Məhkəmə qərarları › İş №1(102)-388/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-388/2025

26.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-388/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1ünvanında qeydiyyatda olan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1 və 177.2.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2024-cü il tarixli 1(103)-215/2024 nömrəli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli 1(007)-97/2023 nömrəli hökmü ilə (hakim Rauf Əhmədov) X7 - Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, CM-in 177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə, CM-in 234.1-ci maddəsi ilə isə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, X6 təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 29 avqust 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2024cü il tarixli 1(103)-215/2024 nömrəli hökmü ilə (hakimlər: E.Ə.Mehdiyev (sədrlik edən), E.E.Rəhimov və F.İ.Əyyubov) apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayəti təmin edil ərək, X5 CM-in 177.2.3 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli 1(007)-97/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə əsasən ləğv olunmuşdur. X6 CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittiham ondan ibarətdir ki, X7, özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 avqust 2022-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs icarəyə işlətdiyi ünvan 2 ünvanda yerləşən qarajın giriş qapısının üzərində olan qıfılı özü ilə gətirdiyi dəmir alət ilə sındırıb qanunsuz olaraq qapıdan qaraja daxil olub oradan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 140 manat dəyərində direli, 1 ədəd 160 manat dəyərində lobzi ki, 1 ədəd 170 Manat dəyərində elektriklə işləyən laqondanı, 1 ədəd 110 manat dəyərində elektriklə işləyəntaxta kəsən mexanizmi, 2 ədəd hər birinin ayrı-ayrılıqda dəyəri 45 manat olan elektriklə işləyən mıx vuran tapançanı, 160 manat dəyərində açar dəstini, 1 ədəd 70 manat dəyərində hava vuran vintlyatoru, 1 ədəd 20 manat dəyərində dəmirkəsən qayçını, 35 manat dəyərində olan 25 metr uzunluğunda elektrik kabelini, 1 ədəd 8 manat dəyərində çəkici,2 ədəd hər birinin ayrı-ayrılıqda dəyəri 6 manat olan kəlbətini, 2 ədəd hər birinin ayrı-ayrılıqda dəyəri 2,5 manat olan bıçağı və 1 ədəd 20 manat dəyərində olan qazaçarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, X7, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olma dan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,676 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən 31 avqust 2022-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Sabunçu” bazarının qarşısında X3 icarəyə işlətdiyi qarajdan oğurluq etməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81B ünvanında yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24cü Polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək saxladığı və daşıdığı şəxsi istehlak miqdarı ndan artıq miqdarda 0,676 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Protest müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilməmiş və bunun nəticəsi olaraq X6 CM-in 177.2.3 və 234.1-ci maddələri ilə əsassız olaraq bəraət verilmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, şəxsə hər iki maddə üzrə verilmiş ittihamın əsasını onun ilkin istin taq mərhələsində verdiyi etiraf ifadələri təşkil etmiş, lakin o, sonradan və məhkəmə baxışlarında qeyd olunan cinayət əməllərini törətmədiyini bildirmiş, oğurluq epizodu üzrə isə heç bir sübut aşkar edilməmişdir. Bundan başqa, şəxsin bədəni üzərində saxlanıldığı vaxta uyğun gələn qulaq, qol və bud nahiyələrində sıyrıq xəsarətləri aşkar olunmuşdur. Məhz bu əsaslara görə kollegiya hesab etmişdir ki, şəxs saxlanıldıqdan sonrakı müddətdə polisin nəzarəti altında olmuş, ona təsir göstərilərək etirafa məcbur edilməsinə şübhələr yaranmışdır. Ona görə də, işdə olan şəxsi axtarış və götürmə protokolu, eləcə də etiraf ifadələri sübut kimi qəbul edilməyərək şəxsin verilmiş ittihamlarda təqsirinin sübuta yetirilməməsi qənaətinə gəlinmişdir. Cinayət işinin ibtidai araşdırma mərhələsində X7 ifadələrin də göstərmişdir ki 18 avqust 2022-ci il tarixdə gecə saatlarında Nizami rayonu, Q.Qarayev prospekti 124 ünvanında yerləşən qaraja daxil olmuş və oradan təmiri avadanlıqlarını oğurlayıb... satmışdır. 29 avqust 2022-ci il tarixdə isə, saat 21:30 radələrində Sabunçu qəsəbəsində bazar ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, ona oğurluqda şübhəli olduğunu bildirib 24-cü polis şöbəsinə dəvət etmiş, polis şöbəsində üzərində şəxsi axtarış aparılmış, həmin vaxt o, heç bir etiraz bildirmədən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd içərisində “patı” olan şəffaf bükümü çıxarıb polislərə bildirmişdir. Həmin maddəni o, bir gün əvvəl 30 manata tanımadığı şəxsdən pöz istifadəsi üçün almış, həmçinin, oğurladığı əşyaları isə “Xalqlar Dostluğu” metro sunun yaxınlığında “Ağ Çiçəyim” mağazasının qarşısından tanımadığı “Mercedes” markalı taksi maşını ilə aparıb Sabunçu bazarında xatırlamadığı şəxsə satmış, saxlanılarkən polislər tərəfindən heç bir fiziki və psixi təzyiqə məruz qalmamışdır. İşdə olan şəxsi axtarış və götürmə protokolundan, həmçinin həmin prosessual hərəkətlərin görüntülərinin əks olunduğu diskdən görünür ki, bəraət almış şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümü çıxararaq təqdim etmiş, sorğu zamanı həmin bükümün “patı” olduğunu və onu 28 avqust 2022-ci il tarixdə tanımadığı şəxsdən 30 manata aldığını bildirərək ifadələri ilə eyni xüsusatları qeyd etmişdir. İş üzrə şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkilləri Şahid1, Şahid4 və Şahid2 cinayət prosesinin bütün mə rhələlərində verdikləri ifadələrdə bəraət almış şəxsnin istintaq mərhələsindəki ifadələrində göstərdiyi halları tam təsdiq etmiş, saxlanılan zaman ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təsir göstərilmədiyini bildirmişlər. İş üzrə şahid qismində birinci instansiya mərhələsində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisədən çox vaxt keçdiyindən ətraflı danışa bilmir... özünə məxsus “Mercedes-Benz” markalı C190 modelli **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 18 avqust 2022-ci il tarixdə tanımadığı bir orta yaşlı kişi cinsli şəxs taksini saxlamaq üçün əl etmişdir. Həmin şəxsin yanında saxlamış və həmin şəxslə razılaşıb onu Sabunçu qəsəbəsində olan “Rus” bazarına aparmışdır. Bundan sonra həmin şəxs metronun çıxışının yanında olan üç ədəd qara sellofanda olan bağlamanı və bir ədəd üzəri tozlu olan vintelyatoru avtomobilin arxa baqajına qoymuş və yola düşmüşlər. Bundan başqa, o, məhkəmə iclasında verilmiş suallara cavab olaraq göstərmişdir ki, həmin şəxsi ilk dəfə idi ki görürdü. 24-cü polis şöbəsindən onu çağırdılar və dedilər ki, “həmin şəxsi taksiyə götürən zaman müşahidə kamerasına düşmüsən”. Müşahidə kamerasının görüntülərini ona göstərməyiblər. Polis şöbəsinin zirzəmisində olarkən ona həmin şəxsi göstərdilər və dedilər ki, Bəraət almış şəxs budur. Üzdən həmin şəxsin hazırki təqsirləndirilən şəxs olub-olmadığını xatırlamır. Hadisədən çox vaxt keçdiyindən yadından çıxıb… Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində də faktın doğruluğunu təsdiqləmiş, 18 avqust 2022-ci il tarixdə maşınına müştəri kimi m inən şəxsin ona ödəniş haqqı olaraq 5 manat verdiyini, onun maşının baqajına 3 ədəd qara sellofan torba və 1 ədəd tozlu ventilyator qoyduğunu, onu Sabunçu bazarı adlanan yerə aparıb düşürdüyünü, bağlamadakı yüklərin nə olmasını soruşmadığını bildirmişdir. İşdən görünür ki, bəraət almış şəxsnin saxlanılarkən xəsarətlər alması faktı əsasında Nizami rayon prokurorluğunda araşdırma aparılmış, həmin araşdırma nəticəsində, Nizami rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə bəraət almış şəxsnin polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması faktı təsdiqini tapmamış, xəsarətlərin isə onun polislərdən qaçmağa çalışarkən təkrarən yıxılması və bədən səthinin möhkəm səthə sürtülməsi nəticəsində yaranması müəyyən olunduğundan cinayət işinin başlanmasının rədd edilmişdi r. bəraət almış şəxsnin polis əməkdaşlarının hər hansı qanunsuz hərəkətlərinə məruz qalmaması təkcə həmin araşdırma nəticəsində deyil, həmçinin hazırki işin ibtidai istintaqı, eləcə də birinci instansiya məhkəməsində baxışı zamanı dindirilmiş polis əməkdaşlarının ifadələri ilə də təsdiqini tapmışdır. Eyni zamanda protestdə qeyd olunmuşdur ki, qərar müdafiə tərəfinə bəlli olsa da, həmin qərar mübahisələndirilməmiş və şikayət də verilməmişdir. İşdən məlum olunur ki, bəraət almış şəxs xx.xx.2022-ci il tarixdə saat 21:30-dan sonra polis əməkdaşları tərəfindən saxlanılmış, yəni məhz bu vaxtdan sonra, o, istintaq təcridxanasına qəbul edildiyi 1 sentyabr 2022-ci il tarixədək polis əməkdaşlarının nəzarəti altında olmuşdur. Məhkəmənin qənaəti isə o halda, əsaslı sayıla bilərdi ki, məhz bu tarix v ə vaxtdan onun istintaq təcrixanasına təhvil verildiyi müddətə qədər onun həmin xəsarətləri vurma və ya döymə nəticəsində alması birmənalı sübut edilmiş olsun. Lakin, yaranma şəraiti və mexanizmi tibbi ekspertiza rəyilə yıxılma nəticəsində yaranması istisna edilməyən xəsarətləri məhkəmənin hansı əsasla ittiham sübutlarının mümkünlük şərtlərinin pozulmasına yönələn dəlil kimi qəbul etməsi ittiham tərəfinə aydın olmamışdır. Belə ki, xəsarətlərə gəldikdə isə, sağ said, hər iki əlüstü nahiyə, sol çiyin, sağ qulaqaltı, sol dirsək və hər iki topuq, oma nahiyələrində aşkar edilmiş xəsarətlərin hər biri qərtməkli yaralar – yəni sıyrıqlardan ibarət olmuş və hər biri dəri səthinin tamlığının pozulması ilə müşahidə edilmişdir. Protest meəllifi hesab edir ki, hər iki epizod üzrə sadalanmış sübutlara m ünasibətdə apellyasiya instansiyası məhkəməsi yalnız bəraət almış şəxsnin ifadələrinə istinad etmiş və onun ifadələri ilə birəbir eyni qənaətə gəlməkdə qərəzli mövqedə olaraq, əvvəllər xüsusilə ağır cinayət törətməyə və indiki qəbildən olan cinayət əməlinə görə məhkumluq yaşamış olan bir şəxsin cəzasız qalmasına haqsız şərait yaratmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassas iya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, bəraət almış şəxsnin əməlində ittiham edildiyi cinayətlərin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəs inə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsyə bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. İbtidai istintaq orqan tərəfindən X6 ittiham verilmişdir ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 avqust 2022-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs icarəy ə işlətdiyi xxxx ünvanda yerləşən qarajın giriş qapısının üzərində olan qıfılı özü ilə gətirdiyi dəmir alət ilə sındırıb qanunsuz olaraq qapıdan qaraja daxil olub oradan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 140 manat dəyərində direli, 1 ədəd 160 manat dəyərində lobziki, 1 ədəd 170 Manat dəyərində elektriklə işləyən laqondanı, 1 ədəd 110 manat dəyərində elektriklə işləyəntaxta kəsən mexanizmi, 2 ədəd hər birinin ayrı-ayrılıqda dəyəri 45 manat olan elektriklə işləyən mıx vuran tapançanı, 160 manat dəyərində açar dəstini, 1 ədəd 70 manat dəyərində hava vuran vintlyatoru, 1 ədəd 20 manat dəyərində dəmirkəsən qayçını, 35 manat dəyərində olan 25 metr uzunluğunda elektrik kabelini, 1 ədəd 8 manat dəyərində çəkici,2 ədəd hər birinin ayrı-ayrılıqda dəyəri 6 manat olan kəlbətini, 2 ədəd hər birinin ayrı-a yrılıqda dəyəri 2,5 manat olan bıçağı və 1 ədəd 20 manat dəyərində olan qazaçarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, X7, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,676 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən 31 avqust 2022-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Sabunçu” bazarının qarşısında X3 icarəyə işlətdiyi qarajdan oğurluq etməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81B ünvanında yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24cü Polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək saxladığı və daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda 0,676 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs X5 oğurluq cinayətini törətməsində və üzərindən psixotrop maddənin aşkar edilməsi ilə bağlı sübutlar, onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokolları, ifadəsinin yerində yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli protokol, Şahid3 tanınmaya təqdim etmə barədə xx.xx.2022-ci il tarixli protokol, Şahid3 ilə təqsi rləndirilən şəxs arasında aparılmış həmin tarixli üzləşdirmə protokolu, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, həmin prosessual hərəkətin videogörüntüsünü əks edildiyi diskə baxış keçirilməsi barədə protokol və bəraət almış şəxsnin saxlanılmasında iştirak edən polis əməkdaşlarının ifadələri olmuşdur. Cinayət işinin materiallarından görünür ki, Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid4 29 avqust 2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin rəisinə ünvanlandığı raporunda göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə naməlum şəxsin Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 5 ünvanda yerləşən qaraja qanunsuz daxil olmaqla həmin qarajdan təxminən 1000 (min) manat dəyərində mebel təmiri avadanlıqları oğurlaması barədə icraatına əməliyyat tapşırığı dax il olmuşdur. Həmin hadisəni törətməkdə şübhəli bilinən X5 olduğu yer müəyyən edilərək xx.xx.2022-ci il tarixdə saat 21.30-da Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisinə, “Sabunçu bazarı” adlanan yerdə olduğu yer müəyyən edilərək, həmin yerdə tərəflərindən saxlanılmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, X5 qeyd edilən oğurluq cinayətini törətməkdə şübhəli bilinməsi, həmçinin narkotik vasitələrin, o cümlədən psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər hansı əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı sübut iş materiallarına əlavə edilməmişdir. Həmçinin Şahid3 ifadələrində müşahidə kamerası vasitəsi ilə polis əməkdaşları tərəfindən müəyyən edilməsi bildirilsə də, cinayət işi materiallarında belə bir görüntülər mövcud deyildir. Bakı şəhəri Nizami RPİ- nin 24-cü PB-nin təqsirləndirilən şəxsin müdafiəçisinin sorğusuna 12 yanvar 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, bəraət almış şəxsnin barəsində 24-cü PB-də heç bir araşdırma aparılmadığı üçün onun barəsində hər hansı sənədin təqdim edilməsi mümkün deyildir. “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi olduqda bu qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır. Əməliyyat-axtarış fəaliyyətinin subyektində məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənilən, cəza çəkməkdən boyun qaçıran, cinayət törətməkdə şübhəl i olan və ya itkin düşən şəxslər haqqında eyni hüquqazidd hərəkətlərə görə yalnız bir əməliyyat-qeydiyyat işi aparılmalıdır. Əməliyyat-axtarış tədbirlərinin nəticələri əməliyyatqeydiyyat işində əks edilməli və sistemləşdirilməlidir. Əməliyyat-qeydiyyat işi onu aparan əməliyyat-axtarış fəaliyyətinin subyektində saxlanılır. Ədalət mühakiməsi naminə hallar istisna olunmaqla, cinayətin törədilməsində qanunla müəyyən olunmuş qaydada təqsiri sübuta yetirilməyən şəxs haqqında əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş materiallar bir il müddətində saxlanılır, sonra isə məhv edilir. “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərba ycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Göründüyü kimi, əməliyyat-axtarış orqanının hansı əməliyyat məlumatı əsasında, hansı qaydada bəraət almış şəxsnin qeyd edilən oğurluq hadisəsində şübhəli olması nəticəsinə gəlməsini müəyyən etmək mümkün olmamışdır. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparı lması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Apellyasiya instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X7 ibtidai istintaq zamanı etirafedici ifadələr verməsinin səbəbini polis əməkdaşları tərəfindən edilmiş təzyiq ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlar a işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Belə ki, 3 saylı İstintaq Təcridxanası tərəfindən məhkəməyə göndərilmiş X5 adına tərtib olunmuş xx.xx.2022-ci il tarixli Tibbi kitabçasında qeyd edilmişdir ki, o, həmin təcridxanaya daxil olanda xəsarət almasını bildirmiş, sağ saiddə, sağ əlin üzərində çoxlu sayda qərtməkli yara, sol çiynində qərtməkli yara, sol əlin üzərində çoxlu sayda qərtməkli yara, sol dirsəkdə qərtməkli yara, oma nahiyyəsində qərtməkli yara, sağ qulaqaltı nahiyyəsində kəsilmiş qərtməkli yara, sağ işəri topuqda 2 ədəd qərtməkli yara, sol içəri topuqda 2 ədəd qərtməkli yara aşkar edilmişdir. X5 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılması nəzərə alınsa, onun tibbi müayinəsinin keçirildiyi xx.xx.2022-ci il tarixə olan müddətə bədəni üzərində aşkar edilmiş sıyrıqların qərtmək bağlaması istisna olunmur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqinin xx.xx.2023- cü il tarixli qərarından görünür ki, X5 polis əməkdaşları tərəfindən saxlanılarkən yayınmasını, tutulduqdan sonra qaçmaq istəyərkən yıxılmasını, bədən səthində olan sıyrıqların polis əməkdaşlarından yayınarkən yıxılması nəticəsində almasını göstərmiş, qeyd edilən xüsusatlar izhatları alınmış Nizami rayon RPİ-nin 24-cü PŞ-nin əməkdaşlarının izahatları ilə təsdiq edilmişdir. Bundan başqa Nizami Ələkbərzadə izahatında polis əməkdaşları tərəfindən üzünün sol tərəfindən yumruqla zərbə vurması nəticəsində yıxılmasını göstərsə də, məhkəmə tibbi ekspertiza zamanı üz nahiyyəsində xəsarət izi aşkar edilməmiş, qeyd edilən xüsusatları təsdiq edəcək mötəbər sübutlar olmamışdır. X5 müdafiəçisi Namazlı Fariz Mübariz oğlunun hüquqlarını müdafiə etdiyi bəraət almış şəxsnin 3 saylı istintaq təcridxanasına etap edilən zaman bədən səthi üzərində xəsarət alması barədə müraciəti əsasında aparılmış araşdırma zamanı cinayətin əlamətlərini özündə əks etdirən hadisə müəyyən edilmədiyindən toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami rayon prokurorluğunda 733C23 nömrəli araşdırma materialı üzrə X7 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 21 avqust 2023-cü il tarixli, 810 nömrəli rəyindəndən görünür ki, X5 məhkum X almış olduğu - sağ saidin, hər iki əl üstü nahiyyənin, sol çiyin, sağ qulaqaltı, sol dirsək, hər iki topuq və oma nahiyyələrinin sıyrıqları – bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən müddətd ə, yəni xx.xx.2022-ci il tarixdə yaranmaları istisna olunmur, həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin olunmur. Qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdilər, o cümlədən yıxılması zamanı da alınmaları inkar olunmur. Tibbi sənəddə qeyd edilən xəsarətlər yara kimi yazılsada həmin xəsarətlər izsiz olaraq itdiyindən və məhkumun məhkəmə-tibbi müayinəsi zamanı hər hansı bir xəsarətin obyektiv əlamətləri aşkarlanmadığından sıyrıq kimi qiymətləndirilmişdir. Bakı şəhəri Nizami rayon prokurorluğunda aparılan həmin araşdırma zamanı Nizami rayon RPİ-nin 24-cü PŞ-nin əməkdaşları Şahid1 Məmmədnazir oğlu, Şahid4 və Şahid2 izahatlarında bildirmişlər ki, X1 yayınmış, tutulduqdan sonra qaçmaq istəyərkən yıxılmış, ola bilsin ki, bədən səthi üzərində olan xəsarət izləri həmin vaxtı yıxılması nəticəsində yaranmışdır. İş materiallarında olan Nizami rayon RPİ-nin 24-cü PŞ-nin məsul növbətçisi, əməliyyat qrupunun rəhbəri, əməliyyat müvəkkillərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2022ci il tarixli aktda isə göstərilmişdir ki, X7 qulağının ətrafında olan kəsik izini narkotik vasitələrin təsirindən yaranan ağrılara dözə bilməyərək özü-özünə xəsarət yetirməsi ilə izah etmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində fərqli olaraq bildirmişdir ki, bəraət almış şəxsni polis şöbəsinə dəvət edəndə heç bir etiraz etməmiş və bəraət almış şəxs heç bir müqavimət göstərməmişdir. Onun saxlanılan zaman qaçıbqaçmamasını xatırlamır. Əgər qaçıb yıxılsa idi sənədləşdirilərdi. Onun iştirakı ilə hər h ansı aktın tərtib edilibedilməməsini xatırlamır. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı Şəhəri Nİzami Rayon Prokurorluğuna verdiyi izahatın mətni tam yadında deyil. bəraət almış şəxs polis şöbəsinə dəvət edilərkən onlara müqavimət göstərməyib və qaçmayıbdır. Apellyasiya baxışı zamanı X5 barəsində şəxsi axtarış və götürmə aparılması haqqında prosessual hərəkətin əks olunduğu diskə baxış zamanı X5 avqust ayında uzunqol isti gödəkçədə olduğu, sağ qulaqaltı nahiyyəsinə tibbi yapışqan yapışdırıldığı müəyyən olunmuşdur. Məhkəmə baxışı zamanı X ifadəsində polis əməkdaşları tərəfindən vurulması nəticəsində həmin xəsarəti almasını, şəxsi axtarış keçirilməsinə dair videoçəkilişdən əvvəl üzərindəki qanlı paltarını çıxarıb ona kurtka verib sonra çə kiliş edilməsini, avqust ayında istidə ona kurtka geyindirdiklərini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, bəraət almış şəxsnin polis tərəfindən pis rəftara məruz qalmış, belə ki, bəraət almış şəxsnin tutulması və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda sonuncunun polis şöbəsinə gətirilərkən üzərində xəsarətlərin olması ilə bağlı hər hansı qeyd olmamışdır. Polis şöbəsinə gətirilərkən xəsarəti olmayan və qeydə alınmayan şəxsin ordan çıxdıqdan sonra xəsarətlərinin olması və bunun ağlabatan izahının olmaması həmin xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsi təkzibini mümkünsüz edir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, X5 barəsində şəxsi axtarış və götürmə prosessual hərəkəti onun müdafiə hüququları pozulmaqla aparılmışdır. Belə ki, iş materiallarından görünür ki, bəraət almış şəxs şübhəli şəxs kimi saxlanılan zaman xx.xx.2022-ci il tarixli ərizəsində hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil ilə təmin olunmasını xahiş etmişdir. Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatşısı X tərəfindən ona hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X8 təqdim edilmişdir. Şübhəli şəxsin tutulması və ona hüquq və vəzifələrinin izah olunması zamanı vəkil qeyd edilən prosessual hərəkətlərdə iştirak etmiş, lakin şəxsi axtarış və götürmə prosessual hərəkətin keçirilməsi zamanı ondan vəkilin iştirakından imtina ərizəsi alınmış, bu prosessual hərəkət aparıldıqdan sonra digər bütün prosessual hərəkətlərdə vəkil iştirak etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 37-ci bəndində qeyd olunmuşdur ki, şübhəli şəxs əməliyyat axtarış tədbirinin keçirilməsi ilə əlaqədar əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsi tərəfindən tutulubsaxlanıldıqda (yaxalandıqda) faktiki tutulma anında ona digər hüquqları ilə yanaşı, müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ izah olunmalı, CPM-in 153.2.2 və 153.2.3-cü maddələrində nəzərdə tutulduğu kimi, şübhəli şəxs tutulduqdan dərhal sonra polis orqa nına və yaxud digər təhqiqat orqanına gətirilib tutulmanın rəsmiləşdirilməsi başa çatdırıldıqdan (o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən tutma protokolu tərtib edildikdən və şübhəli şəxs həmin protokolla tanış edildikdən) dərhal sonra artıq təhqiqatçı və yaxud müstəntiq şübhəli şəxsin müdafiəçiyə malik olmaq hüququnun realizə edilməsi üçün CPM-in 153.2.5-153.2.8-ci maddələrində nəzərdə tutulmuş qaydalara uyğun olaraq tədbirlər görməli, hər bir halda şübhəli şəxs qismində ilk dindirilməyədək şübhəli şəxsin müdafiəçisinin, öz müdafiəçisi olmadıqda isə müdafiəçi qismində dəvət edilən vəkilin cinayət prosesində iştirak etmək, o cümlədən onların konfidensial ünsiyyət saxlamaq imkanı təmin edilməlidir. Lakin faktiki tutulmuş şəxsin müdafiəçisi ol duqda və ya cinayət prosesində müdafiəçinin mütləq iştirakını müəyyən edən CPM-in 92.3-cü maddəsində göstərilən hallardan biri olduqda, o cümlədən faktiki tutulub-saxlanılma anında şübhəli şəxs müdafiəçi ilə təmin olunmasını tələb etdikdə, şübhəli şəxsin tutulduğu andan, yəni azadlığının faktiki məhdudlaşdırılmasından dərhal sonra müdafiəçiyə malik olmaq hüququnu nəzərdə tutan CPM-in 90.7.2 və 90.7.5-ci maddələrinə, habelə tutulma haqqında protokolun şəxsə müdafiəçi qismində təqdim edilməsi üçün dəvət edilmiş vəkil tərəfindən imzalanmasını təsbit edən CPM-in 147.6-cı maddəsinə, eləcə də bu Qərarın yuxarıda təsvir edilmiş müddəalarına əsasən şübhəli şəxsi tutub-saxlamış (azadlığını faktiki məhdudlaşdırmış) əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsi tərəfindən tərtib edi lən (əməliyyat-axtarış tədbirinin gedişinə və nəticələrinə dair) raportda və ya protokolda tutulub-saxlanılmış şəxsə tutulduğu andan müdafiəçiyə malik olmaq hüququnun izah edilməsinə dair məlumatla yanaşı, həmin şəxsin müdafiəçisinin olub-olmaması, müdafiəçi ilə təmin edilməsini tələb edib-etməməsi barədə məlumatlar da əks etdirilməli, cinayət təqibi üzrə təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs isə şübhəli şəxsin tutulmasının tutulma haqqında protokol ilə rəsmiləşdirilməsində müdafiəçinin və ya müdafiəçi qismində təqdim edilməsi üçün dəvət olunmuş vəkilin iştirakını təmin etməlidir. Şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalması CPM-in 90.11.2-ci maddəsində hər bir tutulma halını müşayiət edən şübhəli şəxsin daşıdığı vəzifə olaraq təsbit edildiy indən, müdafəçinin tutulmanın rəsmiləşdirilməsində iştirak etməsi onun bundan sonra həyata keçirilən (tutulma üzrə prosedurun tərkib elementi kimi çıxış edən, bir növ onun davamı olan) şəxsi axtarışda da iştirakını qaçılmaz edir. Odur ki, cinayət işlərinə məhkəmədə baxılarkən şübhəli şəxs qismində tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş (protokolu imzalamış) müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsi kimi hallar müəyyən edildikdə, məhkəmələr bunu şübhəli şəxsin müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirməlidirlər. İşdə olan Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqat çısı X tərəfindən tərtib edilmiş 29 avqust 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və həmin prosessual hərəkətin əks olunduğu diskə baxışdan görünür ki, şəxsi axtarış zamanı bəraət almış şəxsnin üzərində aşkar olunması qeyd edilən bükülünün tərəflərin iştirakı ilə çəkisi müəyyən edilməmiş, protokolda onun hansı formada götürülməsi də qeyd edilməmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxsin bütün ifadələrini yoxlayaraq, ifadələrini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək haqlı olaraq təhqiqat və ibtidai istintaq zamanı onun vermiş olduğu izahat və ifadələr sə təzyiq və təsir nəticəsində verildiyindən Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsin in tələblərinə əsasən sübut kimi qəbul etməmişdir. Bundan başqa, məhkəmə kollegiyası X5 oğurluq cinayətini törətməsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadələrində bildirmişdir ki, o, təqsirləndirilən şəxsi tanımamış, Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən ona zəng edib çağırdılar, dedilər ki, kameraya düşübdür. Əynində nə olduğunu xatırlamır. Onu çağıranda nəyəsə imza etdirdilər, ancaq nə olduğunu bilməmiş, kamera görüntülərini ona göstərməmişdilər. O, təqsirləndirilən şəxsi tanımamış, polislər deyib, o da əli ilə göstərmişdir. Protokoldakı imza onundur, həmin sənədi oxumayıb imza etmişdir. 18 avqust 2022-ci il tarixdə Sabunçu qəsəbəsində bazarın yanında kimisə düşürtmüşdü, ancaq kim olduğunu bilmə mişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, X5 Zərərçəkmiş şəxs əmlakının oğurlamasına dair epizod üzrə ibtidai araşdırma orqanı tərəfindən bəraət almış şəxsnin iş üzrə yeganə şahid olan Şahid3 tanınmaya təqdim olunması zamanı cinayət prosessual qanunvericiliyin tələblərinə riayət olunmamış, nəticədə əldə edilməsi mümkün olan sübutların mötəbərliliyi itirilmişdir. Belə ki, CPM-nin 239-cu maddəsində şəxsin tanınmasının keçirilməsi qaydası aşağıdakı kimi müəyyən edilmişdir: “239.1. Hər hansı şəxsi şahidə, zərər çəkmiş, şübhəli və təqsirləndirilən şəxsə tanınma üçün təqdim etmə zərurəti yarandıqda müstəntiq əvvəlcədən onları həmin şəxsin xarici görkəmi və əlamətləri barədə, habelə tanıyanın tanınanı gördüyü hallar barədə dindirir və bu barədə müvafiq protokol tərtib edilir. 239.2. Müstəntiq təqsirləndirilən və ya şübhəli şəxsin tanınmasında həmçinin onun müdafiəçisinin iştirakını əvvəlcədən təmin etməlidir. 239.3. Müstəntiqin göstərişi və ya icazəsi ilə şəxsin tanınması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər. 239.4. Tanıyan şəxs şahid və ya zərər çəkmiş şəxs olduqda, o, əvvəlcədən ifadə verməkdən imtina etməyə, boyun qaçırmağa, bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında, habelə özünün, yaxud yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ haqqında xəbərdar edilir. 239.5. Tanınmalı olan şəxs tanıyana azı 3 (üç) nəfər eyni cinsdən olan və tanınmalı olan şəxsdən xarici görkəmi və geyimi ilə kəskin fərqlənməyən digər şəxslərlə birlikdə təqdim edilir. 239.6. Tanınma başlanmazdan əvvə l müstəntiq tanınmalı olan şəxsə digər şəxslər sırasında istənilən yeri tutmağı təklif edir. 239.7. Tanıyan şəxsin təhlükəsizliyinin təmin edilməsi məqsədilə və ya onun tələbi ilə şəxsin tanınmaya təqdim edilməsi tanıyan şəxsin tanınmalı olan şəxs tərəfindən vizual müşahidəsini istisna edən şəraitdə aparıla bilər. 239.8. Tanıyan qeyri-müəyyənliyinə görə tanınanın şəxsiyyətinin eyniləşdirilməsi üçün kifayət edən əlamətləri göstərmədikdə tanınma aparıla, aparılmış tanınma isə əsaslı hesab edilə bilməz. Şəxsin eyni şəxs tərəfindən və eyni əlamətlər üzrə təkrar tanınması aparıla bilməz. 239.9. Zərurət olduqda tanınma xarici görkəminə və geyiminə görə kəskin fərqlənməyən müxtəlif şəxslərin fotoşəkilləri üzrə də aparıla bilər.” İş materiallarından görünür ki, Şahid3 31 avqust 2022-ci il tarixd ə müstəntiq tərəfindən dindirilərkən oğurluqda şübhə edilən şəxsin “arıq bədən quruluşlu, qarayanız, orta yaşlı kişi” olduğunu bildisə də, həmin şəxsi tanıya bilib-bilməməsini deməmiş, istintaqçı tərəfindən də həmin xüsusat aydınlaşdırılmamışdır.(cild 1,vər.94-95) 18 noyabr 2022-ci il tarixli “Şəxsin tanınması haqqında” protokoldan görünür ki, Şahid3 tanınma başlamazdan əvvəl təqdim ediləcək şəxslər arasında olan təqsirləndirilən şəxsi tanıya bilib-bilməməsi, tanıya bilərsə, hansı əlamətlərinə görə tanıya biləcəyi barədə soruşulmamış və iş üzrə zəruri olan həmin xüsusat aydınlaşdırılmamışdır. Bundan başqa, protokola əlavə edilmiş fotocədvəldən görünür ki, tanınmaya təqdim edilən təqsirləndirilən şəxs X2 və qısaqol köynəkdə olduğu halda, onunla birlikdə tanınmaya təqdim edilmiş şəxslər saqq llı və uzunqol köynəklərdə olmuşlar. Ona görə də həmin istintaq hərəkəti cinayət prosessual qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən sübut əhəmiyyəti kəsb edə bilməz. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prin sipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar h esab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsas lı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X6 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasın da yaranan şübhələr X5 xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsnin Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzi fəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəs in hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında f aktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq bəraət almış şəxsnin ona elan edilmiş Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli hökmü qanuni və əsaslı olduğu ndan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X7 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar