Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-389/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X11, X3 və onların nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil X5, Məhkum1 və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil X6 iştirakları ilə xx xxxxx 1972-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə və CM-nin 320.2-ci maddəsi ilə bəraət almasına, xx xxxxx 1963-cü ildə Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyə n etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli hökmü ilə (hakimlər: A.Ə.Musayev (sədrlik edən), X.A.Nuriyev və O.Y.Cəlilov) Məhkum1 Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyəti olmadığına görə CM-nin 320.2-ci maddəsi ilə bəraət verilmiş, eyni zamanda o, CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 oktyabr 2018-ci ildən hesablanması hökm edilmişdir. Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) il 6 (altı) ay müdd ətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 noyabr 2019-cu ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum1 və müdafiəçisi, məhkum edilmiş şəxs Məhkum2 və Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2020ci il tarixli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), E.Ə.Camalov və E.İ.Əliyev) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr N9-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə X4 Rayon Məhkəməsinin 19 noyabr 2007-ci il tarixli, 1-286-20 07 nömrəli hökmü ilə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qalan hissəsini çəkmək üçün 25 dekabr 2008-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə (bundan sonra – 11 saylı MTCÇM) keçirildikdən sonra 27 mart 2011-ci il tarixədək orada cəza çəkdiyi müddət ərzində ailə üzvləri ilə görüşməsi üçün ona qanunla müəyyən edilmiş qaydada verilmiş uzunmüddətli görüşlər zamanı X7 ilə faktiki ər-arvad münasibətində olduğu və sonuncu ilə nikahından uşaqlarının olduğu halda, 2009-cu ilin yanvar ayında tanış olduğu, Zərərçəkmiş şəxs (bundan sonra – Zərərçəkmiş şəxs) Masallı şəhərində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmaqla pul qazandığına görə maddi cəhətdən imkanlı şəxs olduğunu və subay old uğunu bilib, aldatma və etibardan suiistifadə etmə yolu ilə külli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə özünü Zərərçəkmiş şəxs subay kimi təqdim etməklə evlənməyi təklif etdikdən və 19 may 2009-cu il tarixdə sonuncu ilə keçirilmiş toy məclisindən sonra faktiki ər-arvad münasibətinə girməyə nail olduqdan sonra Zərərçəkmiş şəxs vahid qəsdlə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ünvan 4 ünvanında yerləşən, yaşadıqları evdə 2009-cu ilin avqust ayının təxminən 15-20-də 30.000,00 manat məbləğində şəxsi pul vəsaitini guya Gəncə şəhərində törətdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməməsi, 2009-cu ilin noyabr ayının təxminən 01-dən dekabr ayının təxminən 01-dək 21.000,00 manat məbləğində şəxsi pul vəsaitini guya bacıs ı “İradə” kimi təqdim etdiyi, amma faktiki ər-arvad münasibətində olduğu X2 adına rəsmiləşdirdiyi və özünə məxsus olduğunu bildirdiyi Cəlilabad şəhərində yerləşən daşınar və daşınmaz əmlakları, o cümlədən ibtidai istintaq orqanı tərəfindən dövlət qeydiyyat nişanı müəyyən edilməmiş “Mercedes-Benz” markalı avtomobili özünün və Zərərçəkmiş şəxs adına rəsmiləşdirəcəyi, 20 dekabr 2009-cu il tarixdə 1500,00 manat məbləğində şəxsi pul vəsaitini guya həmin “Mercedes-Benz” markalı avtomobili Zərərçəkmiş şəxs adına rəsmiləşdirməsindən Asudə Allahverdiyevanın narazı qalacağına görə “Mənzər” adlı şəxsin adına rəsmiləşdirəcəyi, N3-cü ilin sentyabr ayının təxminən 10-20-də 3000,00 manat məbləğində şəxsi pul vəsaitini guya həmin avtomobili satmaq məqsədilə “Mənzər” adlı şəxsin adından qeydiyyatdan çıxara cağı, 2010-cu ilin fevral ayının təxminən 20-25-də 17.000,00 manat məbləğində şəxsi pul vəsaitini guya satışı ilə məşğul olub qazanc əldə edəcəyini vəd etməklə Rusiya Federasiyasının (bundan sonra - RF) Saratov şəhərindən avtomobil ehtiyat hissələri və qızıl-zinət əşyaları alacağı, 2010-cu ilin aprel ayının təxminən 5-10-da 4000,00 manat məbləğində şəxsi pul vəsaitini guya sonuncu epizodla əlaqədar digər şəxsə eyni məbləğdə olan borcunu qaytaracağı, 2010-cu ilin avqust ayının təxminən 01-05-də 30.000,00 manat məbləğində şəxsi pul vəsaitini Zərərçəkmiş şəxs 11 dekabr 1974-cü il tarixdə doğulduğu barədə Azərbaycan Respublikası vətəndaşının 01 may 2010-cu il tarixli, AZE № 07729394 nömrəli saxta şəxsiyyət vəsiqəsi əldə etməsi ilə əlaqədar guya Daxili İşlər Nazirliyinin (bundan sonra - DİN) əməkdaşları tərəfindən həbs olunmaması, 2012-ci ilin iyul ayının təxminən 15-20-də 4000,00 manat məbləğində şəxsi pul vəsaitini guya özünün xəstəliyi ilə əlaqədar İran İslam Respublikasında (bundan sonra - İran İR) müalicə olunacağı, 2012-ci ilin avqust ayının təxminən 25-30-da 5000,00 manat məbləğində şəxsi pul vəsaitini guya faktiki nikahlarından övladının olması üçün İran İRdən gətirdiyi həkim tərəfindən Zərərçəkmiş şəxs Lənkəran şəhərində süni mayalanma üsulunun tətbiq ediləcəyi, 2013-cü ilin fevral ayının 15-20-də 21.000,00 manat məbləğində şəxsi pul vəsaitini guya RF-in Mahaçqala şəhərində “Chevrolet Cruz" markalı avtomobil alacağı, 2013-cü ilin oktyabr ayında 7000,00 manat məbləğində şəxsi pul vəsaitini guya faktiki nikahlarından uşaq olmasına mane olan qadın xəstəliyini müalicə etd irmək məqsədilə İran İR-dən dərmanlar alıb gətirəcəyi, 2015-ci ilin fevral ayının təxminən 10-20də 10.000,00 manat məbləğində şəxsi pul vəsaitini guya Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (bundan sonra - DSX) Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən hərbi hissəsində işə düzələcəyi, 2014-cü ilin yanvar ayının təxminən 10-20-də isə Zərərçəkmiş şəxs 10.000,00 manat və qardaşı X11 3000,00 manat olmaqla, cəmi 13.000,00 manat məbləğində şəxsi pul vəsaitlərini, zərərçəkmiş 2in müddətli həqiqi hərbi xidmətdə olmuş oğlunun guya Füzuli rayonunda yerləşən hərbi hissədən Lənkəran rayonunda yerləşən hərbi hissəyə köçürüləcəyi üçün xərcləyəcəyi adları ilə Zərərçəkmiş şəxs cəmi 163.500,00 manat və zərərçəkmiş 2in 3000,00 manat məbləğində şəxsi pul vəsaitlərini tək halda, yuxarıda göstəril ən məqsədlə Zərərçəkmiş şəxs və onun ailə üzvlərinə guya Lənkəran şəhərində yerləşən bank filialında əməliyyatçı işlədiyini deyib “Zamin” adı ilə təqdim etdiyi, cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olduğu Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra Zərərçəkmiş şəxs Məhkum2 inam və etibarını artırmaq üçün sonuncunun X14 ilə dövlət qeydiyyatına alınmış nikahda olduğu, nikahlarından uşaqlarının olduğu və həmin ailə üzvləri ilə birlikdə yaşadığı halda, şərti olaraq 07 aprel N5-ci il tarixdə Zərərçəkmiş şəxs subay bacısı X9 ilə nişanlanması və 13 oktyabr N5-ci il tarixdən bir neçə gün ərzində faktiki ər-arvad münasibətində yaşaması nəticəsində Zərərçəkmiş şəxs və Məhkum2 arasında daha etibarlı münasibətin yaranmasından istifadə edərək və Məhkum2lə razılaşdığı üm umi cinayətkar niyyətə uyğun olaraq, Zərərçəkmiş şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ünvan 4 ünvanında yaşadıqları evdə 25 aprel N5-ci il tarixdə hər biri Rusiya istehsallı, ümumi çəkisi 4,4 qram və 583 əyarlı olmaqla ümumi dəyəri 528,00 manat olan üç ədəd qızıl beşlik kulon, hər biri Rusiya istehsallı, ümumi çəkisi 8,6 qram və 583 əyarlı olmaqla ümumi dəyəri 688,00 manat olan iki ədəd qızıl onluq kulon, Rusiya istehsallı, çəkisi 38,2 qram, 583 əyarlı və reket formalı olmaqla 1528,00 manat dəyərində bir ədəd qızıl boyunbağı, çəkisi 30,1 qram, 583 əyarlı və reket formalı olmaqla 1204,00 manat dəyərində bir ədəd qızıl boyunbağı, Rusiya istehsallı, çəkisi 29,6 qram, 583 əyarlı və reket formalı olmaqla 1184,00 manat dəyərində bir ədəd qızıl boyunbağı, Rusiya istehsallı, çəkisi 25, 5 qram və 583 əyarlı olmaqla 1020,00 manat dəyərində bir ədəd qızıl qolbaq, Rusiya istehsallı, çəkisi 9,5 qram, 583 əyarlı, brilliant qaşlı və 40 sot olmaqla 380,00 manat dəyərində bir ədəd qızıl üzük, Rusiya istehsallı, çəkisi 4,5 qram, 750 əyarlı və 20 sot olmaqla 270,00 manat dəyərində bir ədəd üzəri qaşsız qızıl üzük, Rusiya istehsallı, çəkisi 4,7 qram, 750 əyarlı və 50 sot olmaqla 282,00 manat dəyərində bir ədəd üzəri qaşsız qızıl üzük, Rusiya istehsallı, çəkisi 3,8 qram, 750 əyarlı və 20 sot olmaqla 228,00 manat dəyərində bir ədəd üzəri qaşsız qızıl üzük, Rusiya istehsallı, çəkisi 5,2 qram, 750 əyarlı və 70 sot olmaqla 312,00 manat dəyərində bir ədəd üzəri qaşsız qızıl üzük, Rusiya istehsallı, çəkisi 4,3 qram, 583 əyarlı və 60 sot olmaqla 172,00 manat dəyərində bir ədəd üzəri qaşlı q ızıl üzük, Rusiya istehsallı, çəkisi 4,3 qram, 750 əyarlı və 80 sot olmaqla 258,00 manat dəyərində bir ədəd üzəri qaşsız brilliant üzük, Rusiya istehsallı, çəkisi 8 qram, 583 əyarlı və təkər formalı olmaqla 320,00 manat dəyərində bir ədəd üzəri qaşsız qızıl üzük, Rusiya istehsallı, çəkisi 5 qram, 583 əyarlı, 40 sot və brilliant qaşlı olmaqla 200,00 manat dəyərində bir ədəd qızıl üzük, Rusiya istehsallı, çəkisi 4,6 qram, 583 əyarlı, 40 sot və təkər formalı olmaqla 184,00 manat dəyərində bir ədəd brilliant üzük, Rusiya istehsallı, çəkisi 5 qram, 583 əyarlı və reket formalı olmaqla 200,00 manat dəyərində bir ədəd qızıl boyunbağı, hər biri Rusiya istehsallı, ümumi çəkisi 50,0 qram və 583 əyarlı bir ədəd qızıl boyunbağı, bir dəst qızıl sadə formalı sırğa, bir ədəd üzəri qaşsız qızıl üzük və b ir ədəd qızıl qolbaqdan ibarət olmaqla ümumi dəyəri 2000,00 manat olan qarnitur, Rusiya istehsallı, çəkisi 19 qram, 583 əyarlı və atma formalı olmaqla 760,00 manat dəyərində bir ədəd qızıl qolbaq, Rusiya istehsallı, çəkisi 8,3 qram, 583 əyarlı və nargilə formalı olmaqla 332,00 manat dəyərində bir ədəd qızıl qolbaq, Rusiya istehsallı, çəkisi 18,5 qram, 583 əyarlı və nargilə formalı olmaqla 740,00 manat dəyərində bir ədəd qızıl boyunbağı, Rusiya istehsallı, ümumi çəkisi 14 qram, 583 əyarlı, 2 karatlıq və brilliant qaşlı olmaqla ümumi dəyəri 560,00 manat olan bir dəst qızıl sırğa-üzük, Rusiya istehsallı, çəkisi 16,6 qram, 750 əyarlı, 1,5 karatlıq və koley formalı olmaqla 996,00 manat dəyərində bir ədəd qızıl boyunbağı, Rusiya istehsallı, ümumi çəkisi 41 qram və 583 əyarlı olmaqla ümumi dəyəri 1640,00 manat olan bir dəst qızıl şəbəkə koley (boyunbağı) və qızıl qolbaq, hər biri Rusiya istehsallı, ümumi çəkisi 41 qram, 750 əyarlı, 3 karatlıq bir ədəd qızıl boyunbağı, bir ədəd üzəri qaşsız qızıl üzük, bir ədəd qızıl qolbaq və bir dəst sadə formalı qızıl sırğadan ibarət olmaqla ümumi dəyəri 2460,00 manat olan qarnitur, çəkisi 30 qram və “Luç” firmasına məxsus olmaqla 1300,00 manat dəyərində bir ədəd qızıl kişi saatı, beləliklə cəmi 19.746,00 manat dəyərində olan şəxsi qızıl-zinət əşyalarını Məhkum2lə birlikdə guya Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən hərbi hissədə işləyən “XX” adlı şəxsə satacaqları, 30 aprel 2015-ci il tarixdə 5000,00 manat məbləğində şəxsi pul vəsaitini guya Məhkum2 Milli Təhlükəsizlik Nazirliyinin (bundan sonra - MTN) əməkdaşları tərəfindən həbs olunduğu na görə sonuncu ilə görüşəcəyi, N5-ci ilin may ayının təxminən 5-10-da 70.000,00 manat məbləğində şəxsi pul vəsaitini guya Məhkum2 MTN-də həbsdən azad etdirəcəyi, N5-ci ilin may ayının təxminən 15-20-də Masallı şəhəri, M.Talışxanov küçəsində 10.000,00 manat məbləğində şəxsi pul vəsaitini guya Məhkum2 işlədiyi, Göytəpə şəhəri ərazisində yerləşən hərbi hissədə saxlanılan, sonuncuya məxsus və arxa yük hissəsində müəyyən məbləğdə pul olan avtomobili sonuncunun həbsdən azad olunması müqabilində Zərərçəkmiş şəxs verdiyi pulun qaytarılması məqsədilə həmin hərbi hissədən çıxaracağı, ünvan 4 ünvanında yaşadıqları evdə N5-ci ilin avqust ayının təxminən 10-20-də 3000,00 manat məbləğində şəxsi pul vəsaitini guya yenidən həbs olunmuş Məhkum2 həbsdən azad etdirəcəyi, N5-ci ilin oktyabr ayının təxminən 1 5-20-si və 25-30-da ayrı-ayrılıqda 3000,00 manat olmaqla cəmi 6000,00 manat məbləğində şəxsi pul vəsaitini guya Məhkum2 kişi cinsiyyət orqanında olan xəstəliklə əlaqədar zərərçəkmiş şəxs 3 ilə yalançı evliliyinin ilk gecəsi və bundan sonra cinsi əlaqədə ola bilmədiyinə görə Məhkum2 mollalara dua yazdırmaqla müalicə etdirəcəyi, N5-ci ilin noyabr ayının təxminən 5-10-da Rusiya istehsallı, çəkisi 10 qram, 583 əyarlı və reket formalı olmaqla 400,00 manat dəyərində bir ədəd qızıl boyunbağı, Rusiya istehsallı, çəkisi 4,4 qram və 583 əyarlı olmaqla 176,00 manat dəyərində bir ədəd qızıl kulon, Rusiya istehsallı, çəkisi 25 qram, 583 əyarlı və reket formalı olmaqla 1000,00 manat dəyərində bir ədəd qızıl boyunbağı, Rusiya istehsallı, çəkisi 5 qram, 583 əyarlı və firuzə qaşlı olmaqla ümumi dəyəri 200, 00 manat olan bir dəst qızıl sırğa, Rusiya istehsallı, çəkisi 2,6 qram, 583 əyarlı və paxlava formalı olmaqla 104,00 manat dəyərində bir ədəd qızıl üzük, Rusiya istehsallı, çəkisi 4,6 qram və 583 əyarlı olmaqla 184,00 manat dəyərində “fantaziya” adlı bir ədəd qızıl üzük, Rusiya istehsallı, çəkisi 4 qram, 583 əyarlı və üzərində qızıl kulonu olmaqla 160,00 manat dəyərində bir ədəd qızıl boyunbağı, Rusiya istehsallı, çəkisi 9,4 qram, 583 əyarlı və kobra formalı olmaqla 376,00 manat dəyərində bir ədəd qızıl boyunbağı, Rusiya istehsallı, çəkisi 40 qram, 583 əyarlı və “dvaynik” formalı olmaqla 1600,00 manat dəyərində bir ədəd qızıl boyunbağı, çəkisi 30 qram və mirvari formalı olmaqla 1500,00 manat dəyərində bir ədəd qızıl boyunbağı, ümumi çəkisi 30 qram, 2 karatlıq və qaşları brilliant olmaqla ü mumi dəyəri 1750,00 manat olan iki dəst qızıl sırğa-üzük, “Zifir” firmasına məxsus, çəkisi 6 qram olmaqla ümumi dəyəri 300,00 manat olan bir dəst qızıl sırğa, çəkisi 6 qram, yaşıl qaşlı və gül formalı olmaqla 300,00 manat dəyərində bir ədəd qızıl üzük, çəkisi 5 qram, ağ qaşlı və gül formalı olmaqla ümumi dəyəri 250,00 manat olan bir dəst qızıl sırğa, “Zifir” firmasına məxsus və çəkisi 3 qram olmaqla 150,00 manat dəyərində bir ədəd qızıl üzük, çəkisi 2 qram olmaqla 100,00 manat dəyərində bir ədəd qızıl üzük, çəkisi 4 qram və şəbəkə formalı olmaqla 200,00 manat dəyərində bir ədəd qızıl üzük, çəkisi 4 qram və gül formalı olmaqla 200,00 manat dəyərində bir ədəd qızıl üzük, beləliklə cəmi 8950,00 manat dəyərində şəxsi qızıl-zinət əşyaları və 3000,00 manat məbləğində şəxsi pul vəsaitini guya y enidən həbs olunmuş Məhkum2 həbsdən azad etdirəcəyi, 30 noyabr N5-ci il tarixdə 10.000,00 manat məbləğində şəxsi pul vəsaitini guya sonuncu epizodla bağlı özünə məxsus “Mercedes-Benz” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili girov qoyub kreditlə götürdüyü eyni məbləğdə pulu qaytaracağı, N6-cı ilin mart ayının təxminən 01-05-də 3000,00 manat məbləğində şəxsi pul vəsaitini Zərərçəkmiş şəxs və bacısı zərərçəkmiş şəxs 3ya məxsus olan qızıl-zinət əşyalarını guya girovdan çıxaracağı, N6-cı ilin avqust ayının təxminən 01-10-da 3000,00 manat məbləğində şəxsi pul vəsaitini guya “X2” adlı şəxs tərəfindən özünün həbs olunduğu və azad olunması müqabilində özünə məxsus “Mercedes-Benz” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili girov qoyub kreditlə götürdüyü eyni məbləğdə pulu qaytaracağı üçün xərcləyəcəyi adları ilə Zərərçəkmiş şəxs cəmi 28.696,00 manat dəyərində şəxsi qızıl-zinət əşyaları və 113.000,00 manat məbləğində şəxsi pul vəsaitini Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirməklə talamış, nəticədə Məhkum1 vahid qəsdlə tək halda və Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs ümumilikdə 305.196,00 manat məbləğində və dəyərində olan, müvafiq olaraq pul və qızıl-zinət əşyaları ilə ifadə olunan əmlakını, həmçinin tək halda zərərçəkmiş 2in 3000,00 manat məbləğində pul ilə ifadə olunan əmlakını, Məhkum2 isə vahid qəsdlə Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs cəmi 141.696,00 manat məbləğində və dəyərində olan, müvafiq olaraq pul və qızıl-zinət əşyaları ilə ifadə olunan əmlakını sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə talamışlar. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2020-ci il tarixli qərarının zərərçəkmişin apelyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməsi, məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edilməsi hissəsində dəyişdirilərək Məhkum1 10 il, Məhkum2 isə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə, mülki iddiasının tam təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərə təyin olunan cəza onların şəxsiyyətlərinə və törətdikləri əməllərin ictimai təhlükəliliyinə uyğun deyildir. Belə ki, məhkuml ar Məhkum1 və Məhkum2 onun özünə, ailə üzvlərinə və yaxın qohumlarına qarşı dələduzluq etmiş, həmin cinayəti törətmək üçün şərait yaratmaq məqsədilə Məhkum1 onunla faktiki nikah münasibətinə girmiş və cinayətin törədilməsində fəal iştirak etmişlər. Eyni zamanda Məhkum1 və Məhkum2 vurduqları külli miqdarda ziyandan nəinki ödəniş etməmiş, ödəniş etməyə təşəbbüs belə göstərməmişlər. Zərərçəkmiş şəxs hesab edir ki, məhkəmələr cəza təyin edərkən həmin xüsusatları nəzərə almamışlar. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2020-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yenidən istintaq aparılması üçün qaytarılmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, heç bir cinayət törətməmiş, ona qarşı olan həmin cinayət işi üzrə ibtidai istintaq qərəzli aparılmış və məhkəmə baxışı zamanı obyektiv araşdırılma aparılmadan əsassız məhkum olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, zərərçəkmiş 2, zərərçəkmiş şəxs 3 və nümayəndə Nicat İslamovun, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum1 və müdafiəçi Xanlar Bayramzadənin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı Ayxan H üseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bun dan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində məhkumlara təyin edilmiş cəzanın yüngüllüyü, Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində isə onun əməlində cinayət tərkibinin olmaması qeyd edilir. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını və iş üzrə qəbul edilmiş məhkəmə qərarlarını kassasiya şikayətlərinin dəlillərinə münasibətdə qiymətləndirməyi zəruri hesab edir. Məhkəmə kollegiyası ilkin olaraq məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə ko llegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum1 verdikləri ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhku m1 əməllərini Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum1 qeyd edilmiş cinayət əməlinin törədilməsində təqsirli olması, iş üzrə digər məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisinin iştirakı ilə ver diyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X18 və X3 ifadələri, şahidlər X12, X19, X23, X20, X24, X7, X8, 11 saylı MTCÇM-də nəzarətçi vəzifəsində işləyən Babayev Ramal Babaş oğlu, 11 saylı MTCÇM-də tərbiyə işinin təşkilinin böyük inspektoru-dəstə rəisi vəzifəsində işləyən X25, Biləsuvar Rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsində işləyən X10 və Masallı Rayon Polis Şöbəsinin şəxsi heyət üzrə rəis köməkçisi vəzifəsində işləyən X15 ifadələri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayə t qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (m əsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mə nasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zaman ı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-c i il tarixli, 7 saylı qərarına əsasən dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Həmin qərarda qeyd edilir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 cinayət əməlləri iş materiallarında olan zərərçəkmiş şəxsl ərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkum еdilmiş şəхslər Məhkum1 və Məhkum2 cəzа təyin еdilməsi ilə əlaqədar zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbu l edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdikləri cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumların şəxsiyyətlərini nəzərə almış və onlara təqsirli bilindikləri maddə əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkə məsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart N1-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Re spublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxs lər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. CM-in 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulur. İş materiallarından görünür ki, məhkəmə məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edərkən törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, Məhkum1 himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi, Məhkum2 əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməməsini, o cümlədən təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə alaraq təqsirli bilindikləri maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumlar Məhku m1 və Məhkum2 barəsində daha ağır cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüquq un hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təq sirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel N2-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzan ı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum1 elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmə lər Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsa sların olmadığını göstərir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq Məhkum1 və Məhkum2 daha ağır cəza təyin edilməklə qərarın dəyişdirilməsi və ya Məhkum1 barəsində cinayət işinin yenidən istintaq aparılması üçün qaytarılması üçün qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətlərin təmin edilmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsas lı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə və CM-nin 320.2-ci maddəsi ilə bəraət almasına, Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2020-ci il tarixli qərarı Zərərçəkmiş şəxs və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-389/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-389/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver