isə x10 Ağstafa rayonunun Düz Qışlaq kəndində yerləşən fermasına aparıb saxlamışlar. Bundan başqa o, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2017-ci il tarixdə x3 oğurlayıb Ağstafa rayonu Sadıqlı kənd ində yerləşən Xəzəriyə Sadıqovaya məxsus evdə saxlayan zaman günorta saatlarında x4lə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında zorla cinsi əlaqədə olmaq üçün həmin evin qonaq otağından x3 x4lə birlikdə zərərəçəkmişşəxsin müqavimətini qıraraq zorla qollundan tutaraq yataq otağına gətirib orada x4lə x3ya artıq qaçırılmasını, başqa çıxış yolunun olmamasını bildirərək onunla cinsi əlaqədə olmağını təklif etdikdə sonuncu buna razılıq vermədikdən sonra x4 onun x3 ilə zorla cinsi əlaqədə olmasıüçün otaqdan çıxaraq qapını arxadan bağladıqdan sonra, o, x3 zorlamaq məqsədi ilə sonuncunu itələyib döşəmədə olan döşəyin üzərinə yıxmış, x3 isə otaqdan götürdüyü qayçı ilə vurmaq istədikdə o, qayçını x3n əlindən alıb kənara ataraq onu zorlamaq məqsədiləəynində olan paltarlar ı zorla çıxarıb əl-qol hərəkətləri ilə fiziki zor tətbiq edərək yorğanla x3n ağzından sıxaraq müqavimətini qırmaqla x3 ilə zorla cinsi əlaqədə olmaq istəyərkən zərərçəkmiş qışqıraraq əl və ayaqları ilə ona fəal, fiziki müqavimət göstərdiyindən və x3 fəal fiziki müqaviməti nəticəsində yorulduğundan iradəsindən asılı olmayan səbəbdən x3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zorlama kimi cinayətkar niyətini başa çatdıra bilməyərək zorlamağa cəhd etmişdir. Bundan sonra o, x3 zorlama kimi cinayətkar niyətini həyata keçirmək üçün xx xxxxxx 2017-ci il tarixdə günorta saatlarında Ağstafa rayonu Sadıqlı kəndində yerləşən Xəzəriyə Sadıqovaya məxsus evdə təkrarən x3 ilə zorla cinsi əlaqədə olmaq məqsədi ilə x4lə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında zorla cins i əlaqədə olmaq üçün həmin evin qonaq otağından x3 x4lə birlikdə zərərəçəkmişşəxsin müqavimətini qıraraq zorla qolundan tutaraq yataq otağına gətirmiş, x4 onun x3 ilə zorla cinsi əlaqədə olmasıüçün otaqdan çıxaraq qapını arxadan bağladıqdan sonra, o, x3ya fiziki zor tətbiq etməklə onun üzərində olan paltarları zorla çıxarıb, özü də yenidən paltarlarını soyunaraq x3n üzərinə uzanıb onunla zorla cinsi əlaqədə olmaq istəsə də, lakin x3n əl və ayaqları ilə fiziki müqavimət göstərməsi nəticəsində yorulduğundan iradəsindən asılı olmayan səbəbə görə x3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zorlama kimi cinayətkar niyətini başa çatdıra bilməyərək təkrarən zorlamağa cəhd etmişdir. Bundan başqa o, xx xxxxxx 2017-ci il tarixdə səhər saatlarında Ağstafa rayonu Ceyrançöl qış otlaq sahəsində ye rləşən x9 işlədiyi fermada olarkən x4 x3 ilə onu tək qoyaraq otaqdan çıxdıqdan sonra o, x3 zorlamaq məqsədilə oturduğu stoldan dartaraq çarpayının üzərinə atmış, niyyətini həyata keçirmək üçün sonuncunun əynində olan şalvarını, alt paltarını, koftasını dartaraq zorla çıxartmış, özü də soyunub arxasıüstəçarpayıda olan x3 ilə zorla cinsi əlaqədə olmağa çalışarkən sonuncunun əli və ayağı ilə fiziki müqavimət göstərib qışqırdığından onun müqavimətini qırmaq üçün x3ya qarşı fiziki zor tətbiq edib şillə və yumruqla vuraraq sonuncuya sol gözün alt-üst səthində, sol gözün ağlı qişasında qansızma, alt dodağın iç selikli qişasında əzilmiş yara, üst səthində sıyrıq xəsarətləri yetirilməsi ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirərək onunla zorla cinsi əlaqədə o lmaq istəsə də, lakin x3n əl və ayaqları ilə fiziki müqavimət göstərməsi nəticəsində yorulduğundan iradəsindən asılı olmayan səbəbə görə zorlama kimi cinayətkar niyətini başa çatdıra bilməyərək təkrarən zorlamağa cəhd etmişdir. Bundan başqa o, xx xxxxxx 2017-ci il tarixdə axşam saatlarında Çeyrançöl ərazisində kimsəsiz dərədə axşam vaxtı x3 ilə tək qalarkən təkrarən sonuncu ilə zorla cinsi əlaqədə olmaq məqsədi ilə x3 itələyib yerə yıxaraq fiziki zor tətbiq etməklə sonuncunun üzərindəki şalvarı və alt paltarınıçıxardaraq arxasıüstə yerə uzatmış, sonra x3n əl-qol hərəkətləri ilə etdiyi fiziki müqavimətini zor tətbiq etməklə qıraraq təkrarən təbii yolla cinsi əlaqədə olmaq istəmiş, lakin x3n əl və ayaqları ilə fiziki müqavimət göstərməkdə davam etməsi nəticəsində yorulduğundan iradəsindən as ılı olmayan səbəbə görə x3 zorlama kimi cinayətkar niyətini başa çatdıra bilməmiş, təbii yolla cinsi əlaqədə olduğunu zənn edib cinsiyyət orqanını x3n istəyinə və iradəsinə zidd olaraq onun anal dəliyinə daxil edərək təkrarən zorlamağa cəhd etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, xx xxxxxx 2017-ci il tarixdə axşam saatlarında x10 çobanlıq etdiyi ünvan 3ki fermada olarkən x10 arvadı x11 fermadan kənara getməsindən, x4in isə otaqdan çıxaraq onları tək qoymasından istifadə edərək təkrarən x3 ilə zorla cinsi əlaqədə olmaq məqsədi ilə x3ya yaxınlaşıb bir-birini sevmələri üçün cinsi əlaqədə olmalarının lazım olduğunu bildirib sonuncunun şalvarını, alt paltarını zorla əynindən çıxartmış vəözü də paltarlarını soyunub zorlamaq məqsədilə niyyətini həyata keçirmək üçün x3 arxasıüstə uzatmış, lakin x3n əl və ayaqları ilə fiziki müqavimət göstərməkdə davam etməsi nəticəsində yorulduğundan iradəsindən asılı olmayan səbəbə görə x3 zorlama kimi cinayətkar niyətini başa çatdıra bilməmiş, təbii yolla cinsi əlaqədə olduğunu zənn edib cinsiyyət orqanını x3n istəyinə və iradəsinə zidd olaraq onun anal dəliyinə daxil edərək təkrarən zorlamağa cəhd etməklə təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. x1 qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurlamışdır. Beləki, o, xx.xx.2017-ci il tarixdə həmkəndliləri x2 və x4 ilə birlikdə Ağstafa rayonu Sadıqlı sərhədkeçid məntəqəsinin yaxınlığında cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında x2 xx.xx.1992-ci il təvəllüdlü x3 evlənmək barədə razılığını almadığı halda sonuncun u zorla qaçırıb-oğurlamaq qərarına gəlib həmin niyyətlərini həyata keçirmək məqsədi ilə qrupun digər üzvləri ilə birlikdə xx xxxxxx 2017-ci il tarixdə saat 10 radələrində etibarnaməəsasında idarə etdiyi “VAZ 21074” markalı, 10-LP- dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağstafa rayonunun Böyük Kəsik kəndinə gedərək həmin kənddə yerləşən dəmir yolu stansiyasına işə gedən x3 Böyük Kəsik tibb məntəqəsinin yaxınlığında avtomobildə gözləyib, x2 avtomobildən düşərək x3ya yaxınlaşıb razılığı və istəyi olmadan, müqavimət göstərməsinə və qışqıraraq kömək istəməsinəəhəmiyyət vermədən, iradəsinə zidd və qanunsuz olaraq fiziki zor tətbiq edib avtomobilin arxa oturacağına zorla oturtduqdan sonra o, avtomobili idarə edib oradan uzaqlaşmaq istəyərkən x3n avtomobildən düşməyəçalışaraq ayaqlarının yerlə sür ündüyünü gördüyündən avtomobili saxlamış, həmin vaxtı x4 dərhal avtomobilə yaxınlaşıb hər iki əli ilə x3n ayaqlarından, x2 isə avtomobilin içərisində olmaqla x3n gödəkçəsindən tutaraq zorla avtomobilə mindirib arxa oturacaqda x3n sağ tərəfindəəyləşib onun ağzından, x4in isə sol tərəfindəəyləşib ayaqlarından tutaraq müqavimətini qırmış, o isə, x3n avtomobildə müqavimət göstərməkdə davam etməsinə məhəl qoymayaraq avtomobili idarə edib x4 və x2 iləqabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən x3n razılığı və istəyi olmadan, iradəsinə zidd olaraq oğurlayıb həmin günü saat 11 radələrində Ağstafa rayonu Sadıqlı kəndində yaşayan x5 evinə aparıb orada saxlamışlar. Məhkum x2müdafiəçisi-vəkil X5 və məhkum x1 müdafiəçisi-vəkil X6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və F.Ə.Mehtiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum x1 müdafiəçisi-vəkil Qafarov Əzizağa İsmixan oğlu kassasiya şikayəti verərək, qərarın dəyişdirilməsini məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsini və məhkum x2müdafiəçisivəkil Rafiyev Şahin Hamlet oğlu kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilib, CMnin 29,149.2.1, 29,149.2.5 və 150.2.5-ci maddələr i ilə elan edilmiş ittihamlar üzrə ona bəraət verilməsini, eyni zamanda CM-nin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəza təyin edilməsini və CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum x1 müdafiəçisi-vəkil Qafarov Əzizağa İsmixan oğlunun kassasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə cəza təyin edərkən zərərçəkmiş şəxs x3 x1 heç bir şikayətinin və tələbinin olmamasını, hadisə zamanı ona hər hansı zor tətbiq etmədiyini, onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə çıxışını, onun gəncliyini, himayəsində iki azyaşlı uşağının olmasını, xəstə atasının və anasının olmasını, əməlindən peşiman olmasını,ailəsinin yeganə qazancgətirəni olmasını, cəzasını ağırlaşdı ran halın olmamasını nəzərə almamışdır. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkum x2 müdafiəçisi-vəkil Rafiyev Şahin Hamlet oğlunun kassasiya şikayətini onunla əsaslandırmışdır ki, x2na CM-nin 29,149.2.1, 29,149.2.5 və 150.2.5-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə cinayət əməllərinin zərərçəkmiş şəxsin ifadəsindən başqa sübutlarla təsdiq edilməmişdir. Ona görə də ona həmin maddələrlə bəraət verilməli olduğunu xahiş etmişdir. Bundan başqa kassasiya şikayətində onun cinayət əməlini etiraf edərək peşiman olduğunu, yaşayış yerindən müsbət xarakterizə olunduğunu, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmadığını, zərərçəkmiş şəxsi sevdiyini və hazırda da onunla evlənmək arzusunda olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını göstərərk Azərbay can Respublikası CM-nin 62-ci maddəsini tətbiq edərək daha yüngül cəza təyin edilməsini və CM-nin 70-ci maddəsini tətbiq edərək şərti məhkum edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə x1 müdafiəçisi-vəkil Qafarov Əzizağa İsmixan oğlunun və x2müdafiəçisi-vəkil Rafiyev Şahin Hamlet oğlunun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətlərinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Məhkum x2müdafiəçisi-vəkil Rafiyev Şahin Hamlet oğlunun kassasiya şikayəti ndə x2na CM-nin 29,149.2.1, 29,149.2.5 və 150.2.5-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə cinayət əməllərinin zərərçəkmiş şəxsin ifadəsindən başqa sübutlarla təsdiq edilmədiyi və ona görə də bu maddələrlə ona bəraət verilməsi xahiş edilmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, məhkum barəsində verilmiş apellyasiya şikayətində məhkumun cinayət əməllərinin hüquqi tövsiffi mübahisələndirilməmiş, yəni müdafiə tərəfi onun cinayət əməllərinin hüquqi tövsifi ilə razılaşmışdır. Bundan başqa birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan və hökmündən görünür ki, x2na CM-nin 29,149.2.1, 29,149.2.5 və 150.2.5-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə cinayət əməlləri məhkəmə iclasında tədqiq edilmiş özünün, digər təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ekspertiza rəyləri, istintaq hərkətlərinin protokolları tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2017-ci il tarixli 34 saylı rəyindən görünür ki, x3n qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır. Belə ki, hal-hazırda qızdır. x3n məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-Sol gözün alt-üst səthində, sağ budun orta 1\3-nin tış səthində, sol döşün üst səthində, sol-sağ budun orta 1\3-nin iç səthində, sol körpücük altı nahiyyədə qançırlar, sol gözün ağlı qişasına qansızma, alt dodağın iç selikli qişasında əzilmiş yara, üst səthində sıyrıq küt əşyanın təsirindən törənmişdir, onlardan sol gözün alt-üst səthindəki qançırlar, sol budun tış səthindəki qan çır, sol alt dodağın əzilmiş yarası və sıyığı döymə və zorla qaçırma zamanı, qalan xəsarətlər isə zorlama zamanı əmələ gələ bilərdilər və qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2017-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. x3n düz bağırsağının xarici dəliyində bir ədəd qançır onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərir. Məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2017-ci il tarixli üzləşdirmə haqqında protokolundan görünür ki, x3 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs x2 üzünə qarşı demişdir. Məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxs x3n ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2017-ci il tarixli protokoldan və həmin pro tokola əlavə edilmiş fotocədvəldən görünü ki, x3 ifadəsinin yerində yoxlanması zamanı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi hallar yuxarida göstərilən və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş çoxsaylı sübutlarla təsdiq edilmişdir. Ona görə də x2na CM-nin 29,149.2.1, 29,149.2.5 və 150.2.5-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə cinayət əməllərinin zərərçəkmiş şəxsin ifadəsindən başqa sübutlarla təsdiq edilməməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Cinayət işi üzrə sübutların toplanması, məhkəmə iclasında tədqiq edilməsi, mötəbərliyinin yoxlanması və qiymətləndirilməsi Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinin tələblərinə uyğun aparılm ışdır. Toplanmış sübutların əsalılığını və qanuniliyini şübhə altına almağa əsas verən hər hansı hal müəyyən edilməmişdir və kassasiya şikayətində də belə halların mövcudluğuna istinad edilməmişdir. Ona görə də məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və təmi edilməməlidir. Kassasiya şikayətlərində hər iki məhkum barəsində Azərbaycan Respublikası CMnin 62-ci və 70-ci maddələrinin tətbiq edilərək cəzalarının yüngülləşdirilməsi xahiş edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının məhkəmə iclas protokolundan və qərarından görünür ki, hər iki məhkuma barəsində verilmiş apellyasiya şikayətləri də eyni dəlillərlə əsaslandırılmış, apellyasiya instansiya məhkəməsi həmin dəlillərin əsaslılığını önların özlərinin və müdafiəçilərinin iştira kları ilə məhkəmə iclasında tam, hərtərəfli və obyektiv yoxlamış, təmin olunması üçün heç bir konkret əsas müəyyən edilmədiyindən apellyasiya şikayətləri təmin edimədən birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının cinayət işi üzrə qərarı qanuni və əsaslıdır, cinayət işi üzrə barələrində kassasiya şikayəti verilmiş şəxslərə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları onların təqsirli bilindikləri maddələrin sanksiyasının aşağı həddində olmaqla şəxsiyyətlərinə törətdikləri cinayətləri ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Hər iki məhkum barəsində birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar, eləcə də kassasiya şikayətində sadlanan halla r nəzərə alınmaqla onların barəsində təqsirli bilindikləri maddələrin sanksiyasının aşağı həddindən də az cəza təyin edilməsinə əsas vermir. Məhkumların törətdikləri cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilk dərəcəsi, cəzalarını yüngüllədirən halların məcmusu onların təyin edilmiş cəzaları çəkmədən islah olunmalarına əsas vermir. Ona görə də cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının gəldiyi nəticələr qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı, birinci və apellyasiya instansiyaları məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunların kobud pozulması, məhkumlar x1 və x2müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasə n kassasiya şikayətlərinin təmin edilməsi və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində təsbit edilmiş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum x1 müdafiəçisi-vəkil Qafarov Əzizağa İsmixan oğlu və x2müdafiəçisi-vəkil Rafiyev Şahin Hamlet oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. x1 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi və x2Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 29,149.2.1, 29,149.2.5 və 150.2.5-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-388/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-388/2020
23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver